Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

59
Rafael Santoxa MOK rəhbərinə 
Beynəlxalq Bodibildinq Federasiyasının 
xüsusi mükafatını təqdim edir 
nada Xuan Antonio Samarançla görüşündə Bakıdakı yüksək idman təşkilatçılığını, 
hər bir qonağa qayğı və diqqəti xüsusi vurğulayacağını dedi. Müşahidələrini dilə 
gətirən Rusiyanın “NTV+” telekanalının direktoru İqor Petruxin də İlham Əliyevin 
nəinki Qafqazda, hətta MDB məkanında idmanın hər bir növünə qayğı göstərən 
yeganə şəxs olduğunu söylədi.
Ümumən  il,  beynəlxalq  əlaqələrin  inkişafı  baxımından  əhəmiyyətli  oldu. 
Keçirilən tədbirlər bir-birindən zənginliyi və nümunəviliyi ilə fərqləndi. Dünya are-
nasında voleybol və həndbolumuz oyanış dövrünə qədəm qoydu, bir neçə id-
man növü üzrə beynəlxalq turnirlər yüksək səviyyədə keçdi, ölkə və təşkilatlarla 
əlaqələrin genişlənməsi müşahidə edildi. Zemfira Meftəhəddinova bütün dünya-
da 2004-cü il Oyunlarına ilk lisenziya qazananlar sırasında yer aldı. İlin sonunda 
yeniyetmə boksçuların birinci dünya çempionatı da məhz Bakıda tarixə düşdü. İlk 
belə tədbirin ölkəmizə həvalə edilməsi təsadüfi deyildi. AİBA prezidenti Ənvər 
Çoudri  son  illər  Azərbaycanda  boksun  sürətli  inkişafının,  idmana,  xüsusən  də 
təşkilatçılığa yüksək önəm verilməsinin bunda böyük rol oynadığını dedi. - Bilir-
sinizmi, - deyə o, əlavə etdi, - bir qayda olaraq bütün işlərdə ilk sınaq çətin olur 
və adətən, müəyyən kəm-kəsirlər, problemlər qaçılmazdır. Ancaq Azərbaycanda 
yarış elə yüksək səviyyədə təşkil edildi ki, nəinki problemlə üzləşdik, əksinə, sanki 
ustaların dünya çempionatı keçirildi.
Dünya  Azərbaycanlılarının  Birinci  Qurultayı  da  idman  əlaqələrimiz  baxımın-
dan vacib hadisəyə çevrildi. Tədbirin nümayəndələri Gənclər, İdman və Turizm 
Nazirliyində keçən görüşdə ölkə idmanının son illərdə dünyanın bir çox diyarında 
əks-səda doğurmasını qeyd edərək, bunun nüfuzun, ona diqqətin artmasına xey-
li xidmət göstərdiyini dedilər. Beynəlxalq əlaqələrin qurulub-genişləndirilməsində 
dünyanın  hər  yerində  yaşayan  soydaşlarımızın,  ələlxüsus  da  idman  veteranları-
mızın imkanlarından istifadə olunmasını təklif etdilər. Bu tədbirə ailə vəziyyətinə 
görə  qatıla  bilməmiş  dünya  şöhrətli  İnna  Rıskalın  az  sonra  İlham  Əliyevin  şəxsi 
dəvəti ilə ölkəmizə gəlməsini və məşhur voleybolçuda bu diqqətin xüsusi ovqat 
yaratmasını da qeyd etmək yerinə düşər. Tarixdə təkrarolunmaz nəticəyə imza 
atıb dalbadal 4 olimpiadada iştirak etmiş, üstəlik, hər yarışda uğur qazanıb 2 dəfə 
qızıl, 2 dəfə gümüş medala sahib çıxmış “Şöhrət” ordenli Rıskalın dövlətin xüsusi 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


60
10 il öncə başlanan yol
olimpiya təqaüdünə layiq görülməsi də ölkəmizin nüfuzuna, onu yüksəldənlərə 
önəm verməsinə daha bir parlaq nümunə idi.
İlham Əliyevin paralimpiyaçılarımızın qayğılarını diqqət mərkəzində saxlaması 
və onlara olimpiyaçılardan geri qalmayan münasibət bəsləməsi bir nümunə kimi 
Beynəlxalq Paralimpiya Komitəsinin 9-cu Baş Assambleyasının tribunasından da 
səsləndi. Bunun davamı kimi, 2003-cü ildə ölkəmizə səfər edən Avropa Paralimpi-
ya Komitəsinin britaniyalı prezidenti Bob Pras “Bizim 40 ilə keçdiyimiz yolu Siz cəmi 
7 ilə keçmisiniz” - deyə, Azərbaycanın nümunəsinə heyrətini gizlətmədi.
2002-ci  il  beynəlxalq  arenada  Azərbaycanın  mövqe  və  əlaqələrinin 
möhkəmlənməsi baxımından böyük sıçrayış ili oldu. Dünya qurumları Azərbaycanın 
tədbirlərin  təşkili,  yarışların  keçirilməsi  bacarığını  görməklə  yanaşı,  onun 
nəticələrindən bəhrələnməyə də can atmağa başladılar. Keçirilən toplantılar ara-
sında noyabrda Müsəlman Ölkələri Qadın İdman Həmrəylik Federasiyasının 9-cu 
iclası əhəmiyyəti ilə seçilirdi. Bir il əvvəl, Müsəlman Qadınların 3-cü İdman Oyunla-
rında ölkəmizin uğurlu çıxışı inteqrasiya imkanlarının daha bir istiqamətinə yol açdı. 
Qonaqları qəbul edərkən, MOK  prezidenti qarşılıqlı əlaqələrin möhkəmlənməsinin 
vacibliyini vurğulayaraq, bunun ikitərəfli səmərəsini xüsusi qeyd etdi.
İl ərzində bir sıra dövlətlərlə ikitərəfli idman əlaqələri müqavilələrlə rəsmiləşdirildi. 
Azərbaycanda sərbəst güləşçilərin 45-ci ölkə çempionatı keçirildi. Güləşin inkişaf 
etdirilməsində xüsusi qayğısına görə dövlət rəhbəri Heydər Əliyevə “Qızıl boyun-
bağı” fərqlənmə nişanı təqdim edildi. 20 yaşadək şahmatçıların dünya çempiona-
tı da bu qəbildən oldu. Azərbaycan voleybol və həndbol üzrə qitəmiqyaslı klub 
kuboku turnirlərinin həlledici oyunlarına ev sahibliyi etdi və uzun fasilədən sonra 
hər iki növdə komandalarımız uğur qazandılar.
Əlbəttə,  idman  meridianlarındakı  uğurların  təməl  daşı  yeniyetmə  idma-
nında  qoyulur.  İlham  Əliyev  bu  istiqamətdə  də  beynəlxalq  əlaqələrin  əsasını 
möhkəmləndirmək işini şəxsən öz üzərinə götürdü. Bunun nümunəsi kimi, mar-
tın 21-də Moskvada MDB məkanı ölkələrinin idman rəhbərləri ilə görüşən İlham 
Əliyev yayda Moskvada təşkil ediləcək postsovet regionu ölkələri yeniyetmələrinin 
Oyunlarına hazırlıq işləri ilə də tanış oldu. Yeniyetmələr arasında yarışların müsbət 
nəticələr  verdiyini,  idmanın  inkişafına  böyük  fayda  gətirdiyini  nəzərə  alaraq, 
FİFA prezidenti Yozef Sepp Blatter 
Azərbaycan Prezidentinə FİFA-nın 100 illiyinə 
həsr olunmuş xatirə medalını verir


61
Moskvanın meri Yuri Lujkovun dəvətini qəbul etdi və yarışlar ərəfəsində nə kimi 
işlər  görülməli  olduğu  barədə  dəqiq  təsəvvür  əldə  etmək  məqsədi  ilə  iştirakçı 
dövlətlərin idmanı idarəetmə qurumları rəhbər-lərinin iclasına qatıldı. Milli Olim-
piya  Komitəsinin  onilliyi  mərasiminə  toplaşmış  mötəbər  qonaqların  əksəriyyəti 
Azərbaycanı  idman  sahəsində  lider  ölkə  saymaqla  yanaşı,  bundan  sonra  bu 
ənənələri öyrənmək üçün onun nümunəsindən bəhrələnməyin faydasını və bu 
məqsədlə  əlaqələri  genişləndirmək  niyyətini  açıq  söylədilər.  Düzgün  qurulmuş 
işlərin əməli nəticəsi belə olmalı idi.
Bu uğurların daha bir nümunəsi Milli Olimpiya Komitələri Assosiasiyasının Kuala 
Lumpurda (Malayziya) keçirilən 13-cü Baş Assambleyasında edildi. Yalnız idmanın 
inkişafı və təşkilatçılığı deyil, həmçinin olimpiya hərəkatının qayəsi olan beynəlxalq 
əlaqələrin  möhkəmlənməsində  də  Azərbaycanın  artan  rolu  vurğulandı  və  bu 
xidmətlərinə görə İlham Əliyevə xüsusi mükafat verildi.
Ölkəmizin  beynəlxalq  əlaqələr  sistemində  yeni  sərhədlər  aşmasında  2003-
cü ildə əhəmiyyətli işlər görüldü. Gimnastikanın sıçrayışlı yüksəlişi buna misal ola 
bilər. Federasiyaya prezident seçildikdən sonra xanım Mehriban Əliyevanın növün 
ayağa qaldırılmasında, yox olmuş ənənələrin bərpasında gördüyü böyük əməli 
işlərin növbəti mərhələsi beynəlxalq arenaya yönəldilmişdi. Gimnastikanın dayaq-
larını möhkəmləndirmək üçün yüksək səviyyəli yarışların ölkəmizdə keçirilməsi də 
vacib  şərtlərdən  idi.  Aprelin  25-də  Beynəlxalq  Gimnastika  Federasiyasının  (FİG) 
prezidenti  Bruno  Qrandini  qəbul  edərkən,  MOK  prezidenti  ikitərəfli  əlaqələrin 
əhəmiyyətindən də söz açdı. Qeyd olundu ki, belədə ölkədə idmanın bu növü-
nün inkişafı sürətlənər və dünya xəritəsinə daha bir rəqabətə dayanıqlı gimnas-
tika diyarı əlavə olunar, sıralar genişlənər. Bu isə, ilk növbədə, FİG-in maraqlarına 
uyğun gəlir, eyni zamanda, qarşılıqlı münasibətlərin yeni mərhələyə keçməsinə 
zəmin yaradar. Elə avqustda Bakıda keçirilən Dünya Kuboku mərhələsində nüma-
yiş olunan səviyyə qonaqları tam razı saldı və bunun nümunəsi kimi, sonrakı iki ildə 
Azərbaycanda Dünya Kubokunun daha bir mərhələsi və ən əsası, dünya çempi-
onatı keçirildi. Bu il isə 23-cü Avropa Çempionatının təşkili ölkəmizə həvalə edildi. 
İndi  artıq  həmin  ənənələr  silsilə  xarakteri  alıb.  Ölkəmizə  növbəti  səfəri  zamanı 
Qrandi,  İlham  Əliyevlə  ilk  görüşünü  xatırlayıb,  ona  əməli  və  işgüzar  təkliflərinə 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru
MOK prezidenti İlham Əliyev 
Avropa Paralimpiya Komitəsinin 
prezidenti Bob Praysla 
söhbət edir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə