Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 117 
 
verildi. Hazırda isə VIII sinif dərslikləri üzərində 
ciddi  iş  gedir.  Kurikulum  əsasında  hazırlanan 
dərsliklər  ənənəvi  dərsliklərdən  köklü  surətdə 
fərqlənir.  Yeni  dərsliklərdə  məzmun,  dil  və  yazı 
üslubu, dizayn və illüstrasiyaların tərtibatına olan 
tələblər  şəxsiyyətyönümlü  və  nəticəyönümlü  xa-
rakteri  ilə  fərqlənir.  Müasir  dərsliklərdə  gender, 
irq, etnik və din məsələlərinə həssas yanaşma diq-
qət  mərkəzindədir.  Məktəb  coğrafiyasında  ən 
mühüm  yeniliklərdən  biri  isə  siniflər  üzrə  dərs-
liklər kompleksində müəllimlər üçün metodiki və-
saitin tərtib edilməsidir.  
Qeyd  etmək  lazımdır  ki,  kurikulum  əsasın-
da  hazırlanmış  ilk  dərsliklər  də  müəllim  və 
mütəxəssislər  arasında  birmənalı  qarşılanmamış-
dır. Onun mahiyyətini, metodikasını qəbul edənlər 
çox  olsa  da,  konservativ  düşünmələr  də  var. 
Fikrimizcə, bu sahədə hələ ciddi işlər davam edə-
cək və təkmilləşdirmələrə, axtarışlara ehtiyac ola-
caq. 
Ümumiyyətlə,  coğrafiya  üzrə  fənn  proq-
ramlarının  və  dərsliklərin  işlənib  hazırlnamsında 
coğrafiya  üzrə  görkəmli  alim  və  mütəxəssislə-
rimizin,  qabaqcıl coğrafiya  müəllimlərinin  gərgin 
əməyini, zəhmətini qeyd etmək lazımdır.  
M.Müseybov,  B.Budaqov,  N.Allahverdi-
yev,  B.Paşayev,  T.Qərayzadə  və  başqa  mərhum 
alimlərimizin  adlarını  qeyd  etməyə  bilmərik.  Bu 
sahədə  E.Əlizadə,  V.Əfəndiyev,  T.Həsənov, 
N.Əyyubov,  Y.Qəribov,  F.İmanov,  D.Ələsgərov 
və  s.  alimlərimizin,  Ş.Hümbətova,  E.Əliyeva, 
R.Məmmədov  və  s.  kimi  orta  məktəb  müəllim-
lərinin əməyini qiymətləndirməliyik. 
Məktəb  coğrafiyasının  inkişafında  ən  mü-
hüm sahələrdən biri də müəllim kadrlarının hazır-
lığıdır.  Təməli  1935-ci  ildə  Azərbaycan  Dövlət 
Pedoqoji  İnstitutunda  qoyulmuş  coğrafiya ixtisası 
üzrə  mütəxəssis  hazırlığı  mühüm  tarixi  yol  keç-
mişdir. Hazırda respublikanın 7 ali məktəbində, o 
cümlədən BDU, ADPU, LDU, SDU, GDU, NDU, 
Xəzər Universiteti və Bakı Qızlar Universitetində 
coğrafiya  müəllimliyi,  ADPU,  AMİ  və  Qazax, 
Sumqayıt,  Şamaxı,  Şəki,  Zaqatala,  Ağ-cabədi, 
Salyan,  Cəlilabad,  Quba,  Gəncə,  Lənkəran  filial-
larında  tarix-coğrafiya  müəllimliyi  üzrə  bakalavr 
pilləsi,  ADPU  və  SDU-da  coğrafiya  müəllimliyi 
üzrə  magistr  pilləsi  üzrə  mütəxəssis  hazırlanır 
(Seyfullayeva, 2011a). 
Məktəb  coğrafiyasının  müasir  inkişafı  ali 
məktəbdə  coğrafiya  tədrisi  metodikası  kursunun 
məzmunu və təşkili ilə bilavasitə bağlıdır. Hazırda 
orta  məktəb  coğrafiya  kurslarının  məzmununun 
fərqli  olması  ali  məktəbdə  tədris  proqramlarının 
məzmunu  ilə  əlaqələndirilməlidir.  Çünki  kuriku-
lum üzrə tərtib edilən orta məktəb coğrafiya kursu 
fiziki,  iqtisadi  coğrafiya  və  kartoqrafik  biliklərin 
sintezindən  yaranan  konstruktiv  coğrafiyanı  əks 
etdirir.  Əvvəldə  olduğu  kimi,  ayrı-ayrı  siniflərdə 
"Ümumi  fiziki  coğrafiya",  "Materik  və  okeanlar 
coğrafiyası",  "Azərbaycanın  fiziki  coğrafiyası", 
“Azərbaycan  Respublikasının  iqtisadi  və  sosial 
coğrafiyası", "Dünyanın iqtisadi və sosial coğrafi-
yası", "Yerşunaslıq", "Türk dünyasının coğrafiya-
sı"  kursları tədris  edilmir. Məktəb coğrafiyasında 
yaranan  dəyişikliklərdən  biri  də  orta  məktəbdə 
“Həyat  bilgisi"  fənninin  tədrisinin  rəsmi  olaraq 
coğrafiya və biologiya müəllimlərinə həvalə edil-
məsidir.  Coğrafiya  müəllimliyi  ixtisası  üzrə 
bakalavr pilləsində "Həyat bilgisi" və onun tədrisi 
ilə  əlaqədar  fənnin  daxil  edilməsi  məqsədəuy-
ğundur.  Digər  yeniliklərdən  biri  də  əvvəllər  orta 
məktəbdə  9-11  siniflərdə  tədris  edilən  "İqtisadiy-
yatın  əsasları"  fənninin  tədris  planından  çıxarıl-
ması  və  fənnin  məzmununun  məktəb  coğrafiyası 
kursunun  tərkibinə  verilməsidir.  Coğrafiya  müəl-
limi hazırlığında bu məsələnin də həll edilməsinə 
ehtiyac vardır. 
Orta  məktəblərdə  coğrafiyanın  tədrisi  üçün 
ayrılan  saatların  miqdarı  da  köklü  surətdə  də-
yişilmişdir.  Belə  ki,  ənənəvi  təlimdə  fənnin  təd-
risinə  VI-IX  siniflər  üzrə  cəmi  307  saat  vaxt  ay-
rılırdısa,  kurikulum  layihəsinin  tətbiq  edilməsi 
şəraitində  məktəb  coğrafiyasına  ayrılan  saatların 
miqdarı  420  saata  çatdırılması  nəzərdə  tutulmuş-
dur.  Məktəb  coğrafiyasının  inkişafının  bilavasitə 
ali  məktəblərdə  coğrafiya  tədrisi  metodikası  ilə 
əlaqəli olması "Coğrafiya tədrisi metodikası" fən-
ninin  tədrisində  köklü  dəyişikliklərin  edilməsinə 
tələbat yaradır. 
Orta məktəblərdə coğrafiyanın tədrisi məsə-
lələrindən  danışırıqsa,  ali  məktəblərə  qəbul  imta-
hanlarının test üsulu ilə aparılması və onunla bağlı 
görülən işləri də qeyd etməmək olmaz. Bu sahədə 
TQDK-nın, onun coğrafiya üzrə ekspert şurasının 
üzvlərinin,  coğrafiya  üzrə  fəaliyyət  göstərən  me-
todik seminarın işinin uğurlu və qənaətbəxş olma-
sını  da  vurğulamaq  lazımdır.  Bu  dövr  ərzində 
TQDK-da coğrafiya üzrə metodik vəsait ayrı-ayrı 
siniflər  üçün  və  hazırda  isə  kurikulum  üzrə 
hazırlanmış dərsliklərə əsasən test tapşırıqları top-
lusu hazırlanaraq nəşr olunmuşdur.  
Coğrafiyadan  yeni  fənn  proqramının  (kuri-
kulumun)  tətbiqinin  ilk  mərhələsində  görülən 
işlərin  təhlili  gələcəkdə  hansı  istiqamətlərə  daha 
ciddi  diqqət  yetirilməsini  ehtiva  edən  qənaətləri-
mizi söylməyə imkan verir. 
1. Yeni proqramın üzərində mütəxəssislərin 
bir  neçə  il  işləməsinə  baxmayaraq,  yeni  dərslik-
lərin hazırlanması və onların tədrisi prosesində alt 
və  üst  standartların  tam  təkmil  olmasına  nail 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə