Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 19 

qurbanlarına  yardım  xidmətləri  zorakılığın  şahidi  olmuş  uşaqların  ehtiyaclarını  nəzərə  almalı  və  onları 

psixo-sosial məsləhətlərlə də təmin etməlidirlər. Təqdim edilən hər bir dəstək uşaqların maraqlarına uyğun 

olmalıdır. 



 

 İsveçin  qadınlara  qarşı  zorakılıq  üzrə  Fəaliyyət  Planı    Uşaq  hüquqları  haqqında  BMT-nin 

Konvensiyasına  əsaslanır  və  böyüklərə  qarşı  zorakılığın  “təkcə”  şahidi  olmuş  uşaqların  da 

qorunması faktını vurğulayır. 

 

Mütəxəssislər tərəfindən məlumat verilməsi 

 

Qadınlara qarşı zorakılıq hadisələrinin çoxu barəsində şikayət olunmur. Zorakılıq çox vaxt qapalı qapılar 



ardında  baş  verir  və  qurbanlar  da  bundan  səssiz-səmirsiz  əziyyət  çəkirlər.  Bu  isə  qurbanların  qorunması, 

gələcəkdə  baş  verə  biləcək  zorakılıq  faktlarının  qarşının  alınması  və  günahkarların  məsuliyyətə  cəlb 

olunması  üçün  ən  böyük  maneədir.  Qurbanlarla  işləyən  mütəxəssislər  –  həkim,  psixoloq  və  sosial  işçilər 

adətən baş vermiş zorakılıqdan xəbərdar olur, bunun yenidən təkrarlana biləcəyindən narahatlıq keçirsələr 

də, məxfiliyə riayət etməyi tələb edən qaydaların olmasına görə bundan şikayət edə bilmirlər. Konvensiya  

mütəxəssislərin  ciddi  zorakılıq  hadisələrinə  dair  məlumatları  müvafiq  orqanlara  çatdıra  bilməsini  təmin 

etmək  məqsədilə  həmin  zorakılığın  baş  verdiyinə  əmin  olduqları  və  onun  yenidən  təkrarlanacağına 

inandıqları təqdirdə məxfilik qaydalarını aradan qaldırmaq imkanları verir

 

İspaniyada,    Məişət  Zorakılığı  Qurbanlarının  Qorunması  haqqında  Məhkəmə  Əmrləri  üzrə 



Qanun  dövlət  və  özəl  sosial  xidmət  təşkilatları  və  qurumları  üzərinə  məişət  zorakılığı  kimi 

hadisələrin aşkarlanması, zamanında bu işlə məşğul olan magistrat yaxud prokurora məlumat 

verilməsi kimi öhdəliklər qoyur. 

 

 



 

 

 

Maddi hüquq 

Konvensiyanın V  fəsli 

 

Konvensiya bir sıra mülki və cinayət hüququ tədbirləri təqdim edir ki, bu da qadınlara qarşı müxtəlif növ 

zorakılıq,  o  cümlədən  məişət  zorakılığının  qurbanları  ədalət  axtardıqları  zaman  qanunvericilikdə  

qarşılaşdıqları  boşluqları  doldurmaq  məqsədi  daşıyır.  Bu  boşluqlara  qənaətbəxş  olmayan  kompensasiya 

sxemlərindən  və  uşaqların  himayəsi  ilə  bağlı  məsələlərdən  tutmuş    bir  sıra  zorakı  davranışların  bəzi  üzv 

dövlətlərdə cinayət əməli hesab edilməməsi daxildir. 

 

Mülki məhkəmə prosesləri və hüquqi müdafiə vasitələri 

 

Bu  müddəanın  əsas  məqsədi  məhkəmələrə  müəyyən  bir  davranışı  dayandırmağa  və  qurbanlara  qadağa, 

məhdudlaşdırıcı və ya çəkindirici əmrlər verilməsi üçün məhkəməyə müraciət etməyə imkan verən mülki 

hüquq  vasitələrini  təmin  etməkdən  ibarətdir.  Bu  əmrlər  önəmli  qoruyucu  vasitələrdir,  belə  ki  onlar 

təqsirkarın  qurbanın  evinə  və  ya  yaşadığı  yerin  ətrafına  yaxınlaşmasının  qarşısını  alır.  Məişət  zorakılığı 

məsələlərində  bu  əmrlər  qurbanın  uzunmüddətdə  qorunmasına    zəmanət  verə  bilər  ki,  qoruma  ilə  bağlı 

təcili qərarlarda bunu təmin etmək mümkün olmur. 

 

Dövlət, qadınları məişət zorakılığı da daxil olmaqla, bütün növ zorakılıqlardan qorumaq öhdəliyi daşıyır. 



Zorakılıq  hallarının  dövlət  orqanları  tərəfindən  qarşısının  alınmasını,  istintaqının  aparılması  və 

cəzalandırılmasını  təmin  etmək  də    dövlətin  məsuliyyətindədir.  Dövlət  orqanları  qurbanları  adekvat 

yardımla təmin etmək və qorumaq işlərində uğursuzluqla qarşılaşdığı təqdirdə bunu aradan qaldırmaq üçün 

mülki hüquqi müdafiə vasitələri nəzərdə tutulmalıdır. 



 

Bevacqua  and  S.Bolqarıstana  qarşı  işində,  ərizəçi  davamlı  olaraq  həyat  yoldaşı 

tərəfindən  döyüldüyünü,  məhz  buna görə  də  3  yaşlı  oğlunu  götürüb  evi tərk etdiyini və 


 20 

boşanmaq üçün ərizə verdiyini bildirib. Amma, qadın əri tərəfindən döyüldüyünün davam 

etdiyini bildirib. Qadın öz oğlu ilə birlikdə 4 gün təcavüzə məruz qalmış qadınlar üçün 

sığınacaqda  qalmış  və  bu  zaman  ona    uşağı  qaçırtmaqla  bağlı  məhkəməyə  cəlb 

olunacağı, uşağı üzərində birgə himayə haqqında qərar çıxarılacağı barədə xəbərdarlıq 

edilib. Qadın bildirib ki, onun əri belə himayəyə məhəl qoymur. Ərinə qarşı  zorakılıqla 

bağlı  ittihamlar  irəli  sürməsi  zorakılığın  təkrarlanması  üçün  zəmin  yaradıb.  Qadının 

müvəqqəti himayə tədbirləri ilə bağlı etdiyi müraciətlərə qulaq asılmayıb və yalnız bir il 

sonra, onun boşandığı elan edildikdən sonra ona himayə verilib.  Növbəti il qadın yenə 

keçmiş  əri  tərəfindən  döyülüb.  Qadının  kişini  cinayət  məsuliyyətinə  cəlb  etmək  üçün 

etdiyi  müraciətlər  isə  “şəxsi  məsələ”  adıyla  rədd  edilib.  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi  Konvensiyanın8-ci  Maddəsinin(ailə  həyatına  hörmət  hüququ)  pozuntusunu 

aşkar  edib,  belə  ki,  Bolqarıstan  rəsmi  dairələri  ərizəçinin  ərini  cəzalandırmaq  və 

nəzarətdə  saxlamaq  məqsədilə  tədbir  görməyiblər.  Məhkəmə  də  vurğulayıb  ki, 

münaqişənin  “şəxsi  məsələ”  kimi  nəzərə  alınması  hakimiyyətin  üzərinə  götürdüyü 

ərizəçinin ailə həyatını qorumaq öhdəliyinə uyğun deyil. 

 

Kompensasiya 

Konvensiya  göstərilmiş  cinayətlər  nəticəsində  dəyən  zərər-ziyanın  qarşılanmasına  görə  kompensasiya 

hüququ  müəyyən  edir.  Dəyən  ziyan  və  kompensasiyanın  ödənilməsinə  görə  məsuliyyəti  ilk  növbədə 

təqsirkar daşısa da, qurbana ciddi bədən xəsarəti və ya onun sağlamlığına zərərin vurulduğu hallarda ikinci 

dərəcəli məsuliyyət Tərəf dövlətin  üzərinə düşür.  

Dövlətin kompensasiya ödənilməsi ilə bağlı ikinci dərəcəli məsuliyyəti Tərəfləri, qurbanın təhlükəsizliyinə 

yetərincə diqqət yetirildiyi təqdirdə,  törədən şəxsdən alınan kompensasiyanın azaldılmasını tələb etməkdən 

məhrum etmir. 

1976-cı  ildə  Almaniya  dövlətinin  qəbul  etdiyi  Zorakılıq  Cinayətləri  Qurbanlarının 

Kompensasiyası  üzrə  Qanun  zorlama,  cinsi  və    fiziki  təcavüz,  o  cümlədən  qəsdən  adam 

öldürmə  kimi  cinayətlərin  qurbanlarına  yaşadıqları  zorakılıqların  nəticələrinə  görə 

kompensasiya ödənilməsinə zəmanət verir(tibbi xərclər, psixoloji məsləhət, işləyə bilməmə).

 

 

Himayə, ziyarət hüquqları və təhlükəsizlik 

 

Təqsirkarlar  qurbana  yenidən  hücum  etmək,  onu  daha  ciddi  zorakılığa  məruz  qoymaq  üçün  uşaqlarını 

ziyarət  etmək  hüququndan  istifadə  edirlər  və  bu  bəzən  hətta  qurbanın  ölümü  ilə  nəticələnir.  Qurbanı 

qorumaq  üçün  nəzərdə  tutulan  bütün  hüquqi  tədbirlər  ardıcıl  olmalıdır.  Məsələn,  əgər  mülki    məhkəmə 

vasitəsilə  təqsirkarın  qurbanla  hər  hansı  əlaqəsinə  maneə  qoyulursa,  eyni  qərarı  ailə  məhkəməsi  də 

verməlidir.  Buna  görə,  Konvensiya  zorakılıq  hallarının  çoxunda  uşaqları  ziyarət  və  himayə  hüquqları 

barədə qərar verərkən, uşaqların maraqların ən yaxşı şəkildə nəzərə alınmasını nəzərdə tutur. 

 

Zorakılığın formaları 

 

Konvensiya Tərəflərdən geniş sayda cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmasını  tələb 



edir  ki, bunlara da aşağıdakılar daxildir: 

 



 

Psixoloji zorakılıq:

  

bir kəsi  müəyyən zaman ərzində qəsdən qorxutmaq və hədələməklə ona travma 



vurmaq. İntim münasibətlərdə psixoloji zorakılıq daha sonra fiziki və cinsi zorakılığa səbəb olur. 

 

Fransada  psixoloji  təcavüz  əməli  2010-cu  ildə  cinayət  məcəlləsinə  daxil  edilmişdir.    Bu 



cinayəti törədənlər  3 illik həbsdən tutmuş 75000 avro cəriməyə kimi ciddi cəzalarla üzləşə 

bilərlər. 

 



 

Təcavüz  məqsədli  təqib

kimisə  davamlı  olaraq  izləyərək  qorxutmaq,  onunla  istənməyən  ünsiyyət 



qurmağa cəhd etmək və ya izləndiyi barədə məlumat verərək təhlükəsizliyi üçün qorxu yaratmaq. Buna 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə