Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   2   3   4   5   6   7   8   9   ...   31
Covid-19-az

 

 

 

 


 

 



1. Giriş 

Qloballaşma şəraitində dünya sivilizasiyası qarşıdurma və münaqişələr, təbii və ekoloji 

fəlakətlər, miqrasiya proseslərinin, virus pandemiyalarının vüsət alması, və s. kimi məsələlərin 

səbəb olduğu çağırışlardan getdikcə daha çox əziyyət çəkməkdədir.   

Hazırkı  tədqiqat  COVID-19  pandemiyasının  iqtisadiyyatın  qeyri-formal  sektoruna  və  qeyri-

formal  məşğulluğa  təsirinin  öyrənilməsinə  həsr  olunub.  Məlumdur  ki,  bəşəriyyət  öz  tarixi 

boyunca  yüz  mindən    tutmuş  (17-19-cu  əsrlər:  London  və  Marseldə  Böyük  Taun  və  iki  vəba 

pandemiyası)  yüz milyona qədər  insanın  (20-ci əsrdəki İspan qripi) ölümünə səbəb olan ən azı 

15  irimiqyaslı  pandemiya  şahidlik  etmişdir.  Səhiyyə  sahəsində  çalışan mütəxəssislər  artıq  uzun 

müddətdir  ki,  yeni  ciddi  pandemiyanın  olacağına    dair  xəbərdarlıq  edirdilər  və  insanları  buna 

hazır  olmağa  çağırırdırlar.  Lakin,    dünya  COVID-19    koronavirus  pandemiyasının    törətdiyi 

qlobal təhlükəyə hazır olmadığını göstərdi.  

Pandemiya  və  onun  fəsadlarına  qarşı  mübarizənin  ciddi  tədqiqat  və  icra  ediləcək  tədbirlərin 

müzakirəsini tələb  etdiyini  nəzərə alaraq,  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasının 

mütəxəssis  və  ekspertləri  tərəfindən  bütün  əhali  təbəqələrini  əhatə  etmək  məqsədilə  sistematik 

cavab tədbirlərinin  səmərəli şəkildə icra olunmasına dair təlimat kitabı formatında hazırlanaraq 

dərc    edilmişdir.  Bu  təlimat  kitabının  hazırlanmasında    məqsəd  həmkarlar  ittifaqı  liderlərini  və 

ölkə 


aktivistlərini 

 

hazırki 



problem, 

onun 


təsirləri 

və 


fəsadları 

haqqında 

məlumatlandırmaqpandemiyanın mümkün təsirlərinin aradan qaldırılması və müvafiq tədbirlərin 

görülməsi üçün dünya təcrübəsindən faydalanmağa  kömək etmək, habelə pandemiyadan sonrakı 

dövrdə insanların, iqtisadiyyatın və əmək bazarının yeni şəraitə necə uyğunlaşacaqlarını  nəzərə 

almaqdan ibarətdir.   

COVID-19  infeksiyasına  yoluxma  prizmasından  dünyada  və  ölkədəki  vəziyyət    təhlil  edilmiş, 

qlobal  iqtisadi  böhran  təhlükələri  aşkarlanmış  və  insanların  həyatı    və  sağlamlığının 

pandemiyadan  qorunması  üçün  görülən  tədbirlər  haqqında  məlumat  təqdim  edilmişdir.  Ölkə 

iqtisadiyyatında,  əmək  bazarında,  qeyri-formal  məşğulluq  və  gənclərin  məşğulluğu,  habelə 

gender  məsələləri  ilə  bağlı  vəziyyətlə  bağlı  təfsilatlı    məlumat  təqdim  edilmişdir.  Azərbaycan 

həmkarlar ittifaqlarının əməyin mühafizəsi üzrə işləri, əmək hüquqlarının qorunması və işçilərin 

yeni şəraitdə sosial statusun yüksəldilməsi, sosial dialoq və tərəfdaşlığın  gücləndirilməsinə dair 

tədbirlər göstərilmişdir. Təsisatların əhəmiyyəti təhlil edilir və böhranın bir çox iş imkanlarından  

məhrum  etdiyi  şəraitdə  tətbiq  edilən  sistematik  həllər  hesablanır,  həssas  əhali  qruplarının,  o 

cümlədən gənclərin qorunması və dəstəklənməsi üzrə sistematik tədbirlər də daxil olmaqla sosial 

birlik və həmrəyliyin zərurəti nəzərdən keçirilir.  

 



 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə