Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə25/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   21   22   23   24   25   26   27   28   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

820



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

BARMAQ ПАЛЕЦ SOMATİZMİNİN SEMANTİK                                     

VƏ SİMVOLİK TƏRƏFLƏRİ

 

 



Elnarə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mamedova.elnara@lenta.ru 

AZƏRBAYCAN 



 

Barmaq  sözü  Azərbaycan  dilində  polisemantik  sözlərdən  biridir.  Azərbaycan  dilinin  izahlı 

lüğətində  onun  doqquz  mənası  qeyd  olunmuşdur:  1.  İnsanın  və  bəzi  heyvanların  əl  va  ayaqlarının 

qurtaracaqlarındakı  beş  mütəhərrik  üzvdən  hər  biri.  2.  Maşın  və  mexanizmlərin  milə  oxşar  girdə 

hissəsi – detalı. 3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri. 4. Məhəccər, 

sürahi  ağacı.  5.  Yaba  və  şananın  hər  bir  dişi,  ucu.  6.  Barmaq  uzunluğunda,  barmaq  boyda.  [Kərim 

baba]  çubuğun  ortasından  iki  barmaq  qədər  kəsib,  üstünü  götürdü.  A.Şaiq.  //  Adətən  “bir”,  “bircə” 

sözləri ilə - azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq 

fikri  ilə  yan-yörəsinə  baxa-baxa  su  başına  çatdı.  Ə.Əbülhəsən.  //  Qatı  bir  mayeyə  batırıldıqda  bir 

barmağın aldığı miqdar. Bir barmaq  doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər, 

söyürlər. Mir Cəlal. 7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü. 8. Çalğıçının 

əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng. 9. Tənək, nar və s. bu kimi kolların, yaxud 

çiçəklərin şitil çubuğu. Rus dilində barmağın leksik mənası belə xarakterizə olunur: “insanın əl və ya 

ayaq  pəncələrinin  beş  hərəkətli  uc  hissələrindən  biri”.  Onun  digər  mənaları:  1.  Heyvan  və  quşların 

pəncələrinin  qurtaracağında  yerləşən  üzv.  2.  Əl  barmağına  geyilən  əlcəyin  hissəsi.  3.  Mexanizmin 

hərəkət  edən  ucluqlarından  birinə  bərkidilən  və  digərinin  fırlanmasına  ox  kimi  xidmət  edən  dairəvi 

formalı  diyircək  və  ya  çubuq.  Əski  çağlarda  insanlar  ölçü  və  hesab  aparmaq  üçün  öz  bədən 

üzvlərindən istifadə edirdi. Bunlar əl və ayaq kimi üzvlər, eləcə də onların hissələri idi: ovuc, dirsək, 

qulac (qolac), barmaq. Barmaq uzunluq ölçü vahidi kimi işlənib, bir barmağın uzunluğuna bərabər idi. 

Qədim şumerlərin müəllifi olduğu “Əkinçinin təqvimi”ndən məlum olur ki, onlar da barmaqdan ölçü 

vahidi kimi istifadə etmişlər: “Torpaq şumlayana hər qaruşda səkkiz şırım çəkmək məsləhət görülür. 

O  gözləməlidir  ki,  toxum  torpağa  “iki  barmaq”  dərinliyində  düşsün”.  Qeyd  edək  ki,  Amerika 

şumerşünası  S.Kramer  əsəri  tərcümə  edərkən  barmaq  sözünü  olduğu  kimi  saxlamışdı.  Rus 

mədəniyyətində də ölçü vahidi kimi barmaqdan istifadə olunmasını смизинец (barmaq qədər, bir az) 

ifadəsi  təsdiq  edir.Toponimiyada  barmaq  zirvə,  iti  yüksəklik,  təpə,  sütunlu,  fiqurlu  aşınmalar 

deməkdir.  Siyəzən  rayonu  ərazisində  Beşbarmaq  dağı  vardır.  Güman  olunur  ki,  zirvəsinin  əl 

barmaqlarına oxşadığına görə belə adlandırılmışdı. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində 

qeyd olunur ki, bu dağ ilk dəfə Barmak adı ilə IX əsrdə müdafiə divarı kimi xatırlanır. XVIII əsrdə 

Quba  xanlığında  isə  Barmaq  mahalı  olmuşdur.  Kiprdə,  Türkmənistanda  da  Beşbarmaq  toponimləri 

qeydə alınmışdır. Rus dilində barmaq somatizminin toponimiyada rastlanan mənalarına diqqət yetirək: 

ucu  sivri  qaya,  zirvə;  ayrıca  sütunvari  qala.  Əlçatmaz,  çətinliklə  keçilən  qayalardan  ibarət  zirvələrə 

deyilən чертовпалец– şeytan barmağı  xalq deyimi də buradandır. Палец termini həm də digər çaya 

tökülən kiçik çay mənasına da gəlir. 

Azərbaycan və rus dillərində əl və ayaq barmaqları eyni sözlə ifadə olunur. Lakin bəzi dillərdə, 

nümumə  olaraq  ingilis  dilində  əl  barmaqları  “fingers”,  ayaq  barmaqları  isə  “toes”  adlanır.    Hər  bir 

normal  insan  beş  barmağa  sahibdir  və  bu  barmaqların  hər  birinin  öz  adı  var:  baş  barmaq-

большойпалец,  şəhadət  (işarə)  barmağı-указательныйпалец,  orta  barmaq-среднийпалец,  adsız 

barmaq-безымянныйпалец, çeçələ barmaq-мизинец. Ayağın kənarlarında  yerləşən barmaqlar baş və 

çeçələ barmaq olaraq adlandırılır. Digərləri isə müvafiq olaraq baş barmaqdan sonra ikinci, üçüncü və 

dördüncü  barmaqlar  adlanır.  Rus  dilində  də  bu  eynən  belədir.  M.Kaşğarinin  lüğətində  barmaq 

somatizminin ərnəkərngəkvariantlarına təsadüf olunur. Burada belə bir məsəl də qeyd olunur: “Beş 

ərnqək tüz ərməs” –  beş barmaq bir olmaz. 

 B.Əhmədov yazır ki, bəzi türk dillərində ulu ərnək – 

baş barmaq,  suq ərnək isə şəhadət barmağıdır. M.Kaşğari lüğətində  çıçalak çeçələ barmaq,  çıçamuk 

adsız barmaqdır. C.Kloson bu kəlmələri çıç (kiçik) kökünə bağlayır. Kitabi-Dədə Qorqud dastanında 

çeçələ  barmaq  olaraq  sırçabarmağın  adı  keçir:  “Oğlum  idigin  andan  biləyim,  sırça  parmağını 

qanatsun,  qanını  dəstmala  dürtsün,  gözümə  sürəyin,  açılacaq  olursa,  oğlum  Beyrəkdir!”  Çeçələ 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

821



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

barmağın Biləsuvar dialektində  culubarmaq, Xanlar dialektində isə  sərçələ variantlarına rast gəlinir. 

B.Əhmədov  çeçələ  barmaq  haqqında  yazır:  “bu  barmağın  adı  mənbələrdə  çiçamuq,  çocuq,  çoşqa 

formalarında da qeyd edilmişdir (Qaqauzlar buna ən kiçik barmaq deyirlər). Hər üç sözün kiçik mənası 

vardır. Bunlardan biri – çiçamuq sözü fonetik baxımdan çeçələ sözünə daha çox yaxındır”.  

Qədim  dövrlərdə  rus  dilində  barmaq  sözünün  əvəzinə  indi  arxaik  sözə  çevrilmiş  перст  sözü 

işlənirdi. Müxtəlif səslənməyə malik olsa da, həmin kökdən olan  перст sözünün müxtəlif variantları 

hal-hazırda əksər slavyan dillərində istifadə olunmaqdadır. Bu sözə İncilin dilində də rast gəlinir. Belə 

ki, xain Foma yalnız İsanın yaralarına barmaqları ilə toxunduqdan sonra onun dirildiyinə  inanacağını 

söyləmişdi.  “Вложитьперстывязвы”  frazeologizmi  də  İncildəki  bu  əfsanə  ilə  bağlı  olub,  ağrıyan, 

zəif  yerə  toxunmaq  mənasına  gəlir.  Rus  dilində  перст  komponentli  işləkliyini  itirən  digər 

frazeologizmlər  də  var:перстпровидения,  перстбожий,  перстрока  (судьбы)-taleyi  öncədən 

müəyyənləşdirən  sirli,  mistik  bir  şey  barəsində,  перстоперстнеударить  (неколонуть)-bir  şey 

etməmək,  qabağını  almamaq,одинкакперст-tənha,  kimi-kimsəsi  olmayan.  Ümumiyyətlə,  barmaqlar 

əlin hissələri olduğundan çox zaman onunla oxşar və eyni simvolik məna daşıyırlar. Buna baxmayaraq 

əl  barmaqlarının  hər  birinin  özünəməxsus,  təkrarolunmaz  rəmzi  mənası  da  var.  C.Kuper  “Simvollar 

ensiklopediyası”nda barmaqların simvolikliyi ilə bağlı maraqlı faktlar açıqlayır. Belə ki, baş barmaq 

hakimiyyət və onun ötürülməsini simvolizə edir. Yuxarı qaldırılmış baş barmaq xeyir qüvvəni, uğuru 

və  düz  iradəni;  aşağı  salınmış  isə  onun  əksini  bildirir.  İşarə  edən  barmaq  maqik  gücü  və  ya  ziyan 

verməyi  bildirir.  Ağızın  üzərinə  gətirilən  barmaq  susmaq  və  ya  düşünmək,  ya  da  xəbərdarlıq 

simvoludur. Xeyir-dua zamanı qaldırılan barmaqlar mənəvi güc işarəsidir. Qaldırılan iki barmaq təlim 

və ya mühakiməni təcəssüm etdirir. İşarə və çeçələ barmaqlarının qaldırılması pis nəzərdən qoruyur, 

lakin insana yönələrsə, onda təhqirdir. Xristianlarda xeyir-dua zamanı qaldırılan üç barmaq Müqəddəs 

üçlüyü təcəssüm etdirir. 

Ələm (xəmsə) müsəlmanlarda və yəhudilərdə əl formasında olan bir həmayildir ki, Allahın əlini, 

ilahi gücü, uzaqgörənliyi və səxavəti təcəssüm etdirir. Baş barmaq Peyğəmbəri, digər barmaqlar onun 

dörd yoldaşını: işarə barmağı – Fatiməni, orta barmaq – Əlini, adsız və çeçələ barmaqlar – Həsən və 

Hüseyni bildirir.  Allah Qiyamət surəsinin 3-cü və 4-cü ayələrində buyurur: “Məgər insan elə güman 

edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da 

(barmaq  sümüklərini  də,  barmaqlarının  uclarını  da)  düzəltməyə  qadirik!”  Quranda  qeyd  olunan 

barmaq  ucları  onun  sahibinin  individuallığını  vurğulayır.  Belə  ki,  hər  bir  insan  fərqli  barmaq  izinə 

malikdir, yəni bir insanın barmaq izi digər insanın barmaq izinə əsla bənzəməz.  



 

 

AZƏRBAYCAN DİLİNDƏKİ PREDSEDENT ONİMLİ GENDER 

FRAZEOLOGİZMLƏRİNİN LİNQVOPRAQMATİK VƏ KOQNİTİV 

XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

Kəmalə ƏLİYEVA 

Gəncə Dövlət Universiteti 

ekrq1991@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur  ki,  predsedent  onim  anlayışı  müəyyən  bədii  obrazın,  real  tarixi  şəxsiyyətin  ehtimal 



edilən və ya gerçək həyat hekayəsinə, şahidi və ya iştirakçısı olduğu hadisə ilə özləşməsinə istinadən 

yaranmış  stereotipikləşməni  ehtiva  edir.  Y.A.Naximovanın  da  haqlı  olaraq  qeyd  etdiyi  kimi, 

“predsedent onimlər postmodern epoxasının, dövrünün kommunikasiyasında mühüm rol oynayan və 

eləcə də möhtəşəm ənənə və tarixə malik olan intertekstuallığın vacib arselanı” təşkil edir (Нахимова 

Е.  А.  Прецедентные  онимы  в  современной  российской  массовой  коммуникации:  теория  и 

методика  когнитивно-дискурсивного  исследования.  Екатеринбург,  2011.  276  c.    ;  6).  O.S. 

Axmanova  və  İ.V.Gyubbenetin    təklif  etdiyi  “şaquli  kontekst”  nəzəriyyəsinin  (Ахманова  О.С., 

Гюббенет  И.В.  «Вертикальный  контекст»  как  филологическая  проблема  //  Вопросы 

языкознания. 1977. - № 3. с.47-54) davamı kimi meydana çıxmış “predsedent mətn” konsepsiyasının 

müəllifi – Y.N.Karaulovun tədqiqatlarından (Караулов Ю. Н. Русский язык и языковая личность. – 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə