Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   64   65   66   67   68   69   70   71   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 121 
 
hitdə  baş  verən  gündəlik  dəyişikliklər  haqqında 
məlumat  yığan  hissiyyat  detektorlarının  vasitəsilə 
aşkar edirlər. 
Tutaq  ki,  xüsusi  zəlzələ  detektorları 
mövcud  deyildir  və  aşkaretmə  hiss  orqanlarının 
vasitəsilə  həyata  keçirilir;  onda  qarşıya  belə  bir 
sual  çıxır:  heyvanların  reaksiya  verdiyi  əsas 
oyadıcı  fiziki  hadisə  nədir?  Bunu  da  yadda 
saxlamaq  lazımdır  ki,  ayrı-ayrı  zəlzələlərin 
doğurduğu fiziki hadisələrin komponentləri heç də 
həmişə  eyni  olmur.  Zəlzələlər  həm  də  fərdi 
xüsusiyyətlərə  malikdir;  bu  fərdi  xüsusiyyətlər 
özünü səs dalğalarında, havanın təzyiqində, yerin 
deformasiyaya  uğramasında,  elektrik  keçiricili-
yində,  elektromaqnit  sahələrində,  elektrostatik 
boşalmalarda,  qaz  yayılmalarında,  qrunt  suyunun 
səviyyəsində  və  temperaturda  göstərir.  Onlar 
boşalma  müddətinə,  tezlik,  davamlılıq  və  gücünə 
görə də fərqlənirlər. Baş verən fiziki dəyişikliklər 
çox  vaxt  elə  kiçikölçülü  olur  ki,  bunu  yalnız 
heyvanlar  hiss  edə  bilirlər.  Belə  dəyişiklikləri 
aşkar  etmək  üçün  heyvan  qarmaqarışıq  «səs» 
fonunda  zəlzələ  siqnalını,  güman  ki,  süzgəc  sis-
temindən keçirməlidir. Bundan başqa, heyvanların 
zəlzələyə reaksiya verməsi ilin fəslinə, günün vax-
tına, yaşa və təcrübəyə görə də fərqlənir. Heyvan-
ların  aşkaretmə  qabiliyyəti  və  zəlzələqabağı  baş 
vermiş  fiziki  hadisələr  haqqında  mükəmməl 
biliyimiz  olmadığından,  heyvanların  nəyi  hiss 
etdiklərini biz yalnız zənn edə bilərik… 
Yerin  geomaqnit  sahəsi  qamma  adlanan 
vahidlərlə  ölçülür.  Bir  qamma  ümumi  orta  yer 
sahəsinin 50 mində birinə bərabərdir. Yer səthinin 
geomaqnit  sahəsi  müxtəlifdir.  Heyvanların  zəlzə-
ləyə  qarşı  həssaslığını  müəyyənləşdirərkən  yadda 
saxlamaq  lazımdır  ki,  adi  gündəlik  yemlənmə 
zamanı  onların  məruz  qaldıqları  maqnit  sahələ-
rinin  fərqi  bir  neçə  yüz  qammaya  qədər  olur. 
Güman  ki,  gündüz  yerin  maqnit  sahəsi  və  günəş 
küləyində  yüklənmiş  hissəciklər  arasındakı  qarşı-
lıqlı  təsirin  nəticəsindən  yaranmış  otuz-əlli  qam-
ma  xeyli  çoxdur.  Belə  ki  zəlzələlərdən  qabaq 
yerin  maqnit  sahəsində  qeydə  alınan  bir-on  qam-
ma  dəyişmələr  normal  sayılır.  Bu  normal  dəyiş-
mələrin  amplitudası  kiçik  olsa  da,  biz  onun 
tezliyini  bilmirik.  Maqnit  sahəsində  baş  verən 
dəyişiklikləri  heyvanların  aşkaretmə  bacarığına 
aid aparılmış tədqiqat işlərinə nəzər salaq. Onu da 
xatırladaq  ki,  bu  cür  aşkaretmənin  hansı  hiss 
orqanı  ilə  yerinə  yetirildiyi  hələ  də  bizə  qaranlıq 
qalır. 
Tədqiqat  cihazlarının  köməyi  ilə  maqnit 
sahələrini  dəyişdirmək  mümkündür.  Nəzarət  al-
tında olan heyvanların müxtəlif istiqamətə yönəl-
məsi,  dönməsi  və  hərəkət  etməsi  ilə  davranışla-
rında  yaranmış  dəyişikliklər  onların  maqnit  sahə-
sindəki  dəyişikliklərdən  xəbərləri  olduğunu  gös-
tərir; aparılmış təcrübələr bu və ya digər dərəcədə 
qabaqcadan  xəbər  verməyin  mümkünlüyü  qənaə-
tini yaradır. 
1960-cı  illərin  əvvəllərində  Nortuestern 
Universitetində  işləyən  bir  bioloq  müdaxilə  yolu 
ilə  dəyişdirilmiş  maqnit  sahələrinə    palçıq  ilbiz-
ləri, planariya qurdları, protozonlar və meyvə mil-
çəklərinin reaksiya verdiyini qeydə almışdır… 
1970-ci  illərin  əvvəlində  Nobel  mükafatı 
laureatı  Karl  van  Frişlə  birlikdə  tədqiqat  aparmış 
alman  alimlərinin  işində  bal  arılarının  maqnit 
sahələrinə həssaslığı öz əksini tapmışdır. Van Friş 
hələ  1920-ci  ildə  müəyyənləşdirmişdir  ki,  bal 
arıları  qida  olan  yerin  məsafə  və  istiqamətini 
düşərgə üzvlərinə rəqslərlə xəbər verir. Pətək da-
xilində  günəş  bucağına  müvafiq  olaraq  rəqsin 
istiqaməti ailə üzvlərinə şirə ilə dolu çiçəklərin is-
tiqamətini  göstərir;  rəqs  zamanı  qanadçalmanın 
müddəti məsafəni bildirir. 
Bu  məlumatdan  model  kimi  istifadə  edən 
iki  alman  tədqiqatçısı  «səhv»in  nə  demək  oldu-
ğunu müəyyənləşdirə bilmişdir. Rəqsin istiqaməti 
həmişə  bir  az  yayınsa  da,  arılar  qidanı  səhvsiz 
tapırlar. Aydındır ki, burada günəşin vəziyyəti ilə 
yanaşı,  başqa faktor da iştirak  edir. Tədqiqatçılar 
gündüz  yerin  maqnit  sahəsinin  variasiyalarını 
izləmiş və aşkar etmişlər ki, arıların rəqslərindəki 
səhvlər maqnit sahələrində baş verən dəyişmələrə 
uyğun gəlir. Arılar çox kiçik maqnit dəyişmələrini 
hiss  edirlər…  Buna  baxmayaraq,  arıların  maqnit 
detektorları bizə qaranlıqdır. 
Poçt  göyərçinləri  maqnit  sahəsində  baş 
verən  dəyişmələri  duyur  və  dumanlı  günlərdə  bu 
məlumatdan  orientasiya  məqsədi  ilə  istifadə  edir-
lər.  Kornel  Universitetində  tədqiqat  aparan  qrup 
müəyyən  etmişdir  ki,  günəşin  vəziyyəti  əsas  isti-
qamət  göstəricisi  kimi  çıxış  etsə  də,  göyərçinlər 
buludlu  günlərdə  də  uğurla  uça  bilirlər.  Göyər-
çinlərin  arxasına  bağlanılmış  kiçik  maqnit  parça-
ları  günəşli  günlərdə  onların  uçuşuna  təsir  gös-
tərmir,  lakin  buludlu  günlərdə  istiqamət  seçərkən 
yuvadan  xeyli  aralanmış  quşları  çaşdırır  və 
maneçilik törədir. Nyu-York Dövlət Universitetin-
də  tədqiqatçılar  göyərçinlərə  elektrik  halqaları 
qoşaraq  yeni  istiqamətdə  axtarışlar  aparmışlar. 
Quşların  bəzilərinin  halqalarında  cərəyanı  saat 
əqrəbinin    əksinə,  bəzilərində  isə  saat  əqrəbi 
istiqamətində  yönəltmişlər;  bu  zaman  quşlar  bir-
birlərinin əksinə uçmuşlar. Buradan aydın olur ki, 
Günəş  görünməyəndə  maqnit  sahəsindən  istiqa-
mət göstəricisi kimi istifadə etmək mümkündür. 
Korneldə  aparılmış  başqa  bir  tədqiqatda 
müəyyən edilmişdir ki, maqnit sahəsində yayınma 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə