Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
116                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
nın  fiziki  və  iqtisadi-sosial  coğrafiyası”  müvafiq 
olaraq  VIII  sinifdə  I-II  və  III-IV  rüblərdə  tədris 
olunur;  3)  “Dünyanın  iqtisadi  və  sosial  coğra-
fiyası”nın  iki  tədris  ilində  (IX  və  X  siniflərdə) 
deyil, yalnız IX sinifdə il boyu tədris olunması; 4) 
“Yerşünaslıq” kursunun tədrisinin IX sinfindən X 
sinifə keçirilməsi (Seyfullayeva, 2011). 
2002-2003-cü dərs ilindən ayrı-ayrı fənlərin 
icbari tədris və seçmə proqramlarla tədrisi nəzərdə 
tutulduğundan  coğrafiya fənni  üzrə  proqramın  da 
minimum  və  maksimum  variantları  hazırlanaraq 
nəşr olundu. Onu da qeyd edək ki, fənnin ayrı-ayrı 
kurslarının siniflər üzrə tədris ardıcıllığı və hər bir 
kursun  əvvəlki  illərdə  yaranmış  və  təkmilləşdiril-
miş  məzmunu,  strukturu,  ardıcıllığı  pozulma-
mışdır. 
Lakin  maksimum  proqram  əsasında  tədris 
uzun  müddət  çəkmədi  və  nəticədə  minimum 
proqram  üzrə  coğrafiyanın  tədrisi  üçün  ayrılmış 
həftəlik tədris saatlarının miqdarı azaldılmış oldu. 
VII  sinifdə  həftəlik  tədris  3  saatdan  2  saata, 
“Azərbaycan  coğrafiyası”nın  tədrisinə  ayrılmış  il 
boyu  həftəlik  3  saat  2  saata  endirilmişdir.  Eyni 
zamanda,  “Dünyanın  iqtisadi  və  sosial  coğrafi-
yası” kursunun tədrisi də həftədə 3 saatdan 2 saata 
endirilmiş  oldu.  Bir  müddət  sonra  “Azərbaycan 
Respublikasının iqtisadi  və  sosial  coğrafiyası”nın 
tədrisi  üçün  həftəlik  2  saat  vaxt  da  azaldılaraq  1 
saata düşmüşdür.  
Nəhayət,  2011-ci  ildə  təsdiq  olunmuş  fənn 
proqramlarına  (kurikuluma)  əsasən,  bir  sıra  fən-
lərdə  olduğu  kimi,  coğrafiyanın  tədrisində  də 
əsaslı  dəyişikliklərə  start  verilmiş  oldu.  Coğ-
rafiyanın  uzuin  illər  tətbiq  olunan  strukturu 
tamamilə yeni mahiyyət daşımağa başladı. Məlum 
olduğu kimi, məktəb coğrafiya kursları ali məktəb 
kurslarının  bir  növ  kiçik  modelini  təşkil  edirdi. 
Nəzəri 
coğrafiya  kursları  (“Ümumi  fiziki 
coğrafiya”,  “Yerşünaslıq”,  “Dünyanın  iqtisadi  və 
sosial coğrafiyası”) və ölkəşünaslıq kursları (“Ma-
teriklər  və  okeanların  fiziki  coğrafiyası”,  “Türk 
dünyasının  coğrafiyası”,  “Azərbaycan  coğrafiya-
sı”)  bir-biri  ilə  növbələşərək  tədris  edilir,  coğra-
fiyanın  hər  iki  qolu  (fiziki  və  iqtisadi  coğrafiya) 
təmsil  olunurdu.  Yeni  proqramda  (kurikulumda) 
bütün  bunlar  ləğv  olunur,  coğrafiyanın  3  əsas 
məzmun  xətti  üzrə  -  “Coğrafi  mövqe”,  “Təbiət” 
və  “Cəmiyyət”  məzmun  xətləri  üzrə  VI  sinifdən 
XI  sinfə  qədər  yüksələn  xətt  üzrə  inkişaf  etdiril-
məsi  nəzərdə  tutulur.  Hər  bir  məzmun  xətti,  mü-
vafiq  olaraq,  üst  və  alt  standartlara,  açar  sözlərə, 
məzmuna  malik  olmaqla  tərtib  olunmuşdur 
(edu.gov.az). 
Məktəb  coğrafiyası  proqramının  strukturu-
nun  köklü  surətdə  dəyişdirilməsinin  nə  dərəcədə 
uğurlu  və  ya  uğursuz  olacağını  indidən  demək 
çətindir. Bu sahədə yeni dərsliklərin hazırlanması, 
məktəbdə  qazanılacaq  təcrübə  və  gələcəkdə 
aparılacaq  metodik  tədqiqatlar  bu  suala  bir 
müddət  sonra  cavab  verə  biləcək.  Buna  həm  də 
dövlətimizin təhsil sahəsində apardığı siyasətin və 
islahatın nəticəsi kimi də baxmaq lazımdır.  
Hazırda  məktəb  coğrafiyası  sahəsində çalı-
şan bütün mütəxəssislərin diqqəti məhz bu sahəyə 
yönəldilməlidir. 
 Lakin indidən bəzi mülahizələrimizi bölüş-
mək  istəyərdik.  Yeni dərsliklərin  hazırlanması  ilə 
bağlı proqram üzərində gələcəkdə yenidən işlənil-
məsinə,  təkmilləşdirmə  aparılmasına  ehtiyac  du-
yulur.  Standartların,  açar  sözlərin  sisteminə,  ar-
dıcıllığına daha ciddi yanaşılmalıdır. Bu çatışmaz-
lıq  özünü  dərsliklərin  hazırlanmasına  da  öz  tə-
sirini göstərir. Ümumiyyətlə, coğrafiya fənn proq-
ramı (kurikulum) şagirdlərin biliklərinin həcminin 
artırılmasına  deyil,  onların  fəaliyyətinə,  müstəqil 
düşünmələrinə,  müxtəlif  bilik  mənbələri  ilə 
işləmək bacarığı qazanmağa, bilikləri sərbəst əldə 
etmələrinə  yönəldildiyi  üçün  proqramın  yeni 
strukturu  daha  əlverişli  metodik  imkanlar  yarat-
malıdır. 
Respublikada  orta  ümumtəhsil  məktəbləri 
üçün yeni coğrafiya dərsliklərinin hazırlanması və 
nəşrini üç mərhələyə ayırmaq olar. 
Birinci  mərhələ  1993-2000-ci  dərs  ilinə 
qədər olan dövrü əhatə edir. Bu dövrdə yeni milli 
dərsliklərin  nəşr  edilməsi  yaxşı  hal  hesab  olunsa 
da,  çatışmazlıqlar  və  nöqsanlar  da  mövcud  idi. 
Onlardan aşağıdakıları göstərmək olar: 
-  dərsliklərin  texniki  keyfiyyəti  yüksək  de-
yildi, ağ-qara formada verilmişdir
-  qısa  vaxt  ərzində  hazırlandığı  üçün  me-
todik  aparatı üzərində  ciddi  işlənilməsi  lazım  gə-
lirdi; 
-  əyanilik,  illüstrativ  materiallar  az  və  key-
fiyyətsiz idi; 
-  rəqəm  materialları  və  nomenklatura  ilə 
həddindən artıq yüklənmişdi və s. 
İkinci mərhələ təxminən 2000-ci ildən baş-
layaraq  2012-ci  ilə  qədər  olan  dövrü  əhatə  edir. 
Əvvəlki dərsliklər təkmilləşdirilərək yenidən nəşr 
olundu.  Bu  nəşr  dərsliklər  keyfiyyətcə  yeni  mər-
hələ hesab oluna bilər (Alxasov, 2013a). 
Nəhayət,  yeni  fənn  kurikulumunun  hazır-
lanması  və  təsdiq  edilməsindən  sonra  coğrafiya 
dərsliklərinin  hazırlanmasında  üçüncü  mərhələ 
başlandı.  2013/2014-cü  dərs  ilindən  VI  siniflər 
üçün  ilk  kurikulum  dərsliyi  nəşr  olunaraq  tədris 
edilir.  2014-cü  ildən  VII  sinif  üçün  də  yeni  kuri-
kullum əsasında hazırlanmış dərslik və müəllimlər 
üçün  vəsait  müəllim  və  şagirdlərin  istifadəsinə 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə