Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   ...   27

  5 

 

Avropa Şurasına 47 ölkə daxildir ki, buda faktiki olaraq Avropa qitəsinin bütünü 



deməkdir.  Təşkilatın  məqsədi  İnsan  Hüquqları  və  Fundamental  Azadlıqlarının 

müdafiəsi  haqqında  Konvensiyaya  (İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyası) 

və  şəxslərin,  o  cümlədən  qadın  və  qızların  müdafiəsi  üzrə  digər  sənədlərə 

əsaslanan  ümumi demokratik və  hüquqi prinsipləri inkişaf etdirməkdən ibarətdir. 

1990-cı  ildən  bəri  Avropa  Şurası  qadınlar  və  qızları  gender  əsaslı  zorakılıqlardan 

qorumağı  fəal  şəkildə  təbliğ  edir.  2002-ci  ildə  Qadınları  hər  növ  zorakılıqdan 

qorumaq  haqqında  5  saylı  Tövsiyənin  qəbul  edilməsi,  2006  -  2008-ci  illərdə  isə  

qadınlara  qarşı  zorakılığı,  o  cümlədən  məişət  zorakılığını  pisləyən  və  bütün 

Avropanı əhatə edən kampaniyanın keçirilməsi buna sübutdur. 

 

www.coe.int/conventionviolence

 

conventionviolence@coe.int

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  6 

Parlament Assambleyası və “Zorakılıqdan azad qadınlar” 

Parlament Şəbəkəsi haqqında 

 

Parlament Assambleyasını Avropa Şurasına üzv olan 47 dövlətin milli parlamentlərini 



təmsil edən nümayəndələr təşkil edirlər. Onlar ildə 4 dəfə görüşərək aktual məsələləri 

müzakirə  edir,  Avropa  hökumətlərinə  təşəbbüslərlə  müraciət  edərək  hesabatlar 

hazırlayırlar. Bu parlament üzvləri onları seçən 800 milyon Avropalının adından çıxış 

edirlər. 

“Zorakılıqdan  azad  qadınlar”  Parlament  Şəbəkəsi  ilk  dəfə  qadınlara  qarşı  zorakılıqla 

mübarizə  kampaniyası(2006-2008) çərçivəsində  yaradılmışdır. Həmin müddət ərzində 

40-a  yaxın  milli  parlament  Avropada  200-dən  artıq  müxtəlif  növ  tədbir  həyata 

keçirərək  qadınlara  münasibətdə  zorakılığı  pisləmiş,  parlament  üzvləri  və  cəmiyyət 

arasında  maarifləndirmə  işləri  aparmış,  bu  bəlanın  qarşısını  almaq  üçün  qanunlarda 

dəyişiklik edərək qurbanların qorunması və günahkarların məhkəməyə cəlb edilməsini 

təmin etmişlər. 

Özünün  1635  saylı  (2008-ci  il)  “Qadınlara  qarşı  zorakılıqla  Mübarizə:  Avropa  Şurası 

Konvensiyasına  doğru  Tövsiyəsi  ilə  Assambleya  belə  qərara  gəlib  ki,    kampaniyanın 

bitməsi  Şəbəkənin  sonu  demək  deyil.  Əksinə,  bu  parlament  üzvləri  arasında 

informasiyanın  mübadiləsinin  genişləndirilməsi  və  onların  birgə  fəaliyyətlərdə  sıx 

əməkdaşlıq etmələri üçün yeni və güclü vasitədir. 

Şəbəkənin  hal-hazırda  Parlament  Assambleyasına  üzv  olan  və  orada  müşahidəçi 

statusuna  malik  olan  dövlətlərin,  eləcə  də  Demokratiya  naminə  Partnyorların 

nümayəndə  heyətlərindən  ibarət  51  üzvü  vardır.  Şəbəkənin  Siyasi  Əlaqələndiricisi 

olaraq fəaliyyət göstərən qadınlara qarşı zorakılıq üzrə Baş məruzəçi ona sədrlik edir. 

İstanbul  Konvensiyasının    Nazirlər  Komitəsi  tərəfindən  qəbul  olduğu  vaxtdan  bəri, 

Şəbəkə  onun  gecikdirilmədən  qüvvəyə  minməsi  naminə  təbliğ  və  təşviq  edilməsinin 

genişləndirilməsini qarşına başlıca məqsəd olaraq qoymuşdur. 

 

www.assembly.coe.int/stopviolence/ 

womenfreefromviolence@coe.int

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  7 

 

Şəkil 

 

Parlament Assambleyasının Sədri Tərəfindən  Ön söz 

 

İndi qadınlara münasibətdə zorakılığın qarşının alınması üçün hərəkət edin! 

 

2012-ci  il  olmasına  baxmayaraq,  hələ  də  dünyanın  hər  yerində  milyonlarla  qadın  fiziki  və  psixoloji 



zorakılıqdan əziyyət çəkməyə və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan azad 

yaşamaq  hüququndan  məhrum  edilməyə  davam  edir.  Qadına  qarşı  zorakılıq,  habelə  məişət  zorakılığı 

qəbuledilməz və dözülməz haldır. Amma yenə də Avropada hər beş qadından biri zorakılığın ya keçmişdə 

qurbanı olmuş, ya hal-hazırda qurbanıdır, ya da gələcəkdə  potensial olaraq qurbanına çevrilə bilər.  Belə 

rəftarı  yalnız  pisləmək  artıq  kifayət  deyil:  biz  artıq  hərəkət  etməliyik.  Siyasi  məsuliyyətimiz    bizdən  bu 

fundamental  hüquqların pozulmasına son qoymağı tələb edir. 

 

Parlament  üzvləri  şəbəkəsinin  əsasını  qoyduqdan  və  2006  -  2008-ci  illərdə  geniş  miqyaslı  kampaniya 

həyata keçirdikdən sonra Avropa Şurası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun 

qarşısının  alınması  haqqında  Konvensiya  qəbul  etməklə  fəaliyyətinə  konkret    forma  vermiş  oldu. 

Konvensiya 2011-ci il 26 may tarixində İstanbul şəhərində imzaya açıq elan olundu. 

 

İstanbul  Konvensiyası  qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  ilə  mübarizə  sahəsində 

qurbanları müdafiə yollar, qabaqlayıcı tədbirlər, törədən şəxslərin məsuliyyətə cəlb olunması və bu sahədə 

siyasətlərin  formalaşdırılması  kimi  məsələləri  özündə  ehtiva  edən  hərtərəfli  beynəlxalq  sənəddir.  Kifayət 

qədər  ölkədə  ratifikasiya  olunduğu  təqdirdə,  Konvensiya  qadınların  statusunu  yüksəldəcək  və  insan 

hüquqlarına  hörmət  bəslənməsinə  töhfə  verəcəkdir.  Konvensiyanın  ratifikasiyası  və  daha  sonra  həyata 

keçirilməsi bizim qurbanların ədalətə olan ehtiyaclarından xəbərdar olduğumuzu və  onlarla bu məsələdə 

həmrəy olduğumuzu aydın şəkildə nümayiş etdirəcəkdir. Bu günə qədər 24 ölkə Konvensiyaya imza atıb və 

yalnız bir ölkədə - Türkiyədə bu sənəd ratifikasiya olunub. Buna görə də,  qurbanların müdafiəsini özündə 

əks etdirən bu sənəd hələ qüvvəyə minməyib. 

 

Mən Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin parlament üzvlərini İstanbul Konvensiyasına imza 

atılmasını, onun ratifikasiya edilməsini və həyata keçirilməsini artırmağa səsləyirəm. Biz bu konvensiyanı 

gözardı etməməli, tam əksinə onun zorakılıq üzərində qələbəsinə zəmin yaratmalıyıq. 

 

Sizi  Konvensiyanın  mahiyyətini  aydın  şəkildə  anlamaq  üçün  bu  stolüstü  kitabdan  praktiki  vəsait  kimi 

istifadə  etməyə  dəvət  edirəm.  Bu  kitabça  Konvensiyanın  təbliği  üçün  bir  sıra  fəaliyyətlərin  həyata 

keçirilməsi  sahəsində  bələdçi  rolunu  oynamaqla  yanaşı,  həm  də  sənədin  mahiyyətini  anlamağa  yardım 

edəcək.  Eyni  zamanda,  sizi  Strasburqda  davamlı  iclaslar  keçirən    “Zorakılıqdan  azad  Qadınlar” 

Parlament Şəbəkəsinin işlərini izləməyə dəvət edirəm. 2006-cı ildən bu Şəbəkənin üzvləri qadınlara qarşı 

zorakılıqla  mübarizənin  bayraqdarları  sayılırlar.  Belə  ki,  onlar  öz  müvafiq  parlamentlərində  və  ümumi 

ictimaiyyət arasında maarifləndirmə işləri aparırlar. İndi isə, Şəbəkə üzvləri bütün fəaliyyətlərini İstanbul 

Konvensiyasının təbliğinə yönəldiblər. 

 

Avropa  Şurası  Parlament  Assambleyasının  artıq  cənab  Mendes  Botanın  simasında  qadınlara  qarşı 

zorakılıqla  bağlı  məsələlər  üzrə  rəsmi  sözçüsü  var.  O,  qadınlara  qarşı  zorakılıq  məsələləri  ilə  bağlı  Baş 

Məruzəçi təyin  olunub.  Mən sizi cənab Mendes Botanın ekspert xidmətlərinə  müraciət  etməyə çağırıram. 

Şəxsən özüm də onu bu işdə tamamilə dəstəkləyirəm. 

 

Biz hamımız zorakılığa qarşı birləşməli,  gücümüzü nümayiş etdirərək  bu konvensiyanın qüvvəyə  minməsi 

üçün  əsl  siyasi  stimul  yaratmalıyıq.  Gəlin  2012-ci  ili  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  ilə 

mübarizə nöqteyi-nəzərindən mühüm il elan edək. Hərəkət edin. Konvensiyanı ratifikasiya edin. 

Jan –Klod Minyon (Jean Claude Mignon) 

Avropa Şurası Parlament Assambleyasının Sədri 

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə