Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
114                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
normativ sənədlərin hazırlanması bu günün  tələb-
lərindəndir. Azərbaycanda geodeziya-kartoqrafiya 
elmi və istehsalatının müasir durumu, problemləri 
və inkişaf perspektivlərinin araşdırılması, bu məq-
sədlə müasir geodeziya-kartoqrafiya təminat siste-
minin yaradılmasına xidmət edəcək elmi tədqiqat-
ların aparılması olduqca aktual məsələlərdəndir.  
Coğrafi  informasiya  sistemlərinin  texniki 
imkanlarının  araşdırılması,  geodeziya-kartoqra-
fiya elmi və istehsalatı sahəsində  tətbiqinin daha 
səmərəli üsullarının tapılması, bu sahədə mütəxəs-
sis  hazırlığı  işinin  təşkili  vaxtı  yetişmiş  məsələ-
lərdəndir.  CİS  sahəsində  kadr  hazırlığı  işində 
BDU-nun  coğrafiya  fakultəsi  aparıcı  rol  oynaya  
bilər.  
Göründüyü kimi, Azərbaycanda geodeziya-
kartoqrafiya  elmi  və  istehsalatında  uğurlarla  ya-
naşı,  həllini  gözləyən  məsələlər  də  mövcuddur. 
Ümidvarıq  ki,  bu  məsələlərin  böyük  əksəriyyəti 
yaxın  vaxtlarda  elm  və  istehsalatda  çalışan  yük-
səksəviyyəli mütəxəssis kadrlarımız tərəfindən öz 
həllini tapacaqdır. 
ƏDƏBİYYAT 
MƏMMƏDOV  Q.Ş.,  QOCAMANOV  M.H. 
2012.  Azərbaycanda  geodeziya  və  kartoqrafiyanın 
müasir vəziyyəti, problemləri və inkişaf  perspektivləri. 
BDU-nun  geodeziya  və  kartoqrafiya  kafedrasının  40 
illik yubileyinə həsr edilmiş IV elmi-praktik konfransın 
materialları, Bakı, s. 10-15. 
MƏMMƏDOV  Q.Ş.,  QOCAMANOV  M.H. 
2013. Vahid koordinat sistemi geodezik təminatın əsası 
kimi. “Torpaqşünaslıq və aqrokimya jurnalı”. Cild 21, 
№1, s. 132-137. 
ГОДЖАМАНОВ  М.Г.  2012.  Дифференци-
альные  формулы  связи  геодезических  координат. 
Qloballaşma və Coğrafiya. Prof. M.A.Müseyibovun 85 
illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfransın 
materialları, Bakı, s. 456-464. 
ГОДЖАМАНОВ  М.Г.  2013.  Переход  от 
геодезической высоты к высоте в поле силы тяжес-
ти.  “Torpaqşünaslıq  və  aqrokimya”    jurnalı.  Cild  21, 
№1, s. 501-507. 
Gojamanov  M.H.  2012.  The  features  of  the 
geodetic  reference  of  the  satellite  images.  The  XXII 
Congress  of  the  İnternational  Society  for  Photogram-
metry  and  Remote  Sensing.  Melburn,  Australia.  V.I/V. 
Pp. 443-447. 
Gojamanov M.H. 2014. The stability of the geo-
detic  points  in  connection  with  geodynamic  processes 
in 
Azerbaijan.  Prague,  Acta  Geodynamica  et 
Geomaterialia, v. 11, No. 3(175). 
МЕСТО И ЗНАЧЕНИЕ КАРТОГРАФО-
ГЕОДЕЗИЧЕСКОЙ НАУКИ В 
ГЕОГРАФИЧЕСКИХ ИССЛЕДОВАНИЯХ 
Г.Ш.Мамедов, М.Г.Годжаманов 
В данной статье выполнен анализ состояния 
картографо-геодезической науки, занимающей осо-
бое  место  в  рядах  наук  о  Земле,  на  современном 
этапе  развития  и  изложены  ее  проблемы,  указана 
роль  этой  науки  в  прогрессе  других  наук,  в 
частности,  более  качественно  всевозрастающей 
роли  в  географических  исследованиях.  В  статье 
приведены  также  научный  концептуальный  под-
ход  и  некоторые  рекомендации  к  созданию  совре-
менной  системы  картографо-геодезического  обес-
печения на территории страны.   
THE PLACE AND IMPORTANCE OF 
CARTOGRAPHIC AND GEODETICAL 
SCIENCE IN GEOGRAPHICAL RESEARCHES 
Q.Sh.Mammadov, M.H.Gojamanov
 
In  this  paper  was  done  the  analysis  of  the  state 
of  cartographic-geodetical  science,  which  occupies  a 
special  place  in  the  ranks  of  Earth  Sciences,  at  the 
present  stage  of  its  development  and  presented  its 
problems,  specify  the  role  of  this  science  in  the 
progress  of  other  Sciences,  in  particular,  more  ef-
ficiently  the  ever-increasing  role  in  geographical 
researches.  In  the  article  also  were  given  a  scientific 
conceptual  approach  and  some  recommendations  to 
establish  a  modern  system  of  cartographic-geodetic 
provision on the territory of the country. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 115 
 
© O.K.Alxasov, N.S.Seyfullayeva
 
AZƏRBAYCAN RESPUBLİKASINDA MƏKTƏB COĞRAFİYASININ İNKİŞAFI 
O.K.Alxasov
1
, N.S.Seyfullayeva
2
 
1.Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2.Bakı Dövlət Universiteti 
Məqalədə  müstəqillik  illərində  Azərbaycan  Respublikasında  coğrafiya  fənninin  tədrisi 
sahəsində  baş  verən  dəyişikliklər  öz  əksini  tapmışdır.  Coğrafiyadan  yeni  proqramların  və 
dərsliklərin  hazırlanması  mərhələləri  təhlil  olunmuş  və  qarşıda  duran  vəzifələr  müəyyən 
edilmişdir.
 
Azərbaycan  Respublikasının  demokratik 
dövlət  quruculuğu  yolunda  inkişafının  ən  vacib 
istiqamətlərindən  biri  təhsil  islahatıdır.  Həyata 
keçirilməli  olan  daha  möhtəşəm  məsələlərin  həl-
linin  yüksək  səviyyəli  mütəxəssislər  və  ixtisaslı 
işçi qüvvəsi olmadan yerinə yetirilməsini təsəvvür 
etmək  mümkün  deyildir.  Müasir  təhsil  sistemi 
dövləti  çevik  düşünmə  qabiliyyətinə  malik  olan, 
beynəlxalq  tələblərə  cavab  verən  kadrlarla  təmin 
etməlidir. 
Respublikamızda təhsil islahatının əsas isti-
qamətlərindən  biri  tədris  proqramlarının,  təlimin 
məzmununun  və  tədrisi  metodikasının  müasir 
tələblər  səviyyəsində  yeniləşdirilməsidir.  Onlar 
zamanın  tələblərinə  uyğun  gəlməli,  Azərbaycan 
iqtisadiyyatının  inkişaf  meyillərini  nəzərə  almalı 
və beynəlxalq təcrübəyə əsaslanmalıdır. 
Bu  mənada  coğrafiya  fənninin  də  üzərinə 
müəyyən  vəzifələr  düşür. Coğrafiyanın təlimi  şa-
girdləri  təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi 
haqqında  biliklərlə  silahlandırır,  onlarda  bir  sıra 
həyati əhəmiyyətli  bilik  və  bacarıqların formalaş-
dırılmasına şərait yaradır. 
Müasir  dövrdə  informasiya  bolluğundan 
baş  açmağı  bacaran,  informasiyanı  təhlil  edib 
ümumiləşdirmək qabiliyyətinə malik, müstəqil bi-
lik  mənbələri  ilə  sərbəst  işləyən  gənclər  hazırla-
maq məktəbin qarşısında duran ən mühüm vəzifə-
lərdən biridir.  
Müstəqillik illərində məktəb coğrafiyasının 
məzmununda və quruluşunda (strukturunda) əsaslı 
dəyişikliklər  aparılmışdır.  Keçmiş  imperiya  ideo-
logiyasından  azad,  müstəqil  dövlətimizin  ərazi 
bütövlüyünü,  iqtisadiyyatın  inkişaf  meyillərini, 
xalqımızın  mənəvi  dəyərlərini  əksetdirən  yeni 
dərsliklərin  hazırlanması  vacib  bir  məsələ  kimi 
qarşıda  dururdu.  Bu  məqsədlə  də  ilk  növbədə 
coğrafiyadan  tədris  proqramlarının  təkmilləşdiri-
lərək yenidən tərtib olunması həyata keçirilmişdir. 
Coğrafiya  fənn  proqramının  təkmilləşdi-
rilməsi  ilə  bağlı  aparılan  dəyişiklikləri  və  mərhə-
lələri nəzərdən keçirək. 
Müstəqilliyimizin ilk günündən orta ümum-
təhsil məktəbləri üçün yeni proqram hazırlanması 
qarşıya  qoyulmuşdur.  1992/1993-cü  dərs ili  üçün 
ilk proqram hazırlandı. Proqram daha çox keçmiş 
sovet  dövründə  verilən  tələblər  əsasında  tərtib 
olunsa  da,  burada  əsaslı  dəyişikliklər  də 
aparılmışdır.  XI  sinifdə  “Türk  dünyasının  coğra-
fiyası”nın  tədrisinin  həyata  keçirilməsi  coğrafi-
yanın  tədrisi  ilə  bağlı  çox  böyük  irəliləyiş  hesab 
oluna  bilər.  SSRİ  coğrafiyasının  əvəzinə  Azər-
baycan Respublikasının coğrafiyası daha çox saat 
ayrılmaqla tədris olunmalı idi. 
Proqramın  tələsik  və  kosmetik  dəyişiklik-
lərlə  tərtib  olunduğunu  nəzərə  alsaq,  1993/1994-
cü dərs ilində daha yeni və təkmilləşdirilmiş proq-
ramın  hazırlanmasını  qənaətbəxş  hesab  etmək 
olar.  Bu  proqramda  aparılan  əsaslı  dəyişikliklər 
aşağıdakılardan  ibarət  olmuşdur:  1)  VII  sinifdə 
“Materiklər  və  ölkələr  coğrafiyası”nın  tədrisi 
icbari  təhsilin  VIII  sinifdə  bitməsi  ilə  əlaqədar 
bəzi  mühüm  dövlətlər  haqqında  qısa  məlumat 
verilməsinin  vacibliyi  ilə  izah  olunurdu.  2)  İlk 
dəfə  olaraq  IX  sinifdə  “Yerşünaslıq”  kursunun 
tədris  olunması;  3)  “Dünyanın  iqtisadi  və  sosial 
coğrafiyası” kursunun IX sinifdə III və IV rübdə, 
X  sinifdə  il  boyu  tədris  olunması;  4)  VI,  IX 
siniflərdə  “Atmosfer”  bölməsinin  “Hidrosfer” 
bölməsindən əvvəl tədris edilməsi; 5) Materiklərin 
öyrənilməsi ardıcıllığının dəyişdirilərək Avrasiya-
dan  başlanması.  Beləliklə,  coğrafiya  proqramının 
bu  variantındakı  yenilik  əvvəlkindən  əsaslı 
sürətdə  həm  struktur,  həm  də  məzmun  cəhətdən 
fərqlənməsidir (Alxasov, 2013). 
1999-cu  ildə  yeniləşdirilmiş  coğrafiyanın 
tədris  proqramı  keçən  dövr  ərzində  təhsildə  baş 
verən  dəyişiklikləri  nəzərə  almaqla  tərtib  olun-
muşdur.  Bu  proqram  da  məktəb  coğrafiyasının 
tədrisində bir sıra struktur və məzmun dəyişiklik-
lərini özündə əks etdirirdi. 1) İlk növbədə ümumi 
icbari  təhsilin  məktəbin  son  sinfinə  -  XI  sinifə 
keçirilməsi ilə əlaqədar VII sinifdə “Materiklər və 
okeanlar  coğrafiyası”  kursunun  bərpa  edilməsi 
qeyd  olunmalıdır;  2)  “Azərbaycan  Respublikası-
COĞRAFİ TƏHSİL
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə