Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   ...   27

  8 

Şəkil 

 

Qadınlara qarşı zorakılıq üzrə  Baş Məruzəçinin müraciəti 

 

Zorakılıqdan azad yaşamaq insanın ən birinci hüququdur! 

 

 

Qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  Avropada  insan  hüquqlarının  ən  ciddi 

pozuntularından biridir. Bu, ən çox yayılmış cinayət növlərindən biridir. Lakin hələ də bu məsələ ilə bağlı 

güclü sosial təzyiq mövcud olduğundan, qurbanların çoxu bunu həyatda qaçılmaz bir fakt kimi qəbul edir 

və  bu  barədə  şikayətlənməkdən  çəkinir.  Rəsmi  orqanlardan  kömək  istəməyə  özündə  cəsarət  tapan  digər 

zərərçəkənlərin isə məsələləri bəzi hallarda ciddiyə alınmadan geri göndərilirlər. Bəziləri isə ölkələrindəki 

hüquqi və siyasi bazada boşluq və çatışmazlıqların olması səbəbiylə  heç bir müdafiə və ədalət yolu tapa 

bilmirlər. 

 

Mən fəxr edirəm ki, Avropada insan hüquqlarının qabaqcıl müdafiəçisi olan Avropa Şurası   bir daha  öz 

roluna və mandatına sadiq qalaraq  qadınlara qarşı zorakılığı ört-basdır edən pərdəni qaldırdı. Parlament 

Assambleyası  tərəfindən  dəfələrlə  və  ardıcıl  şəkildə  edilən  gender  əsaslı  zorakılığın  yayılmış  bütün 

formaları ilə mübarizə, onların aradan qaldırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün ən 

yüksək  səviyyəli  standartların  yaradılmasını  nəzərdə  tutan  sənədin  işlənib  hazırlanmasını  ehtiva  edən 

müraciətin Avropa Şurası tərəfindən əməl edilməsindən çox məmnunam.  

 

2 il davan edən intensiv danışıqlardan sonra Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının 

Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında  Konvensiya  işıq  üzü  gördü.  İndi  konvensiya  imzalanmağa  və 

ratifikasiya edilməyə hazırdır. İnsan hüquqlarının müdafiəsini üzərinə öhdəlik götürmüş parlament üzvləri 

olaraq,  bizim  əsas  vəzifəmiz  bu  konvensiyanın  mümkün  qədər  tez  bir  zamanda  qüvvəyə  minməsi  üçün 

əlimizdən gələnin ən yaxşısını etməkdir. 

 

İstanbul Konvensiyasını dəstəkləməyimizin bir çox səbəbləri var : bu, qadınlara qarşı zorakılıq haqqında 

məcburi  hüquqi  qüvvəyə  malik  olan  ilk  sənəddir  ki,  dünyada  istənilən  bir  ölkənin  potensial  olaraq  ona 

qoşulması üçün açıqdır; bu, zorakılıqla mübarizə, qurbanların qorunması, günahkarların məsuliyyətə cəlb 

olunması,  bu sahədə  vahid siyasətin müəyyənləşdirilməsi kimi məsələlərlə   bağlı tədbirləri nəzərdə  tutan 

müfəssəl bir sənəddir; bu konvensiya dövlətləri qadınlara qarşı zorakılığın qanuna zidd olmasın, cinayətin 

bir növü olmasını elan etməyə və onunla mübarizə üçün effekti, adekvat cəzalar tətbiq etməyə çağırır; bu 

konvensiya, parlament üzvlərinin də aktiv iştirak etdiyi sərbəst və güclü monitorinq mexanizmlərini özündə 

ehtiva edir. 

 

Bütün  bunlarla  yanaşı  mən  inanıram  ki,  zorakılıqdan  azad  yaşamağın  hər  bir  insanın  ən  birinci  hüququ 

olduğu  üçün  bu  konvensiyanı  dəstəkləməliyik.  Qadınlara  qarşı  zorakılıq  qurbanı  ləyaqətindən  məhrum 

edir. Zorakılığın qurbanları olmuş qadınlar bir çox məziyyətlərindən məhrum olur. Bu, onların bərabərlik 

tələb etməyə olan inamlarını azaldır. Heç bir qadın zorakılığa məruz qaldığı müddətdə öz hüquqlarından 

yararlana və səmərəli istifadə edə bilməz. 

 

Biz bu çıxılmaz dairəni qırmalıyıq. 

 

Bu  konvensiyanın qəbul edilməsi zəruridir, hətta zamanı gecikdirilib. 

 

Bu konvensiyanı dəstəkləməmək zorakılığa göz yummaq deməkdir. 

 

Bu konvensiyanı dəstəkləməmək cinayətdir. 

 

Bu konvensiyanı dəstəkləməmək qadınlara qarşı daha bir cinayətdir. 

 

 

Mendes Bota 


  9 

Qadınlara qarşı zorakılıq üzrə Baş Məruzəçi 

“Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin 

 Siyasi Koordinatoru 


 10 

Qadınlara  qarşı  Zorakılıq  və  Məişət  Zorakılığının  Qarşısının 

Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında  Konvensiyanın 

dəstəklənməsində parlament üzvlərinin rolu  

 

Qadınlara  qarşı  Zorakılıq  və  Məişət  Zorakılığının  Qarşısının  Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında 



Konvensiya dəstəklənməsində Parlament üzvləri həlledici rola malikdirlər. 

 

Qanunverici  orqanın  nümayəndələri  və  siyasət  formalaşdıran  şəxslər  olaraq  parlament  üzvləri  prosesi  



Konvensiyaya  imza  atmaq  və  ratifikasiya  etmək  mərhələsinə  qədər  çatdıra  bilərlər.  Bundan  başqa,  onlar 

ratifikasiya  prosesində  birbaşa  iştirak  edirlər.  Onların  üzərlərinə  götürə  biləcəyi  və  götürməli  olduqları 

fəaliyyətlər bunlardır: 

 



 

Konvensiyanı dəstəklənməsi ilə bağlı hökumətlərinin rəyini öyrənmək

 

İmza atma və ya ratifikasiya prosesinin hansı mərhələsinə çatıldığı ilə bağlı hökumətlərindən 



məlumat almaq; 

 



Konvensiya ilə bağlı milli səviyyədə, xüsusilə öz parlamentlərində  müzakirələr təşkil etmək; 

 



Öz parlamentlərinin sənədləşmə mərkəzində müvafiq məlumat sənədlərinin olmasını təmin etmək

 



Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti arasında Konvensiya barəsində biliklərin 

artırılması üçün təşəbbüslər irəli sürmək və dəstəkləmək

 

Konvensiyanı dəstəkləmək məqsədilə ictimai sorğu keçirmək; 



 

Konvensiyanın milli dillərə tərcümə olunmasını təmin etmək. 



 

İstanbul Konvensiyasından asılı olmayaraq belə, parlament üzvləri qadınlara qarşı zorakılığa son qoymaq 

üçün bir sıra addımlar ataraq əhəmiyyətli töhfələr verə bilər ki, bura xüsusilə aşağıdakılar daxildir : 

 



 

Qadınlara  qarşı  zorakılıq  sahəsində  qanunlar  hazırlamaq  və  onların  beynəlxalq  standartları  ən 

yüksək dərəcədə əks etdirməsini təmin etmək; 

 



Qadınlara  qarşı  baş  vermiş  zorakılıq  halları  haqqında    milli  səviyyədə  sistematik  məlumatlar 

toplanması ilə bağlı müraciət etmək; 

 

 Zorakılıq qurbanlarına yardım edən xidmət qruplarına lazımi resursların ayrılmasını təmin  etmək. 



 

Nəhayət, cəmiyyətin fikrinə təsir edə bilən şəxslər  olaraq parlament üzvləri mentalitetlərin təkamülünə 

təkan verə biləcək imtiyazlı mövqeyə sahibdirlər.  Bu səbəbdən,  onlar : 

 



 

mətbuat  vasitələri  də  daxil  olmaqla,  ictimaiyyət  arasında  qadınlara  qarşı  zorakılığı  pisləmək  və 

inkar etmək məqsədilə güclü mövqe nümayiş etdirməli; 

 



qadınlara  qarşı  zorakılığın  tamamilə  aradan  qaldırılması  kimi  məsələləri  öz  partiyalarının  siyasi 

proqramlarına daxil edilməsi üçün lobbiçilik fəaliyyəti aparmalıdırlar; 

 

ictimaiyyət  qarşısında  etdikləri  hər  çıxışda  qadınlara  qarşı  zorakılığın  köklü  surətdə  aradan 



qaldırılması məsələsinə toxunmalıdırlar; 

 



İctimai  rəyə  təsir etmək imkanına  malik olan digər şəxslərin,  məsələn, jurnalistlərin,  yazıçıların, 

şou  biznes  nümayəndələrinin  də  iştirakı  ilə  qadınlara  qarşı  zorakılıqla  bağlı  maarifləndirmə 

tədbirləri təşkil etməlidirlər.

 

 



 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə