Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə62/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   54   55   56   57   58   59   60   61   62

232
10 il öncə başlanan yol
gənc  nəsil  yetişməlidir.  Azərbaycan  o  ölkələrdəndir  ki,    məhz  yerli  kadrla-
ra arxalanır. İndi bizdə yeniyetmələr, gənclər arasında çox güclü idmançılar 
var. Onlar 4-5 ildən sonra Azərbaycanın idman şərəfini dünyada qoruyacaq-
lar.” Bunu isə o, Baş nazir olarkən, Bakıda stend atıcılığı kompleksi istifadəyə 
verilərkən demişdi.
Bu  yerdə,  istər-istəməz,  yada  ötən  yüzilliyin  70-80-ci  illərinin  bir  ola-
yı  düşür.  Elə  bir  olay  ki,  bizcə,  o  vaxtlar  yetkinlik  yaşına  çatıb,  dünyanın 
gəldi-gedərindən az-çox baş çıxaran, milli “mən”ini tamam itirməmiş, etnik 
mənsubiyyətinə az da olsa hörmətlə yanaşan hər kəsin yaddaşında hökmən 
qalmalıdır. O vaxt ulu öndər Heydər Əliyev şəxsi nüfuzu, böyük səyi və iradi 
gücü sayəsində Moskvadan, Bakıda zabit kadrları hazırlayan bir təhsil ocağı-
nın - C.Naxçıvanski adına hərbi məktəbi açmağın razılığını aldı. Yeri gəlmişkən, 
nəzərə alsaq ki, 200 ildən bəri Kreml, əməli olaraq, tarixin döyüşkən-hərbçi 
etnos kimi tanıdığı bizim milləti yarı zor, yarı aldadaraq bu sahədən uzaq-
laşdırır, əvəzində, tarixən qorxaq və satqın xalq kimi ad çıxarmış xəyanətkar 
qonşularımızı  marşallar,  generallar  millətinə  çevirməyə  çalışırdı.  Onda  belə 
bir razılığı almaq üçün Heydər Əliyevin nə kimi əngəl və çətinlikləri aradan 
qaldırmalı olduğunu təsəvvürə gətirmək mümkündür.
Aradan bir neçə il keçmiş həmin məktəbdə işlərin gedişi ilə maraqlanan 
respublika rəhbəri, əsəbi halda, kursantların milli tərkibi ilə bağlı kəskin na-
razılığını bildirmişdi. Demişdi ki, Rusiyanın özündə belə məktəblər, institutlar, 
akademiyalar  çoxdur  və  onlarda  kifayət  qədər  zabit  kadrları  hazırlanır.  Bi-
zim məktəbə də ehtiyacları yoxdur. Naxçıvanski adına məktəbi isə biz yerli 
millətdən zabit kadrları (Heydər Əliyev elə bu cür də demişdi: “yerli millətdən 
olan zabitlər”) hazırlamaq məqsədi ilə açmışdıq; amma o, qarşısına qoyulan 
bu vəzifənin öhdəsindən pis gəlir...
Elə bilirik, o zaman - SSRİ-nin dünyada at oynatdığı, əsasını velikorus şovi-
nizmi təşkil edən suslovçu “beynəlmiləlçilik” ideologiyasının hökmran olduğu 
bir  dövrdə  respublika  rəhbərinin  bu  cür  “millətçi”  fikir-tələb  söyləməsinin, 
üstəlik, sonra da həmin məqsəd üçün ciddi əməli tədbirlər görməsinin ol-
duqca böyük cəsarət və risk tələb etdiyini düşünüb-dəyərləndirməyə elə də 
Niyaməddin Paşayev taekvondo üzrə 
dünya çempionu oldu


233
dərin fəhm, dərrakə lazım deyil...
Bəli, İlham Əliyev Heydər Əliyevin övladıdır. Elə bir övlad ki, vaxtilə SSRİ 
kimi  nəhəng  bir  dövlətə  rəhbərlik  edən  şəxslərdən  birinin  varisi.  Atasına 
rəhbərlik etdiyi dövlət sahəsində, eləcə də dünya miqyasında böyük hörmət 
və  ehtiram  göstərildiyinin  şahidi  olmuşdu.  Lakin  sonradan  hakimiyyətə 
gəlişi  ilə  erməni  ideoloqlarını  ətrafına  toplayan  M.Qorbaçov  onu  tutduğu 
vəzifədən uzaqlaşdıranda, ailənin düşdüyü çətin vəziyyət, mənəvi sıxıntılar və 
haqsızlıqlar hamısı gənc İlhamın gözləri qarşısında baş vermişdi. Burada dahi 
Heydər Əliyevə dayaq olmaq, onun əzmkarlığının, tükənməyən iradəsinin, 
əyilməz qüdrətinin izləyicisinə çevrilmək İlham Əliyevin taleyində yaşadığı ağır 
və gərgin anlar, dəqiqələr idi. Çox şükürlər olsun ki, sonra hər şey dəyişdi. 
Ulu öndər doğma Vətənə qayıtdı, ölkəmizi xaosdan, dəhşətli bəlalardan xi-
las  etdi.  Bütün  bunları  görüb-götürən  övlad,  yalnız  və  yalnız  İlham  Əliyev 
kimi kökünə, soyuna bağlı bir şəxs - ölkə rəhbəri ola bilərdi. Bu rəhbərliyin 
nəinki MOK-da, indi ümumi ölkənin inkişafında oynadığı rolu hamımız görür, 
dəyərləndiririk.
İlham Əliyevin Milli Məclisə deputat və buradan Avropa Şurası Parlament 
Assambleyasına nümayəndə, ardınca da həmin nümayəndə heyətinin rəhbəri 
seçilməsi;  üstəlik,  orada  AŞ  PA  sədrinin  müavinliyinə  irəli  çəkilməsi;  qitə 
parlamentindəki geniş, diqqətçəkən fəaliyyəti; bunlarla paralel: ölkə gəncləri 
arasında apardığı iş, qazandığı nüfuz və beləliklə, Yeni Azərbaycan Partiyası 
sədrinin birinci müavinliyi; bunlardan da əvvəl - MOK prezidenti seçilməsi və 
qısa müddətdə ölkədə Olimpiya hərəkatını canlandırmaq, ümumən idmanı 
qabaqcıl  dünya  səviyyəsinə  qaldırmaq  kimi  böyük  qələbələr  -  idmançılar, 
gənclər  və  bununla  da  ölkə  daxilində  -  xalq  arasında,  eyni  zamanda  qitə 
və dünya idman ictimaiyyəti arasında yüksək nüfuz! İndi qoy oxucu bunları 
ardıcıl  yanaşı  düzüb,  məntiqi  nəticə  çıxarsın:  nəyə,  haraya  aparır  ustalıqla, 
incəliklərinə qədər düşünülüb, dönmədən, inadla həyata keçirilən bu plan-
proqram? - İstənilən nəticəyə, qələbəyə, deyilmi?!
Çox  keçmədi  ki,  belə  də  oldu.  2003-cü  il  oktyabrın  15-də  keçirilən 
Azərbaycan  Prezidenti  seçkilərində  MOK  rəhbəri  İlham  Əliyev  seçicilərin 
MOK prezidenti İlham Əliyev H.Aslanov 
turnirinin qalibi, dəfələrlə qitə çempionu 
Elçin İsmayılova avtomobil hədiyyə edir
MOK rəhbərliyindən ölkə prezidentliyinə


234
10 il öncə başlanan yol
böyük  əksəriyyətinin  -  76,84  faizinin  səsini  toplayaraq  dövlətimizin  başçısı 
seçildi. Və bu qələbədə Olimpiya hərəkatındakı, idman sahəsindəki uğurlu 
fəaliyyətinin,  bir  də  gəncliyin  çox  böyük  rolu  oldu.  Buna  görə  də  o,  ölkə 
başçısı seçiləndən sonra da MOK prezidentliyini tərk etmədi...
Şəki Olimpiya İdman Kompleksinin 
açılış mərasimində 


235
MOK rəhbərliyindən ölkə prezidentliyinə



Yubileyin 
əks-sədası...
İlham Əliyevin Azərbaycan Milli Olimpiya 
Komitəsinin prezidenti seçilməsinin 10-cu 
ildönümü münasibətilə ölkəmizə qitə və dünya 
idman federasiyalarından onlarla təbrik məktubları 
göndərilib. Həmin təbriklərdən bir neçəsinin qısa 
şərhini diqqətinizə 
yetirməyi lazım bilirik.


238
10 il öncə başlanan yol
FİFA prezidenti Yosef Zepp Blatter İlham Əliyevin MOK prezidenti kimi 10 illik 
fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizdə olimpiya komplekslərinin tikintisi 
və gənclərin idmanla məşğulluğu üçün yaradılmış hərtərəfli şəraitdən xəbərdar 
olduğunu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Futbolun 
inkişafına dair 2005-2015-ci illər üçün Dövlət Proqramı”nın digər növlər kimi fut-
bolun da tərəqqisinə yol açacağına əminliyini bildirib.
Sonra  FİFA  prezidenti  öz  məktubunda  Azərbaycan  idmançılarının  Olimpi-
ya  Oyunlarında  qazandıqları  medalların  təsadüfi  olmadığını  və  bu  uğurları  pre-
zident  İlham  Əliyevin  yorulmaz  və  əzmkar  fəaliyyətinin  məntiqi  nəticəsi  kimi 
dəyərləndirib.


239
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti də İlham 
Əliyevin  Azərbaycan  Olimpiya  hərəkatına  rəhbərliyinin  10  illiyi  münasibətilə 
təbrik  məktubu  göndərib.  MOK  prezidenti  İlham  Əliyevə  qarşısına  qoyduğu 
bütün  məqsədlərə  çatmağı  arzulayan  FİLA  başçısı  növbəti  illərdə  Azərbaycan 
atletlərinin qazanacaqları medalların daha da çox olmasını diləyib.
Yubileyin əks-sədası...


240
10 il öncə başlanan yol
Dünya Taekvondo Federasiyasının prezidenti Çanqvun Çu öz təbrik məktubunda 
İlham  Əliyevi  MOK-dakı  10  illik  fəaliyyət  və  qibtə  ediləsi  uğurları  münasibətilə 
təbrik etməklə bərabər, rəhbərlik etdiyi idman növünün Azərbaycanda inkişafına 
göstərdiyi diqqətə görə minnətdarlığını çatdırıb. Azərbaycan Olimpiya hərəkatının 
beynəlxalq səviyyəyə yüksəlməsində İlham Əliyevin xüsusi xidmətlərini qeyd edən 
DTF rəhbəri MOK prezidentinə növbəti yubiley ildönümləri arzulayıb.


241
Beynəlxalq  Gimnastika  Federasiyasının  prezidenti  Bruno  Qrandi  Azərbay-
can Gimnastika Federasiyasının son illərdə apardığı islahatlar sayəsində dünyada 
nümunəvi  federasiyalardan  birinə  çevrildiyini  vurğulayıb.  O,  Bakının  gimnastika 
üzrə  dünya  çempionatı  və  kubok  yarışlarına  uğurla  evsahibliyi  etməsini  qeyd 
edib.  İlham  Əliyevi  MOK  prezidenti  seçilməyinin  10-cu  ildönümü  münasibətilə 
təbrik  edən  professor  B.Qrandi,  bir  çox  idman  növlərində,  o  cümlədən,  gim-
nastikada  qazanılan  bütün  bu  müvəffəqiyyətlərin  məhz  İlham  Əliyevin  10  illik 
fəaliyyətinin  məntiqi  nəticəsi  olduğunu  bildirib.  Məktubun  sonunda  BGF  başçısı 
MOK  prezidentinə  Azərbaycan  Olimpiya  hərəkatında  yeni-yeni  uğurlar  arzula-
yıb.
Yubileyin əks-sədası...


242
10 il öncə başlanan yol
Özündə 174 milli federasiyanı birləşdirən Beynəlxalq Bodibildinq və Fitnes Fe-
derasiyasından  göndərilən  məktub  İlham  Əliyevin  MOK  prezidenti  seçilməsinin 
10-cu ildönümünün təbriki ilə başlanır. Məktubda beynəlxalq qurumun preziden-
ti Rafael Santoxa İlham Əliyevin qəlbən idmana bağlı bir insan olduğunu qeyd 
edərək,  onunla  şəxsi  görüşlərini  böyük  məmnunluqla  xatırladığını  qeyd  edib. 
Məktubda həmçinin prezident İlham Əliyevin ötən 10 ildə Azərbaycanda bədən 
tərbiyəsinin  və  Olimpiya  ideyalarının  beynəlxalq  səviyyədə  inkişafına  göstərdiyi 
qayğı və kömək xüsusi vurğulanır.


243
Yubileyin əks-sədası...
MOK  prezidenti  İlham  Əliyevin  basketbola  dəstəyini  və  bunun  nəticəsində 
ölkəmizdə  həmin  idman  növünün  inkişafını  yüksək  qiymətləndirən  beynəlxalq 
basketbol  federasiyası  (FİBA)  rəhbərliyi  də  ölkəmizə  təbrik  məktubu  göndərib. 
Məktubda  qeyd  olunur  ki,  2006-cı  ildə  Azərbaycan  basketbolçularının  Avropa 
İnkişaf Kubokunu qazanmaları, məhz son illərdə İlham Əliyevin ölkədə bu idman 
növünün tərəqqisinə göstərdiyi xüsusi diqqətin nəticəsidir.
Məktubun  sonunda  MOK  prezidenti  İlham  Əliyevə  Azərbaycan  Olimpiya 
hərəkatında yeni-yeni nailiyyətlər və idman qələbələri arzulanıb.


244
10 il öncə başlanan yol
Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti Els van Breda Vriesman 
öz məktubunda bu idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini qeyd 
edib.  2001-ci  ildə  ölkəmizə  gəlişi  və  MOK  prezidenti  İlham  Əliyevlə  ilk  görüşü 
barədə söz açan xanım Vriesman, Milli Olimpiya Komitəsinin köməyi ilə Bakıda 
otüstü hokkey infrastrukturunun yaradılmasından xəbərdar olduğunu bildirməklə 
yanaşı, məhz MOK prezidentinin şəxsi təşəbbüsündən sonra respublikamızda bu 
idman  növünün  inkişaf  yoluna  qədəm  qoyduğunu  vurğulayaraq,  İlham  Əliyevi 
Azərbaycan Olimpiya hərəkatına liderliyinin 10-cu ildönümü münasibətilə təbrik 
edib.


245
Azərbaycan Milli Olimpiya Komitəsinə təbrik göndərənlər arasında Beynəlxalq 
Atletika  Federasiyaları  Assosiasiyasının  prezidenti  Lamine  Diak  da  var.  İAAF 
rəhbəri təbriknaməsində qeyd edib ki, İlham Əliyevin şəxsi nüfuzu sayəsində son 
10 ildə Azərbaycanda idmana maraq və qayğının xeyli artmasından xəbərdardır. 
İlham  Əliyev  kimi  güclü  liderlərə  həmişə  ehtiyac  olduğunu  qeyd  edən  Lamine 
Diak  MOK  prezidentini  bu  vəzifəyə  seçilməyinin  10-cu  ildönümü  münasibətilə 
təbrik etməkdən şərəf duyduğunu bildirib.
Yubileyin əks-sədası...


246
10 il öncə başlanan yol
UEFA-nın  yeni  prezidenti  Mişel  Platini  İlham  Əliyevin  MOK  prezidentliyinin 
10-cu ildönümünü səmimi hisslərlə təbrik edərək, məhz onun rəhbərliyi altında 
ölkəmizin beynəlxalq yarışlarda böyük uğurlara nail olduğunu qeyd edib. Futbolun 
inkişafına  dair  dövlət  proqramının  vacib  addım  olduğunu  və  bunun  tezliklə  öz 
səmərəsini verəcəyinə inandığını bildirən UEFA prezidenti rəhbərlik etdiyi təşkilatın 
həmişə Azərbaycana istənilən sahədə kömək etməyə hazır olduğunu qeyd edib.


247
Yubileyin əks-sədası...
Beynəlxalq  Güləş  Federasiyasının  Avropa  Komitəsindən  (CELA)  göndərilmiş 
təbrik  məktubunda  qeyd  olunur  ki,  ötən  10  il  müddətində  Azərbaycan  idma-
nı  xeyli  inkişaf  etmiş  və  beynəlxalq  arenada  uğurların  ilbəil  artması  ilə  yadda 
qalmışdır.  Olimpiya  oyunlarında,  dünya  və  qitə  çempionatlarında  idmançıları-
mızın  möhtəşəm  qələbələrinin  kökündə  İlham  Əliyevin  MOK  prezidenti  olaraq 
məqsədyönlü fəaliyyətinin dayandığını vurğulayan CELA prezidenti Tzen Tzenov 
bu gün Azərbaycanın beynəlxalq Olimpiya hərəkatında ön cərgələrdə getdiyini 
bildirib.


248
10 il öncə başlanan yol
Avropa  Stolüstü  Tennis  Birliyinin  prezidenti  Stefan  Bosi  öz  təbrikində  pre-
zident    İlham  Əliyevin  ölkədə  Olimpiya  hərəkatına,  eləcə  də  stolüstü  tennisin 
inkişafına  və  populyarlaşmasına  göstərdiyi  qayğıya  görə  minnətdarlığını  bildirib. 
2001-ci  ildə  Azərbaycana  gəlişini  yada  salan  ETTU  prezidenti,  rəhbərlik  etdiyi 
qurumla  Azərbaycanın  nümunəvi  əməkdaşlığının  məhz  MOK  prezidenti  İlham 
Əliyevin dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb.


249
Avropa  Həvəskar  Boks  Assosiasiyasının  prezidenti  Eduard  Xusainov  öz 
təbrikində qeyd edib ki, məhz prezident İlham Əliyevin ölkədə Olimpiya hərəkatına 
müdrik rəhbərliyi və hərtərəfli dəstəyi sayəsində bu gün Azərbaycan boksçuları 
dünya boksunun liderləri sırasındadırlar. MOK prezidentinə öz səmimi təbriklərini 
çatdıran  EABA  rəhbəri  tez-tez  beynəlxalq  yarışların  keçirildiyi  Azərbaycana 
gəlməkdən şərəf duyduğunu vurğulayıb.
Yubileyin əks-sədası...


250
10 il öncə başlanan yol
Avropa Həndbol Federasiyasının prezidenti Tor Lian və baş katibi Maykl Vi-
ederer də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentini təbrik edənlər sı-
rasındadırlar. Ölkəmizin EHF-in ən fəal üzvlərindən biri olduğunu və buna görə 
də prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edən qitə federasiyasının 
rəhbərləri, MOK prezidentinin idmanın bütün növlərinə, o cümlədən də, həndbola 
göstərdiyi diqqət və qayğının daimi olacağına ümid bəsləyərək, ona fəaliyyətində 
yeni-yeni uğurlar arzulayıblar.




Tarixi keçmişə qısa səyahət və ya ön söz əvəzi
10 il öncə başlanan yol...
İdmançıların ən yaxın dostu
Kütləvilik əyalətdən başlanır
Beynəlxalq əlaqələrin qurulmasında İlham Əliyev faktoru
Müstəqil Azərbaycanın qızıl Olimpiadaları
Sidney: Həyəcanlı anlar
Afina: Çətin sınağın uğurları
İki Olimpiada - müqayisəli məqamlar
Maddi-texniki baza möhkəmlənir
Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilir
İdmana dövlət qayğısının bariz nümunəsi olan
fərman və sərəncamlar
1997-2007-ci illərin əsas idman hadisələrinin xronologiyası
MOK prezidentliyindən dövlət rəhbərliyinə
Yubileyin əks-sədası
MÜNDƏRİCAT
11
17
25
33
39
69
79
97
123
129
161
173
207
225
237
10 il öncə başlanan yol
Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə