Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
2 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
BAŞ REDAKTOR: akademik
Ramiz Məmmədov
REDAKSİYA HEYƏTİ:
c.e.d., prof.
Fərda İmanov (baş redaktorun müavini), akademik
Axmetkal Medeu (Qazaxıstan), akademik
Qərib
Məmmədov, akademik
Məmməd Salmanov, c.e.d., prof.
Tapdıq Həsənov, c.e.d.
Zakir Eminov, c.e.d.
Rəna Qaşqay,
c.e.d.
Hüseyn Xəlilov, c.e.d.
Yaqub Qəribov, c.e.d.
Rza Mahmudov, c.ü.f.d.
Nazim Bababəyli, c.ü.f.d.
Məhərrəm
Həsənov, c.ü.f.d.
Mirnuh İsmayılov (məsul katib), a.e.ü.f.d.
Mətanət Əsgərova, p.e.ü.f.d.
Oqtay Alxasov
Redaktor:
Zahid Əhmədov
Buraxılışına məsul:
Mail Xəlilov
Kompüter tərtibatçısı:
Emil Cəbrayılov
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda yığılmış və səhifələnmişdir.
Redaksiyanın ünvanı: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr., 115
Telefon: (+99412) 539 3376
www.gsaz.az
***
EDITOR-IN-CHIEF: academician
Ramiz Mammadov
EDITORIAL BOARD:
Dr. geog., prof.
Farda İmanov (deputy of editor-in-chief), academician
Akhmetkal Medeu (Kazakhstan), academician
Garib Mammadov, academician
Mammad Salmanov, dr. geog., prof.
Tapdyg Hassanov, dr. geog.
Zakir Eminov, dr.
geog.
Rena Gashgay, dr. geog.
Huseyn Khalilov, dr. geog.
Yagub Garibov, dr. geog.
Rza Mahmudov, PhD geog.
Nazim Bababeyli, PhD geog.
Maharram Hassanov, PhD geog.
Mirnuh İsmayilov (executive secretary), PhD agr. sci.
Matanat Askerova, PhD ped. sci.
Ogtay Alkhasov.
Editor:
Zahid Ahmadov
Responsible for the issue:
Mail Khalilov
Computer designer:
Emil Jabrayilov
This journal has been composed at the Institute of Geography named after acad. H.Aliyev, ANAS.
Editorial address: Institute of Geography named after acad. H.Aliyev, ANAS, AZ 1143 Baku c. H.Javid ave. 115
Phone: (+99412) 539 3376
www.gsaz.az
ISBN-978-9952-8032-5-9
________________________
---------------------------------------------
Çapa imzalanmışdır 15.12.2017
Formatı 70x100 Tiraj-100
«AVROPA» nəşriyyatı, 2017
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
3
AKADEMİK HƏSƏN ƏLİYEV-110
(Həyatından ştrixlər)
Azərbaycan Elm-
lər Akademiyasının
akademiki, respubli-
kanın Əməkdar elm
xadimi, “Şərəf nişa-
nı”, Qırmızı Əmək
Bayrağı və Lenin or-
denli, Dövlət müka-
fatı laureatı, kənd tə-
sərrüfatı elmləri dok-
toru, professor Həsən
Əlirza oğlu Əliyev
86 il gərgin, şərəfli və
məhsuldar ömür ya-
şamışdır.
Belə bir atalar deyimi var: “Müqəddəs yer heç
vaxt boş qalmır”. 1907-ci il dekabr ayının 15-də
Azərbaycanın ilk əkinçi-ekologu Həsən bəy Zərda-
bi dünyasını dəyişir və həmin gün Zəngəzur maha-
lının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk
oğul uşağı dünyaya göz açır və onun adını Həsən
qoyurlar.
Həsənin ayağı yer tutandan o, ailənin köməyinə
çatır, gücü çatan işlərin qulpundan yapışır. On bir
yaşına çatanda Həsənin "ev" əməyi “çöl” əməyi ilə
− qoyun-quzu otarmaqla əvəz olunur.
1905-ci ildə, rus-türk müharibəsi qurtardıqdan
sonra rus ordusu silahlarını ermənilərə verir. Bu si-
lahlardan istifadə edən ermənilər Andronikin baş-
çılığı ilə millətçi hərbi bölmələr yaradırlar. Zəngə-
zurdakı azərbaycanlı kəndləri hədəfə götürülür, on-
lara hücum olur və neçə-neçə yaşayış məntəqələri
boşaldılır. Qanlı-qadalı 1918-ci ilin yazında növbə
Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz
qalan köməksiz Comərdli əhli qərbə — Naxçıvan
diyarına üz tutur və orada ayrı-ayrı kənd və şəhər-
lərdə yerləşməli olurlar.
Əlirza kişinin ailəsi Naxçıvan şəhərinə sığınır.
1918-ci il qaçqınları bir parça çörək üçün ağır əmə-
yə qatlaşmalı olurlar. Həsən Əliyev də 1917-1924-
cü illərdə Naxçıvan şəhərində muzdurluq edir.
Sovet hakimiyyətinin ilk illərində savadsızlığın
ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev
də 17 yaşında (1924) Naxçıvan şəhərində kənd ax-
şam məktəbində oxuyur və 23 yaşında (1930) mək-
təbi bitirir. O, dünyəvi məktəbə gedənə qədər molla
yanında təhsil almaq məcburiyyətində qalmışdır.
Həsən Əlirza oğlu hələ gənclik yaşlarından dünya
görüşünün yetkinliyi və gələcəyə maraq göstərməsi
ilə tay-tuşlarından seçilirdi. O, 1925-ci il oktyabr
ayının 5-də "Şərq qapısı" qəzetində "Bizə də teatr
lazımdır", 1929-cu ildə isə "Molla Nəsrəddin" jur-
nalının 16-cı sayında "Müəllim lazımdır" adlı mə-
qalələrini dərc etdirmişdi.
Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçı-
van şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda
da təhsil alır. 20 yaşlı Həsən oxuya-oxuya muxtar
respublikanın Torpaq Komissarlığının zərərverici-
lərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işlə-
yir.
1935-ci ilədək, yəni ömrünün 28-ci ilində
H.Əliyev kənd təsərrüfatının qoyunçuluq, üzümçü-
lük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki zi-
yanvericilərinə qarşı mübarizədə zəngin təcrübə
toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu
müxtəlif vəzifələrə irəli çəkirlər.
Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil
almış Həsən ƏIİyev birbaşa aspiranturaya daxil
olur.
1937-ci ildə SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialı yaradılır. Həsən ƏIİyev elmin
közərməkdə olan ocağını daha da alovlandırmaq
məqsədilə Bakı şəhərinə gəlir. SSRİ EA Azərbay-
can filialının Torpaqşünaslıq
bölməsində elmi işçi,
sonra isə elmi katib işləyir.
Torpağın qədrini bilən Həsən müəllim xam tor-
paqların tədqiqi ilə məşğul olmağı qət edir. O, su-
suz, dağarası çökəkliklərdə səhraya çevrilmiş Qo-
bustanın cənub-qərb hissəsinin arid torpaqlarının
tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı "Pirsaat
düzünün torpaqları və ondan istifadə yolları" adlı
ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Həsən
müəllim bu tədqiqat əsərində arid (quraq) iqlim şə-
raitində yaranmış xam torpağın elmi təhlilini ver-
məklə ondan necə istifadə etmək yollarını da gös-
tərmişdir.
Gənc alimin yazdığı elmi əsərlərin mürəkkəbi
qurumamış Böyük Vətən müharibəsi başlayır. Hə-
sən müəllimin hərbi çağırışdan saxlanılmaq üçün
bronu olmasına baxmayaraq, o, könüllü olaraq mü-
haribəyə − döyüş cəbhəsinə gedir. 1941-1943-cü il-
lərdə Şimali Qafqaz uğrunda döyüşlərdə orduda
zabit kimi hərbi xidmət edir, ağır yaralanır.
Müharibədən sonra Həsən Əliyev yenidən əv-
vəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan fi-
lialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri
vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı
elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9
il sonra Azərbaycan EA-nın akademiki kimi yük-
sək elmi ada layiq görülür.
1944-1952-ci illər ərzində Həsən Əliyev elmi
tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu