Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 33 

2  


Tərəflər  bu  Konvensiyanı  bütün  məişət  zorakılığı  qurbanlarına  tətbiq  etməyə 

çağırılır.  Konvensiyaya  qoşulmuş  Dövlətlərin  bu  Konvensiyanın  müddəalarını 

həyata  keçirərkən  gender  zəminli  zorakılığın  qadın  qurbanlarına  xüsusi  diqqət 

yetirməsi tələb olunur.  

3  

Bu Konvensiya sülh dövründə və silahlı münaqişə vəziyyətlərində tətbiq olunur.  



Maddə 3 – Anlayışlar  

Bu Konvensiyanın məqsədləri üçün:  

 a 

“qadınlara qarşı zorakılıq” insan hüquqlarının pozulması və qadınlara qarşı 



ayrı-seçkilik forması kimi başa düşülür və ictimai və ya şəxsi həyatda baş 

verməsindən asılı olmayaraq qadınlara fiziki, cinsi, psixoloji və ya iqtisadi 

zərər, yaxud işgəncə, o cümlədən bu cür davranış təhlükələri, məcbur etmə 

və  ya  özbaşına  azadlıqdan  məhrumetmə  ilə  nəticələnən  bütün  gender 

zəminli zorakılıq əməlləri mənasını ifadə edir.   

b  


 “məişət  zorakılığı”  dedikdə  təqsirkarın  qurbanla  eyni  yaşayış  yerini 

paylaşdığından və ya paylaşmış olmasından asılı olmayaraq, ailə daxilində, 

məişət vahidində, yaxud keçmiş və ya hazırkı həyat yoldaşları, partnyorlar 

arasında    bütün  fiziki,  cinsi,  psixoloji  və  ya  iqtisadi  zorakılıq  əməlləri 

nəzərdə tutulur;   

  “gender” dedikdə hər hansı bir cəmiyyətin qadın və kişilər üçün müvafiq 



hesab etdiyi sosial rollar, davranışlar, fəaliyyət və atributlar başa düşülür;  

d  “qadınlara  qarşı  gender  zəminli  zorakılıq”  qadın  olduqları  üçün  onlara 

qarşı  yönləndirilən  və  onlara  qeyri-proporsional  şəkildə  təsir  edən 

zorakılıq deməkdir;  

 a və b maddələrində göstərilən hallara məruz qalan hər bir şəxs “qurban” 



hesab edilir;  

 



 18 yaşından kiçik qızlar da “qadın” hesab edilir.  

Maddə 4 – Əsas hüquqlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə  

 Konvensiyaya  qoşulmuş  Tərəflər  hər  kəsin,  xüsusilə  də  qadınların  həm  ictimai, 



həm  də  şəxsi  həyatda  zorakılıqdan  azad  yaşama  hüququnu  təşviq  və  müdafiə 

etmək üçün zəruri hüquqi və digər tədbirlər görməlidir.  

 Tərəflər  qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarını  pisləyirlər  və  onun 



qarşısını  almaq üçün xüsusilə də  aşağıdakı  yollarla zəruri təxirəsalınmaz hüquqi 

və digər tədbirlər görməlidirlər:  

-  milli konstitusiyalarında və digər müvafiq qanunlarında qadınlarla kişilərin 

bərabər olması prinsipini təcəssüm etdirmək və bu prinsipin təcrübədə tətbiqini 

təmin etmək;  

 

-



 

lazım olarsa, sanksiyalar tətbiq etmək yolu da daxil olmaqla qadınlara     qarşı 

ayrı-seçkiliyi qadağan etmək;  

 

-



 

qadınlara qarşı ayrı-seçkiliyin nəzərdə tutulduğu qanun və təcrübələri ləğv etmək.  

 



 34 

 Bu  Konvensiyanın  müddəalarının  Konvensiyaya  qoşulmuş  Dövlətlər  tərəfindən 



həyata  keçirilməsi  zamanı,  xüsusilə  də  qurbanların  hüquqlarının  müdafiəsi 

tədbirlərində cinsi əlamətlərindən, irqindən, rəngindən, dilindən, dinindən, siyasi 

və ya digər fikirlərindən, milli və ya ictimai mənşəyindən, milli azlıqlara mənsub 

olmasından, 

mülkiyyət, 

doğum, 


cinsi 

oriyentasiyasından, 

gender 

mənsubiyyətindən,  yaşından,  sağlamlıq  vəziyyətindən,  əlillik,  ailə  vəziyyəti, 



miqrant  və  ya  qaçqın  statusu  və  digər  vəziyyətlərindən  asılı  olmayaraq  heç  bir 

ayrı-seçkiliyə yol verilə bilməz.  

 Qadınların gender zəminli zorakılığa məruz qalmasının qarşısını almaq və onları 



qorumaq  üçün  zəruri  olan  xüsusi  tədbirlər  bu  Konvensiya  çərçivəsində  ayrı-

seçkilik hesab edilməməlidir.   



Maddə 5 – Dövlətlərin öhdəlikləri və səyləri  

 Tərəflər  qadınlara  qarşı  hər  hansı  zorakılıq  əməlində  iştirakdan  çəkinməli  və 



Dövlətin  adından  fəaliyyət  göstərən  Dövlət  orqanlarının,  məmurların,  rəsmi 

şəxslərin,  qurumların  və  digər  tərəflərin  bu  öhdəliyə  əməl  etməsini  təmin 

etməlidirlər.  

 Tərəflər qeyri-Dövlət qurumlarının törətdiyi və bu Konvensiyanın əhatə dairəsinə 



daxil  olan  zorakılıq  əməllərinin  qarşısını  almaq,  araşdırmaq,  cəzalandırmaq  və 

təzminat təmin etmək məqsədilə zəruri hüquqi və digər tədbirlər görməlidirlər.  



Maddə 6 – Gender baxımından həssas siyasətlər  

Tərəflər 

bu 

Konvensiyanın 



müddəalarının 

tətbiqi 


və 

nəticələrinin 

qiymətləndirilməsinə  gender  perspektivini  daxil  etməyi  və  qadınlarla  kişilərin 

bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə siyasətləri təşviq 

edib səmərəli şəkildə həyata keçirməyi öz öhdəliyinə götürürlər.  

II Fəsil –Vahid siyasətlər və məlumatların toplanması  

Maddə 7 – Hərtərəfli və əlaqələndirilmiş siyasətlər  

 Tərəflər  bu  Konvensiyanın  əhatə  dairəsinə  daxil  olan  zorakılığın  bütün 



formalarının  qarşısını  almaq  və  onlarla  mübarizə  aparmaq  üçün  bütün  müvafiq 

tədbirləri  özündə  əks  etdirən  Dövlət  miqyasında  effektiv,  hərtərəfli  və 

əlaqələndirilmiş  siyasətlər  qəbul  edib  həyata  keçirmək  və  qadınlara  qarşı 

zorakılığa  vahid  cavab  vermək  məqsədilə  lazımı  hüquqi  və  digər  tədbirlər 

keçirməlidirlər.  

 Tərəflər  1-ci  bənddə  istinad  edilmiş  siyasətlərin  zərərçəkmişlərin  hüquqlarını 



bütün tədbirlərin mərkəzində saxlanmasını və bütün müvafiq agentlik, qurum və 

təşkilatlar  arasında  səmərəli  əməkdaşlıq  yolu  ilə  həyata  keçirilməsini  təmin 

etməlidirlər.    

 Bu  müqavilə  əsasında  görülən  tədbirlərə,  lazım  gələrsə,  hökumət  agentlikləri, 



milli, regional və yerli parlamentlər və orqanlar, milli insan hüquqları institutları 

və vətəndaş cəmiyyəti təşkilatları kimi bütün müvafiq tərəflər cəlb edilməlidir.  



Maddə 8 – Maliyyə resursları  

Tərəflər  bu  Konvensiyanın  əhatə  dairəsinə  daxil  olan  zorakılığın  bütün 

formalarının  qarşısını  almaq  və  onlarla  mübarizə  aparmaq  məqsədilə  qeyri-



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə