Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 17 

və bu prinsiplərin qeyri-formal tədris mühitində, yəni icma mərkəzləri və idman klublarında təbliğinə 

çağırılır. 

 

İsveçrə  məişət  və  cinsi  zorakılıq,  gənclərə  qarşı  zorakılıq  kimi  məsələləri  diqqət  mərkəzində 



saxlamaq üçün dövlət məktəblərində kurslar təşkil edib.  UNİCEF uşaqlar arasında zorakılığa 

son qoymaq məqsədi ilə “Təhlükəsiz və Etibarlı Məktəb” adlı müfəssəl təhsil proqramı işləyib 

hazırlayıb. Bu kampaniyanın əsas məqsədi ibtidai və orta məktəblərdə uşaqlar üçün təhlükəsiz 

mühitin  yaradılmasını  təmin  etməkdir.  Xorvatiyada  bu  kampaniya  400-dən  artıq  məktəbdə 

keçirilib. 

 



 

Mütəxəssislərin  təlimi  :  Zorakılığın  aşkarlanması  və  aradan  qaldırılması,  bərabərlik,  qurbanların 

ehtiyacları,  yenidən  qurbana  çevrilmənin  qarşısının  alınması  və  qurumlar  arasında  əməkdaşlığın 

inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən bütün müvafiq mütəxəssislərin təlimi

 



Danimarkada,  məişət  zorakılığı  tibb  tələbələri,  tibb  bacıları  və  ictimai  səhiyyə  elmi 

namizədlərinin  tədris  planlarına  əlavə  edilmişdir.  Eyni  zamanda,  bu,    Ginekologiya,  Ümumi 

Təcrübə və Psixiatriya sahələrində tibb mütəxəssisləri yetişdirən aspirantura tədris planında da 

əsas  mövzulardan  biridir.  Birləşmiş  Krallıqda,  məişət  zorakılığı  məsələləri  ilə  məşğul  olan 

hakimlər  üçün  xüsusi  təlim  proqramları  var.  Məişət  zorakılığı  sahəsində    mütəxəssis  hakim 

olmaq üçün həmin kurslarda iştirak etmək tələb olunur. İspaniyada, məişət zorakılığı məsələləri 

ilə  bağlı  ixtisaslaşdırılmış  məhkəmələrin  yaradılması  hakimlər  və  prokurorlar  üçün  xüsusi 

təlimlərin keçirilməsi istiqamətində  imkan yaratmışdır. 

 

 



Qabaqlayıcı  müdaxilə  və  müalicəvi  proqramlar

Konvensiya  tərəflərdən  məişət  zorakılığı  



təqsirkarları  və  ya  cinsi  təcavüzkarları  üçün  qeyri-zorakı  davranışın  mənimsənilməsi,  hərəkətlərinə 

görə  cavab  verməsi,  qadınlara  qarşı  münasibətlərini  gözdən  keçirməsini  öyrətməyi  nəzərdə  tutan 

müalicəvi  proqramları  yaratmağı  və  ya  dəstəkləməyi  tələb  edir.  Müalicəvi  proqramların  əsasını 

qoyarkən  qurbanların  təhlükəsizliyi,  dəstəklənməsi,  hüquqlarının  qorunması  sıx  əməkdaşlıq 

çərçivəsində  fəaliyyət  göstərən  və  mütəxəssis  yardım  xidmətindən  istifadə  edən  proqramların  da 

fəaliyyətinin mərkəzində durmalıdır.  



 

Birləşmiş  Krallıqda, “Hörmət” QHT-si Məişət  Zorakılığının Qarşısının alınması Proqramları 

və  məişət  zorakılığında  təqsirkar  olan  kişilərlə  işləyən  Birləşmiş  Dəstək  Xidmətləri  üçün 

akkreditasiya standartlarını işləyib hazırlamışdır. “Avropada məişət zorakılığının təqsirkarları 

ilə  İş”  adlı  Aİ-nin  Daphne  layihəsi  törədənlər  üçün  standartlar  müəyyənləşdirmişdir. 

Almaniyada

"Kişilər  üçün  Münhen  İnformasiya  Mərkəzi"  QHT-si  (Münchner 

Informationszentrum für Männer e.V.) qəzəbin idarə edilməsi dərsləri, təcavüzkar kişilər  üçün 

xüsusi proqramlar, məişət zorakılığının nəticəsi olaraq boşanmağa hazırlaşan  valideynlər üçün 

uşaq himayəsi ilə bağlı məsələlərə dair məsləhətlər təklif edir. 

 

 



Müdafiə və dəstək 

Konvensiyanın IV  fəsli 

 

Qurbanları mümkün olan ən yaxşı müdafiə və dəstək vasitələri ilə təmin etmək gələcəkdə onların yenidən 



zorakılıqla  üzləşmələrinin  qarşısını  almaqla  yanaşı  fiziki,  psixoloji  və  sosial  cəhətdən  bərpaları  üçün  də 

mühümdür. Konvensiya bir sıra müdafiə tədbirləri təklif edir ki, bunlara da aşağıdakılar daxildir: 

 



 



fövqəladə hallarda təqsirkarın ailədən və evindən uzaqlaşdırılması üçün qaydaların qoyulması, qadağa 

və müdafiə əmrlərinin verilməsi; 

 



 



qurbanlara hüquqları, yardımı necə və haradan ala biləcəkləri barədə məlumatlar vermək

 



 

ixtisaslaşmış yardım xidmətləri təqdim etmək 

 



 18 

 



mütəxəssislər və şahidlərin zorakılıdan şikayət  etməyə həvəsləndirmək; 

 



 

zorakılığa şahid olmuş uşaqları qorumaq və dəstəkləmək. 

 

 

 



 

Mütəxəssislər tərəfindən yardım xidməti 

 

Zorakılığa  məruz  qalmış  qadın  qurbanlara  mütəxəssislər  tərəfindən  dəstək  verilməsi  əsas  yardım 

xidmətidir.  Bu  xidmətlər  əksəriyyəti  təkrar  zorakılıqdan  əziyyət  çəkən  və  travmalar  alan  zərərçəkmiş 

insanların ehtiyaclarına uyğunlaşdırılmış gender cəhətdən həssas yanaşma tərzi təmin edir. Müəyyən qrup 

qadınların,  məsələn  gənc  qızların,  əlil  və  mühacirlərin  xüsusi  ehtiyacları  var.  Yaşanmış  zorakılığın 

növündən  asılı  olaraq  yardım  ehtiyacları  da  fərqlənir,  təcavüz  və  hücumlara  məruz  qalmış  qadınlar  üçün 

sığınacaqlar  kimi    xarakterik  xidmətlər  tələb  olunur.  Bəzi  qadınların  mürəkkəb  problemləri  olur  ki,  bu 

zaman da mütəxəssis yardımı labüddür. Xüsusi xidmətlər: 

 



 



dərhal, qısa və uzun müddətli olmalıdır; 

 



 

bütün ölkəni əhatə etməlidir

 



 



bütün zərərçəkmişlər və onların uşaqları üçün əlçatan olmalıdır (və onların başa düşəcəyi dildə) ; 

 



 

ixtisaslaşmış kadra, adekvat ehtiyat və fonda malik olmalıdır; 

 



 



zərərçəkmişlərin hüquq və imkanlarını gücləndirməyə qadir olmalıdır. 

 

 



Brüssel  şəhərində  qurbanları,  onların  yaxın  qohumlarını  və  zorakılığın  şahidlərini 

qarşılamaqla yanaşı polislərində işinə köməklik göstərən “Qurbanlar üçün Polis yardımı Ofisi” 

adlanan    xüsusi  xidmət  yaradılıb.  Xidmətin  heyəti  psixoloq  və  kriminoloqlardan  ibarətdir. 

İsveçdə, Döyülən və

 

Zorlanan Qadınlar üçün Milli Mərkəz  cinsi zorakılıq sahəsində  tibbi və 

səhiyyə  heyəti  üçün  təlimlər  və  praktiki  göstərişlər  təşkil  edir  və  bu  məsələlər  üzrə  ekspert 

məsləhəti verən milli resurs mərkəzi olaraq fəaliyyət göstərir. 

 

Cinsi zorakılıq qurbanlarına dəstək  



 

Cinsi  zorakılığa,  o  cümlədən  zorlanmaya  məruz  qalmış  insanların  təcili  tibbi  köməyə,  məhkəmə-tibb 

ekspertizasına,  travmaya  qarşı  dəstəyə,  habelə  yaxşı  təlim  keçmiş,  ixtisaslaşmış  mütəxəssislər  tərəfindən 

uzunmüddətli  psixoloji  məsləhətlərə  ehtiyacları  olur.  Bu  isə  zərərçəkmişlər  üçün  yetərli,  rahat  əldə  edilə 

bilən zorlama böhranı mərkəzlərinin və ya cinsi zorakılıq qurbanlarına yardım mərkəzlərinin yaradılmasını 

tələb edir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə üzrə Avropa Şurasının İşçi Qrupu hər 

200.000 əhali üçün bir mərkəzin yaradılmasını tövsiyə edir. 

 

 1980-ci  ildən  bəri  Birləşmiş  Krallıq  cinsi  zorakılıq  qurbanlarına  yüksək  keyfiyyətli  və  qısa 



müddətli hüquqi məsləhət verən Cinsi hücumla bağlı (yönləndirmə) mərkəzləri açmışdır. Norveç 

hər  bir  qraflıqda  cinsi  zorakılığa  və  təcavüzə  məruz  qalan  şəxslər  üçün  xidmət  mərkəzləri 

yaratmışdır  ki,  onların  da    hamısı  bələdiyyələrarası  təcili  yardım  klinikaları  ilə 

əlaqələndirilmişdir.  İsveç  cinsi  hücum  qurbanları  üzərində  tibbi  müayinələr  aparan,  onları 

müalicə  edən  və  dəstəkləyən  Döyülən  və  Təcavüzə  məruz  qalan  Qadınlar  üçün  Milli  Mərkəz 

açmışdır. 

 

Zorakılığın şahidi olmuş uşaqların qorunması və dəstəyi 

 

Zorakılıq  olan  ailələrdə  uşaqlar  çox  vaxt  bu  cür  hadisələrdən  məlumatlı  olurlar  və  bəzən  hətta  onlara  



böyük  zərər  verən  təcavüzlə  özləri  də  üzləşirlər.  Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə