102
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi
QAYDASI
1. Bu Qayda meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsini tənzimləyir.
2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi, habelə mülkiyyət
və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən
(bundan sonra — fiziki və hüquqi şəxslər adlandırılır) meşə fondu ehtiyatlarının
istifadəsi zamanı Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar
meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.
3. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (su qovşaqlarının,
boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi zamanı və s.) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur.
Bu halda meşə fondu torpaqlarının kadastr qiyməti əsasında hesablanmış dəyəri
onları istifadə edəcək fiziki və hüquqi şəxslər tərəfindən ödənilir.
4. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin
tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən
bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə
təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr
üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər.
5. Fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş
aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə
şikayət edə bilərlər.
6. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan
Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və
itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir.
107
Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ
hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
«Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
«Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən
ziyanın ödənilməsi Qaydası» və «Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə
ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası» təsdiq
edilsin (əlavə olunur).
2. «Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul
tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükəsizliyi təmin ediləcək məhsulların
siyahısı»na «Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları» sözləri
əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 8 noyabr 1999-cu il
№ 174