Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

- Yaxşı – Matabane stuldan qalxmadan deyir – Professor Luriyə başqa sualınız yoxdursa, iştirakına görə 
təşəkkür edib, onu azad etmək istəyirəm. 
Əvvəl onu tanımırlar. Pilləkəni yarısınacan enəndən sonra kimsə qışqırır: Odu! Sonra tələsik addım səsləri 
eşidilir.  
Pilləkənin aşağısında Devidə çatırlar: bir nəfər, hətta addımlarını yavaşlatmaq üçün onun pencəyindən 
yapışır.  
- Professor Luri, bir dəqiqə sizinlə danışmaq olar? – kimsə soruşur.  
O, heç nəyə əhəmiyyət vermədən vestibüldəki izdihama qarışmağa çalışır: hamı çevrilib ardınca 
qaçanlardan qurtulmağa çalışan hündürboylu kişiyə baxır.  
Kimsə onun yolunu kəsir. – Dayanın – bir qız deyir. O, üzünü çevirib, əlini irəli uzadır. Fotoaparatın işığı 
yanıb-sönür. 
 Hörüklərinə kəhrəba rəngli muncuqlar taxmış qız onun qarşısına keçir, ağ dişlərini göstərə-göstərə 
gülümsəyir. 
 – Dayanıb danışa bilərik? Necə keçdi? 
O, ağzına tərəf uzadılan diktofonu geri itələyir. 
Nə necə keçdi? 
Fotoaparat ikinci dəfə parlayıb-sönür.  
Dindirilmə.  
Bu haqda şərh verə bilmərəm. 
Yaxşı. Nə haqda şərh verə bilərsiniz? 
Şərh verəsi heç nə yoxdur. 
Avaralar və maraqlarını boğa bilməyənlər onların ətrafına toplaşmağa başlayıblar. Devid çıxıb getmək 
istəsə, izdihamı yarmalı olacaq  
Peşmansınız? – qız soruşur. Diktofon irəli çıxır. - Əməlinizə görə peşmansınızmı? 
Yox – Devid deyir – Bu təcrübə məni zənginləşdirdi. 
Təbəssüm qızın üzündən çəkilir.  
- İkinci dəfə bu addımı atardınızmı? 
Hesab eləmirəm ki, bir də belə bir imkanım ola bilər.  


Bəs olsaydı? 
Realist sual deyil. 
Jurnalist qız kiçik aparatının qarnını doyurmaq istəsə də, bir anlıq onu düşünülməmiş sözlər deməyə 
vadar edəcək sualları tapıb deyə bilmir. 
Təcrübə ona neyləyib? – kimsə astadan soruşur – zənginləşdirib? 
Gülüşmə düşür. 
Soruş gör, üzr istəyib – kimsə qıza səslənir. 
Soruşmuşam. 
Etiraflar, üzrxahlıqlar: bu alçaltmaq ehtiyacı haradandır? Səssizlik çökür. İnsanlar naməlum vəhşi bir 
heyvanı dövrəyə alıb, qənimətlərini necə öldürəcəklərini bilməyən ovçulara bənzəyirlər. 
  
Ertəsi gün fotoşəkil tələbə qəzetində dərc olunur. Şəklin altından “Uduzan kim oldu?” sözləri yazılıb. 
Şəkildə gözləri kədərlidir, əllərini fotoaparatı almaq istərcəsinə irəli uzadıb. Öz-özlüyündə şəkil kifayət 
qədər gülünc olsa da, onu əsl şah əsərə çevirən cavan bir oğlanın irişə-irişə zibil qabını onun başına 
tutmağıdır. Perspektiv oyunu elə təəssürat oyadır, sanki zibil qabı Devidin başına keçirilib. Bu vəziyyətdə 
şəkli çəkilmiş adam nəyə ümid eləyə bilər? 
“Komissiya öz qərarını gizli saxlayır” - məqalənin başlığında deyilir. Professor Devid Luriyə qarşı 
qaldırılmış ittihamları araşdıran Təhqiqat Komissiyası nə qərar qəbul etdiyini açıqlamaqdan imtina etdi. 
Komissiyanın sədri Manas Matanabe əldə edilən məlumatların rektora təqdim ediləcəyini deməklə 
kifayətləndi.  
Dindirildikdən sonra QZƏ Cəmiyyətinin nümayəndələri ilə arasında düşən mübahisə zamanı Luri tələbəsi 
ilə münasibətlərindən zənginləşdiyini deyib.  
Qalmaqalın başlamasına isə tələbələrin romantik poeziya üzrə mütəxəssis Luriyə qarşı qaldırdığı 
şikayətlər səbəb olub. 
 
Matabane Devıdın evinə zəng vurur.  
Devid, Komissiya öz tövsiyəsini Rektora təqdim edib. Rektor məndən xahiş etdi ki, sizinlə axırıncı dəfə 
əlaqə saxlayım. O, heç bir qəti tədbir görmək istəmir. Bir şərtlə, öz adınızdan həm sizin, həm də bizim 
üçün qənaətbəxş sayıla biləcək bir bəyanat yazmalısınız. 
Manas, bu barədə artıq danışmışıq. 


Bir dəqiqə. Mənə qulaq asın. Bizi qane edəcək bəyannamənin qaralaması bu dəqiqə qarşımdadır. Çox 
qısadır. Oxuya bilərəm!  
Oxuyun! 
Matabane oxuyur: özümə heç bir bəraət qazandırmadan şikayətçinin insan hüquqlarını ciddi şəkildə 
pozduğumu, Universitetin mənə etibar etdiyi səlahiyyətlərimdən sui-istifadə etdiyimi etiraf edirəm. Hər 
iki tərəfdən səmimi qəlbdən üzr istəyirəm və boynuma düşən cəzanı çəkməyə hazıram. 
“Boynuma düşən cəza” – bu nə deməkdir? 
Başa düşdüyümə görə sizi işdən azad etməyəcəklər. Gərək ki, sizdən məzuniyyətə çıxmaq xahiş ediləcək. 
Universitetə qayıdıb-qayıtmamaq barədə qərarı özünüz verəcəksiniz, bir də çalışdığınız kafedranın 
müdiri.  
Vəssalam? Məsələnin kompleks həlli budur? 
Hər halda mən belə başa düşdüm. 
Bağışlanmaq haqqında ərizə qüvvəsi daşıyacaq bu bəyanatı imzalamağa hazır olduğunuzu göstərsəniz, 
rektor həmin sənədi bu mənada qəbul edəcək.  
Hansı mənada? 
Peşmançılıq mənasında  
Manas, biz dünən peşmançılıq haqqında danışdıq. Mən sizə öz fikrimi dedim. Mən qanunun aliliyini 
təcəssüm etdirən rəsmi tribunalın qarşısına çıxdım və bu dünyəvi məhkəmədə öz dünyəvi günahımı artıq 
etiraf etmişəm. Bu etiraf kifayət eləməlidir, peşmançılığın isə məsələyə dəxli olmamalıdır.  
Devid siz tamamilə fərqli mətləbləri bir-birinə qarışdırırsınız. Heç kim sizi peşman olmağa çağırmır. 
Ruhunuzun dərinliklərində nələrin baş verdiyi,  sizin təbirinizcə desək, dünyəvi tribunalın insan övladı 
hesab eləmədiyiniz üzvləri kimi bizim üçün qaranlıqdır. Sizdən bəyanat verməyiniz xahiş olunur.  
Məndən qeyr-səmimi üzrxahlıq tələb edilir. 
Məsələ səmimilikdə deyil. Dediyim kimi o sizin öz vicdanınıza qalıb. Əsas sizin öz günahınızı açıq etiraf 
etməyə, səhvinizi düzəltməyə hazır olmağınızdır.  
İndi, doğrudan da xırdaçılıq edirik. Məni ittiham eləmisiniz, mən də günahımı etiraf eləmişəm. Məndən 
başqa heç nə tələb olunmur.  
Yox, tələb olunur. Dəfələrlə artığı tələb olunur. İstədiklərimizi bizə verməyin bir yolunu tapacağınıza 
ümid edirəm.  
Üzr istəyirəm, amma istədiyinizi edə bilmərəm.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə