Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   ...   51

əsrin dörddə birini əhatələyən əmək fəaliyyəti ərzində  üç kitab nəşr etdirib. Bu kitablardan heç biri 
nəinki böyük əks-sədaya, heç pıçıldaşmalara da səbəb olmadı. İlk kitab operaya (“Boyto və Faust 
haqqında əfsanə: Mefistofelin genezisi”), ikincisi Erosun yaranması haqqında düşüncələrə (“Riçardın 
Müqəddəs Viktora görünməsi”), üçüncü isə Vordsvort və tarixə (“Vordsvort və keçmişin ağır yükü”) həsr 
olunub.        
Son bir neçə ildə  Bayronun əsərlərinə həsr olunmuş kitab yazmaq barədə düşünür: Əvvəl ona elə gəlirdi 
ki, daha bir kitab, daha bir tənqidi əsər meydana gələ bilər, lakin özünü işə başlamağa məcbur edə 
bilmirdi. Məsələ burasındadır ki, o, tənqiddən, nəsri santimetrlərlə ölçməkdən yorulub. O, musiqi əsəri 
yazmaq istəyirdi: “Bayron İtaliyada”, cinslərarası məhəbbətin kamera musiqisində təzahürü.      
Kommunikasiya dərslərini keçən zaman Devidin ağlına müxtəlif ifadələr yazılmamış əsərin melodiyaları 
gəlir. Öz peşəsində heç vaxt fərqlənməyib. Universitet yenidən qurulduqdan və onun fikrincə, eybəcər 
hala salındıqdan sonra isə, özünü əvvəlkindən də artıq təcrid olunmuş hiss edir. Digər tərəfdən onun 
köhnə həmkarları da bu günə qədər həll etməyə vərdiş etdikləri problemlərlə üst-üstə düşməyən yeni 
vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər.    
Tədris etdiyi materiala heç bir maraq göstərmədiyindən tələbələrə yaxşı təsir bağışlaya bilmir. Dərs vaxtı 
tələblərin fikirləri başqa yerdə olur, adını tez-tez yadlarından çıxarırlar. Boynuna almaq istəməsə də, 
tələbələrin laqeydliyi onu həddən artıq incidir. Buna baxmayaraq, Devid tələbələr, onların valideynləri və 
dövlət qarşısındakı öhdəliklərini tam məsuliyyətlə yerinə yetirir.    
O, hər ay tələblərinə ev tapşırıqları verir, yazı işlərini toplayıb oxuyur, punktuasiya, orfoqrafiya və sözün 
istifadəsinə buraxdıqları səhvləri düzəldir, zəif məqamları önə çəkir, hər vərəqədə ehtiyatla ölçülüb-
biçilmiş qısa şərhlər yazır.  
O, dolanışıq xatirinə müəllimlik edir. Digər tərəfdən işi ona bu dünyada hansı yeri tutduğunu xatırladır, 
özü ilə barışmağı, təvazökarlığı öyrədir. Peşəsindəki təzadlar da diqqətindən yayınmır: dərs keçməyə 
gələnlər həyatlarının ən axırıncı dərsini alırlar, öyrənməyə gələnlər isə heç nə öyrənmirlər. O, Sorayaya 
peşəsinin bu xüsusiyyəti barədə danışmır. Çünki Sorayanın məşğuliyyətində də belə bir qəribəliyin tapıla 
biləcəyinə inanmır. 
Qrin – Pointdəki mənzilin mətbəxində çaydan, plastik fincanlar, qəhvə qutusu, qənd paketləri ilə dolu 
qənddan, soyuducuda bir neçə su şüşəsi, vanna otağında sabun, bir-neçə dəsmal, divar şkafında təmiz 
yatacaq var. Soraya kosmetikasını kiçik bir çantada saxlayır. Onların təmiz, ağılla təşkil olunmuş, 
funksional görüş yerində artıq heç nə yoxdur.  
Onu ilk dəfə qəbul edəndə, Soraya dodaqlarına al qırmızı pomada çəkmişdi, vəsməsi də qədərindən artıq 
idi. Kosmetikanın yapışqanlığı xoşuna gəlmədiyindən Devid ondan üzünü təmizləməyi xahiş etmişdi. 
Soraya onun sözünə əməl etmiş, bir də kosmetikadan istifadə etməmişdi. O çox tez öyrənir, sözəbaxan 
və mülayim qadındır. O, Sorayaya hədiyyələr verməyi xoşlayır. Yeni ildə ona üzərinə mina çəkilmiş 
qolbaq, Qurban bayramında isə əntiq dükanında diqqətini cəlb edən bir boyunbağı hədiyyə etmişdi. 
Sorayanın heç də süni olmayan sevinci ona zövq verir. Qəribədir, bir qadınla həftədə doxsan dəqiqəlik 
ünsiyyət onu xoşbəxt etməyə kifayət edir. Halbuki, əvvəllər o, həyat yoldaşına, evə və ailəyə ehtiyacı 


olduğunu düşünərdi. Görünür, bu ehtiyaclar, əslində çox bəsit və ötəri imiş. Devid heç bir emosiya, daha 
doğrusu ən mübhəm və anlaşılmaz olanlardan başqa heç bir həyəcan duymur: nəqliyyatın şəhər sakinini 
yuxuya verən sakit uğultusunu, yaxud da gecənin səssizliyinin kəndli üzərində yaratdığı təəssüratı 
xatırladan basso – ostinato .       
O gününü eyş-işrətdə keçirib çiyrinmiş halda, ifadəsiz gözlərlə evə qayıdan Emma Bavari haqqında 
düşünür. Bu da səadət - Emma güzgüdə özünə baxıb deyir. Şairlərin şerlərində bəhs etdiyi səadət!  
Zavallı Emma hansısa yolla Keyptauna gəlib çıxa bilsəydi, bir cümə axşamı onu özü ilə gətirib səadətin nə 
olduğunu göstərərdi:   
Lakin bir şənbə səhəri hər şey dəyişdi. İşləri ilə əlaqədar şəhərdədir; Seint Corc küçəsi ilə addımlayarkən 
gözləri izdihamın arasındakı qədd-qamətli qadına sataşır. İki oğlan uşağının müşayiəti ilə yeriyən bu 
qadının Soraya olduğuna şübhə yoxdur. Devid bir qədər tərəddüd etdikdən sonra, aradakı məsafəni 
azaltmadan onların ardınca gedir.  Soraya və uşaqlar “Kapitan Doreqonun balıq mehmanxanası”na daxil 
olub gözdən itirlər. Oğlanların saçları Sorayanınkı kimi parlaq, gözləri qaradır. Onların Sorayanın uşaqları 
olduğuna şübhə yoxdur.  
O, mehmanxanadan bir qədər uzaqlaşdıqdan sonra geri qayıdıb ikinci dəfə “Kapitan Doreqo”nun 
yanından ötür. Üçü də pəncərənin yanındakı stolun arxasında əyləşiblər. Bir anlıq Soraya ilə Devidin 
baxışları toqquşur. O, Şəhərdə böyümüşdü, Erosun təkəbbürlə yeridiyi, baxışların ox kimi uçuşduğu 
bədənlərin axını arasında özünü həmişə rahat hiss edirdi. Lakin Soraya ilə arasındakı bu baxışmaya görə 
dərhal peşman olur.    
Növbəti cümə axşamı təsadüfi görüşləri barədə danışmasalar da, xatirələr onlara rahatlıq vermir. O, 
Sorayanın təhlükəli ikili həyat tərzini pozmaq fikrindən tamamilə uzaqdır. Əksinə, Devid nəinki iki, hətta 
üç və daha çox hissələrə ayrılmış həyatın tam lehinədir. Əslinə qalsa, həmin təsadüfdən sonra onun 
Sorayaya qarşı rəğbəti bir az da artıb. “Sirrin etibarlı əllərdədir” – o demək istəyir. İkisi də baş verənləri 
beyinlərindən ata bilmirlər. Sorayanın oğlanları sanki daim onların yanındadırlar, analarının yad bir kişi 
ilə əlaqəyə girdiyi otağın küncündə kölgə kimi sakitcə oynayırlar. Sorayanın qollarında o, bir anlıq onların 
atasına, ögey atasına, zalım ataya çevrilir. Yataqdan qalxdıqdan sonra isə, uşaqların gözlərinin bir küncü 
ilə, maraqla ona baxdıqlarını hiss edir. Devid özündən asılı olmadan uşaqların əsl atası barədə 
düşünməyə başlayır. Görəsən, onun arvadının nə işlə məşğul olduğu barədə zərrə qədər təsəvvürü 
varmı, yoxsa o, heç nə bilməməyin rahatlığına üstünlük verir?  
Devidin oğlu yoxdur. O, qadınlardan ibarət bir ailədə böyüyüb. Vaxt ötdükcə, ananı, xalaları və bacıları 
bir – bir məşuqələr, həyat yoldaşları və qızı əvəz elədi. O, həmişə qadınların əhatəsində olduğu üçün 
qadınları sevirdi, hətta arvadbaz adlandırıla bilərdi.  Hündür boyuna, möhkəm sümüklərinə, sarımtıl 
dərisinə, buruq saçlarına görə qadınları cəlb etməkdə çətinlik çəkmirdi.  
Hansısa qadına müəyyən cür, müəyyən məqsədlə baxardısa, həmin qadının ona eyni baxışlarla cavab 
verəcəyindən əmin ola bilərdi. O, on illərlə bu cür yaşamışdı, bu onun mövcudluğunun bel sütunu idi. 
Günlərin bir günü hər şey bitdi. Fövqəladə bacarıqları onu heç bir xəbərdarlıq eləmədən  tərk etdi. Bir 
vaxtlar ona cavab verən baxışlar indi onu görmürdü. O, bir gecənin içində kabusa çevrilmişdi. Əgər bir 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə