Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 78,3 Kb.
səhifə4/12
tarix07.08.2018
ölçüsü78,3 Kb.
#61000
1   2   3   4   5   6   7   8   9   ...   12

______________________________________________________________________________________

M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 1031 -ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:

Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2017-ci il.

______________________________________________________________________________________

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının2017-ci il 1 fevral tarixli 521-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 521-VQD nömrəli Qanununun qüvvəyə minməsi iləəlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasınıüç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

  2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2017-ci il.

______________________________________________________________________________________

Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart– Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakışəxslər təltif edilsinlər:




“Tərəqqi” medalı ilə

Babayeva Səbinə Oqtay qızı 

Babayeva Səkinə Rəşid qızı

Əhmədova Gülşən Arif qızı

Əliyeva Lətifə Ziyad qızı

Hüseynova Sədaqət Qənbər qızı

İbrahimova Cövhərət İbrahim qızı

İsmayılova Svetlana Ələsgər qızı

Kərimova Yuliya İvanovna

Məmmədova Aytən Əkbər qızı

Piriyeva Göyçək Şirağa qızı

Sadıqova Xəyal Fehruz qızı


 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Rəhimova Günay Rauf qızı.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2017-ci il.

______________________________________________________________________________________

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart– Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakışəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar incəsənət xadimi”

Cəfərova TahirəƏnvər qızı

Əliyeva Fərəh Şirməmməd qızı

“Əməkdar müəllim”

Babayeva Aynur Arif qızı

Qəndilova Səadət Tağı qızı

“Əməkdar həkim”

Quliyeva Ramella Akif qızı

Məmmədova Sona Keykavus qızı

“Əməkdar artist”

Qədimova Xumar İttifaq qızı

“Əməkdar mədəniyyət işçisi”

Abbasova Gülsarə Vəli qızı

Əliyeva Leyla Əjdər qızı.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2017-ci il.

Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə aşağıdakışəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Artist”

Abdullayev Aqşin Akif oğlu

Ağayev Zakir İsmayıl oğlu

Eyvazov Yusif Vilayət oğlu

Ferştandt Makar Sergeyeviç

Heybətov Anar Mithət oğlu

İbrahimov Fuad Natiq oğlu

Quliyev Əyyub Ramiz oğlu

Nəzərov İlham İslam oğlu

Orucova Sevda Nəbi qızı

Rüstəmov Nazir Mürsəl oğlu

Seyidov Tofiq Həbib oğlu

Sultanov Neymət İslam oğlu

“Əməkdar Mədəniyyət İşçisi”

Əhməd-zadə Rəşad Rüfət oğlu

Həsənov İslam Cəfər oğlu.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2017-ci il.

Yüklə 78,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə