Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

42
10 il öncə başlanan yol
olimpizm  ideyalarına  olan  münasibətin  müsbət  istiqamətdə  dəyişdirilməsinə, 
məhv olmuş təsərrüfatın bərpasına, başdan-ayağa fərqli sistem tətbiq edilməsinə 
nail olmalıydı.
Qarşıya çıxan bütün problemləri bacarıqla dəf edərək, İlham Əliyev olimpi-
ya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl əməli çərçivəsini 
müəyyənləşdirdi. Beynəlxalq əlaqələrin qurulması və möhkəmlənməsi bu sistemin 
mütləq tərkib hissəsi olmalı idi. Bəşəri mahiyyətli olimpiya ideyalarına söykənərək 
beynəlxalq münasibətlər və mübadilə sistemində möhkəm yer tutmaqla tək id-
manda deyil, hər sahədə Azərbaycanın dünyəvi imicini yüksəltmək mümkündür.
Belədə vəziyyəti düzgün qiymətləndirib qurulacaq sistemin obyekt və pred-
metini müəyyənləşdirmək çox vacib idi. Təbii ki, beynəlxalq arenaya artıq müstəqil 
ölkə kimi çıxan Azərbaycan üçün ilk növbədə bunu qəbul edib addımlar atmaq 
lazım idi və bu halda hər bir sahədə olduğu kimi liderlərin rolu və potensial im-
kanları danılmaz fakt olaraq ortaya çıxırdı.
Qarden, Satou, Martens, Nikolson kimi dünya diplomatiyasının tanınmış simala-
rı diplomatiyanı təkcə münasibətlər elmi adlandırmır, onu həm də danışıqlar apar-
maq məharəti sayırlar. Burada ünsiyyət, ələlxüsus da praqmatizmə maksimal meylli 
çağdaş Qərb diplomatiyasındakı ifadə tərzi ön plana çıxır. Belə olduqda ünsiyyətin 
əsas vasitəsi olan dil və onun zirvəsi nitq mədəniyyəti həlledicidir. Həyatımızın hər 
bir  sahəsində  məsələyə  diletant  yanaşmanın  fəsadlarını  görmək  imkanımız  da 
olub. Qədim hind “Manu qanunları”ndan bu günə qədər dəyişməyən həqiqətlər 
kompleksi liderdən öz borcunu sədaqətlə yerinə yetirmək, bacarıq, təmkin, yaxşı 
yaddaş, hərəkət ardıcıllığı, məntiqi qırılmayan zəncir və qarşı tərəfin də maraqla-
rına hörmət tələb edir. 
Bu mənada, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş, bu 
sahədə elmi və ən əsası, pedaqoji fəaliyyətlə məşğul olmuş İlham Əliyevin im-
kanları  heç  bir  şübhə  doğurmur.  Bütün  sahələr  kimi,  diplomatiyanın  da  öz  dili 
və danışıq mədəniyyəti, tərzi formalaşıb. 2001-ci ildə Azərbaycana səfəri zamanı 
Avropa Cüdo Birliyinin prezidenti Marius Vizirin İlham Əliyevə: “Mən fransız, alman 
dillərində sərbəst danışıram. Bu gün çalışaram ki, ingiliscə Sizin kimi sərbəst danı-
şım” deməsi məhz bu tərzin nümunəsidir.
MOK rəhbəri İlham Əliyev 
BOK prezidenti X.A.Samarança 
Azərbaycan xalçası hədiyyə edir 


43
Bu, təkcə insanı fərqləndirən keyfiyyət deyil, eyni zamanda danışıqların gedişinə 
əhəmiyyətli təsir vasitəsi, həm qarşılıqlı hörmət, həm də ehtiram şəraitinin təminat 
formasıdır.
Milli Olimpiya Komitəsinin prezidenti kimi İlham Əliyevin müəyyən etdiyi xətti 
və faydalandığı elementləri bugünkü beynəlxalq əlaqələr sisteminin süzgəcindən 
də keçirmək olar.
Məşhur  “siyasi  realizm”  beynəlxalq  münasibətlər  məktəbinin  tanınmış 
nümayəndəsi Hans Morgentau burada üç əsas vasitəni - kompromis, inandırma 
və qüvvəni fərqləndirir.
Bu vasitələri rəmzi olaraq əsas kimi götürüb, MOK rəhbəri kimi İlham Əliyevin 
fəaliyyətinin ilk 3 illik dövrünə baxaq. Nəzəri olaraq, “kompromis”i başlanğıc, ta-
nışlıq vəziyyəti kimi qiymətləndirsək, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezi-
denti kürsüsündə hadisələrə real qiymət vermək bacarığını, beynəlxalq səviyyədə 
işgüzarlığını  və  imkanlarını  Skandinaviyada  göstərməli  idi.  Ardınca,  Samaranç-
la  görüşü  ilk  2  vasitə  arasında  keçid  kimi  dəyərləndirmək  olar.  “İnandırma”ya 
nümunə ölkə daxilində atılan yenilikçi addımlar və onun təsir imkanları ola bilər və 
bu, Sidney oyunlarına qədər gedən proseslərdə əksini tapır. Nəhayət, “qüvvə” 
“nailiyyətlər  silahı”dırsa,  olimpiadanın  özünü  mini,  sonrakı  quruculuq  işlərini  isə 
maksi planda əsaslı dəlillər saymaq mümkündür.
1997-ci  il  noyabrın  14-15-də  İsveç  paytaxtı  Stokholmda  Avropa  Olimpiya 
Komitəsinin  XXVI  Assambleyasında  Azərbaycan  MOK-un  təmsilçiliyi  “getdim, 
gördüm,  gəldim”  prinsipi  ilə  keçmədi.  Avropa  Olimpiya  Komitəsi  prezidenti 
seçkilərində belçikalı Jak Roqq qalib gəldi. Roqqu seçən və təbrik edənlər ara-
sında  Azərbaycan  öncüllüyü  ilə  seçildi.  Mərasimdən  sonra  ilk  qəbul  edilən  də 
bizim təmsilçilər oldular. Ümumiyyətlə, bu səfər zamanı həm Avropa, həm də 
Beynəlxalq  olimpiya  komitələri  ilə  işgüzar  dialoqlar  aparıldı,  ikitərəfli  əlaqələrin, 
fəaliyyətin geniş spektri müzakirə edildi. Xuan Antonio Samaranç İlham Əliyevin 
Milli  Olimpiya  Komitəsinin  prezidenti  kimi  görmək  istədiyi  işlərə  yüksək  qiymət 
verməklə yanaşı, daha ətraflı mübadilə, birgə əməkdaşlığın imkanlarını müzakirə 
etmək üçün onu İsveçrənin Lozanna şəhərindəki BOK qərargahına dəvət etdi. 
O, həmçinin Prezident Heydər Əliyevin idmana diqqət və qayğısından məmnun 
EABA başçısı Emil Jeçev prezident 
Heydər Əliyevə federasiyanın xatirə
hədiyyəsini təqdim edir 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


44
10 il öncə başlanan yol
olduğunu ifadə etdi. Elə burada bir çox Avropa, xüsusən də MDB məkanı ölkələri 
ilə əlaqələrin, gələcəkdə ikitərəfli birgə və regional fəaliyyətin təməl daşı qoyuldu. 
1999-cu  il  martın  19-u  və  20-də  İlham  Əliyevin  BOK-un  Lozannadakı  mənzil-
qərargahına səfəri Azərbaycan MOK-un  beynəlxalq arenada özünə möhkəm yer 
tutması, ölkəmizin təbliğ olunması baxımından əhəmiyyətli sıçrayışa səbəb oldu.
Xuan Antonio Samarançın olimpiya hərəkatındakı müstəsna xidmətlərini qeyd 
edən İlham Əliyev, Azərbaycan Prezidentinin də Beynəlxalq Olimpiya Komitəsinin 
tək idmanda deyil, eləcə də dünyada bəşəri dəyərlərin təbliğindəki roluna bö-
yük önəm verdiyini deyərək, dövlət başçısının ölkədə olimpizm ideyalarının geniş 
yayılmasına xüsusi diqqətini vurğuladı. Prezident Heydər Əliyevin Sidney Oyunla-
rına hazırlıqla bağlı verdiyi sərəncamın əhəmiyyəti barədə də məlumatlandırılan 
Samaranç,  bu  qərara  heyrətini  gizlətmədi.  O,  Olimpiya  hərəkatının  inkişafına 
göstərdiyi xidmətə görə, Azərbaycan Prezidentinə təşəkkürünü çatdırmağı xahiş 
edərək: “Qeyd etdiyiniz sərəncamı dövlət başçısının olimpiya hərəkatına xüsusi 
şəxsi qayğısının təcəssümü hesab etmək olar”, - dedi. İlham Əliyev 1998-ci ilin iyu-
nunda Moskvada keçiriləcək Ümumdünya Yeniyetmə Oyunlarında Azərbaycanın 
geniş heyətlə təmsil olunacağını söyləyib, ümumiyyətlə, bu sahədə görülən və 
görüləcək işlərdən danışdı. Milli Olimpiya Komitəsinin, bir sıra təşkilat və dövlət 
qurumları ilə birgə, ölkədə yeniyetmə oyunları keçirməsi, bunun zona və regi-
onlarda  qurulan  seçmə  yarışlardan  başlayıb,  final  mərhələsinə  qədər  davam 
edən bir yarış olması Samarançın razılığına və xüsusi marağına səbəb oldu. BOK 
prezidentinə  ölkəmizdə  beynəlxalq  standartlara  uyğun  yeni  idman  obyektləri, 
olimpiya bazaları, komplekslər tikilməsi ilə bağlı planlar barədə məlumat verildi. 
Bu fikirləri dəstəkləyən Samaranç bir sıra məsələlərdə ölkəmizə kömək etməyə 
çalışacağını bildirdi. 
MOK prezidenti İlham Əliyev həmçinin Sidney Oyunlarına hazırlıq dövründə 
Milli Olimpiya Komitəsinin 38 idmançıya və onların məşqçilərinə fərdi təqaüdlər 
verdiyini də söylədi. Bu qərar da Samarançın diqqətini cəlb etdi: “Prezidentinizin 
sərəncamı  və  Milli  Olimpiya  Komitəsinin  təsis  etdiyi  təqaüdlər  haqqında  verdi-
yiniz məlumatları böyük məmnuniyyət, razılıq hissi və maraqla dinlədim. Hesab 
edirəm  ki,  bu,  başqa  dövlətlər  üçün  örnək  ola  biləcək  bir  hadisədir”.  O,  son-
AOK rəhbərliyi prezident 
Heydər Əliyevin qəbulunda 


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə