Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   2   3   4   5   6   7   8   9   ...   62


31
vurğuladı.
İlham Əliyev həm ölkə başçısı, həm də MOK rəhbəri olaraq demək olar ki, 
daim idmançılarladır. Onun idmançılarla görüşlərinin müəyyən xronikasına diqqət 
yetirək: Ağır atletləri (5 may 2001-ci il, 26 dekabr 2001-ci il), Azərbaycan Atıcılıq 
Federasiyasının üzvlərini (25 may 2001-ci il, 16 avqust 2002-ci il), cüdoçuları (9 
avqust 2001-ci il, 21 iyun 2006-cı il), taekvondoçuları (29 avqust 2001-ci il, 23 
noyabr 2001-ci il, 21 iyun 2006-cı il), boksçuları (23 noyabr 2001-ci il, 27 dekabr 
2002-ci il, 28 iyul 2003-cü il), paralimpiyaçıları (26 dekabr 2001-ci il, 6 oktyabr 
2004-cü il), güləşçiləri (7 may 2002-ci il, 15 oktyabr 2002-ci il, 27 may 2003-cü il, 
15 iyul 2005-ci il, 21 iyun 2006-cı il), həndbolçuları (13 iyun 2002-ci il), şahmatçı-
ları (31 iyul 2002-ci il, 9 iyul 2003-cü il), basketbolçuları (15 iyul 2005-ci il), otüstü 
hokkeyçiləri (15 iyul 2005-ci il), qılıncoynadanları (6 sentyabr 2002-ci il), hərbçi 
idmançıları  (7  noyabr  2002-ci  il),  futbolçuları  (27  yanvar  2005-ci  il,  24  yanvar 
2006-cı il), voleybolçuları (15 iyul 2005-ci il) və digər idman növlərinin təmsilçilərini 
dəfələrlə qəbul edən prezident İlham Əliyev onların hər birini şəxsən dinləmiş, 
problemləri ilə maraqlanmış və onu yerindəcə həll etmişdir.
İdmançıların ən yaxın dostu
Prezident İlham Əliyev cüdoçu 
Kifayət Qasımovaya yeni mənzilin 
orderini təqdim edir



Kütləvilik 
əyalətdən başlanır
Biz idmanın, bədən tərbiyəsinin
kütləviliyini təmin etməliyik.
Heydər Əliyev


34
10 il öncə başlanan yol


35
Ulu  öndər  Heydər  Əliyev  xalqın  fiziki  sağlamlığı  üçün  bədən  tərbiyəsinə 
həmişə xüsusi qayğı göstərir, onun kütləviliyini ön plana çəkirdi. “Biz idmanı, bədən 
tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu 
Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün 
təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq” - deyən 
Heydər Əliyev siyasətini layiqincə davam etdirən MOK prezidenti İlham Əliyev bu 
vəzifəyə seçilərkən, idmançılar üçün hərtərəfli şərait yaradılacağına söz verdi. Sid-
ney Olimpiadasından sonra ölkəmizin hər tərəfində idman qurğularının inşasına 
başlandı. Bakıda və Maştağa qəsəbəsində, bunun ardınca Naxçıvanda, Gəncədə, 
Şəkidə,  Lənkəranda,  Bərdədə,  Qubada,  Şamaxıda,  Zaqatalada,  Masallıda,  Qa-
zaxda müasir olimpiya kompleksləri istifadəyə verildi. Hazırda Respublikamızın 20-
dən çox yaşayış məntəqəsində belə idman mərkəzləri inşa olunur.
Ölkəmizdə bədən tərbiyəsinə göstərilən qayğı, əhalinin müxtəlif təbəqələrinin 
idman yarışlarına cəlb edilməsi ilbəil geniş miqyas alır. Ayrı-ayrı sahələrdə çalışanla-
rın Respublika spartakiadalarının keçirilməsi, qaliblərin zəhmətkeşlərin beynəlxalq 
oyunlarında ölkəmizi təmsil etmələri artıq ənənə halını alıb.
İlham  Əliyevin  təşəbbüsü  ilə  1998-ci  ildən  başlayaraq,  iki  ildən  bir  keçirilən 
yeniyetmələrin  respublika  oyunları  idmanın  həm  bölgələrdə  inkişafı,  həm  də 
kütləviliyi  baxımından  yeni  mərhələnin  əsasını  qoymuş  oldu.  Hər  bir  məktəbi 
əhatə edən bu yarışlar əvvəlcə rayon, ardınca zona mərhələsində təşkil edilərək, 
Bakıda final oyunları ilə başa çatır. 1998-ci ildən keçirilən yeniyetmə oyunları bu 
gün yüz minlərlə məktəblini yarış meydanına toplamaqdadır. MOK prezidenti İl-
ham  Əliyevin  ilk  oyunlardakı  nitqinin  sonunda  dediyi  “Qoy  güclü  qalib  gəlsin” 
sözləri bu gün həmin yarışların şüarına çevrilib. Doğrudan da, güclülər qalib gəlir, 
qələbə  qazana  bilməyənlər  isə  növbəti  yarışlara  daha  ciddi  hazırlaşırlar.  1998, 
2000,  2002,  2004  və  2006-cı  illərdə  keçirilmiş  Respublika  oyunlarının  qalibləri 
arasından ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş neçə-neçə istedadlı 
idmançının adını bu gün fəxrlə qeyd etmək olar.
Yeniyetmələrin I Respublika oyunlarının final mərhələsinin açılış mərasi-mindəki 
nitqində  Olimpiya  hərəkatının  inkişafı  və  təbliği  sahəsində  görüləcək  işlərin 
hələ  çox  olduğunu  deyən  MOK  prezidenti  İlham  Əliyev  bu  baxımdan  keçmiş 
təcrübənin müsbət cəhətlərindən faydalanmağın vacibliyini vurğuladı. Çıxışında 
hamını Azərbaycan idmanının, bədən tərbiyəsinin, olimpiya hərəkatının inkişafına 
köməyə çağıran İlham Əliyev Azərbaycan idmançılarının beynəlxalq arenada milli 
bayrağımızı daha yüksəklərə qaldıracağından əmin olduğunu söylədi.
2000-ci  il  mayın  12-də  T.Bəhramov  adına  Respublika  Stadionunda 
Yeniyetmələrin II Respublika Oyunları final mərhələsinin təntənəli açılış mərasimində 
nitq söyləyən prezident Heydər Əliyev bu oyunların Azərbaycanda əlamətdar bir 
hadisəyə çevrildiyini qeyd etdi. Çıxışında oyunların iki illik tarixinə qısa nəzər salan 
MOK prezidenti isə dedi ki, 1998-ci ildə keçirilən yarışların başlıca məqsədi gənc 
idmançıları ümumdünya oyunlarına hazırlamaq idi: “Mən deyə bilərəm ki, biz buna 
nail  ola  bildik  və  gənc  idmançılarımız  Azərbaycanı  Yeniyetmələrin  Ümumdün-
ya Oyunlarında ləyaqətlə təmsil etdilər. Görəndə ki, bu oyunlar Azərbaycanda 
idmanın inkişafına böyük təkan verir, qərara gəldik ki, oyunları ənənəyə çevirək 
və artıq ikinci dəfədir ki, bu oyunlar keçirilir. Bu o deməkdir ki, bu ənənə yaşa-
yır və bundan sonra da yaşayacaqdır. Biz idmançılarımıza öz qayğımızı heç vaxt 
əsirgəməmişik, onlara hər zaman kömək etməyə çalışmışıq və buna nail oluruq. 
Çünki biz hesab edirik ki, idman ölkəmizin siyasətinin ayrılmaz bir hissəsidir. İdman-
la məşğul olan insan həm güclü olur, həm də onda ruh yüksəkliyi olur. 
Bizim  tərəfimizdən  aparılan  işlər  Beynəlxalq  Olimpiya  Komitəsi  tərəfindən 
yüksək  qiymətləndirilir.  Bu  da  bizi  çox  sevindirir.  Deməli,  biz  düz  yoldayıq.  Biz 
Kütləvilik əyalətdən başlanır
Prezident İlham Əliyev Quba Olimpiya 
İdman Kompleksinin açılışını bildirən 
qırmızı lenti kəsir


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə