Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   2   3   4   5   6   7   8   9   ...   62


13
Keçmişdə, XIX əsrin sonu, XX əsrin ortalarınadək dövlətləri, xalqları dünyada 
tanıdan, şöhrətləndirən onların hərbi və iqtisadi qüdrətləri, daha sonra, sənaye 
inqilabındakı böyük uğurları olub. Roma imperiyası güclənib mədəniyyət, demok-
ratiya beşiyi, idman, Olimpiya oyunları vətəni Yunanıstanı üstələyəndə, ətraflar bu 
qədim ölkənin dünənki şöhrət və xidmətlərini “unutdular”. Sonra barbarlar Roma 
ilə eyni cür rəftar edəndə də belə oldu. 
Rəsmi, çəkindirici nüfuza gələndə, elə indi də zor amili böyük qüdrət, “söz 
sahibi”dir.  Lakin  artıq  o  öz  əvvəlki  hökmünü  xeyli  itirib.  Bu  gün  onunla  yana-
şı  dayanan,  bəzən  də  ondan  önə  çıxa  bilən  başqa  təsirli  “vasitələr”  də  var: 
mədəniyyət,  incəsənət,  idman  və  s.  kimi.  Xüsusən  də  idman.  Düzdür,  parlaq 
mədəniyyət,  incəsənət  nümunələri,  qüdrətli  bədii  talant,  istedad  məhsulları  id-
manla müqayisədə çox uzunömürlü olurlar. Amma bu da danılmaz bir həqiqətdir 
ki, bunlar gerçək dəyər-qiymətini yaranışlarından bəzən çox-çox sonralar aldıqları 
halda, idman uğurları, rekordları çox vaxt, tarixi baxımdan nisbətən qısaömürlü 
olsalar da, dərhal, qazanıldıqları andanca dillərə düşür, sahiblərinin, onların təmsil 
etdikləri ölkələrin adlarını məşhurlaşdırır, dünyada tanıdır, yeri gələndə, beynəlxalq 
siyasət məclislərində o dövlətlərin nümayəndələrinin çəkisinə əlavə sanbal qatır-
lar. Ələlxüsus, belə dövlətlər kiçik, hərbi-iqtisadi baxımdan zəif olduqda. 
Xırda bir misal olaraq Braziliyanı götürək. Ərazi və əhalicə dünyanın nəhəng 
ölkələrindən olan bu dövlətin adı ötən yüzilliyin ortalarına qədər iki göstəricisinə 
görə tanınırdı: birincisi, nataraz böyüklüyünə, ikincisi, bundan daha artıq - adam-
başına düşən xarici borclarının çoxluğuna görə. Lakin bir qədər sonra isə bunlara, 
hər hansı ölkənin arzulayacağı üçüncüsü əlavə olundu - futbol. Dünyanın hər han-
sı ölkəsində, o cümlədən qapalı total dövlət olan Sovetlər Birliyinin Azərbaycan 
kimi ucqarlarında belə, elə bir ailə tapmazdın (elə indi də tapmazsan) ki, ən azı, 
uşaqları,  məktəbliləri  Braziliya  futbolundan,  onun  Pele,  Qarrinça  kimi  məşhur 
oyunçularından ağızdolusu danışmasın. O geridə qalmış dövlət az vaxtda bütün 
planetdə böyük şöhrət qazandı, hörmət-nüfuz sahibi oldu.
Yaxud İkinci Cahan savaşında darmadağın edilib, torpaqları bombalarla şum-
lanmış, daşı daş üstə qalmamış, var-dövləti ABŞ-a, Rusiyaya daşınmış Almaniya, az 
sonra futbol aləmində öz Mülleri, Bekkenbaueri ilə hər iki qalib dünya nəhənginin 
qibtə etdiyi, həsəd apardığı bir şöhrətə çatmadımı? Onda Sovetlər İttifaqı Pod-
dubnı, Yaşin və Tretyakların şöhrəti hesabına az-çox rəğbət qazandı. Gürcülər öz 
güləşçiləri, pribaltikalılar isə basketbolçuları ilə tanınırdılar.
Öz nefti-yanacağı ilə nəhəng Rusiyanı İkinci Cahan savaşında məhvdən qur-
tarmış  Azərbaycan  isə,  bütün  məşəqqət  və  məhrumiyyətlərinə,  itkilərinə  bax-
mayaraq, Sovetlərin kölə vəziyyətinə salıb, göz açmağa qoymadığı digər türk-
müsəlman xalqları kimi o cür şöhrət, tanınmaq imkanlarından məhrum idi. Çünki 
bizə ögey övladlartək baxılırdı. Bizim yaxşı adımız, dünyada tanınmağımız Moskva-
ya sərf eləmirdi. Qədimdən milli güləşi, çovqanı ilə tanınmış Azərbaycan, nədənsə, 
indi şöhrətli idmançılar “yetirə bilmir”di. Çünki bizimkiləri sıxışdırır, kölgədə saxlayır, 
hər  vasitə  ilə  SSRİ  yığma  komandalarına  qatmırdılar.  Qədim  Şərq  oyunu  olan 
şahmatda da yetişdirdiyimiz ancaq erməni-rus olurdu. Yaxşı, Moskva özü bunun 
gerçək  səbəblərini  gözəl  bilir,  bəs  o,  “ədalət  Femidası”  Qərb  necə?  Görəsən 
orada düşünmürlərmi ki, əcəba, dünənə qədər yetişdirdiyi yalnız Kasparov, Za-
tulovskaya və bunlar kimilər olan bu diyarda indi hardan çıxdı Teymur Rəcəbov, 
Şəhriyar Məmmədyarov kimi qüdrətli zəka sahibləri?...
Bir  həqiqət,  bəlkə  də,  çoxlarına  və  çoxdan  məlumdur.  Bizcə,  keçmiş  Sovet 
bloku ölkələrinin rəhbərlərindən onu ilk dəfə, özü də çox sərrast, aşkar şəkildə 
dilə  gətirən  ulu  öndər  Heydər  Əliyev  oldu:  “İndi  dünyada  ölkəni,  xalqı  idman 
qədər başqa heç nə tanıda bilmir”. 
Tarixi keçmişə qısa bir nəzər 
ya ön söz əvəzi


14
10 il öncə başlanan yol
Bu həqiqəti o, niyə indi dilə gətirdi və belə edərkən məqsədi nə idi (Məqsəd 
şübhəsiz vardı: axı Heydər Əliyev heç vaxt heç bir fikri, sözü elə-belə, boş-boşuna 
deməzdi!)?
Doğrudan da, tək iqtidar opponentləri deyil, bir çox başqaları üçün də ölkənin 
sosial, elmi, təhsil, səhiyyə durumunun, hər halda, ürəkaçan olmadığı bir şəraitdə 
idmana, olimpiya idman kompleksləri və digər idman qurğularının inşasına, id-
mançıların beynəlxalq çempionat, turnir və birinciliklərinə, Olimpiya oyunlarına və 
bunların  mərhələ  yarışlarına  səfərlərinə,  son  7-8  ildə  isə  Azərbaycanın  özünün 
dünya idman yarışlarının mərkəzlərindən birinə çevrilməsinə dövlətin bu qədər 
böyük diqqət, vaxt, vəsait ayırması sadə bir məsələ deyildi. Əlbəttə, çoxları id-
manın gənclərimiz, millətin sağlamlığı və gələcəyi üçün əhəmiyyətini dərk edir və 
dilə gətirir. Bununla bərabər, onu da bilir və dünyanın, tarixin qəbul etdiyi daha 
böyük ümumi bir qanunauyğunluğu yada salırlar: bazis, əsas şərt iqtisadiyyatdır, 
sosial durumdur. 
Çalışaq sualı qısaca cavablandıraq, daha doğrusu, həqiqəti bir daha olduğu 
kimi deməyə çalışaq.
İş  ondadır  ki,  Heydər  Əliyev  Sovet  İttifaqının  rəhbərlərindən,  həm  də  iste-
dadlı siyasətçilərindən biri olmuşdu. Kremlin və digər aparıcı güc mərkəzlərinin 
siyasi  mətbəxlərinə,  ayrı-ayrı  dövlətlərin,  o  cümlədən  yenicə  istiqlal  qazanmış 
ölkələrin beynəlxalq toplumdakı yer və çəkilərinə yaxşı bələd idi. Azərbaycanın 
və ermənilərin (Ermənistanın demirik. - red.) dünyada nə qədər, necə tanındıq-
larını və burada üzdəniraq qonşularımızla müqayisədə bizim çox, lap çox, özü də 
əsasən məhz bu iblislərin on, yüz illərdən bəri dünyada apardıqları mütəşəkkil, 
ardıcıl,  məharətli,  məkrli  antitürk,  antiazərbaycan  təbliğatı  hesabına  uduzduğu-
muzu gözəl bilirdi. Bilirdi ki, bu baxımdan vəziyyətimizi düzəltmək, məcburən cəlb 
olunduğumuz çətin, qeyri-bərabər, ağırdan-ağır, həlledici münaqişə-mübarizədə 
Ulu öndər Heydər Əliyev Milli Olimpiya 
Komitəsinin 10 illik yubileyi münasibətilə 
hazırlanmış fotostendə tamaşa edir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə