Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

72
10 il öncə başlanan yol
bəşəri ideyalara xidmət göstərməsi, obyektivlik və ədaləti təmin etməsi onu lider 
kimi yüksəldir.
Ölkəmizdə fəaliyyət göstərdiyi ilk beş il ərzində təşkilat Olimpiya Xartiyasının 
korporativ, kollektiv qərarların qəbul edilməsi kimi əsas müddəalarına, olimpizm 
ideyalarına ciddi riayət edə bilməmişdi. Vəziyyət belə davam edə bilməzdi. Milli 
Olimpiya Komitəsinin və onun İcraiyyə Komitəsinin əksər üzvləri, sağlam düşüncəni 
əsas  tutaraq,  təşkilatda  və  idmanımızda  ciddi  dəyişikliklər  məcburiyyətini  hiss 
etdilər və buna görə də qətiyyətli addım atdılar. Ölkə idmanının aparıcı simaları 
böhranlı vəziyyətdən çıxışı birləşdirici, idarəedici gücü, yeni dünyanın ab-havasını 
yaxşı bilən rəhbərin seçilməsində gördülər və Dövlət Neft Şirkətinin birinci vitse-
prezidenti İlham Əliyevə müraciət etdilər. Məhz onun birbaşa dəstəyi sayəsində 
“Neftçi”  idman-sağlamlıq  mərkəzi  ölkədə  qabaqcıl  idman  ocaqlarından  birinə 
çevrilmişdi.
“Təklif veriləndə bir neçə gün düşünüb-daşındım. İş ondadır ki, Milli Olimpi-
ya  Komitəsi  prezidenti  olmaq  çox  məsuliyyətli  vəzifədir.  Bütün  işlərə  maksimal 
məsuliyyətlə yanaşıram, başqa cür də bacarmıram. Hər şeyi yüz ölçüb, bir biçdim 
və belə qərara gəldim ki, ölkədə olimpiya hərəkatının və ümumiyyətlə, idmanın 
inkişafına bütün imkanlarımla, bilik və bacarığımla kömək edim. Hesab edirəm ki, 
buna gücüm çatar” - deyən İlham Əliyev, razılıq verərkən hansı addımı atdığını, 
sahənin problemlərinin həlli yollarını yaxşı təsəvvür edirdi. İndi o, geniş və ağır 
sahəyə rəhbərlik etməli, idmanımızın irəli getməsinə nail olmalı, əməli olaraq, hər 
şeyi yenidən, sıfırdan başlamalı idi. Nə üçün sıfırdan? Gəlin keçmiş tarixə yenidən 
bir də qayıdaq.
Keçmiş sovetlər dövründə nəinki Azərbaycanda, bütün SSRİ məkanında bu 
institut, demək olar ki, yox idi. Çünki dünyanın 1/6-ni əhatə edən bu ərazidə bü-
tün ictimai təşkilatlar kimi, idman qurumları da formal statusa və xarakterə malik 
idi: hər şey dövlət idarəetmə sisteminə və böyük ideoloji kursa xidmət göstərirdi. 
Olimpiya hərəkatı və olimpiadalar yalnız sosializmin kapitalizm üzərində qələbəsinin 
təzahürü idi. Elə bu səbəbdən, uzun müddət Sovetlər İttifaqı beynəlxalq olimpiya 
ailəsindən kənarda saxlanırdı. Ancaq ötən əsrin 50-ci illərinin əvvəlində yuxarıdan 
göstərişlə  belə  formal  bir  qurum  yaradıldı.  Onun  strukturu  və  fəaliyyəti,  çətin 
Prezident İlham Əliyev 
Afina Olimpiadasının 
iştirakçıları ilə birlikdə  


73
ki, yeni formasiya dövründə keçərli olaydı. Üstəlik, idman ənənələri zəngin olsa 
belə, təsərrüfatda qazanılmış irsin itirilməsi, sistemin, münasibətlərin dağılması, işi 
daha da mürəkkəbləşdirirdi. Demək, müstəqillik illərində onu yenidən qurmaq, 
istiqamətləndirmək və hərəkətə gətirmək lazım idi. Ən əsası, idmanın təməl, baza 
göstəricisi  olan  mübarizə  meydanlarındakı  uğurlar  bərpa  edilməliydi.  Bir  sözlə, 
Azərbaycanda  bədən  tərbiyəsi  və  idmana  yeni  münasibət  formalaşmalıydı  və 
yeni  tipli  Milli  Olimpiya  Komitəsinin  üzərinə  bu  mənada  böyük  yük  düşməliydi. 
Olimpiya  ideyaları,  onun  dünyəvi,  ümumbəşəri  mahiyyəti,  Olimpiya  Xartiyasına 
uyğun olaraq, ölkədə təbliğ edilməli və Azərbaycan beynəlxalq idman - olimpiya 
hərəkatında öz layiqli yerini tutmalıydı. Təşkilati strukturun zəifliyi, əslində onun 
yox  həddində  olması,  fəaliyyətdəki  özbaşınalıq,  qeyri-peşəkarlıq  istənilən  sahə 
üçün təhlükədir. Bunu illər ərzində müxtəlif idman növlərinin gah yüksəlib, gah da 
enməsində müşahidə etmək olardı.
Bəs nədən başlamalı? Nəyə üstünlük verməli? Hansı yolu seçməli və s. bu kimi 
mühüm suallar öz cavabını gözləyirdi. Amma ən əhəmiyyətlisi tək bu suallar deyil-
di. Verilməli vacib qərarlar idi ki, bunun sayəsində də idmanımızın siması, ana xətti 
müəyyənləşdiriləcəkdi. Buna görə ilk növbədə tarixi irsə müraciət edib araşdırma-
təhlil aparmaq, məqsəd və vəzifələri müəyyənləşdirmək tələb olunurdu.
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanımızın yeni bina-
sının, yeni istiqamətlərinin özülünün necə qoyulmasını aydın görürdü: “SSRİ-nin 
dağılması ilə idmanımızın peşəkar relslər üzərinə keçməsi labüd idi. Bu səbəbdən 
idmançıların şəraiti, ilk növbədə maddi təminatı xeyli aşağı düşdü. Dövlətin qarşı-
sında böyük vəzifələr və problemlər var və o, təkcə idmançıların bütün ehtiyacla-
rını, tələbatını ödəməklə məşğul olmamalıdır. Bu işi lazımi axara yönəltməyi və id-
mana investorların, özəl sektor nümayəndələrinin cəlb edilməsini özümə ən ümdə 
vəzifə  hesab  edirəm.  Əksər  layiqli  və  güclü  idmançılarımız  Vətəni  tərk  edərək, 
başqa  ölkələrin  şərəfini  qoruyurlar.  Onların  ölkəyə  qaytarılması  bu  istiqamətdə 
görüləcək işlərin önündə gəlir. Biz həm Azərbaycanda fəaliyyətdə olan, həm də 
əməli yox olmuş növləri ayağa qaldırıb, inkişaf etdirməyə borcluyuq. İdmançıla-
ra, onların problemsiz və tam proqramla məşq edib bacarığını göstərməsi üçün 
bütün lazımi şərait yaradacağıq” - deyən İlham Əliyev, bu dövrdə özünün həm 
Prezident İlham Əliyev müstəqil Azərbaycanın 
Olimpiya və dünya çempionları ilə birgə
Müstəqil Azərbaycanın 
qızıl Olimpiadaları


74
10 il öncə başlanan yol
də  işləri  geniş  miqyasda  görməyi  sevən  və  bunun  ağırlığından  çəkinməyən  li-
der  olduğunu  nümayiş  etdirdi.  Bunun  əhəmiyyətini  açıqlamağa  elə  bir  ehtiyac 
da yoxdur. Axı, miqyasın genişliyi, idmanın təbliğ olunmasına, diqqət mərkəzinə 
düşməsinə, kütləviliyin təmin edilməsinə, ona marağın artmasına və bütün bun-
ların yekununda başlıca məqsəd olan “Sağlam bədəndə sağlam ruh”, “Sağlam 
düşüncə xoş gələcəyin, yüksək rifahın təminatçısıdır” prinsiplərinin ölkə həyatının 
aparıcı qüvvəsinə çevrilməsinə xidmət göstərir. Eyni zamanda, bu iş xarici aləmdə 
də əks-səda doğurmaqla ölkənin formalaşan imicində əksini tapır.
Milli  Olimpiya  Komitəsinin  prezidenti  seçildikdən  sonra  İlham  Əliyevin  təklif 
etdiyi və özünün də həyata keçirilməsinə xüsusi nəzarət etdiyi ana xətt ölkə id-
manında canlanmaya, olimpiya hərəkatının genişlənməsinə səbəb oldu. Bu xətti 
iki mərhələyə bölmək olar:
1.  Hazırlıq  xarakteri  daşıyan  Sidneyəqədərki  birinci 
mərhələ həlledici idi və buna keçid dövrü demək olar:
1.1. Bütün idman qurumları, o cümlədən milli federasiyalar və müvafiq dövlət 
strukturları ilə birgə vahid iş sisteminin qurulması;
1.2. Ölkəni tərk etmiş aparıcı idmançıların Vətənə qaytarılması;
1.3.  İdmana  və  idmançıya  qayğının  ən  yüksək  səviyyəyə  çatdırılması,  onun 
sosial statusunun artırılması;
1.4. Dayaq-baza mərkəzlərinin müəyyən edilib möhkəmləndirilməsi;
1.5.  İdmanın  populyarlaşdırılması  və  coğrafiyasının  genişləndirilməsi  üçün 
tədbirlər planının hazırlanması;
1.6. Azərbaycanın beynəlxalq arenaya çıxışı üçün münbit şəraitin yaradılması.
Göründüyü kimi, bu addımlar artıq böyük niyyətlərdən soraq verir. Konseptu-
allıq Azərbaycan idmanının yeni sərhəd və imkanlarının əyani göstəricisidir. Ardı-
cıllıq isə sonrakı mərhələnin təməl daşını qoymalıdır.
2. İkinci mərhələ Azərbaycan reallıqları dövrüdür:
2.1. İdmanın coğrafiyasının genişləndirilməsi və populyarlaşdırılması planının 
həyata keçirilməsi;
2.2.  Maddi-texniki  bazanın  və  struktur  vahidlərinin  möhkəmləndirilməsi,  o 
cümlədən,  yeni  olimpiya  komplekslərinin  tikilməsi,  köhnə  idman  qurğularının 
MOK prezidenti İlham Əliyev 
Komitənin III Baş Məclisində 
Olimpiya çempionu Namiq Abdullayevə 
BOK-un nişanını təqdim edir 
Qaliblər Sidneydən Vətənə dönürlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə