Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
118                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
olunmamış  və  onların  yenidən  nəzərdən  keçiril-
məsinə və təkmilləşdirilməsinə ehtiyac vardır.  
2.  Həmçinin  dərsliklər  və  müəllim  üçün 
vəsaitlər də ideal hesab oluna bilməz və bu sahədə 
də ciddi axtarışlar aparılmalı, onların məzmunu və 
metodik  aparatı  yeni  tələblərə  uyğun  olaraq 
yeniləşdirilməlidir.  
3.  Yeni  proqramın  tələblərinə  müvafiq  şə-
kildə işlərini qurmağa müvəffəq olan müəllimlərin 
qabaqcıl  təcrübəsinin  öyrənilməsi  və  təbliğ  edil-
məsi  də  fənnin  tədrisinin  yaxşılaşdırılması  üçün 
vacib hesab olunur. Fəal (interaktiv) təlim metod-
larının  tətbiqi  və  kütləviləşdirilməsi  olmadan 
qarşıya  qoyulan  vəzifələrin  yerinə  yetirilməsinə 
nail oluna bilməz.  
4. Məktəblərdə fənnin tədrisi sahəsində cid-
di  çatışmazlıqlardan  biri  də  coğrafiyadan  tədris 
vəsaitlərinə  çox  böyük  ehtiyacın  omasıdır. 
Spesifik fənn kimi coğrafiya bir sıra atlaslar, divar 
xəritələri,  tədris  avadanlıqları  olmadan  keçinə 
bilməz.  Coğrafiya  fənni  üçün  bir  sıra  tədris 
vəsaitlərinin  hazırlanması  və  kütləvi  halda  mək-
təblərin istifadəsinə verilməsi heç də az əhəmiyyət 
daşımır.  
5. Tədris prosesi ilə yanaşı, coğrafiyanın bir 
elm kimi geniş təbliğinə, onun cəmiyyətdəki vacib 
missiyasının  geniş  kütləyə  çatdırılmasına  nail 
olmaq  və  bu  sahədə  Azərbaycan  Coğrafiya  Cə-
miyyətinin  imkanlarından  geniş  istifadə  etmək 
lazımdır.  
ƏDƏBİYYAT 
1. Alxasov O.K. Coğrafiyanın tədrisi metodika-
sı. Bakı, 2013 
2. Seyfullayeva N.S. Coğrafiyanın tədrisi meto-
dikası. Bakı, 2011 
3. edu.gov.az 
РАЗВИТИЕ ШКОЛЬНОЙ ГЕОГРАФИИ 
В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ 
О.К.Алхасов, Н.С.Сейфуллаева 
В данной статье отражены изменения в мето-
дике  преподавания  географии  за  период  незави-
симости  Азерб.  Республики.  Были  рассмотрены 
особенности содержания новых учебных программ 
и учебники средней школы и определены задачи по 
изучению  более  эффективному  преподаванию 
предмета – география. 
DEVELOPMENT OF SCHOOL 
GEOGRAPHY IN THE AZERBAIJAN 
REPUBLIC 
O.K.Alxasov, N.S.Seyfullayeva 
The changes of teaching  methods of  geography 
during  the  period  of  independence  of  Azerbaijan 
Republic are elucidated in the article. The peculiarities 
of contents of new educational programs and textbooks 
of  the  secondary  schools  are  considered  and  tasks  on 
studying  of  new  effective  teaching  of  the  subject 
geography are defined as well.  
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 119 
 
HEYVANLAR ZƏLZƏLƏLƏRİ ÖNCƏDƏN XƏBƏR VERƏ BİLƏRMİ? 
Evelin Şaf 
 «Nəcrl histori» jurnalı, 
№ 9, 1977 (ABŞ) 
İtlər ulaşır və mal-qara mələşirsə, siçanlar küçələrdə qaçışır və naqqa 
balıqları sudan kənara sıçrayırsa… diqqətli olun! 
Bir çox ölkədə zəlzələqabağı qarışqa, uzun-
quyruq  tutuquşu,  siyənək  balığı  və  yak  kimi  bir-
birindən fərqlənən heyvanların özlərini çox qəribə 
apardıqları qeydə alınmışdır. Xəbər verildiyi kimi, 
Çində,  Yaponiyada,  Birləşmiş  Ştatlarda,  Qvate-
mala  və  İtaliyada  heyvanların  qəribə  davranışına 
zəlzələdən bir həftə, bir neçə saat və hətta bir neçə 
dəqiqə qabaq təsadüf edilmişdir. 
Müşahidə  edənlər  göstərirlər  ki,  toyuqlar 
hinə,  donuzlar  donuzluğa  girmək  istəmirlər;  mal-
qara yazıq-yazıq  mələşir və otlamırlar; itlər ağız-
ağıza  verib  ulaşaraq  şəhəri  başlarına  götürürlər; 
siçanlar  gizləndikləri  yerlərdən  çıxıb  qorxmadan 
otaqlardan  keçib-gedirlər;  naqqa  balığı  sudan 
kənara  tullanır;  atlar  kişnəyir,  uçunur  və  vəhşi 
kimi  ağılın içərisində  qaçışırlar;  ilanlar  qış  yuxu-
suna  getdiyi  yuvalardan  sürünüb  çıxır  və  buzun 
üstündə donub ölürlər. 
Son  vaxtlar  heyvanların  davranışından  isti-
fadə  edərək  təbii  fəlakətləri  qabaqcadan  müəy-
yənləşdirməklə  maraqlanan  rus  alimləri  məlumat 
verirlər  ki,  titrəyiş  və  tufandan  qabaq  xərçənglər 
quruya çıxır, qarışqalar yumurtalarını yığıb kütlə-
vi  halda  köçür,  qırqovullar  həyəcanla  qaqqılda-
şırlar. Daha sonra bir geofizik bildirir ki,  ola bil-
sin, insan da təbii fəlakəti xəbər verən mexanizmə 
malikdir; belə ki, bir əraziyə aid tibbi hesabatlarda 
kardioqramları normal olan xəstələr arasında  ürək 
ağrısından  şikayətlənənlərin  sayı  həddindən  artıq 
çoxaldığı  göstərilir.  İki  aydan  sonra  zəlzələ  bu 
rayonu  xarabaya  çevirmişdir  və  ürək  ağrıları  da 
yox olmuşdur (bəlkə, xəstələr ölmüşdür?). 
1964-cü  ildə,  Alyaskada  güclü  zəlzələ  baş 
verən  ili,  boz  ayılar  vaxtından  iki  həftə  tez  qış 
yuxusundan  oyanmış  və  təpəliklərə  yön  almışlar. 
1975-ci  ildə  Kaliforniyanın  Oroville  əyalətində, 
Sakramentodan  səkkiz  mil  şimal-qərbdə  Rixter 
şkalası ilə 6 bal gücündə zəlzələ baş verdi. İki gün 
sonra burada olmuş bir müxbir zəlzələ zamanı və 
hadisədən  bir  neçə  həftə  əvvəl  ev  heyvanlarının 
qeyri-normal  davranışları  haqqında  eşitdiyi  söh-
bətlərdən heyrətə gəlmişdi. 1976-cı ildə İtaliyanın 
şimal-şərqindəki  Friumidə  baş  vermiş  zəlzələnin 
nəticələrini  öyrənmək  üçün  Berlindən,  Maks 
Plank adına İnstitutdan bir tədqiqatçı da gəlmişdi. 
O  burada  olarkən  heyvanların  davranışı  haqqında 
çox  qəribə  hekayətlər  eşitdi;  məsələn,  toyuqlar 
tara  çıxmaq  istəməmiş,  mal-qara  tövlələrdə  çax-
naşmaya  düşmüş,  siçan  və  siçovullar  yuvalarını 
tərk etmiş və pişiklər o ərazidən kənara qaçmışlar. 
Nəhayət,  bir  nəfər  san-fransiskolu  evdə 
saxlanılan öküz qurbağalarının qəribə davranışın-
dan danışaraq qeyd edir ki, iki həftə əvvəl onların 
hərəkətləri tamamilə dəyişmişdi… Bir bazar günü 
isə  o,  qurbağaların  fəallaşdığını  və  həmişəkindən 
daha  tez-tez  tullandıqlarının  şahidi  oldu.  Səhərisi 
eşitdikləri  onu  heyrətdə  qoydu:  günorta  cavan 
qurbağalar  ucadan  quruldayır,  saat  əqrəbi  istiqa-
mətində dövrə vurub üzürdülər. Axşam saat 7.45-
də  körfəzin  ərazisində  Rixter  şkalası  ilə  4,7  bal 
gücündə zəlzələ oldu. Adi halda yalnız yaşlı qur-
bağalar  quruldayır.  Erkəklər  nəsilartırma  döv-
ründə  və  hərdənbir  tufanqabağı,  dişilər  isə  onları 
tutanda  və  ya  narahat  edəndə  səs  salırlar.  Bir 
sözlə, adətən, cavan qurbağalar quruldamır və ola 
bilsin  ki,  bu,  məlum  olmayan  fiziki  hadisənin 
təsiri nəticəsində baş verir. 
Hesabatlarda  göstərilən  faktlar  məkan  və 
zamanca bir-birindən nə qədər fərqlənsə də, onlar-
da  ümumi  cəhətlər  vardır:  heyvanlarda  həssaslıq, 
səsçıxartma,  narahatçılıq  artır  və  daha  çox  hərə-
kətdə  olurlar.  Bu  da  çox  vaxt  miqrasiya  etməklə 
nəticələnir.  Çin  Xalq  Respublikasında  yaranmış 
rəvayətlər  təbiətcə  əfsanəyə  oxşasa  da,  onlara 
ciddi  yanaşmağa  dəyər.  Çində  fermerlər  və  kənd 
əhalisi  arasında  yayılmış  xüsusi  kitabçalarda 
heyvanlar  üzərində  necə  müşahidə aparmaq  üçün 
təlimatlar verilərək göstərilir ki, hər bir ailə bu işə 
qoşulsa, «zəlzələlərə qarşı xalq müharibəsi» qalib 
gələ bilər. Çinin hökumət orqanları bildirir ki, son  
illər  25-ə  qədər  zəlzələnin  yeri  və  vaxtı  qabaq-
cadan aşkar edilmişdir. Zəlzələni qabaqcadan xə-
bər  vermək  ev  heyvanlarının  qəribə  davranışına 
əsaslanır.  Odur  ki,  bu  sahədə  müşahidə  aparmaq 
üçün nə xüsusi hazırlıq və nə də texniki cihazdan 
istifadə etmək lazımdır. 
1975-ci  il  fevralın  4-də  Haiçenq  şəhərində 
baş  vermiş  zəlzələni  qabaqcadan  xəbər  vermələri 
ilə  çinlilər  xüsusilə  fəxr  edirlər.  Şəhər  tamamilə 
dağılmışdı;  zəlzələnin  episentrinin  ətrafında  mil-
MARAQLI ELMİ MƏLUMATLAR
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə