Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

48
10 il öncə başlanan yol
rünc medal qazanması da deyilənlərin əyani sübutu idi. Milli Olimpiya Komitəsinin 
istedadlı  idmançıları  himayəyə  götürməsi,  məharətlərini  artırmaq  üçün  onlara 
əlverişli şərait, güləşin inkişafı üçün maddi-texniki baza yaradılması, bütün region-
ları əhatə edəcək çoxşaxəli olimpiya komplekslərinin inşasına başlanması barədə 
də məlumatlar, təbii ki, sözünü deməyə bilməzdi. Eyni zamanda, Azərbaycanda 
2000-ci ilədək sambo, boks, cüdo və bir sıra başqa idman növləri üzrə qitə çem-
pionatları və yüksək səviyyəli beynəlxalq turnirlərin uğurla keçirilməsi faktı da bö-
yük maraq doğururdu. Bütün səviyyələrdə idman işgüzarlığının, işbirliyinin olması, 
texniki-baza imkanlarının mövcudluğu, bunun Odlar diyarında dünya səviyyəsində 
ən mötəbər yarışları keçirməyə imkan verməsi FİLA prezidentinin rəğbətinə səbəb 
oldu. O, son 3 ildə Azərbaycanda idmanın inkişafa üz tutması, beynəlxalq arena-
da imicin möhkəmlənməsi sahəsində həm dövlət, həm də yerli ictimai təşkilatların 
xeyli müsbət iş görməsi barədə beynəlxalq idman təşkilatlarında məlumatların ol-
ması faktını təsdiqlədi, bunun Azərbaycana tək marağın artmasına deyil, həm də 
qarşılıqlı münasibətlərin qurulması, əlaqələrin sarsılmaz tellərlə möhkəmlənməsinə 
də təkan verəcəyini dedi. Xüsusi hörmət əlaməti olaraq, İlham Əliyev Milan Er-
seqanın Yunanıstan və Macarıstan güləş federasiyaları ilə birgə görüşündə iştirak 
etdi.
İyunun 20-də Beynəlxalq Olimpiya Komitəsinin MOK-larla əlaqələr departa-
mentinin rəhbəri Pere Miro ilə idmançılarımızın Sidney Oyunlarında iştirakı, tex-
niki və məişət şəraiti məsələləri müzakirə edildi. Sonra Avropa Şurası İdman De-
Azərbaycan Prezidenti İlham Əliyevin
 AOK Prezidenti Patrik Hikkeylə
görüşü


49
partamentinin  rəhbəri  Corc  Uolkerlə,  Finlandiyanın  idman  naziri  Suvi  Lindenlə, 
Dünya Antidopinq Agentliyi (WADA) üzvləri ilə görüş keçirildi və WADA İcraiyyə 
Komitəsinin iclasında nümayəndələrimiz iştirak etdi, mütəxəssislərlə fikir mübadiləsi 
apardılar. Bütün tədbirlərdə İlham Əliyev müvafiq sahələr üzrə ətraflı söhbətlər 
etməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq, torpaqlarımızın 
20  faizinin  zəbt  edilməsinin,  nəticədə  1  milyondan  artıq  qaçqın  və  köçkünün, 
ölkədəki bütün müsbət dəyişikliklərə baxmayaraq, sosial sahəyə, o cümlədən id-
manın inkişafına təsirindən də danışdı.
Sidney  Oyunları  ərəfəsində  son  mötəbər  görüşdə  -  Avropa  Olimpiya 
Komitəsinin prezidenti Jak Roqqla söhbətdə İlham Əliyev artıq ölkəmizdə idmançı-
ların müxtəlif yarışlara, o cümlədən olimpiadaya məqsədyönlü hazırlığı, bir müddət 
xarici ölkələrə üz tutmuş idmançıların Azərbaycana dönmək meylinin güclənməsi 
və idmanın ictimai statusunun artmasından, bunların köklü səbəblərindən, habelə 
dövlət qurumları ilə müstəqil təşkilatlar arasındakı həmrəyliyin rolundan, maddi-
texniki bazaya verilən önəmdən söz açdı. Olimpiya ümidli idmançılara 2 milyon 
manat  təqaüd  verilməsi,  ölkə  başçısının  üç  il  əvvəl  Sidney  Oyunlarına  hazırlıqla 
bağlı imzaladığı sərəncam və digər mühüm tədbirlərin əhəmiyyətini qeyd etdi. Jak 
Roqq ölkədə başlanmış olimpiya quruculuğunun ilk nümunəsi olacaq Bakı Olim-
piya İdman Kompleksinin açılışına dəvət edildi. Ona bu barədə həyata keçiriləcək 
planlar,  ələlxüsus,  inşasına  başlanmış  Gəncə  və  Naxçıvan  idman  kompleksləri 
barədə də məlumat verildi.
J.Roqq  bütün  sahələrdə  əldə  olunan  dönüşdən,  ölkəmizin  qısa  zamanda 
beynəlxalq  yarışlar  və  tədbirlər  məkanına  çevrilməsi  faktından  məmnunluğunu 
gizlətmədi. Məhz belədə xalqlar, millətlər və dövlətlər arasında möhkəm dost-
luq  əlaqələrinə  söykənən  olimpiya  meyarlarının  qalib  gəlməsinin  mümkünlüyü-
nü deyən AOK prezidenti, rəhbərlik etdiyi təşkilatın “Avropa idmanı” jurnalında 
Azərbaycanla  bağlı  müfəssəl  məqalələrin  dərc  ediləcəyini  söylədi.  AOK  idarə 
heyətinin 2001-ci ildəki iclasının Bakıda keçirilməsi təklifinə razılıq hissi ilə cavab 
verən  və  bu  barədə  həmkarları  ilə  məsləhətləşmələr  aparacağını  deyən  Roqq 
Baş  Assambleyanın  2002-ci  və  ya  2003-cü  illərdəki  iclasının  da  paytaxtımızda 
keçirilməsinin mümkünlüyünü qeyd etdi.
Dünya Karate Federasiyasının prezidenti 
Antonio Espinoz rəhbərlik etdiyi qurumun xüsusi 
hədiyyəsini MOK rəhbəri İlham Əliyevə verir 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


50
10 il öncə başlanan yol
2000-ci  ilin  Olimpiya  Oyunları  ərəfəsində  baş  vermiş  hadisələrdən  bəziləri 
haqqında geniş söz açmağımız təsadüfi deyil. Çünki görünməyən gərgin zəhmət 
sayəsində  çox  keçməyəcək,  iki  minilliyi  qovuşduran  ilin  son  rübü  Azərbaycanın 
dünya  idmanının  hər  bir  fəaliyyət  sahəsində  layiqli  yerini  tutmasına,  əlaqələrin 
genişlənib,  şaxələnib  çeşidlənməsinə  yol  açacaq  hadisələr  baş  verəcəkdi.  İlham 
Əliyevin liderliyinin danılmaz faktı olan bu dövr tək ona deyil, eyni zamanda id-
manımızın sabahına inamın artması, bəşəri ideyalarla çulğalanan Azərbaycançılıq 
təfəkkürünün və onun həqiqətlərinin yayılması demək idi.
Sözügedən  dövrə  diqqəti  daha  çox  cəlb  etmək  istəyilə  ilin  son  rübündəki 
hadisələrə bir daha qayıtmaq istərdik.
Beynəlxalq  əlaqələr  və  münasibətlər  sistemində  “olimpiya  ideyaları”,  “olim-
pizm ruhu” və s. kimi terminlərin getdikcə daha çox işlədilməsi təsadüfi deyil. Bu, 
qədim ellin oyunlarının nümunəsi əsasında formalaşmış çağdaş Olimpiya Oyun-
larının yaratdığı mühit və get-gedə böyüyən, yetkinləşən hərəkatdan ibarətdir. 
Keçmişlə gələcək arasında körpü, yük və ideya daşıyıcısı olan Olimpiya hərəkatı 
gəncliyi öz işığına toplayır və məqsədi sülh, tərəqqi, humanizm və demokratiya 
naminə onlar arasında birlik, həmrəylik yaratmaqdır. Olimpizm bu yolla həm də 
beynəlxalq əlaqələrin yalnız qarşılıqlı hörmətə söykənən sağlam düşüncə əsasında 
qurulmasına əhəmiyyətli təsir göstərir.
Bir-birinə  cilalanmış  beş  həlqə  ilə  Yer  kürəsinin  insan  məskən  salmış  bütün 
qitələrinin birliyinin rəmzinə çevrilmiş olimpiya hərəkatı ideyası dili, dini, əqidəsi, 
cinsi, irqi, həyatı və yaşam tərzi fərqlərinə varmadan, bütün insanların bir-biri ilə 
ünsiyyət qurmaq, onu möhkəmlətmək üçün vasitədir. Elə qədimdə də belə idi. 
Mədəniyyətin qədim beşiklərindən biri, lakin müxtəlif müharibələrin, çaxnaşmala-
rın törətdiyi ictimai təhlükə ilə üzbəüz qalan Elladada Oyunlar sülhün və sonra-
lar tayfalar, xalqlar arasında get-gedə möhkəmlənən əlaqələrin, münasibətlərin 
dəyişilib qarşılıqlı mübadilə və tərəqqi rəmzinə çevrilməsinə səbəb oldu. Təbii ki, 
1503 il keçirilməyib tarixin daş yaddaşına çevrilsə də, insan zəkasının, müdrikliyinin 
belə bir kəşfi tamamilə yox ola bilməzdi.
Çağdaş  olimpizmin  atası  baron  Pyer  de  Kuberten  də  hərəkatın  proqram 
Prezident İlham Əliyev
FİDE-nin vitse-prezidenti 
Zurab Azmayparaşviliyə 
MOK-un hədiyyəsini təqdim edir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə