Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
2 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
BAŞ REDAKTOR: akademik
Ramiz Məmmədov
REDAKSİYA HEYƏTİ:
c.e.d., prof.
Fərda İmanov (baş redaktorun müavini), akademik
Qərib Məmmədov, akademik
Məmməd Salmanov,
c.e.d., prof.
Tapdıq Həsənov, c.e.d.
Zakir Eminov, c.e.d.
Rəna Qaşqay, c.e.d.
Hüseyn Xəlilov, c.e.d.
Yaqub Qəribov,
c.e.d.
Rza Mahmudov, c.ü.f.d.
Nazim Bababəyli, c.ü.f.d.
Məhərrəm Həsənov, c.ü.f.d.
Mirnuh İsmayılov (məsul
katib), a.e.ü.f.d.
Mətanət Əsgərova, p.e.ü.f.d.
Oqtay Alxasov
Redaktor:
Zahid Əhmədov
Buraxılışına məsul:
Mail Xəlilov
Kompüter tərtibatçısı:
Emil Cəbrayılov
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda yığılmış və səhifələnmişdir.
Redaksiyanın ünvanı: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr., 115
Telefon: (+99412) 539 3376
www.gsaz.az
***
EDITOR-IN-CHIEF: academician
Ramiz Mammadov
EDITORIAL BOARD:
Dr. geog., prof.
Farda İmanov (deputy of editor-in-chief), academician
Garib Mammadov, academician
Mammad
Salmanov, dr. geog., prof.
Tapdyg Hassanov, dr. geog.
Zakir Eminov, dr. geog.
Rena Gashgay, dr. geog.
Huseyn
Khalilov, dr. geog.
Yagub Garibov, dr. geog.
Rza Mahmudov, PhD geog.
Nazim Bababeyli, PhD geog.
Maharram
Hassanov, PhD geog.
Mirnuh İsmayilov (executive secretary), PhD agr. sci.
Matanat Askerova, PhD ped. sci.
Ogtay
Alkhasov
Editor:
Zahid Ahmadov
Responsible for the issue:
Mail Khalilov
Computer designer:
Emil Jabrayilov
This journal has been composed at the Institute of Geography named after acad. H.Aliyev, ANAS.
Editorial address: Institute of Geography named after acad. H.Aliyev, ANAS, AZ 1143 Baku c. H.Javid ave. 115
Phone: (+99412) 539 3376
www.gsaz.az
ISBN-978-9952-8032-5-9
________________________
---------------------------------------------
Çapa imzalanmışdır 15.05.2017
Formatı 70x100 Tiraj-100
«AVROPA» nəşriyyatı, 2017
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
3
AKADEMİK H.Ə.ƏLİYEV - 110
ARİD DAĞ EKOSİSTEMLƏRİNİN QORUNMASI VƏ YAXŞILAŞDIRILMASININ ƏSAS
YOLLARI ( Zuvandın badam bağlarının timsalında)
R.M.Məmmədov, M.S.Həsənov, M.C.İsmayılov
Son illər Azər-
baycan höküməti-
nin regionların so-
sial-iqtisadi inki-
şafı haqqında qə-
bul etdiyi proq-
ram-layihələr regi-
onlarda infrastruk-
turun əsaslı şəkil-
də yenidən qurul-
masında, əlverişli
investisiya şəraiti-
nin yaradılmasın-
da mühüm rol oy-
nayır. Azərbaycan
Respublikasının
Prezidenti cənab İ.H.Əliyev son çıxışlarında dünya
iqtisadiyyatında baş verən yeni tendensiyaları nə-
zərə alaraq respublikamızın davamlı inkişafının
əsas strateji məqamlarını−iqtisadiyyatın neftdən
asılılığının azaldılmasını, qeyri-neft sektorunun
daha da inkişaf etdirilməsini, idarəetmədə çevik və
səmərəli metodların tətbiqini, məmur-vətəndaş
münasibətlərinin mövcud qanunlar əsasında qar-
şılıqlı fayda və hörmətə əsaslanmasının vacibliyini
dəfələrlə vurğulamışdır. Cənab Prezident zəngin
torpaq, iqlim şəraitinə malik respublikamızda iqti-
sadiyyatın aqrar bölməsinin inkişaf etdirilməsinə
xüsusi önəm verir və ölkə əhalisinin bir sıra kənd
təsərrüfatı məhsullarına olan tələbatının idxal he-
sabına ödənilməsini yolverilməz hal kimi qiymət-
ləndirir. O göstərir ki, təbii şərait və ehtiyatlardan
daha səmərəli istifadə edərkən ərazini ekoloji ba-
xımdan qiymətləndirmək olduqca vacibdir. Res-
publlikamızın təbiətinin qorunmasında, yaranan
ekoloji problemlərin həllində akademik Həsən Əli-
yevin misilsiz xidmətlərini nəzərə alaraq Prezident
2017-ci ildə Azərbaycan təbiətinin böyük dostu
olmuş alimin 110 illik yubileyinin keçirilməsi ilə
bağlı sərəncam imzalamışdır. Bunları nəzərə alaraq
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitu-
tunun Elmi Şurası respublikamızın təbii şərait və
təbii ehtiyat potensialının düzgün qiymətləndiril-
məsi və səmərəli istifadə edilməsi, həmçinin aka-
demik H.Ə.Əliyevin respublikamızda ekoloji şə-
raitin sağlamlaşdırılması üçün gördüyü işlərin elmi
təhlilinin aparılması istiqmətində bir sıra tədqiqat
sahələri müəyyənləşdirmiş və tədbirlər planı iş-
ləyib hazırlamışdır. Bu tədbirlərdən biri də vaxtilə
Həsən müəllimin təşəbbüsü ilə salınmış badam-
püstə bağlarının və meşə zolaqlarının müasir və-
ziyyətinin öyrənilməsidir. Keçən əsrin ikinci ya-
rısında Coğrafiya İnstitutunun əməkdaşları akade-
mik H.Ə.Əliyevin rəhbərliyi altında Azərbaycanın
arid ekosistemlərində fitomeliorasiya tədbirlərinin
aparılması və aqrar sektorun inkişaf etdirilməsi
məqsədi ilə badam, püstə, qoz və eldar şamından
ibarət elmi-təcrübi əhəmiyyətli bağlar, meşə-bağ-
lar və meşə zolaqları salınmasında yaxından iştirak
etmişdir. Burada əsas məqsəd Şabran, Şamaxı, Si-
yəzən, Xızı, Lerik və Yardımlı rayonlarının, Abşe-
ron və Qobustanın, Acınohur-Ceyrançölün dağlıq
hissəsindəki zəif məhsuldarlığa və antropogen
təsirlərə qarşı yüksək həssaslığa malik arid ekosis-
temlərin ekoloji tarazlığını artırmaq, torpaq ero-
ziyasının qarşısını almaq və onları kənd təsərrüfatı
üçün rentabelli sahəyə çevirməklə davamlı inkişafa
nail olmaq idi. Belə aqroekosistemlərdən biri də
1976-cı ildə Həsən müəllimin bilavasitə rəhbərliyi
ilə Lerik rayonunun Zuvand çökəkliyində, keçmiş
Zərinqala kəndinin ərazisində salınmış badam
bağlarıdır.
Zuvand çökəkliyinə aparan yol Burovar silsilə-
sinin şərq ətəklərindən başlayır.
Cənub-şərqdən şi-
mal-qərb istiqamətində uzanan Burovar silsiləsinin
Xəzər dənizinə baxan şərq yamacları 3-cü geoloji
dövrdən qalmış zəngin flora növləri ilə örtülmüş-
dür. Bu meşələr strukturunun mürəkkəbliyi, çoxya-
ruslu olması, bioloji müxtəlifliyi, tez-tez bir-birini
əvəz edən zəngin meşə ekosistemləri ilə unikal bir
təbiət abidəsidir. Ağac və kolların növ müxtəlifliyi-
nə görə İ.S.Səfərov Talışın meşə ekosistemlərinin
Qafqazda yeganə olduğunu qeyd etmişdir. Burada-
kı ilkin strukturunu saxlamış meşələrin 1000 hek-
tarında da 32 ağac və kol növü qeydə alınmışdır ki,
bu da nəinki Qafqaz, ümumilikdə subtropik və
mülayim enliklərin meşə ekosistemləri üçün tək-
rarsız zənginlikdir. Çox təəsüf ki, Lənkəran-Astara
bölgəsinin ilkin meşə ekosistemlərinə hazırda yal-
nız Hirkan Dövlət Təbiət Qoruğunda rast gəlmək
mümkündür. Qalan meşə sahələri isə ya təkrar tö-
rəmə meşələrdir, ya da antropogen təsirlərlə ciddi
şəkildə pozulmuş meşələrdir (şəkil 1).
Akademik H.Ə.Əliyev Talış meşələrini "Həyə-
can təbili" kitabında təbii botanika bağına və ya
Akademik H.Ə.Əliyev