Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   ...   27

 11 

Avropa Şurası Qadınlara qarşı Zorakılıq və Məişət 

Zorakılığının Qarşısının Alınması və Ona qarşı Mübarizə 

haqqında Konvensiyası (CETS No. 210, “İstanbul 

Konvensiyası”) 

 

Nə üçün konvensiya 



 

Faktlar və rəqəmlər 

 

Avropa Şurası ölkələrində əhəmiyyətli sayda qadın və gənc qız hər gün zorakılığa məruz qalır. Qadınlar və 



gənc  qızlar  zorakılığın  müxtəlif  formaları  –  məişət  zorakılığı,  zorlama,  cinsi  zorakılıq,  məcburi  evlilik, 

qadın sünnəti ilə üzləşirlər. Zorakılıq həm də psixoloji ola bilər ki, buraya da  tənqid, təcrid, sözlə təcavüz, 

təhdid  daxildir.  Zorakılığın  fiziki  olmaması  onu  daha  az  zərərli  olması  demək  deyil.  Qurbanlar  və 

təqsirkarlar  cəmiyyətin  bütün  təbəqələrinə  məxsusdurlar.  Zorakılıqdan  təkcə  ona  məruz  qalanlar  deyil, 

onun şahidi olmuş uşaqlar da travma alır. 

 

Qadınlara  qarşı  zorakılıq  müxtəlif  yaşda  olan  və  fərqli  mənşələrə  məxsus  qadınlara  təsir  göstərir,  lakin 



onlardan bəziləri xüsusilə həssasdırlar. Zorakılığın ən əsas səbəbi cəmiyyətdə qadınlar və kişilər arasında 

bərabərsizliyin  olması,  dözümsüzlük  və  inkar  mədəniyyətinin  daimiləşməsi  ilə  əlaqədardır.  Yəni, 

cəmiyyətdə qadınlar və kişilərin qeyri-bərabər qüvvələrə malik  olması zorakılığa əsas səbəbdir və zorakılıq 

məhz  həmin  qeyri-bərabərliyin  nəticəsi  olaraq  meydana  gəlir.  Qadınlara  münasibətdə  ayrı-seçkilik  də 

qüvvələrin  qeyri-bərabər  olmasından  irəli  gəlir  ki,  bu  da  onların  zorakılıq  hallarından  can  qurtarmasını 

çətinləşdirir.  Qadınların  üzləşdiyi  zorakılıq  çox  vaxt  öz  cəmiyyətləri  və  ya  rəsmi  qurumlar  tərəfindən 

ciddiyə  alınmır  ki,  bu  da  onları  gələcəkdə  baş  verə  biləcək,  hətta  ölümlə  nəticələnəcək  zorakılıq  halları 

qarşısında aciz edir. 

 

Təəssüf  ki,  qadınlara  qarşı  zorakılıq  çox  zaman  şəxsi  məsələ  olaraq  qəbul  edilir  və  bir  çox  qadın  bunu 



ətrafa  bildirmək  istəmir  və  ya  şikayət  etmək  istədikdə  isə    öz  ailələri,  cəmiyyətləri  tərəfindən  bu  işdən 

çəkindirilir.  Şikayətlərin  edilməməsi  isə  istintaq,  mühakimə  və  cəza  tətbiq  etmə  kimi  məsələlərdə 

uğursuzluqlara səbəb olur. Bəzi məsələlərin  məhkəməyə çıxarılmasına lüzum görülmür, çıxarıldıqda belə 

təqsirli şəxslər az bir cəza ilə canlarını qurtarırlar. İstintaq və məhkəmə prosesləri zamanı qurbanlara qarşı 

həssaslığın,  qayğının    az  olması  onların  yenidən  zorakılığın  qurbanına  çevrilməsi  ilə  nəticələnir.  Bu  isə 

qadınların zorakılıqdan şikayət etmək ruhunu azaldır, belə ki, adekvat müdafiənin çatışmazlığı səbəbindən 

şikayətlərin edilməsi onları gələcəkdə yenidən zorakılığa qurban olması riskini artırır.  

 

Məişət zorakılığı dərin travmaya səbəb olan zorakılıq növüdür. Qurbanların əksəriyyəti isə qadınlar və gənc 



qızlardır.  Tədqiqatlar  göstərir  ki,  uşaqlara  qarşı  fiziki  təcavüz  (yəni  onların  döyülməsi  və  s.)  ilə    qadına 

qarşı  məişət  zorakılığı  arasında  müəyyən  əlaqə  var.  Amma  məişət  zorakılığının  digər  formaları,  yəni 

qocalara  və  kişilərə  qarşı  zorakılıq  halları  ilə  bağlı  çox  az  araşdırma  aparılıb.  Bəzi  kişilərin  də  məişət 

zorakılığına  məruz  qalmasına baxmayaraq, amma  bu qadınların üzləşdiyi zorakılığın qəddarlığı və  təkrar 

olunma tezliyi ilə müqayisədə çox azdır və kişilər zorakılığa özləri tərəfindən göstərilən zorakılığa cavab 

olaraq məruz qala bilərlər. Amma əksər hallarda zorakılığı törədən məhz kişilər olur. 

 

Qadınlara  qarşı  zorakılığın  maliyyə  dəyəri  kifayət  qədər  yüksəkdir.  Zərərin  Avropa  Şurasına  üzv 



dövlətlərin  hər  birində  34  milyard  avro  olduğu  müəyyənləşdirilmişdir

 

ki,  bu  da    adambaşına  555  avro 



deməkdir

1



 

Konvensiya ilə nəticələnən proses 

 

                                                 



1

1

www.coe.int/t/dg2/equality/DOMESTICVIOLENCECAMPAIGN/FAQ_en.asp#P59_4532



 

 



 12 

1990-cı  ildən  bəri  Avropa  Şurası  qadınlara  qarşı  zorakılığın  bütün  formaları  ilə  mübarizə  aparmaq  üçün 

fəaliyyətlərini  daha  da  intensivləşdirib.    Bu  Fəaliyyət  2002-ci  ildə  Nazirlər  Komitəsinin  üzv  dövlətlərdə 

qadınları zorakılıqdan qorumaq haqqında  5 saylı Tövsiyəsini (Rec  (2002)5) qəbul etməsi ilə kulminasiya 

nöqtəsinə çatdı. 

 

2005-ci  ildə  Avropa  Şurasına  üzv  dövlətlərin  hökumət  və  dövlət  başçılarının  3-cü  Zirvə  Toplantısının 



sonunda  qəbul  edilmiş  Fəaliyyət  Planı  qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  ilə  bağlı 

Avropanı əhatə edən kampaniyanın başlanmasının əsasını qoydu. Daha sonra,  kampaniyanı dəstəkləmək, 

üzv  dövlətlərdə  inkişafı  dəyərləndirmək  və  gələcəkdəki  fəaliyyətlərə  tövsiyələr  vermək    üçün  İşçi  Qrup 

yaradıldı.  2006-2008  illərdə  Avropa  Şurası  ilk  dəfə  olaraq  Avropa  ölkələri  parlamentlərinin  və  yerli  və 

regional hakimiyyət orqanlarının birgə kampaniya keçirməsinin şahidi oldu. 

 

İşçi  qrup  tərəfindən  üzv  dövlətlərdə  milli  səviyyədə  keçirilən  tədbirlərin  qiymətləndirilməsi  nəticəsində 



hələ  də  çox  iş  görülməsinin  tələb  edildiyi  məlum  oldu:  aydın  idi  ki,  irəliləyişə  baxmayaraq  mövcud 

qanunvericilik  tez-tez  yerinə  yetirilməmiş,  qurbanlara  göstərilən  xidmətlər  cüzi  olmuş  və  minimum 

səviyyədə maliyyələşdirilmiş, həmçinin təmin olunan müdafiə sahəsində üzv dövlətlər arasında böyük fərq 

mövcud  olmuşdur.  2008-ci  ilin  nəticələrinə  dair  Yekun  Fəaliyyət  Hesabatında  İşçi  Qrup  qadınlara  qarşı 

zorakılığın  bütün  formalarının  qarşısını  almaq  və  onlara  qarşı  mübarizə  aparmaq  üçün  Avropa  Şurasının 

hərtərəfli, məcburi hüquqi qüvvəyə malik olan insan hüquqlarına dair sənədinin qəbul olunmasını tövsiyə 

etdi. 

 

Bu  tapıntılara  və  tövsiyələrə  cavab  olaraq,  2008-ci  ilin  dekabrında  Nazirlər  Komitəsi  qadınlara  qarşı 



zorakılıq  və  məişət  zorakılığı  ilə  mübarizə  və  onun  aradan  qaldırılması  məqsədilə  çoxşaxəli  Xüsusi 

Komitənin (CAHVIO) əsasını qoydu və zorakılığın qurbanlarını müdafiə edən və dəstəkləyən, təqsirkarları 

məsuliyyətə  cəlb  edən  tədbirlərin  nəzərdə  tutulduğu  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı 

məsələləri ilə bağlı bir və ya bir neçə hüquqi sənəd hazırlanması barədə  təlimat verdi. 

 

Özünün ilk iclasında, CAHVIO qərara aldı ki, qadınlara qarşı zorakılıq, o cümlədən  bütün ailə üzvlərinə 



qarşı  məişət  zorakılığı  ilə  mübarizə  və  onun  aradan  qaldırılması  kimi  fəaliyyətləri  birləşdirən  bir 

Konvensiyanın qəbul edilməsi münasib olar. Dövlət nümayəndələrini və bu işdə marağı olan digər şəxsləri 

bir araya gətirən 9 iclas ərzində CAHVIO tərəfindən Konvensiyanın layihəsi hazırlandı. 

 

Parlament Assambleyası Qadınlar və Kişilər üçün Bərabər İmkanlar komitəsinin  o vaxtki  sədri vasitəsilə 



mükazirələrdə aktiv iştirak etmişdi. Layihənin mətni 2010-cu il Dekabr ayında  tamamlandı və 2011-ci il  7 

Apreldə Nazirlər Komitəsi  tərəfindən qəbul olundu.  Konvensiya nazirlərin də iştirak etdiyi 2011-ci il 11 

mayda keçirilən konfransda imza atmaq üçün açıq elan olundu. Konvensiya səkkizi Avropa Şurasına üzv 

dövlət olmaqla 10 parlamentdə ratifikasiya olunduğu təqdirdə qüvvəyə minəcək. 

 

Konvensiyanın əlavə dəyəri 

 

İstanbul Konvensiyası inqilabi bir sənəddir. Bu, məcburi hüquqi qüvvəyə malik olan ilk beynəlxalq hüquqi 



sənəddir ki, dünyada bütün ölkələr üçün açıqdır və onları  qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə 

mübarizə,  onun aradan qaldırılması üçün  hərtərəfli tədbirlər toplusu ilə təmin edir. Konvensiya  qadınlara 

qarşı  zorakılığı  həm  insan  hüquqlarının  pozulması,  həm  də  ayrı-seçkiliyin  bir  forması  olaraq  tanıyır. 

Bununla  yanaşı,  Konvensiya  qadınlar  və  kişilər  arasında  bərabərliyə  nail  olunmasının  qadınlara  qarşı 

zorakılığın  köklü  surətdə  aradan  qaldırılmasında  əhəmiyyətli  rola  malik  olduğunu  vurğulayır.  Burada  bir 

sıra  əməllər,  məsələn,  təcavüz  məqsədli  təqib,  məcburi  evlilik,  qadın  sünnəti,  məcburi  abort  və 

qısırlaşdırma cinayət olaraq təsbit edilir. 

 

Konvensiya,  qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  kimi  məsələləri  effektiv  şəkildə  həll 



etmək üçün işə cəlb olunmuş  bütün müvafiq qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını 

(QHT-lər) əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyə çağırır. Konvensiya güclü və müstəqil monitorinq 

mexanizmi  yaradır  və  onun    milli  səviyyədə  icrası  üzərində  aparılan  monitorinqdə  parlament  üzvlərinə 

xüsusi  yer  ayıdır.  Bundan  əlavə,  Parlament  Assambleyası  bu  sənədin  icrasını  davamlı  olaraq 

qiymətləndirməyə dəvət olunur. 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə