Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   2   3   4   5   6   7   8   9   10   ...   62

36
10 il öncə başlanan yol
istəyirik ki, dünyanın hər bir yerində, hər bir idman meydançasında Azərbaycanın 
dövlət himni səslənsin, Azərbaycan milli bayrağı qaldırılsın.
Çox  sevindirici  haldır  ki,  son  zamanlar  ölkəmizdə  idmana  maraq,  idmanla 
məşğul olmaq istəyənlərin sayı get-gedə artır. Biz səbəbi ilk növbədə bunda gö-
rürük ki, dövlət tərəfindən idmana olan qayğı yüksək səviyyədədir. Milli Olimpiya 
Komitəsi də öz tərəfindən əlindən gələni edir.”
MOK rəhbəri mərasimdə bəyan etdi ki, hazırda komitə xüsusi, geniş miqyaslı 
bir proqram üzərində işləyir. Proqramda Azərbaycanın hər bir bölgəsində yeni, 
müasir  standartlara  uyğun  idman  kompleksləri  tikilməsi  nəzərdə  tutulur.  Çünki 
vaxtilə  Azərbaycanın  bir  sıra  görkəmli  idmançıları  öz  ilk  uğurlarını  məhz  rayon 
idman seksiyalarında qazanıblar. Bu ənənəni bərpa etmək istəyini bildirən İlham 
Əliyev çıxışını aşağıdakı sözlərlə bitirdi: “Bəli, bizə medallar lazımdır. Bizə Olimpiya 
medalları lazımdır, dünya və Avropa çempionatlarının medalları lazımdır. Amma 
bununla  yanaşı  və  deyə  bilərəm  ki,  ilk  növbədə,  bizə  sağlam  gənclər,  sağlam 
millət lazımdır.”
Bunun    üçün  isə  ilk  növbədə  idmanın  maddi-texniki  bazası  möhkəmlən-
dirilməli,  həm  paytaxtda,  həm  də  əyalətlərdə  müasir  tələblərə  uyğun  şərait 
yaradılmalı idi. Elə MOK prezidenti olaraq İlham Əliyevin fəaliyyətində də məhz 
bu amil öz əksini tapmışdır.
Son  illərdə  o,  ölkəmizin  bütün  bölgələrini  gəzib,  hər  bir  səfərində  də  han-
sısa  idman  qurğusunun  təməli  qoyulub  və  ya  açılış  mərasimi  keçirilib.  Olimpi-
ya kompleksləri ilə yanaşı, Bakıda stend atıcılığı kompleksi, taekvondo mərkəzi, 
Bərdə, Naxçıvan, Gəncədə üzgüçülük mərkəzləri, Gədəbəydə idman kom-pleksi, 
Ağdaşda,  Goranboyda,  Yardımlıda,  Lənkəranda,  İmişlidə,  Yevlaxda  stadionlar 
MOK prezidenti İlham Əliyev Şəki Olimpiya 
İdman Kompleksinin açılış mərasimində 
rəmzi Olimpiya məşəlini alovlandırır 


37
onun xeyir-duası ilə həyata vəsiqə qazanıblar.
Sözügedən  qurğuların  hər  birində  idmanın  müxtəlif  növləri  ilə  məşğul  ol-
maq üçün gözəl şərait yaradılıb və hamısında Respublika əhəmiyyətli, eləcə də 
beynəlxalq miqyaslı yarışlar keçirmək mümkündür.
Son  10  ildə  Respublikamızda  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  yönündə 
görülmüş  işlərə  nəzər  yetirəndə  istər  kütləvilik  və  gənclərin  fiziki  hazırlığı,  istər 
ölkəmizin  beynəlxalq  arenalarda  layiqincə  təmsil  olunması,  istərsə  də  nüfuz-
lu  beynəlxalq  yarışların  məkanına  çevrilməsinə  görə,  Azərbaycanın  əsl  idman 
ölkəsinə çevrildiyinin şahidi oluruq.
2004-cü ilin sentyabrında Naxçıvan Üzgüçülük Mərkəzinin açılış mərasimindəki 
çıxışında prezident İlham Əliyev Azərbaycanda idmanın əksər növlərinin inkişaf et-
diyini, müxtəlif növlər üzrə həm olimpiya, həm də dünya çempionlarımız olduğu-
nu qeyd etməklə bərabər dedi ki, bununla yanaşı, bizə idmanın kütləviliyi lazımdır. 
Hər bir gəncin, yeniyetmənin, uşağın idmanla məşğul olması və öz sağlamlığını 
möhkəmləndirməsi lazımdır. Çünki idman sağlamlıq deməkdir, həyat deməkdir.
Ölkədə  istər  maddi-texniki  bazanın  inkişaf  etdirilməsi,  istərsə  də  gənclərin 
bədən tərbiyəsi və idmana cəlb edilməsi üzrə görülmüş işlər bu gün öz bəhrəsini 
verməkdədir. Hər il məktəblilərin “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarının, 
beynəlxalq  qaçış  günü  çərçivəsində  Bakıda  və  Gəncədə  ənənəvi  kütləvi  qaçış 
yarışının təşkili, yeniyetmələrin beynəlxalq oyunlarında, tələbə universiadalarında 
ölkəmizin fəal iştirakı, spartakiadaların təşkili birbaşa idmanın kütləviliyinə, əhalinin 
sağlamlığına xidmət edir.
Kütləvilik əyalətdən başlanır
Azərbaycan Gimnastika Federasiyasının 
prezidenti Mehriban Əliyeva 
yeniyetmə gimnastlarla



Beynəlxalq əlaqələrin 
qurulmasında 
İlham Əliyev faktoru
İdman sahəsində beynəlxalq yarışlarda əldə olu-
nan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti 
Azərbaycan xalqının təkcə fiziki cəhətdən 
yüksək keyfiyyətlərə malik olduğunu nümayiş 
etdirməkdən ibarət deyil, həm də müstəqil 
Azərbaycanı dünyada tanıtdırmaqdan ibarətdir.
Heydər Əliyev


40
10 il öncə başlanan yol


41
Sovetlər  dövründə  cəmiyyətimiz  olimpizmi,  sadəcə  olimpiya  oyunlarının 
keçirilməsi  hadisəsi  saysa  da,  müstəqilliyimiz  yeni  həqiqətləri  ortaya  çıxardı:  id-
man və onun bəşəri missiyasının zirvəsi kimi OLİMPİZM günümüzün ən optimal 
inkişaf aynası və effektli təsir gücünə malik vasitəsidir. Əldə olunan nəticələr isə 
onun keyfiyyət əmsalının göstəricisi, brendidir. Bütün bunlar “gələcəyə qoyulan 
kapitaldır”.
Özünəxas  xüsusiyyətlər  də  nəzərə  alınmaqla  Azərbaycan  üçün  olimpiya 
hərəkatının mahiyyətini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Beynəlxalq aləmə inteqrasiya problemlərinin öyrənilməsi;
2. Bəşəri ideyaların təbliği;
3. Əməli beynəlxalq təcrübənin qazanılması və Azərbaycanda tətbiq edil-məsi;
4. Azərbaycanın dünyada - 
 
a) tanınması və təbliği,
 
b) yerinin və imicinin möhkəmlənməsi,
 
c) gedən proseslərdə rolunun artması,
 
d) beynəlxalq qurumlarla əlaqələrinin möhkəmlənməsi,
 
e) beynəlxalq münasibətlər sisteminə təsir gücünün artması,
 
f) əməli və işgüzar fəaliyyət sahələrində təşkilati, idarəedici və s. 
 
    imkanların göstərilməsi,
 
g) müxtəlif dövlətlər, təşkilat və digər strukturlarla əlaqələrin 
 
    ikitərəfli sazişlər əsasında qurulmaqla genişləndirilməsi.
Zənnimizcə,  bunlar  gənc  və  müstəqil,  hələ  formalaşmaqda  olan  dövlətlər 
üçün daha böyük əhəmiyyət kəsb edir. Üstəlik, Sovetlər birliyi dağıldıqdan sonra 
ölkəmizin üzləşdiyi problemləri nəzərə alsaq, bu məsələlərin vacibliyi danılmaz-
dır.
İdman, ilk növbədə ölkənin ən gözəl tanınma vasitəsi, təbliğat siyasətidir. Ülvi 
bəşəri idealların tərənnümçüsü kimi sərhəd tanımayan idman böyük missiyaların 
həyata keçirilməsi üçün geniş meydandır. Hər bir ölkənin himni - dövlət rəmzi yal-
nız onun prezidentinin, bir də qalib idmançısının şərəfinə səslənir. Elə tək bu fakt 
idmanın dünya miqyasında əvəzedilməz yerini əyani göstərir. Məşhur çex dövlət 
və idman xadimi, ədib, tərcüməçi, pedaqoq İrji Qut-Yarovski Beynəlxalq və Çexi-
ya olimpiya komitələrinin yaradıcılarından biri və ömrünün sonunadək olimpizm 
ideyalarına sadiq olsa da, hərəkatın banisi Pyer de Kubertenin irəli sürdüyü və 
qəbul edilən əsas olimpizm şüarına öz xalqının mənafeyi naminə düzəliş etməyi 
qəbahət saymadı. 1896-cı ildə Afinada keçirilən I Olimpiya Oyunları, ələlxüsus da 
qaliblərin adlarının elan edilməsi tərzi ona elə təsir etmişdi ki, vətəninə döndükdən 
sonra demişdi: “Çexlər üçün olimpiya oyunlarında iştirak etmək deyil, qələbə va-
cibdir. Qoy bizim bayraq yüksəlsin, qoy bizim himn səslənsin”.
Bu  sözlərin  deyilmə  tarixindən  110  ildən  artıq  vaxt  keçsə  də,  bu  həqiqət 
dəyişməyib. Əksinə, olimpiya hərəkatı genişlənib, dərinləşib və bəşəriyyətin bü-
tün mütərəqqi ideyalarının tərənnümçüsünə çevrilib.
1997-ci  ildə  Milli  Olimpiya  Komitəsinin  prezidenti  seçilən  İlham  Əliyevin 
“Sidneydə Azərbaycan idmançısı qızıl medal qazanarsa, himnimiz səslənib, bay-
rağımız ucalarsa, mən özümü qalib hiss edəcəyəm” - deməsi, tək Azərbaycanda 
idmanın inkişafına nail olunması baxımından əhəmiyyətli deyil, həmçinin ölkəmizin 
sorağının ən uca beynəlxalq tribunalardan gəlməsi, onun təbliği və həqiqətlərinin 
dünyaya çatdırılması, ona diqqətin artması kimi ali məqsədlərə xidmət göstərirdi.
“Hər bir işə maksimal məsuliyyətlə yanaşmağa adət etmişəm; başqa cür də 
bacarmıram”, - deyən İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin 
görməli  olduğu  işlər  həddən  artıq  çox  idi.  O,  əməli  olaraq,  ölkədə  olimpiya 
hərəkatının  yenidən  qurulmasına,  burada  nüfuzlu  təşkilat  formalaşdırılmasına, 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə