Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   ...   27

 13 

 

Kitabın məqsədləri 

 

Parlament üzvləri qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi məsələlərdə maarifləndirmə işlərinin 



artırılmasında mühüm rol oynaya bilərlər. Eyni zamanda, onlar qadınlara qarşı zorakılıq məsələləri ilə bağlı 

qanun layihələri təklif və qəbul etmək, daha sonra isə onların effektiv şəkildə həyata keçirilməsinə nəzarət 

etməklə qanunvericilik bazasına birbaşa təsir qüvvəsinə malikdirlər. 

 

Bu kitabça parlament üzvlərinin İstanbul Konvensiyasının mahiyyətini və məzmununu anlamasına kömək 



edən  və  Konvensiyanın  təbliğ  edilməsi  üçün  istifadə  edilə  biləcək  bir  vasitədir.  Kitabda  Konvensiyanın 

əsas  müddəaları  öz  əksini  tapmaqla  yanaşı,  onlardan  milli  qanunvericilik  və  siyasətdə  necə  istifadə 

olunması haqqında da nümunələr verilib. 

 

Kitabda  Avropa  Şurasına  üzv  dövlətlərdə  mövcud  olan  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığına 



qarşı mübarizə ilə bağlı milli qanunvericilik aktları və həyata keçirilən tədbirlərə dair nümunələr verilib ki, 

onlar da qəbul oluna biləcək qanunlar və həyata keçirilə biləcək tədbirlər barədə təsəvvür yaradır. Lakin, bu 

nümunələr üzv dövlətlərdə qəbul olunmuş qanunvericilik və tədbirlərin tam siyahısını ehtiva etmir. 

 

Konvensiya nələri əhatə edir 



Konvensiyasının I fəsli 

 

Məqsədlər 

 

Konvensiya  Tərəflərə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə aparmaq və onu  aradan 

qaldırmaq  üçün  ən  yaxşı  təcrübəyə  əsaslanan    hərtərəfli  qanunvericilik  bazası,  siyasət  və  tədbirlər  təklif 

edir. Konvensiyanın əsas məqsədləri aşağıdakılardır: 

 



 



Qadınları  bütün  növ  zorakılıqlardan  qorumaq  və  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının 

qarşısını almaq, ona qarşı mübarizə aparmaq və törədənləri məsuliyyətə cəlb etmək; 

 



 



Qadınlara  münasibətdə  ayrı-seçkiliyin  bütün  formalarının  ləğvinə  dəstək  olmaq,  qadınlar  və  kişilər 

arasında bərabərlik prinsipini inkişaf etdirmək və qadınları hüquqlarını genişləndirmək

 



 



Qadınlara  qarşı  zorakılığın,  o  cümlədən  məişət  zorakılığına  məruz  qalmış  bütün  qurbanlara  yardım 

etmək və onları qorumaq; 

 



 



Zorakılığın bu formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək

 



 

Qadınlara  münasibətdə zorakılıq və  məişət zorakılığının aradan qaldırılmasında vahid  yanaşma  və  ya 

həll yolu tapılması məqsədilə hüquq-mühafizə orqanları və təşkilatların əməkdaşlıq etmələrinə dəstək 

və yardım göstərmək. 

 

Əhatə dairəsi 

Konvensiya qadına qarşı hər növ zorakılıq, o cümlədən məişət zorakılığına şamil edilir. 

 

Bundan başqa, Konvensiyaya Qoşulan tərəflər Konvensiyanın tətbiqi dairəsini genişləndirərək onu məişət 



zorakılığının qurbanı olmuş qocalar, uşaqlar və kişilərə də şamil etməyə çağırılırlar. 

 

Konvensiya həm sülh dövründə, həm də  silahlı münaqişə dövründə tətbiq edilir. 



 

 

 



 

 



 14 

Anlayışlar 

 

Qadınlara  qarşı zorakılıq  anlayışının  mənası  Nazirlər Komitəsinin 2002-ci  il tarixli 5 saylı Tövsiyəsində, 



CEDAW-nun  19  saylı  Ümumi  Tövsiyəsi  və  qadınlara  qarşı  zorakılığın  bütün  formalarının  ləğv  edilməsi 

haqqında BMT-nin Bəyannaməsinin 1-ci Maddəsində verilən təriflər əsasında müəyyən edilib. 

 



 



Qadına qarşı zorakılıq insan hüquqlarının pozulması və qadınlara münasibətdə hər hansı bir növ ayrı-

seçkiliyin  qoyulması  kimi  anlaşılır  ki,  buraya  da  istər  ictimai,  istərsə  də  şəxsi  həyatda  meydana 

gəlməsindən asılı olmayaraq  fiziki, cinsi, psixoloji və iqtisadi ziyan və zərərlə, o cümlədən təhdidlər, 

məcburi  və  ya  əsassız  azadlıqdan  məhrum  etmə  kimi  hadisələrlə  nəticələnən  və  ya  nəticələnə  bilən 

bütün gender əsaslı zorakılıq hərəkətləri daxildir;  

 



 

Məişət zorakılığına yuxarıda qeyd olunan eyni zorakılıq növləri daxildir, amma bu ailə, evli olan və ya 

olmayan  partnyorlar  və  ya  arasında  törədən  şəxsin  qurbanla  əvvəl  və  ya  hazırda  bir  yerdə  yaşayıb 

yaşamamasından asılı olmayaraq baş verir. Buraya hər iki cinsdən olan qurbanlar və təqsirkarlar, eyni 

zamanda uşaqlara və yaşlılara, eləcə də cinsi partnyora qarşı zorakılıq daxilidir; 

 



 



Gender  dedikdə  hər  hansı  bir  cəmiyyətin  cinsiyyətinə  müvafiq  olaraq  kişi  və  qadına  verdiyi  rollar, 

eləcə  də  qadın  və  kişilər  üçün  münasib  olduğu  düşünülən  davranışlar,  fəaliyyətlər  və  xüsusiyyətlər 

olaraq başa düşülür; 

 



 

Qadınlara qarşı gender əsaslı zorakılıq dedikdə məhz qadın cinsinə mənsub olduqları üçün qadınların 

üzləşdiyi zorakılıqlar  (məcburi abort, qadın sünnəti) və  ya  kişilərlə  münasibətdə  qadınların daha  çox 

üzləşdiyi zorakılıqlar (cinsi zorakılıq, zorlama, cinsi qısnama, təqib, məişət zorakılığı, məcburi evlilik 

və ya  qısırlaşma) nəzərdə tutulur; 

 



 



 Qurban dedikdə həm qadınlara qarşı zorakılıq, həm də  məişət zorakılığına  məruz qalan şəxslər başa 

düşülür; 

 



 



Qadın dedikdə 18 yaşdan aşağı gənc qızlar da nəzərdə tutulur. 

 

Zorakılıq qorxusundan azad olma, bərabərlik and ayrı-seçkiliyə yol verməmə 



 

Konvensiya hər kəsin zorakılıqdan azad yaşamaq hüququnu qoruyub təbliğ etməklə yanaşı, qadınlara qarşı 

obyektiv  və  ağlabatan  səbəb  olmadan  qərəzli  davranışları,  yəni  ayrı-seçkiliyin  bütün  formalarını  da 

qadağan edir. Həm qanunvericilikdə, həm də təcrübədə qadınlar və kişilər arasında bərabərliyə nail olmaq 

qadınlara qarşı zorakılığa son qoymaq üçün əsas şərtdir. Tərəflərdən tələb olunur ki: 

 



 

Qadınlar  və  kişilər arasında  bərabərlik prinsipini öz  konstitusiyalarına  və  ya  qanunvericilik aktlarına 

daxil etsinlər

 



 

cəzalar tətbiq  etməklə ayrı-seçkiliyi qadağan etsinlər

 



 



qadınlara münasibətdə ayrı-seçkilik qoyan qanunlar və təcrübələri ləğv etsinlər. 

 

Konvensiyada ( Maddə 4) əksini tapan  ayrı-seçkilik üçün əsasların siyahısı İnsan hüquqları üzrə Avropa 



Konvensiyasının  14-cü  Maddəsi  və  onun  12  saylı  Protokoluna  istinadən  hazırlanıb.  Siyahı  tam  siyahı 

deyildir  və  bura  birbaşa  Konvensiyaya  müvafiq  olaraq    gender,  cinsi  oriyentasiya,  yaş,  sağlamlıq  və  ailə 

vəziyyəti,  əlillik,  miqrant  yaxud  qaçqın  olma  ilə  yanaşı  başqa  statuslar  daxildir.  Qadınları  zorakılıqdan 

qorumaq  və  belə  zorakılığın  qarşısını  almaq  üçün  xüsusi  tədbirlərin  tələb  oluna  bilməsi  nəzərə  alınaraq 

onlar Konvensiyanın şərtlərinə görə ayrı-seçkilik hesab edilmir. 

 

Vahid siyasətlər və məlumatların toplanması 



Konvensiyanın II fəsli 

 

Hərtərəfli və əlaqələndirilmiş siyasətlər 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə