Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   2   3   4   5   6   7   8   9   ...   62

15
məğlub  olmamaq  üçün  tarix  bizə  olduqca  az  vaxt  imkanı  verib:  Bu  imkandan 
maksimum  sürət  və  səfərbərliklə  yararlanmasaq,  çox  şey  itirə  bilərik.  Deməli, 
burada kiçikli-böyüklü hər vasitədən, amma öz milli ləyaqətimizə uyğun istifadə 
etməklə, birinci növbədə, düşmən təbliğatının yüzillərdən bəri düzüb-qoşduğu 
saxta, əsli olmayan “həqiqət”lərini bir neçə il ərzində alt-üst etməli, özümüzü, kim-
liyimizi dünyaya göstərməliyik. Məhz burada, ən azı bu işin başlanğıcında idmanın, 
beynəlxalq aləmdə idman uğurlarının rolu əvəzsizdir. Əlbəttə, dövlət quruculuğu, 
iqtisadi-hərbi, sosial quruculuqla paralel və eyni zamanda onlara arxalanmaqla.
Heydər  Əliyevin  böyük  siyasətçi  olduğunu,  zənnimizcə,  indi  daha  qatı 
opponentləri  də  inkar  etməzlər.  Peşəkar  siyasətçi-yazarların  dili  ilə  desək,  naşı 
publisist deyildi ki, bütün ürəyindəkiləri açıb qoysun ortalığa. Axı, onun dediklərini 
xarici  dost-düşmənlər  diqqətlə  izləyirdilər.  Bu  səbəbdən  o,  çox  vaxt  daxi-
li  auditoriyaya  məsələni,  məqsədi  qısa  bir  eyhamla,  atmaca  ilə  çatdırırdı.  Başa 
düşən  düşür,  düşməyən  isə  -  o  deyimin  gizli  mənasını  nəticə  ortaya  çıxanda 
anlayırdı. Ulu öndərin 2000-ci ilin 18 oktyabrında, Sidney qaliblərini qəbul edib 
mükafatlandırarkən işlətdiyi və bizim epiqraf yerində verdiyimiz o bircə cümlədə 
olduğu kimi...
Tarixi keçmişə qısa bir nəzər 
ya ön söz əvəzi



10 il öncə 
başlanan yol...
Dövlətin nüfuzu iki şeylə ölçülür: 
kosmik raketlər və Olimpiya qızıl medalları ilə
Con Kennedi


18
10 il öncə başlanan yol
Beləliklə, idman sahəsində məqsəd və vəzifələr ümumi şəkildə aydınlaşdı. Bəs 
bunları kimlər, hansı qurumlar həyata keçirməli idi? Onların biri, həm də birincisi 
artıq fəaliyyətdəydi. Lakin bu, kifayət etmirdi. İkincisi də olmalı idi və prezident 
onu da yaratdı. 1994-cü il 26 iyul fərmanı ilə Azərbaycan Gənclər və İdman Na-
zirliyi  formalaşdırıldı.  Bununla  bağlı  tək  onu  qeyd  etməklə  kifayətlənək  ki,  belə 
bir  nazirliyi  yaradıb  düzgün  istiqamətləndirməklə,  Heydər  Əliyev  bir  gedişlə  iki 
məsələnin həllinə yol açdı. İdman işlərinin həllində lazım olan ikinci təşkilatın si-
masında bundan daha böyük, daha önəmli, həm də daha mürəkkəb və keçid 
dövrü üçün həyati vacib bir işi görməli (pərakəndə gənc qüvvələri vahid ümumi 
məqsədlər ətrafında birləşdirməli, onları epoxal, ümumdövlət əhəmiyyətli strateji 
vəzifələrin həllinə yönəltməli) qurumun əsasını qoymuş oldu.
İndi  qayıdaq,  Milli  Olimpiya  Komitəsinə.  Beynəlxalq  miqyasda  böyük  nüfuz, 
imkan və söz sahibi olan olimpiya təşkilatının Azərbaycandakı milli qurumu o vaxt 
çox gənc idi; MOK-un yaranışı, demək olar, respublikamızın müstəqillik qazanması 
ilə eyni vaxta təsadüf edirdi. Lakin Komitənin təsis edildiyi tarixindən daha çox, 
1997-ci ildən başladığı yol diqqəti cəlb edir, yaddaşlara yazılır.
Həmin il iyulun 31-də qurumun İcraiyyə Komitəsi nizamnaməyə uyğun ola-
raq, səsvermə yolu ilə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti 
İlham  Əliyevi  özünə  prezident  seçdi.  Qeyd  edək  ki,  idman  ictimaiyyətinin  bu 
təşəbbüsünə və seçkidən bir neçə gün öncə edilmiş təklifə İlham Əliyev məhz 
həmin gün müsbət cavab verdi. Və açığı, bu razılıq əksəriyyət üçün əməlli-başlı 
sensasiya oldu. Əvvəla, o mənada ki, ARDNŞ vitse-prezidenti nəyə görə MOK 
prezidentliyi təklifinə - onun bacarıq və imkanları ilə müqayisədə çox da diqqət 
çəkməyən, o vaxtkı durumunda isə hətta ümumi diqqətdən kənar təsiri oyadan 
Bakı Olimpiya İdman Kompleksinin açılış 
mərasimində prezident Heydər Əliyevə 
kompleksin rəmzi açarı təqdim edilir 


19
bu məsuliyyəti daşımağa razı oldu? Az keçmiş, səbəb (qismən) və vəziyyət ay-
dınlaşdı. İlham Əliyev lap uşaqlıqdan idmana böyük həvəs göstərib. Uşaq fut-
bolunda, voleybolda, bunlardan da artıq - üzgüçülükdə böyük məharət sahibi 
olub. Hətta 1974-cü ildə o vaxtkı ADR-də (onda bu dövlət dünyada su idmanının 
liderlərindən idi) uşaqlar arasında keçirilən üzgüçülük yarışlarının qalibi olub, qızıl 
medala layiq görülüb. Ümumiyyətlə, Azərbaycanın dönməz fanatı, onun gələcək 
böyük qələbələrinin coşğun xəyalpərvəri olub. İndinin özündə də vaxt tapanda 
üzgüçülüklə məşğul olur.
Başqa  bir  səbəb  olimpiya  növlərinin,  olimpiya  mükafatlarının  digər  idman 
növlərinə nisbətən daha qiymətli, önəmli tutulması ola bilərdi. Yəni mərhum Con 
Kennedinin epiqraf kimi verdiyimiz fikrində də aşkar “oxunan” və elə ümumən 
də dünya ictimai fikrində - düşüncəsində bu sahənin “idmanın şahı” sayılmasıdır. 
Əlbəttə, bir  də  belə bir  şöhrətli,  ölkəyə  yüksək  imic qazandıra  biləcək  cəhətin 
Azərbaycanda  ağır  durumda  olması  İlham  Əliyevi  narahat  etməyə  bilməzdi. 
Lakin  gələcək  dövlət  başçısı  MOK  prezidentliyinə  dəvəti  tək  deyilənlərə  görə 
qəbul etməyib: hadisələrin sonrakı gedişi göstərdi ki, burada daha ciddi, sanballı, 
nisbətən uzaq və çoxgedişli səbəb və məqsədlər də yer alıb. Yəqin, diqqətli oxu-
cunun yadında olar ki, on il əvvəlki həmin təklifin göndərilməsi ilə İlham Əliyevin 
müsbət cavabının arası bir neçə gün çəkmişdi. Düşünüb, götür-qoy etmiş, özünün 
Azərbaycan idmanına verə biləcəyi töhfələrlə bərabər, MOK prezidentliyi digər 
ciddi  şəxsi  və  ictimai-siyasi  məqsədlərə  nə  dərəcədə  uyuşa  bilər?  Bu  sahədəki 
gələcək şəksiz uğurlar digər mümkün variantlarla müqayisədə necə ölçülə bilər? 
Və bu analitik hesablamaların nəticəsi göstərir ki, bu seçimdə həm MOK, həm də 
bütövlükdə Azərbaycan idmanı çox şeyə nail olub.
Bəli, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Elə ilk günlər, 
anlar  sübut  etdi  ki,  bu  seçimdə  nə  MOK  səhv  edib,  nə  də  onun  yeni  prezi-
denti. Xüsusən, MOK-un, idmanımızın bu işdə daha çox qazandığı tezliklə aydın 
oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşğun enerji və işə bələdliklə, 
mövcud durumu maksimum düzgün qiymətləndirməklə, idmanımızı dirçəltməyin 
yol və vasitələrini dəqiq müəyyən edib, imkan daxilində bunları dərhal hərəkətə 
gətirməklə  başladı.  İdmançılarla,  idman  mütəxəssisləri  ilə  dalbadal,  kollektiv  və 
fərdi  görüşüb,  söhbətləşib,  fikir  mübadiləsi  apardı.  Həm  də  ilk  görüşdəki  çıxı-
şındaca  ortaya  əməli  plan  və  proqram  qoydu.  Bildirdi  ki,  idmanımızın  sovetlər 
dağıldıqdan sonrakı geriləməsinin əsas səbəbi - sahibsizlik, iqtisadi-maliyyə imkan-
sızlığı, maddi təminatın və lazımi maddi-texniki bazanın olmamasıdır. Bu cəhətdən 
dövlətin öz vəziyyəti də ürəkaçan olmadığından, hələ ondan çox az şey gözləmək 
olar. Əsas çarə qalır sponsor axtarışlarına, idman sahəsinə fərdi investisiyalar cəlb 
olunmasına, imkanlı insanların, sa-    hibkarların himayəsinə. O, söz verdi ki, bü-
tün şəxsi əlaqə və tanışlıqlarını bu məsələnin həllinə yönəldəcəkdir. Və indi bilirik 
ki, MOK prezidenti öz vəd və məqsədlərinə az vaxt ərzində nail oldu.
Məhz həmin görüş və çıxışlarında o, idman sahəsinə rəhbərliyin necə olmalı və 
nə demək olduğunu hər kəsə əməli şəkildə göstərdi; hərçənd məqsədi heç də 
bu deyildi. Sadəcə o, belə işləməyə vərdiş edib. Yeni prezident o dövrdəki çıxışları 
və işi ilə ortaya təkcə MOK-un deyil, bütövlükdə ölkə idman qurumlarının geniş 
fəaliyyət prinsiplərini qoydu. Nədən ibarət idi bu rəsmi və qeyri-rəsmi prinsiplər, 
onların əsas tərkib hissələri?
Ən  əsası  ayrı-ayrı  idmançılar,  məşqçilər,  federasiya  və  komanda  rəhbərləri 
ilə  mehriban,  səmimi,  şəxsi  dostluq-yoldaşlıq  münasibətləri  yaratmaq,  imkan 
daxilində onlara kömək etmək, əl tutmaq idi. Bununla bağlı, yüzlərlə hadisə və 
fakt sadalamaq olar. Amma buna ehtiyac duymuruq, ona görə ki, idmanla ma-
raqlanan hər kəs mətbuatdan, elektron informasiya vasitələrindən hər gün bu 
Şəki Olimpiya İdman Kompleksinin açılış 
mərasimində idmançılar prezident 
Heydər Əliyevi alqışlayırlar 
10 il öncə başlanan yol...


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə