Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

45
ralar da, xüsusən, Sidney Oyunları zamanı bu məsələni dəfələrlə qeyd edərək, 
Azərbaycanı digər ölkələrə nümunə çəkdi.
Lozannaya səfər MDB məkanı ölkələrinin MOK rəhbərləri, həm də buradakı 
görüşlərə qatılmış BOK-un müxtəlif komitə, idarə və komissiya üzvləri ilə işgüzar 
danışıqlar, fikir mübadiləsi baxımından çox faydalı keçdi.
Söz  yox  ki,  görüləcək  əsas  işlər  hələ  qabaqda  idi  və  İlham  Əliyevin  Olim-
piya  hərəkatında  seçdiyi  yolun  effektivliyi  heç  kəsdə  şübhə  doğurmurdu.  Hər 
bir sahənin, eləcə də beynəlxalq əlaqələrin qurulmasının öz qanunauyğunluqları 
var. Bəzən o, bizim həqiqət və istəklərimizlə üst-üstə düşməyə də bilər. Tarixin 
göstərdiyi kimi, belədə insan, lider faktoru həlledici olur. Bu mənada İlham Əliyev 
elə ilk görüşlərdən özünü Azərbaycan konsepsiyasının müəllifi kimi sübut etdi.
İlin  sonunda  onun  başçılığı  ilə  nümayəndə  heyətimizin  Braziliyanın  Rio  de 
Janeyro şəhərində keçirilən IV Ümumdünya Olimpiya Yarmarkasında iştirakı da 
əhəmiyyətli hadisə oldu. Ölkəmizdə gedən proseslər, eyni zamanda olimpiya ide-
yalarının Azərbaycandakı yeri və imkanları barədə fikir mübadiləsi, müxtəlif səpkili 
beynəlxalq əlaqələr qurulması və təbliğat fürsəti baxımından buradakı iştirak çox 
vacib  idi.  Fəaliyyətinin  ilk  ilinin  sonunda  İlham  Əliyevin  yuxarıda  qeyd  etdiyimiz 
beynəlxalq əlaqələr konsepsiyasının tətbiqi yollarının sübutları əyani görünürdü: 
 
1. Beynəlxalq və digər olimpiya komitələri ilə əlaqələrin  
 
 
 
    gücləndirilməsi;
 
2. Olimpiya oyunlarından maksimum istifadə;
 
3. Beynəlxalq federasiyalar və digər qurumlarla əlaqələrin qurulub  
 
 
    möhkəmləndirilməsi;
 
4. Beynəlxalq qurumların təşkilat strukturunda, tədbir və layihələrin-   
 
    də fəal iştirak;
 
5. Mötəbər beynəlxalq yarışlarda təmsilçilik hədd və səviyyəsinin 
 
    artırılması;
 
6. Azərbaycanın beynəlxalq tədbirlərin, o cümlədən yüksək səviy-
 
    yəli yarışların, həmçinin ənənəvi mötəbər turnirlər məkanına  
 
 
    çevrilməsi.
Əlbəttə, bu vaxta qədər də Azərbaycan bu istiqamətlərdə fəaliyyət göstərirdi. 
BOK-un hazırkı rəhbəri Jak Roqq 
prezident Heydər Əliyevə AOK-un 
hədiyyəsini təqdim edir 
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


46
10 il öncə başlanan yol
Lakin heç zaman məqsədlər belə ardıcıl və ən əsası geniş miqyasda həyata keçiril-
mirdi. Digər yandan, hazırkı beynəlxalq situasiyanı nəzərə alsaq, işin qeyri-hökumət 
təşkilatı xətti ilə aparılması daha əlamətdardır. Çünki bütün beynəlxalq qurumlar 
ümumi qəbul edilmiş dəyərlər əsasında qurulur və hər hansı bir dövlətin güclü 
təsiri altında olmur. Eyni zamanda onlar, hər hansı bir dövlətin qanunlarına tabe 
olmadığından,  yerli  və  milli  qurumların  da  istisnasız  bu  qaydalarla  formalaşma-
sında israrlıdır. Qeyd etdiyimiz bəndlərlə bağlı İlham Əliyevin çoxşaxəli fəaliyyəti 
kitabda təqdim etdiyimiz xronikadan aydın görünür.
Beynəlxalq  Olimpiya  Komitəsi,  eləcə  də  ona  yaxın  olan  qitə,  regional  və 
digər  təşkilatlarla  əlaqələrin  möhkəmlənməsi  ilk  növbədə  mübadilə,  qarşılıqlı 
əməkdaşlıq və beynəlxalq aləmə çıxış üçün vacibdir. İlham Əliyevin görüşlərin hər 
birində ölkəmizi maksimum təbliğ etmək, ona diqqəti artırmaq istəyi və bacarığı 
özünü  əyani  göstərir.  Zaman  keçdikcə,  bu  görüşlərin  əhəmiyyəti,  ölkə  idmanı-
nın yüksələn tempindən savayı, yarış və digər çeşidli tədbirlərin təşkilatçısı kimi 
Azərbaycanın uğurları özünü əyani göstərməyə başladı. 
Hər bir məsələdə olduğu kimi, bu görüşlərdə də faktlar, dəlillər, təminat və 
imkanlar, məqsəd və məram həlledici olur. Ölkədə ictimai-siyasi sabitliyin hökm 
sürməsi,  iqtisadiyyatın  möhkəm  təməl  üzərində  qurulması,  heç  bir  sosial  part-
layışın  olmaması  dövrün  ən  vacib  əlamətlərindəndir.  İndi  bu  məsələlər  arxada 
qalıb.  Çünki  ötən  dövrdə  görülmüş  işlərin  həcmi  idmanın  istənilən  sahəsində 
Azərbaycanı  potensial  münbit  məmləkətə  çevirib.  Lakin  Sidney  Oyunlarına 
qədərki dövrdə Azərbaycana ehtiyatla yanaşılır və hər bir iş üçün ciddi təminatlar 
tələb olunurdu. Odur ki, əsaslı sübutlar gətirmək üçün səylə çalışmaq lazım gəlirdi. 
Əlbəttə, torpaqlarının 20 faizi işğal edilən, 1 milyonadək qaçqın və köçkünü olan 
ölkənin  istənilən  səviyyədə  beynəlxalq  idman  tədbirlərini  keçirməsi,  təşkilatçılıq 
öhdəliklərini üzərinə götürməsi çətin vəzifədir. Ancaq bütün bunlara baxmaya-
raq, Azərbaycan potensial imkanlarının gücü ilə idmanda da dünyaya pəncərə 
açmalı idi. İctimai-siyasi, sosial-iqtisadi şərait baxımından sabit durum, digər yan-
dan, dövlət - Milli Olimpiya Komitəsi - milli idman qurumları əsas idarəedici və 
təşkilati üçbucaq üzrə həmrəyliyin, işbirliyinin olması ölkəmizin imkanlarının açarı 
MOK prezidenti İlham Əliyev, 
xanımı Mehriban Əliyeva və 
BOK rəhbəri Jak Roqq 
Sidney-2000 


47
Beynəlxalq Otüstü Hokkey Federasiyasının 
prezidenti xanım Els Van Breda Vriyesman MOK 
prezidentinin xatirə hədiyyəsini qəbul edir 
idi.  Hələ  Sidney  uğurlarından  əvvəl,  ölkədə  olimpiya  komplekslərinin  geniş  və 
çoxşaxəli coğrafiyası planı yeni-yeni həyata vəsiqə qazanarkən, MOK prezidenti 
bütün istiqamətlərdə beynəlxalq əlaqələrin konkret əməli əsaslar üzərində qurul-
ması proqramını reallaşdırmağa başladı. Söz yox ki, bunu yalnız gördüyü işlərin 
mütləq uğurla bitəcəyinə qəti əmin olanlar edə bilərlər.
1998-ci ildə İlham Əliyev Beynəlxalq Bodibildinq Federasiyasının nümayəndə 
heyətini qəbul etdi. Sonra Beynəlxalq Həvəskar Boks Assosiasiyasının preziden-
ti Ənvər Çoudri, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeveçlə 
görüşlərdə  Azərbaycanın  idman  sərhəd,  profil  və  imkanlarının  genişlənməsinin 
təməl daşları qoyuldu. Bütün bunlar ölkə idmanının sürətli inkişafı və dünya idma-
nına inteqrasiyasının başlıca şərtlərindən idi.
Hər  iki  istiqamətdə  uğurlar  göz  qabağındadır.  Ənvər  Çoudrinin  şərəfinə 
keçirilən turnirlə başlayan yol böyük ənənələrə gətirib çıxardı. Yarış yeniyetmələr, 
ardınca  gənclər  və  nəhayət,  böyüklər  arasında  keçirilməklə,  yekunda  olimpiya 
lisenziya turniri kimi mötəbər status da aldı. Bundan savayı, Azərbaycan dünya və 
Avropa çempionatları, Dünya Kuboku kimi yarışların məkanına çevrildi. Boksumuz 
planetin elitarları sırasına düşməklə əlavə dividendlər gətirdi.
2001-ci ildə isə Azərbaycanda bodibildinq üzrə Avropa çempionatı uğurla ke-
çirildi. Qeyri-olimpiya statuslu olsa da, tək bu deyil, bir çox belə idman növlərinin 
Azərbaycanda dayaqlarının möhkəmlənməsini də İlham Əliyev öz vəzifələri sıra-
sına daxil etdi. Çünki məqsəd, əsas vəzifə konkret olimpiya uğurları deyil, ölkədə 
idmanın rolu və yerini möhkəmlətmək, “sağlam insan - sağlam düşüncə - sağlam 
gələcək” prinsipini həyata keçirmək idi.
MOK  prezidentinin  Sidney  olimpiadasına  qədər  -  iyunun  19-20-də  Lozan-
naya  növbəti  səfəri  də  ölkəmiz,  idmanımız  və  konkret,  güləşimizin  beynəlxalq 
əlaqələri baxımından əhəmiyyətli keçdi. Ayın 19-da o, Beynəlxalq Güləş Federa-
siyasının (FİLA) prezidenti Milan Erseqanla görüşdü. Danışıqlar zamanı ölkəmizdə 
güləşin  inkişafına,  idmançıların  beynəlxalq  yarışlarda  təmsil  olunmasına,  daxili 
turnirlərin  keçirilməsinə  verilən  önəmdən,  pəhləvanlarımızın  dünya  və  Avropa 
miqyaslı  uğurlarından  söz  açdı.  Elə  güləşçilərin  Sidney  mübarizəsinə  9  lisenziya 
əldə etməsi, bundan bir müddət əvvəl gənclərin qitə birinciliyində 1 qızıl, 2 bü-
Beynəlxalq əlaqələrin qurulmasında 
İlham Əliyev faktoru


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə