Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   2   3   4   5   6   7   8   9   ...   62

20
10 il öncə başlanan yol
barədə məlumatlar alırlar.
Yeri gəlmişkən, maraqlı daha bir faktı da xüsusi qeyd edək ki, o zaman ölkədə 
əslində bir idman qəzeti çıxırdı. İndi isə bu sahədə qəzetlər xeyli çoxalıb, onların 
dəqiq sayını, ümumi tirajını müəyyən etmək belə, çətindir. Aydındır ki, od olma-
yan yerdən tüstü çıxmaz. Bu gün tam əminliklə demək olar ki, hazırda ölkədə ən 
çox alınıb-oxunan idman qəzet-jurnallarıdır.
MOK-un  yeni  prezidenti  açıq  bildirirdi  ki,  istənilən  halda,  xüsusən  də,  azad 
bazar  iqtisadiyyatı  şəraitində  idmanın  durumu,  bütövlükdə  bu  sahəyə  və  ayrı-
lıqda hər bir idmançıya nə kimi iqtisadi-maliyyə dəstəyi verilməsindən, onun və 
ailəsinin, başqa peşələrə nisbətən çox erkən başlayan idmandan sonrakı sabahı-
na necə təminat yaradılmasından asılıdır. Sovetlər birliyinin süqutu və respublika-
da hərtərəfli böhran hökm sürdüyü, iqtisadiyyatın az qala sıfır həddinə düşdüyü 
ilk müstəqillik illərində məhz sözügedən səbəbdən ən yaxşı idmançılar dolanışıq 
dalınca xaricə üz tutmalı olmuşdular. Ona görə, MOK prezidenti İlham Əliyev bu 
məsələlərdə hər vasitə ilə, mümkün qədər tezliklə dönüş yaratmaq niyyətini və 
iradəsini ortaya qoydu. Azərbaycan dövlətinin ümumi iqtisadi durumu yaxşılaş-
dıqca, bütün sahələr kimi idmanda da sürətli dönüşə nail olundu.
Hakimiyyətə qayıdışının lap əvvəlindən ulu öndər Heydər Əliyevin idmana, 
idmançılara,  bütövlükdə  bu  sahənin  inkişafına  böyük  qayğısı  göz  qabağında 
idi;  çatışmayan,  sahənin  özündən,  onun  başçılarından  gəlməli  təşəbbüs  və 
təkliflərin verilməsində çətin ki, kimsə İlham Əliyevlə bəhsləşə bilərdi. O, birinci 
növbədə  qarşısına  qoyduğu  məqsədlər-vəzifələr  sırasında  xaricdəki  istedadlı, 
ölkənin adına şərəf gətirəcək idmançıların Vətənə qayıdışına nail olmağı, burada 
da onların iqtisadi cəhətdən həvəsləndirilməsi, onlar üçün layiq olduqları maddi, 
Prezident İlham Əliyev Ağdaş şəhərində 
stadionun açılışına toplaşanları salamlayır 


21
məişət  və  əlbəttə,  idman  uğurlarını  davam  etdirib  artıra  bilmələrinə  münasib 
təlim-məşq şəraiti yaradılmasının həlledici amil olduğunu yaxşı bilirdi. Qabiliyyətli 
idmançıların, hakimlərin, mütəxəssislərin, təminatı ilə bərabər, mənəvi cəhətdən 
də həvəsləndirilməsi, onlara fəxri adlar, Prezident təqaüdləri verilməsi - bütün 
bunlar  külli  miqdarda  maliyyə  xərcləri  tələb  etməklə  yanaşı,  olduqca  böyük 
diqqət, çoxlu vaxt, hədsiz enerji - qüvvə, maksimum səy istəyirdi. MOK preziden-
ti imkanlarını, gücünü-enerjisini əsirgəmədi. Bunu başqalarından da tələb edirdi. 
Onun Sidney olimpiadasından bircə il keçmiş, ciddi şəkildə işlətdiyi bir ifadə bu 
baxımdan  -  idmançılar  üçün  bir  həftənin,  bircə  günün  də  itirilməməli  olması 
mənasında, ölkənin idman ictimaiyyəti arasında az qala gündəlik iş devizinə çev-
rildi: “Növbəti Olimpiya Oyunlarına cəmi 3 (!) il qalır”. İlham Əliyev bu sahədəki 
fəaliyyətinin  lap  əvvəllərində  dəfələrlə  və  israrla  vurğulayırdı  ki,  ölkədə  idman 
hərəkatının, ümumən idmanın müvəffəqiyyətli inkişafı üçün iqtisadi-sosial amillərlə 
bərabər, daha bir neçə bazis şərtə önəm verəcəkdir. Bunlar uşaq və yeniyetmə 
idmanının, idmanın kütləviliyinin diqqət mərkəzinə çəkilməsi, mövcud olan idman 
qurğularında bərpa-yenidənqurma işləri aparılması və çağdaş dünya tələblərinə 
uyğun yenilərinin tikilməsi, bir də deyilənlərdən heç də az əhəmiyyətli olmayan 
- beynəlxalq olimpiya və idman qurumları ilə sıx əlaqələr qurulması, getdikcə ar-
tan əməkdaşlıqdır. Qeyd etdiyimiz başqa məsələ və problemlər kimi, bu sonun-
culara  dair  də  ayrıca  proqramlar  hazırlanıb,  bənd-bənd,  addım-addım  həyata 
keçirilməyə başlandı. Onlar haqqında bir qədər sonra ətraflı danışılacaq. Burada 
isə qısa və ümumi qeydlərlə kifayətlənirik. 
Cəmi  bir  neçə  il  ərzində  uşaq  və  yeniyetmə  idmanı,  demək  olar,  yenidən 
təşkil edilərək kütləviləşdirildi. Ayrı-ayrılıqda respublika uşaq və yeniyetmə oyunları 
keçirilməsi ənənəyə çevrildi, bunlar müvafiq beynəlxalq yarışlarla əlaqələndirildi, 
hər birində Azərbaycan fərəhli qələbə və nəticələr qazandı.
Əvvəlki idman qurğularının təmiri və yenidən qurulması, təzə idman qurğuları-
nın inşası, onların müasir avadanlıqla təchiz edilməsi ilə yanaşı, vur-tut 3-4 il ərzində 
paytaxtımızla yanaşı, ölkənin əksər bölgələrində də dünya standartlarına uyğun, 
MOK prezidenti İlham Əliyev 
Bakı Olimpiya İdman Kompleksinin 
açılış mərasimində 
10 il öncə başlanan yol...


22
10 il öncə başlanan yol


23
gözəl və əzəmətli olimpiya idman kompleksləri tikilib, idmançıların və əslində bü-
tün əhalinin istifadəsinə verildi. İndi də bu iş çox böyük uğurla, müvəffəqiyyətlə 
davam  etdirilir.  MOK-un  yeni  rəhbərliyi  seçiləndən  az  sonra,  onun  sorağı  çox 
tez-tez  qitə  və  dünya  idman  qurumlarından,  beynəlxalq  federasiyalardan,  öz 
növbəsində, bu təşkilatların başçılarının da səsi Bakıdan, Azərbaycandan gəlməyə 
başladı. Necə deyərlər, qatar hərəkətə gəldi və getdikcə artan sürət yığmağa 
başladı. Bunun əks-sədası isə hər iki başda eşidildi - hər iki tərəfə olduqca fay-
dalı olması, ilbəil, aybaay artan səmərəsi ilə: BOK, AOK, digər beynəlxalq idman 
qurumları  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  simasında  çox  aktiv,  fəaliyyət 
miqyasını sürətlə genişləndirən, hərəkət tempini də eyni nisbətdə artıran bir MOK 
əldə etmişdisə, bu MOK, onun təmsil etdiyi Azərbaycan adlı “təzə ölkə” də həmin 
qurumların simasında, Vətəndə idmanın (və deməli, sağlamlığın da) inkişafında, 
bəlkə bundan da önəmlisi - məmləkətin, xalqın dünyada tanıdılmasında, dolayısı 
yolla səsinin aləmə çatdırılmasında təmənnasız, güclü müttəfiq tapmış oldu. Elə 
buna görəydi ki, ilk vaxtlardan nəinki MOK prezidenti, elə dünyagörmüş, dün-
yanın  tanıdığı,  ağsaqqal  dövlət  başçısı  da  idmançıların  hər  bir  qayğısını  diqqət 
mərkəzində  saxlayır,  problemlərini  qısa  zamanda  həll  edirdilər.  Və  son  on  ilin 
təcrübəsi ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin tutduğu yolda, başladığı 
kursda nə qədər haqlı olduğunu dönə-dönə göstərdi.
10 il öncə başlanan yol...


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə