Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

Bəzən eyni səbəbdən 
Əl atar cinayətə 
Bəli. Lüsifer necə bir məxluqdur?  
Güman ki,  tələbələr artıq oğlanla onun arasındakı gərginliyi hiss ediblər. Bu sual yalnız cavan oğlana 
ünvanlanıb. O, suala yuxudan oyadılanda hay verən insanlar kimi  cavab verir:  
- O istədiyini edir. Hərəkətlərinin pis, yoxsa yaxşı olduğunu isə vecinə almır.   
Tamamilə doğrudur. Pis və ya yaxşı, istədiyini eləyir. O, əxlaqi prinsiplərlə yox, öz arzuları ilə hərəkət edir. 
Arzularının səbəbi isə özünə məlum deyil. Daha bir neçə sətir oxuyaq: “Dəli olan başı yox, ürəyi idi”. Dəli 
ürək. “Dəli ürək” nə deməkdir?  
Həddindən çox sual verir. Sözsüz ki, cavan oğlan intuisiyasına bir az da işə salmaq istəyərdi. Bu, çox aydın 
hiss olunur. O, motosikl və dəbli libaslardan başqa nəsə bildiyini nümayiş etdirmək istəyir. Bəlkə 
doğrudan da nəsə bilir. Bəlkə də dəli ürəyə sahib olmağın nə demək olduğu barədə təsəvvürü var. Amma 
burda, sinif otağında yadların arasında lazımi sözləri tapıb deyə bilmir, başını yırğalayır.  
Eybi yox. Yadınızda saxlayın ki, bizdən onu – həqiqətən də müəyyən qüsurları olan bu varlığı qınamaq 
tələb olunmur. Əksinə, şair bizi onu başa düşüb ona rəğbət bəsləməyə çağırır. Lakin bu rəğbətin həddi 
olmalıdır. O özü də dediyi kimi eybəcər bir məxluqdur. Sonda Bayron göstərir ki, onu sözün əsl 
mənasında dərindən sevmək mümkün deyil. O, yalnızlığa məhkumdur.  
Başlar əyilir. Tələbələr sözləri dəftərlərə qeyd edirlər: Bayron, Lüsifer, Kain. Onlar üçün hamısı birdir.  
Şeri bitirirlər. O, tələbələrlə “Don Juan”ın ilk bir neçə nəğməsini oxumağı tapşırıb dərsi vaxtından əvvəl 
bitirir. Tələbələrin başı üzərindən qızı səsləyir: Melani, səninlə danışmaq olar?  
Sifəti çəkilmiş, yorğunluqdan üzülmüş qız onun qarşısında dayanıb. Tək olsaydılar, o, qızı qucaqlayıb, 
təsəlli edər- “mənim balaca göyərçinim” deyərdi.       
Əvəzində: -otağıma gedək?” – soruşur. 
Pilləkənlə onun otağına qalxırlar. Oğlan qızın ardınca gedir. O, oğlana “burada gözlə” deyib qapını üzünə 
örtür.  
Devidin qarşısında əyləşmiş Melaninin başı önə əyilib.  
- Əzizim, - o deyir – Bilirəm ki, çətin günlər keçirirsən, vəziyyəti daha da ağırlaşdırmaq istəmirəm. Amma 
səninlə bir müəllim kimi danışmalıyam. Bütün tələbələrim qarşısında öhdəliklərim var. Dostun 
Universitetdən kənarda nə etsə, öz işidir. Amma dərsləri pozmağına icazə verə bilmərəm. Bu sözləri 
mənim adımdan ona çatdır. Özünə, dərslərinə daha çox vaxt ayırmalısan. Dərslərdə daha müntəzəm 
iştirak etmək lazımdır. Buraxdığın imtahanı da verməlisən.  


Melani çaşqın halda, hətta heyrətlə Devidə baxır. “Özün məni hamıdan təcrid eləmisən” – o demək 
istəyir. – “Öz sirrini saxlamağa məcbur eləmisən. Mən daha adi bir tələbə deyiləm. Mənimlə necə belə 
danışa bilirsən?”  
Qız, nəhayət ki, ağzına açanda, səsi o qədər zəif çıxır ki, dediyi sözlər güclə eşidilir:  
- İmtahanı verə bilmərəm, heç nə oxumamışam.  
Nəzakət qaydalarına riayət etməklə, Devidin demək istədiklərini ifadə etmək mümkün deyil, yalnız 
eyham vurmaq və Melaninin başa düşəcəyinə ümid etmək olar.  
– Vacib deyil, hazırsan, yoxsa yox, əsas bu yükü çiynindən atmaqdır. Gəl vaxt təyin edək. Bazar ertəsi 
nahar fasiləsində. Beləliklə, şənbə və bazar günü oxumağa vaxtın olar.  
Melani başını qaldırıb şəstlə ona baxır. O ya başa düşməyib, ya da təklifdən imtina edir.  
-Bazar ertəsi, bu otaqda- Devid təkrar edir. 
Melani ayağa qalxıb çantasını çiynindən aşırır.  
Melani mənim cavabdehliklərim var, Heç olmasa, özünü elə göstər, guya imtahan verirsən. Vəziyyəti 
daha da mürəkkəbləşdirmək lazım deyil.  
“Cavabdehliklər” Melani bu sözə cavab verməyə tənəzzül eləmir. 
Devid həmin axşam konsertdən evə qayıdarkən qırmızı işıqda dayanır. Bir qədər irəlidə isə üstündə iki 
qara fiqur daşıyan, gümüşü rəngli “Dukatu” motosiklı silkələnib dayanır. Başlarında şlem olsa da, Devid 
onları tanıyır.  
Melani ayaqlarını geniş açıb ombasını dikəldərək, arxa oturacaqda oturub. Devidin bədənindən ehtiraslı 
bir titrəyiş keçir. Sonra motosikl yoluna davam edib, Melanini də özü ilə aparır.  
 
 
 

 
 
Bazar ertəsi Melani imtahana gəlmir. Əvəzində Devid öz poçt qutusunda onun kursda iştirakdan rəsmi 
imtina məktubunu tapır: “1710101 KOM tələbə M. İsaaks 312 saylı kommunikasiya kursunda iştirakdan 
imtina edir. İmtina dərhal qüvvəyə minir”.       


Heç bir saat keçməmiş telefon zəng çalır.  
Professor Luri? Bir dəqiqə danışmağa vaxtınız varmı? Adım İsaaksdır. Corcdan zəng vururam. Qızım sizin 
tələbənizdi. Melanini tanıyırsınız? Professor, bilmək istəyirdim ki, bizə kömək edə bilərsinizmi? Melani 
həmişə yaxşı tələbə olub, indisə hər şeyi birdəfəlik atmaq fikrinə düşüb. Onun bu qərarı bizi tamam 
sarsıdıb.  
Sizi tam başa düşmürəm. 
O, universiteti atıb işləmək istəyir. Üç il özü də belə yaxşı oxuyasan, sonra isə axıra lap az qalmış hər şeyi 
atasan. Adamın heyfi gəlir.  
Özü ilə danışmısınız? Qərarının səbəbini bilirsiniz?  
İki gündür, anası da, mən də telefonla nə qədər danışsaq da, fikrindən daşındıra bilmirik. Son vaxtlar 
tamaşanın məşqlərinə həddindən artıq aludə olmuşdu, ola bilsin çox yorulub, əsəb keçirib. Amma siz onu 
bir daha düşünmək üçün dilə tuta bilərsiniz. Sizə çox böyük hörməti var. Bu qədər ilin hədər getməyini 
istəmirik.     
Deməli belə, şərq üslubundakı bərbəzəkləri xoşlayan, Vordsvorta qarşı biganə Melani hər şeyi ürəyinə 
yaxın qəbul edirmiş. Bu, Devidin heç ağlına da gəlməzdi. Görəsən, o, Melanidə başqa nələri görə 
bilməyib?  
Bilmirəm, Mister İsaaks. Doğrudanmı, Melani ilə danışmaq üçün ən münasib adam mənəm?  
Əlbəttə, professor, əlbəttə. Dediyim kimi, Melani sizə çox hörmət eləyir.    
Hörmət? Keçmişdə qalmısınız, Mister İsaaks. Qızınız tamamilə haqlı səbəblərdən həftələr əvvəl mənə 
qarşı hörmətini itirib. O, əslində bunları deməli olsa da, dilinə başqa sözləri gətirir.  
Əlimdən gələni edərəm.  
Heç nə edə bilməyəcəyəm – Devid dəstəyi asdıqdan sonra öz-özünə deyir. Melaninin uzaq Corcda 
yaşayan atası da yalanla, hiylə ilə dolu bu söhbəti heç vaxt unutmayacaq. “Əlimdən gələni edərəm” 
Sözün düzünü demək olmazdımı? Torbadakı pişik mənəm – o deməliydi. – Bütün bəlalarınızın səbəbkarı 
mən olduğum halda, sizə necə kömək edə bilərəm?  
O, Melaninin mənzilinə zəng edir, dəstəyi Polin qaldırır.  
- Melani ilə danışa bilməzsiniz- o kəskin tərzdə deyir.  
- Necə danışa bilmərəm?  
- Yəni sizinlə danışmaq istəmir.  
- Ona deyin ki, universiteti atmaq qərarı haqqında danışmaq istəyirəm. Deyin ki, qərar verməyə 
tələsməsin. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə