Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   ...   51

Devid mətbəxdə şərab şüşəsini açıb, boşqablara peçenye və pendir düzür. Qayıdanda qızın azca kitab 
rəflərinə doğru əyilib başlıqları oxuduğunu görür və musiqi mərkəzini işə salır: Motsartın klarnet üçün 
kvinteti    
Şərab və musiqi: qadın və kişinin yerinə yetirməli olduğu ritual. Bu rituallarda pis heç nə yoxdur. Onlar 
naqolay vəziyyətləri yüngülləşdirmək üçün kəşf ediliblər. Lakin Devidin evinə gətirdiyi qız nəinki ondan 
otuz yaş kiçik, hətta himayəsi altında olan tələbədir. İndi aralarında baş verəcəklərdən asılı olmayaraq, 
yenə müəllim və şagird kimi görüşməli olacaqdılar. Buna hazırdırmı?  
- Kurs xoşunuza gəlir?       
- Bleyk və Vonderhorn xoşuma gəldi.  
- Vonderhorn.  
- Vordsvort o qədər də xoşuma gəlmədi.   
- Bunu mənə deməsəniz yaxşıdır. Vordsvort mənim müəllimlərimdən biri olub. -  
Yalan demir. Özünü tanıdığı gündən  içində “Prelüdiya”nın harmoniyalarının əks-sədasını eşidir.  
- Bəlkə də kursun sonunda onu daha yaxşı qiymətləndirə bilərəm. Bəlkə də daha çox xoşuma gəlməyə 
başlayar.  
Ola bilər. Amma təcrübəmdən bilirəm ki, poeziya ya ilk dəfədən insana zövq verir, ya da ümumiyyətlə 
heç nə demir. İldırım çaxması kimi. Aşiq olmaq kimi.   
“Aşiq olmaq kimi”. İndiki cavanlar aşiq olurlarmı, yoxsa bu mexanizm artıq köhnəlib, buxar maşınları 
qədər gərəksiz, əcaib bir şeyə çevrilib. Xəbəri yoxdur, zəmanədən geri qalıb. Bəlkə də məhəbbət 
dəfələrlə dəbdən düşüb, yenidən dəbə minib.    
Özünüz şer yazırsınız?  
Məktəbdə yazırdım. O qədər də yaxşı şerlər deyildi. İndisə vaxtım yoxdur. 
Bəs ehtiraslar? Ədəbi ehtiraslarınız varmı?  
Qız bu qəribə sözü eşidəndə,  qaşqabağını sallayır.  
İkinci kursda Adrianna Riç və Tonni Morrisonu keçirdik. Bir də Elis Voker. Çox maraqlı idi. Amma buna 
ehtiras deməzdim.  
Deməli ehtirasları olan qız deyil. Bəlkə də dolayı yolla ona uzaqda xəbərdarlıq edib, özündən uzaqda 
saxlamaq istəyir.   
Şam yeməyi hazırlamağa çalışacağam. Mənə qoşulmaq istəmirsiniz? Çox asan olacaq.  
Melani sanki tərəddüd edir.  


 - Hə deyin. – Devid təkid edir.  
- Yaxşı, amma əvvəl zəng vurmalıyam.  
Telefon söhbəti Devidin gözlədiyindən çox çəkir. O, mətbəxdən qızın boğuq pıçıltılarını, uzun müddət 
susub qulaq asdığını eşidir.    
Gələcək planlarınız nədir? - Devid daha sonra soruşur.  
Aktyorluq və səhnə tərtibatı. Teatr haqqında diplom işi yazıram.  
Bəs nə üçün romantik poeziya kursuna yazılmısınız?  
Melani burnunu qırışdırıb fikrə gedir.  
Əsasən ab-havasına görə, - o deyir – Təkrar Şekspiri öyrənmək istəmirdim. Şekspiri keçən il keçmişəm.  
Devidin hazırladığı şam yeməyi, doğrudan da çox sadədir: göbələk souslu ançouslu talyatelli. Melaniyə 
göbələkləri doğramağa icazə verir. Qalan vaxtı Melani stulda əyləşib, onun bişirməyinə tamaşa edir. 
Qonaq otağında şam edir, ikinci şərab şüşəsini açırlar. Melani dayanmadan yeyir. Qamətli bir qız olsa da, 
təəccüblü dərəcədə iştahalıdır.       
Yeməyi həmişə özünüz hazırlayırsınız? 
Tək yaşayıram. Mən hazırlamasam, heç kim hazırlamaz.  
Yemək bişirməkdən zəhləm gedir. Bəlkə də öyrənsəm, pis olmazdı.  
Niyə? Xoşunuz gəlmirsə, yemək bişirə bilən bir adama ərə gedə bilərsiniz.  
Bir yerdə fikrə gedirlər: cürətkar geyimli, zövqsüz zinət əşyaları taxmış cavan arvad qapının kandarında 
dayanıb səbirsizliklə havanı qoxulayır; ər- solğun bənizli Cənab Düzgün isə buxarla dolu mətbəxdə 
yaxasında döşlük qazan qarışdırır. Rolların dəyişdirilməsi: burjua komediyalarının əsas mövzusu  
Vəssalam. - Boşqab tamam boşaldıqdan sonra Devid deyir. - Desertimizsə yoxdur, yalnız alma və yoqurt. 
Qonaq gözləmirdim.  
Hər şey çox gözəl idi. - Melani qədəhindəki şərabı sonacan içib deyir və ayağa qalxır.- Sağ olun.   
Hələ getməyin, - Devid qızın əlindən tutub divana tərəf aparır. - Sizə bir şey göstərmək istəyirəm. Rəqs 
xoşlayırsınız? Rəqs etməyi yox, ümumiyyətlə rəqsi sevirsiniz? - Videomaqnitofonu işə salır. - Norman 
Maklaren adlı bir nəfərin filmidir. Çox köhnədir. Kitabxanadan tapmışam. Görək sizin də xoşunuza 
gələcəkmi.    
Divanda yanaşı oturub ekrana baxırlar. Boş səhnədə iki nəfər rəqs edir.  stroboskopik kamera ilə çəkilmiş 
filmdə rəqqasların hərəkətlərinin kölgələri arxa fonda açılmış nəhəng quş qanadları kimi dalğalanır. İlk də 
dəfə iyirmi beş il əvvəl gördüyü bu rəqs Devidi hələ də valeh edir: dərhal keçmişə çevrilən indiki zaman. 
İki müxtəlif zaman eyni məkanda əks etdirilir.      


O, filmin Melanini də valeh edəcəyinə ümid etsə də, qızın gördüklərindən heç də təsirlənmədiyi aydın 
sezilir.  
Melani, film bitdikdən sonra ayağa qalxıb otaqda gəzişməyə başlayır. Pianonun qapağını qaldırıb, 
ortadakı do dilinə toxunur. Çala bilirsiniz?  
Bir az  
Klassika, yoxsa cazz?  
Təəssüf ki, caz yox.  
Mənim üçün çalarsız?  
İndi yox. Neçə vaxtdır məşq eləmirəm. Başqa vaxt, bir-birimizi daha yaxından tanıyanda.  
Melani iş otağına boylanır: - Baxmaq olar?  
İşığı yandırın.   
Bayronun nə çox kitabı var. – Melani geri qayıdanda deyir. - Ən sevdiyiniz şairdir?  
Bayron haqqında yazıram. İtaliyada yaşadığı dövr haqqında. 
Cavan ölüb, elə deyil? 
Otuz altı yaşında. Hamısı ya cavan ölüblər, ya gücdən düşüblər, ya da dəli olub, qıfıl altında saxlanıblar. 
Amma Bayron İtaliyada yox, Yunanıstanda ölüb. Qalmaqaldan xilas olmaq üçün İtaliyaya qaçıb, orda 
məskunlaşıb. Həyatının sonuncu ən böyük məhəbbətini də orda yaşayıb. O vaxt İtaliyaya getmək 
ingilislər arasında dəb imiş. Onlar inanırdılar ki, hələ də öz təbiiliklərini qoruyub saxlayan italyanlar 
şərtiliklərə daha az tabe olurlar və daha ehtiraslıdırlar.     
Melani otağı ikinci dəfə dolanır.  
Həyat yoldaşınızdı? - Melani qəhvə masasının üstündəki çərçivəli şəklin qarşısında dayanıb soruşur.  
Anamdı. Cavanlığında çəkilib.  
- Evlisiniz?  
 - Evli olmuşam. İki dəfə. İndi isə yox.  
Daha “indi əlimə keçənlə qane oluram”, “indi fahişələrlə kifayətlənirəm” demir.  
Likör içmək istəmirsiniz?  
Melani likör istəməsə də, qəhvəsinə bir az viski qatmağa etiraz eləmir.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə