Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


  COVID-19 pandemiyasının qlobal iqtisadi fəallığa və cəmiyyətə təsiri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   2   3   4   5   6   7   8   9   ...   31
Covid-19-az

3.  COVID-19 pandemiyasının qlobal iqtisadi fəallığa və cəmiyyətə təsiri  

Bəşəriyyət  təlaş içindədir.  COVID-19 pandemiyası  dünya əmək bazarlarının zəif cəhətlərini 

bütün çılpaqlığı ilə nümayiş etdirdi. İlk mərhələdə koronavirus infeksiyası Çində istehsalın bir 

qismini  iflic  edib,  daha  sonra  Avropa  və  Asiyada  minlərlə  müəssisələrin  fəaliyyətini 

dayandırdı  və  nəhayət,  növbə  Amerika  qitəsinə  də  gəlib  çatdı.  Müxtəlif  iqtisadiyyat 

sahələrinin,  böyük  və  kiçik  həcmli  müəssisələrin,  ticarət  mərkəzlərinin,  mədəniyyət 

obyektlərinin  və  restoranların  fəaliyyət  ahəngi  tam  sıradan  çıxdı,  distant  işə  keçid  təmin 



 

edildi,  iş  vaxtının  müddəti  isə  azaldıldı.  Aviareyslər  və  mehmanxana  rezervasiyaları  ləğv 



edildi. Bütün qeyd olunanlar bir çox müəssisələri müflisləşmə ilə üz-üzə qoydu.  Belə ki,  ilk 

növbədə  iş yerlərini itirənlər onsuzda işləri qeyri-stabil olan insanlardır: satıcılar, ofisiantlar, 

mətbəx personalı, yükqaldıran fəhlələr və xadimələr).   

Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, pandemiya 2020-ci ilin sonuna qədər davam 

edərsə, dünyada 25 milyon insan iş yerlərini itirəcək və işçilərin gəlir itkisi  isə 3,4 trilyon ABŞ 

dolları həddinə çatacaqdır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu illərdə baş verən qlobal 

maliyyə böhranı nəticəsində 22 milyon insan işsiz qalmışdır.  

Sosial təhlükəsizlik sistemi zəif və ya heç olmayan ölkələrdə milyonlarla insan gəlirdən məhrum 

oldu. Əksər ölkələrdə işsizlik artan sürətlə davam etməkdədir və BƏT-in hesablamalarına əsasən, 

bütün  ölkə  və  regionlarda  iş  saatları  ciddi  şəkildə  azalmışdır:  2019-cu  ilin  son  rübü  ilə 

müqayisədə 2020-ci ilin ikinci rübündə 10.7 faiz azalma müşahidə edilmişdir, bu da tam ştatlı 

305 milyon işçinin iş saatı (həftədə 48 saatlıq iş rejiminə əsasən) deməkdir. 

Dünya İqtisadi Forumu qeyd edir ki, pandemiyaya görə dünyada 4 milyarddan çox insan çətin 

vəziyyətdədir.  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  qlobal  iqtisadi  fəaliyyətin



 

Böyük  Böhrandan 

sonra görülməmiş dərəcədə azalacağını proqnozlaşdırır. 

Qlobal  iqtisadiyyatda  qəfil  çöküş  2020-ci  ildə  qlobal  tənəzzülə  səbəb  ola  bilər.  Analitiklərin 

fikrincə, dünya ÜDM-nin illik artımı 1-1,5% -i keçməyəcək. Lakin, artıq məlumdur ki, verilən 

rəqəmlər mənfi nəticələrin tam miqyasını əks etdirə bilməz. 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  qlobal  böhrana  qarşı  birgə  beynəlxalq  tədbirləri 

koordinasiya  etməyə  çalışır.  Lakin,    əhalinin  bir  hissəsi  və  bəzi  siyasətçilər,  eyni  zamanda  

ictimai  səhiyyə  sahəsində  çalışan  mütəxəssislərin  tövsiyələrinə    qarşı  çıxırlar.  Eyni  zamanda, 

işgüzar dairələr, çətin günlərdən  keçmələrinə köməkli  göstərmək üçün öz xeyirlərinə istisnalar 

və  əhəmiyyətli  subsidiyalar  (təxirəsalınmaz  yardım)  tələb  edirlər.  Hazırki  vəziyyət  siyasət, 

iqtisadiyyat və digər aspektlərin kəsişməsini əks etdirir.  

Pandemiya, ilk növbədə əhalinin ən həssas və marjinal qruplarına təsir edən sosial bərabərsizlik 

və  sosial  problemləri  üzə  çıxartdı.  Bu,  çoxmiqyaslı  yoxsulluq  və  bərabərsizliyin  əhəmiyyətli 

dərəcədə artmasına səbəb ola bilər. Dünya Bankının qiymətləndirmələrinin yenidən yoxlanılması 

yoxsulluq içərisində yaşayanların sayının 2019-cu ilə nisbətən 70-100 milyon artaraq bu rəqəmin 

632 milyon olduğu və 1998-ci ildən bəri yoxsulluğun ilk dəfə artdığını göstərir. Hesablamalara 

əsasən,  işləməsinə  baxmayaraq  yoxsulluq  içində  yaşayan  insanların  sayının  35  milyon  olacağı 

gözlənilir. 



 

COVID-19  pandemiyası  əhalinin  müəyyən  qrupunu  əlverişsiz  vəziyyətlə  üz-üzə  qoymuşdur. 



Məsələn,  böhrandan  əvvəl  gənclər  arasında  işsizlik  yaşlı əhali  ilə  müqayisədə  üç  dəfə  çox  idi. 

Qlobal  olaraq,  hər  dörd  gənc  işçidən  üçü  qeyri-rəsmi  sektorda  işləyirdi,  halbuki  25  və  daha 

yuxarı yaşlı şəxslər arasında bu rəqəm 60 % təşkil edirdi. Dünyadakı gənclərin təqribən 1/5 və ya 

267 milyon gənc əvvəl işləməmiş, təhsil almamış  və ya peşə hazırlığı keçməmişdilər. Bu rəqəm 

aşağı orta gəlirli ölkələrdə gənc qadınlar üçün təxminən 40 % təşkil edir. 

Böhrandan əvvəl qadınların kişilər ilə müqayisədə üç dəfə çox  ödənişsiz qayğı xidmətlərinə cəlb 

olunması və pandemiya ilə əlaqəli təcrid rejimi ilə bağlı bu işlərin artması, qadınların məşğulluq 

imkanlarının daha da məhdudlaşdırılması və bütün bunların fiziki və psixoloji stress amillərinə 

səbəb  olması  həyəcan  təbilini  çalmağa  gətirib  çıxarır.  Bundan  başqa,  əlavə  vaxt  tələb  edən  ev 

işlərini də nəzərə alsaq, qayğı xidmətlərində fəaliyyət göstərən qadınlar böhranla əlaqəli qeyri-

bərabər  sosial  yükü  də  çiyinlərində  daşımalıdırlar.  Ümumiyyətlə,  böhrandan  əvvəlki  dövrdə 

işləyən qadınların demək olar ki, yarısına böhranın təsir etmə riski olduqca yüksəkdir. Bu mənfi 

amil  yalnız  COVID-19  böhranına  xasdır  və  təcrid  rejiminin  ən  çox  təsir  göstərdiyi  xidmət 

sahələrində qadınların daha çox çalışması ilə əlaqələndirilir. 

Yalnız  beş  nəfərdən  birinin  işsizlik  müavinətini  aldığı  dünyada  işçilərin  ixtisara  salınması 

ailələr  üçün  fəlakət  hesab  edilir.  Sosial  və  kuryer  xidmətlərində  çalışan  bir  çox  işçi,  yəni 

hamımızın indi etibar etdiyimiz işçilər, xəstəlik məzuniyyəti almır və xəstələnsələr də adətən 

işləməyə  davam  edirlər.  Qeyri-formal  işçilər  (işçilər,  gündəlik  işləyənlər,  ticarətçilər  və  s.) 

eyni  işi  görməyə  məcbur  edilə  bilər,  yəni  ailələrini  dolandırmalıdırlar.  Bunun  əmək 

bazarındakı  nəticələri  uzunmüddətli  ola  bilər  ki,  bu  da  virusun  yayılmasını  sürətləndirə  və 

yoxsulluq və bərabərsizliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. 

İşsizlik  və  natamam  məşğulluğun    bütün  dünyadakı  gənclər  üçün  əks  təsirləri  var.  Buna 

bacarıqların səngiməsi və məmnuniyyətsizlik, dəyərsiz hiss etmə və məyusluq daxildir və bütün 

bunlar sosial təcrid, nifaq və antisosial davranışlara səbəb ola bilər. Bundan əlavə, gənc işçilərin 

böyük bir hissəsi digər işçi qruplarından daha çox qeyri-sabit iş formaları ilə məşğul olduqları, iş 

keyfiyyətinin  aşağı  olduğu,  həmişə  əsas  əmək  hüquqlarından  istifadə  edə  bilmədikləri,  əmək 

müqavilələri  və  sosial  müdafiə  tədbirləri  olmayan  yerlərdə,  kənd  təsərrüfatı,  inşaat,  xidmət  və 

xüsusən də qeyri-rəsmi iqtisadiyyatda çalışırlar. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə