Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


F.Ə.Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 78,3 Kb.
səhifə7/12
tarix07.08.2018
ölçüsü78,3 Kb.
#61000
1   2   3   4   5   6   7   8   9   ...   12

F.Ə.Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Firəngiz Əliağa qızıƏlizadə“Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2017-ci il.

______________________________________________________________________________________

F.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fidan Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il.

______________________________________________________________________________________

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakışəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Abdullayev Toğrul Namiq oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Əlizadə Mirəli Hüseyn oğlu – Bakışəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İbrahimova Lalə Azər qızı– Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Məhəmmədəlizadə Behnam Məhta Səid qızı– Bakışəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Atilla Yasin oğlu – Bakışəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Orucov Nihad Vüqar oğlu – Azərbaycan Milli Konservatoriyası tərkibindəİncəsənət Gimnaziyasının şagirdi

Sədizadə Cəmil Əliağa oğlu – Bakışəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Talıblı Kamran Həsən oğlu – Bakışəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifzadə Cavid Azər oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il.


______________________________________________________________________________________

Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.

Şövkət xanım Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildəəlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

Azərbaycanın çoxəsrlik zəngin musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş böyük sənətkar Şövkət Məmmədovanın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdəŞövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2017-ci il.

______________________________________________________________________________________


Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Ağasadıq Ağəli oğlu Gəraybəylinin anadan olmasının 120 illiyi tamam olmuşdur. 

Ağasadıq Gəraybəyli geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsindəözünəməxsus layiqli yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətləcanlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr və kino sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkar Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:



  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2017-ci il.

Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 717-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 717-VQD nömrəli Qanununun qüvvəyə minməsi iləəlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:


  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasınıüç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2017-ci il.


Yüklə 78,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə