Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
Covid-19-az

Layiqli əmək (LƏ) işçilərin hüquqları, sosial təminat, keyfiyyətli məşğulluq və işçilərin kollektiv 

təqdimatı  konsepsiyasını  özündə  cəmləşdirir.  Bunlardan  4  əsas  sahə  iş  yerlərinin  açılmasını 

stimullaşdırmaq,  əmək  hüquqlarına  zəmanət  etmək,  sosial  müdafiəni  genişləndirmək  və  sosial 

dialoqu təşviq etməkdir. 

LƏ  çərçivəsinə  (2008-ci  ilin  dekabr  ayında  18-ci  Beynəlxalq  Əmək  Statististləri  Konfransında 

təsdiqlənmişdir) 10 əsas element daxildir: iş tapmaq bacarığı; uyğun əmək haqqı və məhsuldar 

iş;  layiqli  iş  saatları;  iş,  ailə  və  şəxsi  həyatın  birləşməsi;  ləğv  edilməli  olan  iş;  işi  davam 

etdirməkdə sabitlik və inam; işdə bərabər imkanlar və münasibətlər; təhlükəsiz iş mühiti; sosial 

təminat; və sosial dialoq, işçi və işəgötürən təmsilçiliyi.

 

 



Layiqli  Əmək  çərçivəsinə  daxil  olan  “iş  imkanları”  nın  ilk  elementinin  göstəricilərindən  biri 

“qeyri-rəsmi  iş”  göstəricisidir.  BƏT-in  204  və  R205  saylı  tövsiyələri  işçilərin  və  iqtisadi 

vahidlərin  qeyri-rəsmi  iqtisadiyyatdan  formal  iqtisadiyyata  keçidinin  təmin  edilməsinin 

vacibliyini vurğulayır. 

Azərbaycandakı həmkarlar ittifaqları rəsmi məşğulluğun yaxşı, ÜDM-nin aşağı artım tempi olan, 

iqtisadiyyatın  innovasiyalara  qarşı  həssas  olduğu,  inkişaf  etməkdə  olan  ölkələrin  geridə  və 

yoxsul  olduğu,  rəsmi  sektorda  çalışan  həmkarları  ilə  müqayisədə  daha  aşağı  əmək  haqqı  olan 

qeyri-rəsmi sektorun isə yaxşı olmadığını iddia edirlər.  

BƏT-in  qeyri-rəsmi  məşğulluğa  qarşı  mübarizə  ideologiyası  ilə  tamamilə  razıyıq.  Bu  cür 

təsnifatlandırmanı  nəyə  əsaslandığına  dair  müvafiq  izahat  işi  aparılır.  Rəsmi  məşğulluğun  həm 

işçi,  həm  də  cəmiyyət  üçün  daha  yaxşı  olduğunu  izah  edirik.  Çünki  qanuni  məşğulluq  işçinin 

hüquqlarını  qoruyur  (təqaüdlər,  xəstəlik  məzuniyyəti,  işdən  çıxarılma  müavinəti  və  s.)  və 

cəmiyyətə  vergi  və  doğru  statistik  məlumatlar  ötürülər.  Qeyri-formal    fəaliyyət  göstərənlər  isə  

həm özləri əziyyət çəkir, həm də ictimai rifahdan "müftə" istifadə edərək cəmiyyətə zərər verir.  




 

BƏT mütəxəssislərinin dəstəyi və iştirakı ilə AHİK həmkarlar ittifaqları liderləri və fəalları üçün 



qeyri-formal  iqtisadiyyat  və  məşğulluq  mövzusunda  bir  sıra  əsaslı  seminarlar  keçirmişdir. 

Bunlara  aşağıdakılar  daxildir:  "Qeyri-formal  iqtisadiyyatın  leqallaşdırılması:  işçilərin 

məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri" (6-7 Mart 2018), " Qeyri-formal sektorun 

leqallaşdırmasına  dair  Azərbaycan  Respublikasının  fəaliyyət  planının  və  fəaliyyətinin  həyata 

keçirilməsində həmkarlar ittifaqlarının rolu "(18-19 oktyabr 2018.) və s. 

 

Təşkilatçıların  müraciətləri  və  AHİK,  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial 



Müdafiəsi  Nazirliyinin,  (ƏƏSMN)  müstəqil  ekspertlərin  AHİK,  AR  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi  Nazirliyi  (ƏƏSMN),  AR  Sahibkarlar  (İşəgötürənlər)  Təşkilatları,  Milli 

Konfederasiyası (ASK), Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA), AR Elmlər Akademiyasının 

İqtisadiyyat  İnstitutunun  müstəqil  mütəxəssis  və  nümayəndələrinin  məruzələri  dinlənildi.  Qrup 

işi, müzakirələr və sorğular həyata keçirildi.

 

Amma o qədər də sadə deyil? İnsanların beynində çoxlu suallar var. Məsələn, rəsmi müqavilələr 



həqiqətən  də  işçiləri  qoruyurmu?  Qeyri-rəsmi  sektor  həqiqətən  də  cəmiyyətə  heç  bir  fayda 

vermədən gəlir əldə edir? Həqiqətən, əsrlər boyu müasir standartlar çərçivsində əmək elə qeyri-

rəsmi olmuşdur. Ümumiyyətlə, bazarı qeyri-formal sektorun iştirakçıları “formalaşdırıb". Yalnız 

19 və 20-ci əsrlərdə sosial təminat və təqaüdlərin təsis edilməsi ilə  rəsmi və qeyri-rəsmi əmək 

bölgüsü yarandı. Bazar qanunun aliliyi demək olan bürokratiya və rəsmiləşdirmə dövrünə qədəm 

qoydu. Məhz o zaman qeyri-rəsmi sektor təcrübəsinə münasibət yeni qayda üçün təhlükə olaraq 

meydana  çıxdı.  Qeyri-rəsmi  məşğulluq  inkişafdan  geri  qalma  kimi  qəbul  edildi.  Beləliklə, 

vəziyyəti yaxşılaşdırmaq istəyi yarandı.



 

Eyni  zamanda,  qeyri-rəsmi  şektora  qarşı  "sadiq"  münasibətin  alternativi  də  mövcuddur. 

Beləliklə, İngilis antropoloqu Keith Hart (1973) elmə "qeyri-formal sektor" ifadəsini təqdim etdi. 

Bu  ifadə  (Qananın  paytaxtı  Akkra  nümunəsini  istifadə  edərək)  rəsmi  məşğulluğa  deyil,  sosial 

normaların  və  şəbəkə  vəzifələrinin  davranışı  tənzimlədiyi  (həyatda  qalmaq  üçün)  işsizlik  üçün 

alternativ  oldu.  Qeyri-rəsmi  sektoru  ləğv  etmək  yerinə  rəsmi  və  qeyri-  formal  məşğulluğun 

nisbətlərini optimallaşdırmaq üçün fərqli və daha real bir proqram təklif edildi. 

 

Qeyri-formal sektor ilə bağlı əks fikirlər də mövcuddur. Məsələn, Perulu iqtisadçı Hernando de 

Soto  (Peru  nümunəsini  istifadə  edərək)  sürətlə  böyüyən  iqtisadiyyatın  da  qeyri-rəsmi  sektorun 

böyüməsinə səbəb ola biləcəyinə inanır. Səbəb qanuna uyğun olaraq qadağanedici xərclər tətbiq 

edən  qurumların  keyfiyyəti  ilə  bağlıdır.  Qeyri-rəsmi  sektor  qanunu  yalnız  rasionallıq  inkar 

etməyi üstün tutur: qanuni sferaya giriş (şirkətin qeydiyyatı, patent almaq və s.) və orada qalma 

dəyəri (vergilər, gömrük rüsumları və s.) yüksək, dövlət xidmətlərinin keyfiyyəti aşağı olduqda, 

qeyri-rəsmi sektor qarşılıqlı təsir qaydalarını yaradaraq "kölgəyə"  qərq olurlar. O, (Hernando de 




 

Soto)  qeyri-formallığı  rəsmi  normaların  mükəmməl  olmamasının  göstəricisi  kimi  şərh  etməyi 



təklif etdi. 

Yoxsulluq,  inkişafdan  qalmış  iqtisadiyyat  və  ya  nabələd  qanunlar,  səmərəsiz  dövlət  qurumları, 

bunlar  hamsı  qeyri-rəsmiliyin  izahı  üçün  iki  əsas  amildir.  Qeyri-rəsmi  sektor  rəsmi  məşğulluq 

üçün deyil, işsizlik üçün alternativdir. 

Nə  qədər  çox  problemlə  üzləşsən,  bunu  həll  etmək  üçün  o  qədər  bacarıq  əldə  edə  bilərsən. 

"Qeyri-rəsmi  sektorda  məşğulluq"  və  "qeyri-rəsmi  məşğulluq"  ifadələri  bənzər  olsa  da,  məna 

fərqi  daşıyırlar.  Birində  müəssisənin,  digərində  isə  iş  yerinin  mahiyyəti  nəzərə  alınır.  1993-cü 

ildə,      Əmək  Statistika  işçilərinin  15-ci  Beynəlxlaq    Konfransında  qeyri-formal  sektordakı 

məşğulluğun müəssisənin xüsusiyyəti əsasında ölçülməli olduğu qərara alınıb.  

Məntiqi  olaraq  bu  yanaşma  "istehsalat"  adlanıb.  Beləliklə,  qeyri-rəsmi  sektor  bilavasitə 

müəssisələrlə bağlıdır. Müəssisəni qeyri-rəsmi sektor olaraq təsnifatlandırmaq üçün səbəb onun 

ölçüsü  və  (və  ya)  qeydiyyatıdır.  Lakin  qeydiyyat  tarixi  hər  zaman  olmadığı  və  ya  etibarlı 

olmadığı üçün  qeyri-formal sektor ifadəsi müəssəsədəki işçilərin sayına uyğun olur. Formal və 

qeyri-rəsmi sektor arasında “hədd”in müəyyənləşdirilməsi tövsiyə olunur (5 nəfər işçiyə qədər). 

Buna uyğun olaraq, bütün sahibkarlar, fərdlər qeyri-rəsmi sektora daxil edilir. Lakin məişətdə öz 

istehlakı üçün çalışanlar qeyri-rəsmi sektorda çalışanlara daxil edilimir. 



 

Bütün  bunlara  baxmayaraq,  bütün  ölkələr  bu  tövsiyyələri  təsdiqləməmişdir.  Məsələn,  bizim 

statistikada  qeyri-rəsmi  sektorun  həddi  fərqlənir.  Biz  qeyri-rəsmi  sektordakı  mütəxəssisləri 

lisenziyaları olduğuna görə buraya daxil etmirik. Adına torpaq sahəsi olan insanlar da işsiz hesab 

edilmir. 

Bundan  əlavə,  rəsmi  sektorda  fəaliyyətləri  dövlət  nəzarətindən  yayınan  qeyri-rəsmi  şəkildə  işə 

götürülən  işçilər  var.  2003-cü  ildə  əmək  statistiklərinin  müntəzəm  konfransı  əmək 

qanunvericiliyi  ilə  qorunmayan  bütün  iş  yerlərini  əhatə  edən  "qeyri-rəsmi  məşğulluq" 

anlayışından  istifadə  etməyi  təklif  etdikdə,  bu  nəzarəti  düzəltməyə  cəhd  göstərildi.  Qanuna 

uyğunluğu  prioritet  hesab edən  bu  yanaşmaya "qanunilik"  deyilir.  Lakin  burada  da  problemlər 

yaranır. Həqiqət budur ki, bir iş yeri qanunun bəzi hissələrinə uyğun ola bilər və digərlərinə zidd 

ola  bilər.  Bir  işçinin  rəsmi  olaraq  qeydiyyata  alındığını,  ancaq  maaşının  bir  hissəsini  "zərfdə" 

aldığını deyək. Bununla birlikdə, hər iki sektorda “pis” və “yaxşı” işlərə rast gəlinir. 

Tədqiqatlar göstərir ki, orta hesabla əmək haqqı alan şəxs rəsmi sektordakı həmkarından xeyli 

aşağı səviyyədədir. Qeyri-rəsmi muzdlu işçilərin qazanclarındakı itki əsasən qeyri-rəsmiliklə 



 

bağlı deyil, daha az insan kapitalından qaynaqlanır. Qeyri-rəsmilər arasında korporativ sektordan 



daha çox gənc, kənd sakini, təhsilsiz, qeyri-qanuni miqrantlar və s. var. Bu xüsusiyyətlər qeyri-

rəsmi olmasından asılı olmayaraq əmək haqlarının aşağı olmasına səbəb olur. 

Qeyri-rəsmi sektorun "işığa" çıxması üçün şans varmı? Əmək bazarı seqmentlidirmi  və ya 

inteqrasiya olunurmu? 

Qeyri-rəsmi məşğulluq, işsiz olma ehtimalı yüksək olan yüksək turbulentlik zonasıdır. Rəsmi işə 

götürülmüş işçi uzun illərdir bir işdə işləyirsə, qeyri-rəsmi işə götürülmüş işçi bunun əksidir. 

Sabitlik və hətta "işıqda" qazanc daha yüksəkdir, bu da qeyri-rəsmi işçiləri "kölgədən" çıxış yolu 

axtarmağa sövq edir. Ancaq rəsmi sektora keçid, mümkün olsa da, çətindir, çünki həmişə 

əlverişli iş mühiti korporativ sektorun genişlənməsinə mane olmur. 

Bundan əlavə, əmək münasibətlərini rəsmiləşdirməyin üstünlükləri işçilər üçün həmişə vacib 

deyil, bu da yazılı standartlara uyğunluq zəmanətlərinin aşağı olması ilə əlaqələndirilir. 

İşəgötürənin burada iradə göstərməsi qanundan daha artıqdır. Bu şərtlərdə  formal məşğulluğun 

"elitarlığı" şübhə altına  alınır. 

Beləliklə, qeyri-formallığa qarşı kampaniyanın aparılması zərurəti ilə bağlı səhv nəticə çıxarmaq 

olar. Mütəxəssislərə görə, bunun uğur qazanma ehtimalı azdır. Qeyri-rəsmi dünyanın taleyi cəza 

məntiqi  ilə  həll  olunmur,  əksinə  "işıqda"  -    korporativ  məşğulluq  seqmentində  gedən 

proseslərdən  asılıdır.  Azərbaycanda  müəssisə  və  təşkilatlarda  məşğulluq  üstünlük  təşkil  edir. 

Qanunun  aliliyi  çərçivəsində  formal  məşğulluğun  inkişafı  üçün  şərait  yaradılsa,  əmək 

müqaviləsinin  bağlanması  olan  rəğbət  artar    və  nəticə  etibarilə  qeyri-formal  məşğulluqla  bağlı 

vəziyyət dəyişər. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə