Created in Master pdf editor Demo Version



Yüklə 135,7 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü135,7 Kb.
#40543


Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version




 

heyvanlara  təsirinin  ümumi  qanunauyğunluqlarını,  onların  morfologiyasında,  davranışında 



rolunu və həmçinin heyvanlara kompleks təsirini müəyyənləşdirməkdən ibarətdir. 

Bu fənnin öyrənilməsi nəticəsində bakalavr: 

-Bilməlidir:    

    Heyvanların həyat fəaliyyətinin xarakterik  xüsusiyyətlərini xarakterizə etməyi, heyvanların 

yayılması, müxtəlifliyi;    

 

-Bacarmalıdır:  



Heyvanların  nümayəndələrini  təbii  mühitdə  əyani  olaraq  tanıyaraq  sistematik  vəziyyətini 

müəyyən  etməyi;   



              

-Yiyələnməlidir:  

Heyvanların qorunması üçün dövlətin və əhalinin həyata keçirdiyi tədbirlərə 

 

III.



 

Fənnin təqvim planı: 

 

Həftələr 

Mövzunun adı və qısa icmalı 

Mühazirə 

Məşğələ 

Saat 

Tarix 



Mövzu  №1  MÖVZU  №  1.  Giriş.  Heyvanların 

ekologiyasının predmeti, məsələləri və məqsədi  

Qısa icmalı:      Hələ Aristotel eramızdan əvvəl 

384 - 322, Pliney 23 - 79 e.ə., R. Boykonun (1627 - 

1691)  əsrlərində  yaşayış  mühitinin  orqanizmlərin 

həyatında  əhəmiyyəti  və  onların  müəyyən  yaşayış 

yerində  məskunlaşması  məsələlərinə  toxunulur. 

Aristotel  ona  məlum  olan  bütün  heyvanları  (onlar 

500-ə yaxın olmuşdur) iki qrupa ayırmışdır: 1) qana 

malik olan heyvanlar və 2) qansız heyvanlar. Birinci 

qrupa o, ali hevanların hamısını (məməlilər, quşlar, 

sürünənlər  və  balıqlar);  ikinci  qrupa  isə  həşəratları, 

xərçəngləri,  molyuskları  və  digər  ibtidai  heyvanları 

aid  etmişdir.  Bu  ilk  zooloji  sistem  elmdə  uzun 

müddət 

hökmranlıq  etmişdir.  Bundan  başqa 



Aristotelin  işlərində  bir  sıra  qiymətli  fıkirlər, 

ümumiləşmələr  və  həmçinin  orqanizmin  hissələri 

arasında  olan  korelyativ  əlaqələr haqqında  təlim də 

vardır. 


Qədim  dövrdən  başlayaraq  heyvanların  ətrah 

mühitlə  qarşılıqlı  təsirini  öyrənən  alimlərin  işlərinə 

nəzər  salsaq  onları  tarixən  aşağıdakı  dövrlərə 

bölmək olar. (nəzərinizə çatdırım ki, biz heyvanların 

mühitlə  təsirinin  öyrənilməsini  tam  incəliklərinə 

kimi əks etdirmirik). 

1551-1587-ci ildə İsveçrə təbiətşünası Konrad 

Qesner(1516-1565)  5  cildlik  “Heyvanların  tarixi” 

əsərində  Aristotelin  heyvanların  təsnifatinini  əsas 

tutaraq  heyvanlari  həmçinin  mühit  şəraitinə  görə 

təsvirini vermişdir. 

1670-  ildə  ingilis  kimyaçısı  və  fızik  Robert 

Boyl(  1627-1691)  orqaniznılərə  aşagi  atmosfer 

təzyiqinin təsirini eksperimentlə öyrənmişdir. 

1734-1742-ci  illərdə  fransız  təbiətşünası  Rene 

Ryümer(  1683-1757)  6  tomluq  “  həşəratin  tarixi 

haqqında  memuarlar”  əsərində  həşəratın  həyat 

tərzini müxtəlif aspektlərdən isiqlandırmışdir. 

XIX  əsrin  birinci  yarısında  zoologiyada 

 





27.09.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

heyvanlar  aləminin  tarixi  inkişafı  ideyası  meydana 



çıxdı.  J.  Küvyeninmüasiri  və  həmyerlisi  olan  E. 

Joffrua  Sent  İler  mühit  amillərinin  birbaşa  təsiri 

nəticəsində  növlərin  dəyişilməsi  ideyasını  inkişaf 

etdirmişdir 

Məşhur 

fransız 


bioloqu 

Jan 

Batist 

Lamark(1744-1829) orqanizmlərin həyatında mühit 

faktorlarının 

rolu 

haqqında 



öz 

əsərlərində 

məlumatlar vermişdir. 

L.  Lamark  (1744  -1829)  və  T.  Maltus  (1766  - 

1834)  ilk  dəfə  olaraq  insanların  təbiətə  təsirini 

neqativ nəticələrinin haqqında xəbərdarlıq edirdi. 

V.Edvardsın  (1824)  «Fiziki  faktorların  həyata 

təsiri»  kitabı  ekoloji  və  müqayisəli  fıziologiyanm 

başlanğıcım qoydu. 

1840-ci  ildə  alman  alimi  Libix  minimum 

haqqında qanun kəşf etmisdir. 



1863 cü il - Amerikada Q. Marşın insanın ətraf 

mühitə təsirinin neqativ halları haqqında kitabı nəşr 

olunur.  

1911-ci  ildə-  V.Şelford  tərəfındən  ekoiloiji 

optimum  yəni  növlərin  dözümlülüyü  haqqında 

qanun kəşf edildi. 

1912-ci  ildə  alman  zooloqu  R.  Qessenin 

heyvanların  ekologiyası  haqqında  çox  elmi 

məlumatları çıxdı. 1920-1930- ci illərdə- artıq xarici 

və 


rus  ekoloqlarının  işlərində  ekologiyada 

biosenoloji  istiqamətlər  öz  əksini  tapmaga  başladı. 

(Zernov, Sukaçev, Beklemişev, Tinemann). 

1925-ci  ildə  A.  Lotki  parazit-sahib,  V.Volterr 

yırtıcı-qənim  münasibətlərinin  riyazi  modelini 

hazırlamışdır. 

1931-ci  il-Amerikada  R.Çempen  Heyvanların 

ekologiyası 

monoqrafiyası  çap  olunur.  Bu 

monoqrafiyada heyvanların say dinamikası haqqnda 

məlumatlar öz əksini tapmışdır. 

1930-40-ci  illərdə  heyvanların  ekologiyası 

haqqında  K.  Frideriksin,  F.  Bodengeymin,  D.  N. 

Qoşqarovun yeni məlumatları çap oldu. 

1932-ci  ildə-  bioloq  Q.  Qauze  kulturalarda 

müxtəlif infuzorların yaşamaq ugrunda mübarizəsini 

öyrənmışdir. 

1942-ci 

ildəV.N. 



Sukaçevbiosenologiya 

terminini elmə gətirdi. 



1955-ci 

ildə 


ilk 

dəfə 


olaraq 

N.P.Naumovun1963-cü 

ildə 


Heyvanların 

ekologiyası kitabı çapdan cıxır. 



 

Oxu materialları  

Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 

2015, s. 5-20 

 



 



Mövzu №2  

 MÖVZU  № 2.Ekoloji faktorlar haqqında ümumi 

məlumat  

Qısa  icmalı:  Ekoloji  ədəbiyyatda  ekoloji 

faktorları  ənənəvi  olaraq  iki  əsas  qrupa  bölürlər: 

abiotik 

və 


biotik. 

Abiotik 


faktorlara 

iqlim 


(temperatur,  işıq,  rütubət,  atmosfer  təzyiqi  və  s.), 

torpaq  və  suyun  fiziki  xassələri  aid  edirlər.  Biotik 



 



11.10.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

faktorlara  - qida, növ daxili və növlər arası qarışıqlı 



əlaqələr daxildir. 

Ekoloji  faktorların  ilkin  sadə  təsnifatı  qeyri 

dəqiq olduğundan ekoloqlar ekoloji faktorların digər 

təsnifatını  işləyib  hazırlamışlar.  Smitin  (1966) 

işləyib  hazırladığı  təsnifata  əsasən  ekoloji  faktorlar 

iki  kateqoriyaya  bölünmüşdür:  populyasiyanın 

sıxlığından  asılı  olan  faktorlar  və  populyasiyanın 

sıxlığından  asılı  olmayan  faktorlar.  Birinci 

kateqoriyadan  olan  faktorların  mənfi  təsiri 

nəticəsində  tələf  olan  fərdlərin  faizi  onların  ümumi 

sayından  və  ya  sıxlığından  asılı  deyil.  İkinci 

kateqoriyadan  olan  faktorların  təsirindən  tələf  olan 

fərdlərin faizi onların sayına paralel olaraq artır. 

Bəzi  ekoloqlar  təsir  mexanizminə  görə  ekoloji 

faktorları iki əsas qrupa bölürlər: vital (energetik) və 

siqnal. Vital  faktorlar orqanizmin  həyat  fəaliyyətinə 

birbaşa  təsir  göstərərək  onların  energetik  halını 

dəyişir. 

Mühitin  temperaturu,  qida,  rəqabət, 

yırtıcılıq, parazitizm kimi faktorlar vital faktorlardır. 

İkinci  qrup  faktorlar  siqnal  rolu  oynayır  və  ətraf 

mühitin  energetik  xarakteri  haqqında  informasiya 

daşıyır. Bəzi faktorlar eyni zamanda  həm energetik, 

həm də siqnal təsirinə malikdir. 

Ekoloji  faktorların  yuxarıda  göstərdiyimiz 

təsnifatlarından  başqa  A.S.Monçadskinin  (1931)  də 

təklif  etdiyi  təsnifat  vardır.  A.S.Monçadskinin 

təsnifatına  görə  bütün  ekoloji  faktorlar  üç  qrupa 

bölünür:  ilkin  dövrü  faktorlar,  ikincili  dövrü 

faktorlar  və  dövrü  olmayan  ekoloji  faktorlar.  İlkin 

dövrü  faktorlara  misal  olaraq  işıqlanmanın 

müddətinin və intensivliyinin sutka mövsüm və illik 

dəyişməsinin  dövrülüyü,  temperaturun  dəyişməsi, 

qabarma  və  çəkilmə  ilkin  dövrü  faktorlardan  olub, 

orqanizmlərdə 

bir  sıra  adaptiv  reaksiyaların 

formalaşmasına təsir göstərir. İlkin dövrü faktorların 

müntəzəm  tsikli  Yer  üzərində  həyatın  əmələ 

gəlməsindən  əvvəl  mövcud  olmuşdur  və  Yerin  öz 

oxu  və  Günəş  ətrafında  hərəkətindən  doğan 

faktorlardır.  Buna  görə  də  ilkin  dövrü  ekoloji 

faktorlar  daha  qədim  olub,  orqanizmlərin  irsi 

aparatında 

daha 

davamlı 


(sarsılmaz) 

möhkəmlənmişdir. 

Ekoloji 

faktorların 

bütün 

təsnifat 



müxtəlifliyinin  əyani  illustrasiyası  görkəmli  fransız 

alimi P.Dajonun tərtib etdiyi cədvəldə verilmişdir 



Oxu materialları  

1.Hümbətov  Ə.M.,  Süleymanov  İ.Ə.  Onurğasız 

heyvanların ekologiyası, Bakı 2015, s. 25-32 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015.292-302 s. 

 

 





Mövzu 

№  3  Mühitin  abiotik  faktorları 

Temperatur və işiq 

 Qısa 

icmalı:  ABİOTİK  FAKTORLAR-

temperatur,  işıq  radiaktiv  şüalanma,  təzyiq,  havamn 

rütubəti,  suyun  duz  tərkibi,  hava,  axınlar,  ərazinin 

relyefı  bütün  bu  şüsusiyyətlər  canlı  orqanizmlərə 

biraşa və ya dolayı yolla təsir göstərir. 

 



25.10.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version




 



Temperatur  faktorıı  və  onurasız  heyvanların 



həyat  fəaliyyəti.Mühitin  temperaturu  ilkin  dövrü 

ekoloji faktorlardan biri olub, canlı orqanizmlərə bir 

başa  və  digər  faktorları  (rütubət,  qida  və  s.) 

dəyişməklə dolayısı yol ilə təsir edir. 

Ümumiyyətlə 

canlı  orqanimlər  müəyyən 

temperatur həddində aktivliyə malik olurlar. 

Canlı  orqanizmlər  temperatura  münasibətinə 

görə  müxtəlif  ekoloji  qruplaşmalar  əmələ  gətirirlər: 

kriofil və termifillər. 

Kriofil  orqanizmlər:  bu  orqanizmlər  soyuğu 

sevən  və  bu  mühit  şəraitində  yaşamağa  uyğunlaşan 

orqanizmlərdir. 

Termofil  orqanizmlər:  onlar  üçün  optimal 

temperatur yüksək temperatur həddinə təsadüf edir. 

Onurğasız 

heyvanlarda 

temperatur 

kompensasiyası.Bir  şox  poykiloterm  heyvanlar  cox 

dəyişkən 

temperatur 

şəraitində 

maddələr 

mübadiləsini  az  və  ya  cox  dərəcədə  sabit  vəiyyətdə 

saxlaya  bilirlər.  Bu  hal  temperatur  kompensasiyası 

adlanır  və  heyvanlarda  təkamül  nəticəsində 

qazanılmış  biokimyəvi  adaptasiyaya  misaldır. 

Termotənzimləmə.Onurgasız  heyvanlar  öz  bədən 

temperaturlarını müxtəlif yollarla tənzimləyirlər: 

1.

 

Biokimyəvi 



tənzimləmə-maddələr 

mübadiləsinin intensivliyinin dəyişilməsi 

2.

 

Fiziki 



termotənzimləmə- 

istilikvermə 

səviyyəsinin dəyişilməsi 

3.

 



Etoloji 

termotənzimləmə 

davranış 



reaksiyaları) 

İqlim  şəraitindən  asılı  olaraq  yaxın  heyvan 

növlərində  ölçülərin  bədən  nisbətlərinin  dəyişilməsi 

baş  verir.  (XİX  əsrdə  emprik  qaydalara  müvafıq 

təsvir olunmuşlar) 

Berqman  qaydası-əgəq  iki  heyvan  növü  bir-

birindən  ölçülərinə  görə  fəqlənirlərsə,  onda  onlarda 

ölçüləri  iri  olan  daha  soyuq  ərazilərdə,  kiçik  ölçüyə 

malik olanlar isə isti iqlim şəraitində yaşayır. 



Allen  qaydası-  əgər  iki  növ  müxtəlif  iqlim 

şəraitində  yaşayırlarsa  bədən  səthinin  onun  həcminə 

nisbəti yüksək enliklərə qalxdıqca azalır. 

Rütubətlilik.Orqanizmin 

bir  tamlıq  kimi 

mövcüdluğu,  onda  gedən  biokimyəvi  reaksiyaların 

gedişi  yalnız  müəyyən  miqdarda  suyun  olması  ilə 

həyata  keçirilir.  Su  canlıları  üçün  su  balansının 

tənzimlənməsi  böyük  əhəmiyyətə  malikdır.  Su 

balansının  saxlanma  xüsusiyyəti  orqanizmin  hansı 

ekoloji  şəraitdə  yaşamasından  və  həyat  tərzindən 

asılıdır.  Bu  nöqteyi  nəzərdən  heyvanlar  müxtəlif 

qruplaşmalar 

əmələ 

gətirirlər. 



Hiqrofillər 

(rütubətsevərlər)  və  kserofillər(quraqlıqsevərlər), 

aralıq növlər mezofıl adlanır. 

Həşəratlar 

arasında 

ağcaqanadlar 

hiqrofildirlər.Onlaraxşam  və  səhər  saatlarında  bəzən 

gündüzlər yagışlı havada aktiv olurlar. Atlı böcəklər, 

qarabədən böcəklər, səhra çəyirtkələri isə kserofillərə 

misaldırlar. 

Onurğasızlarda 

su 


balansının 

tənzimlənməsi  etoloji,  morfoloji,  fiziologi  yollarla 

həyata keçirilir. 

Etoloji  uyğunlaşmaya  su  olan  ərazilərin 

axtarılması,  torpaqda  yuvaların  qazılmasını  misal 

göstərə  bilərik.  Morfoloji  uygunlaşmaya  misal  sidik 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

ifrazı zamam suya qənaət edilməsidir. Arid onalarda 



yaşayan  həşəratlarda  malpigi  borularınınsərbəst  kor 

qurtaran  hissələri  ilə  arxa  bağirsağın  divarı  ilə  sıx 

əlaqədə olaraq onun içərisindən suyu sorub çıxarır və 

yenidən  bədənə  qaytarır.  Səhra  böcəklərində, 

parəbizənlərin sürfələri və s. 

Bir 

çox 

su 

orqanizmlərində 

zulallarının 

dağılması  ammiakın  əmələ  gəlməsinə  səbəb  olur. 

Onun əmələgəlməsinə çoxlu miqdarda su lazım olur. 

Quru  onurgsızları  arasında  ammiak  yalnız  rutubət 

çox olan yerlərdə yaşayan heyvanlarda əmələ gəlir. 

Radiasiya İşiq şüalanması ekoloji faktor kimi 

Günəş- 


bütün  canlı  orqanizmlərə  həyat 

fəaliyyəti  üçün  əsas  Enerji  mənbəyidir.  Əgər  hesab 

etsək  ki,  Yerə  Günəş  enerjisinin  100%  düşür,  onda 

demək  olar  ki,  onun  19%  atmosferdən  keçərkən 

udulur, 34% yenidən əks okunaraq lcosmosa qayıdır, 

47%  Yer  kürəsinə  düz  vəya  yayılmış  radiasiya 

şəklində  düşür.  Düz  istiqamətdə  düşən  Günəş 

radiasiyasının  uzunluğu  0,1-  0,30000nm  bərabərdir. 

Spektrin  Ultrabənövşəyi  hissəsi  1  -5  %,  görünən 

hissəyə  16-45%,  infraqırmızı  hissə  49-84%  təşkil 

edir.  İşıga  münasibətinə  görə  də  orqanizmlər 

müxtəlif  ekologi  qruplaşmalar  əmələ  gətirilər: 

FOTOFİLLƏR 

(işıqsevərlər), 

fotofob 

(kölgəsevərlər),  evrifot  (geniş  işiq  doapazonunda 

yaşaya bilənlər), stenofot (Ya qaranlıqda ya da işıqda 

yaşayanlar) 



Fotoperiodizm

Günün  uzunluğuna  qarşı 

orqanizmlərin 

cavab  reaksiyası  fotoperiodizm 

adlanır.  Belə  ki,  sutka  ərzində  baş  verən  uzun 

fotoperiod  əksər  həşərat  ııövlərinin  maneəsiz 

inkişafına  kömək  edir,  yayın  sonu  payızın 

əvvəllərində fotoperiodun qışlaması, diapauza halına 

keçidi stimullaşdırır. 

Oxu materialları  

1.Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 

2015, s. 37-75 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015.303-311, 314-20 s. 

 



Mövzu № 4 . Biotik faktorlar 

Qısa icmalı: Həşəratın həyatında onun müxtəlif 

canlı  orqanizmlərlə  qarşılıqlı  əlaqəsi  mühüm  rol 

oynayır.  Həşəratın  yaşadığı  mühitdə  qarşılıqlı 

əlaqədə  olduğu  bütün  canlı  varlıqlar  bütövlükdə 

mühitin biotik faktorları kimi təzahür edir. 

Biotik  faktorlar  dedikdə  müəyyən  ərazidə 

mövcud olan müxtəlif növlərin fərdləri və eyni növün 

fərdləri  arasında  olan  qarşılıqlı  əlaqələr  nəzərdə 

tutulur. 

Klements  və  Şelford  (1939)  bu  qarşılıqlı 

əlaqələri koaksiya adlandırmışlar. 

Biotik faktorlar iki qrupa bölünür: homotipik və 



heterotipik reaksiyalar. 

Eyni  növün  fərdləri  arasında  mövcud  olan 

qarşılıqlı  əlaqələri  homotipik,  müxtəlif  növlərin 

fərdləri  arasındakı  qarşılıqlı  əlaqələri  heterotipik 



 



8.11.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

reaksiyalar adlandırırlar. 



Homotipik  reaksiyalara  misal  olaraq  qrup 

effektini,  kütləvi  effekti,  kannibalizmi  və  növdaxili 

rəqabəti göstərmək olar. 

Həşəratın 

bir 

çox 


dəstələrinin 

nümayəndələrində  qrup  effekti  mövcuddur.  Qrup 

effekti  populyasiyadakı  fərdlərin  davranışında,  artım 

məhsuldarlığında 

(reproduksiyasında), 

inkişaf 


sürətində, hətta bəzən heyvanın morfoloji və fızioloji 

xüsusiyyətlərində özünü göstərir. 

Növdaxili  qarşılıqlı  əlaqə  formalarından  biri 

kannibalizmdir.  Məsələn,  may  böcəyinin  üçüncü 

yaşda  olan  ağ  sürfələri  ikinci  və  birinci  yaşda  olan 

sürfələrini  tələf  edirlər.  Bu  səbəbdən  təbiətdə  may 

böcəyinin yetkinfərdlərinin uçuşu hər üç ildən bir baş 

verir. 


Növdaxili  rəqabətin  iki  əsas  formasını  ayırd 

edirlər. Bir başa adlandırılan  rəqabət formasında (bir 

başa  rəqabəti  bəzən  interferensiya  adlandırırlar). 

Fərdlər  bir-birinə  təcavüzkar  formada  təsir  göstərir. 

İnterferensiya zamanı təcavüzkarlıq həmişə müşahidə 

edilmir. Bəzən daha güclü fərd öz davranışı ilə başqa 

fərdləri  çoxalma,  qidalanma  və  gizlənmə  yerindən 

məhrum edə bilər. 

HETEROTİPİK  REAKSİYALAR.  Yaşayış 

mühitində  olan  müxtəlif  növlərin  bir-birinə  təsiri 

müsbət, mənfi qarşılıqlı və birtərəfli ola bilər. Növlər 

arasında  mənfi  qarşılıqlı  təsirə  misal  olaraq 

ammensalizmi,  rəqabəti  (növlərarası  mübarizə), 

yırtıcılığı  və  parazitizmi,  müsbət,  qarşılıqlı  əlaqələrə 

isə  mutualizmi,  sinoykiyanı  (sadə  kirayənişin), 

kommensalizmi  və  əməkdaşlığı  göstərmək  olar. 

Ammensalizm 

adlandırdan 

növlərarası 

əlaqə 


formasında növlərdən biri (ammensal) əziyyətə düçar 

olduğu halda, digəri (ingibitor) narahatçılıq keçirmir. 

Ammensalizm  bitkilərdə,  göbələk  və  bakteriyalarda 

məlumdur. 



Oxu materialları  

1.Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 

2015, s. 138-144 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015, 333-339s.

 

 



11 

Mövzu  №  5.  Onurğasız  heyvanların  yaşayış 

mühiti 

Qısa icmalı:       Yer üzərindəki bütün canlılar 4 

mühit şəraitində  yaşamağa uyğunlaşmışlar:su mühiti, 

Quru-hava, Torpaq, canlı orqanizmlər. 

Su  yaşayış  mühiti  kimi  Hidrobiontların 

adaptiv 

xüsusiyyətləri.Təkamül 

pıosesində  su 

mühitində  yaşayan  orqanizmlər,  yuxarıda  qeyd 

olunduğu  kimi,  bir-birindən  bir  sıra  əlamətlərilə 

fərqlənən  3  əsas  ekoloji  mühitdə  (plankton,  bentos, 

neyston) yaşamağa uyğunlaşmışlar. 



Plankton 

və 

nekton.Planktonda 

yaşayan 


orqanizmləri ölçülərinə görə meqaloplanktona makro- 

mezo- , mikro- və nannoplanktona bölnürlər. 



Neyston,  pleyston  və  pelaqobentos.Su  kütləsinin 

səthi gərilmə pərdəsi bir sıra orqanizmlər üçün xüsusi 



 



22.11.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

biotop  hesab  olunur  ki,  bu  qruplaşmanı  neyston  və 



pleyston adlandırırlar. 

Bentos  və  perifiton.Su  hövzələrinin  dibində  - 

torpaq  örtüyündə  (endobentos)  və  onun  üzərində 

(epibentos) 

formalaşan 

orqanizmləri 

bentik 


orqanizmlər  və  ya  bentos,  sudakı  bərk  substratların, 

gəmilərin  suda  olan  hissələrinin  və  hidrotexniki 

qurğuların üzərini örtən canlıları bioloji təbəqə və ya 

perifıton adlandırmaq qəbul olunmuşdur. 

Bentik  orqanizmləri  -  bentosu  -  ölçülərinə  görə 

mikro-,  meyo  (mezo-)  və  makrobentos  kimi  3 

müxtəlif qrupa ayırırlar. 

Torpaqla əlaqəsi olan bütün onurğasız heyvanları 

3 qrupa bölmək olar. 

1.

 

Geobiontlar-(daim torpaqda yaşayan canlılar )- 

bunlara  yağış  qurdunu,  çox  qılhları  və  s. 

göstərmək olar. 

2.

 

Geofillər-(inkişafının  müəyyən  mərhələsini 

torpaqda 

yaşayanlar)-bunlara 

böcəklərin 

süfrələrı,  yastıbığlı  böcəklər,  xırıldaq  böcəklər 

aiddirlər. 



3.

 

Geoksenlər- (torpaqla 

müvəqqəti 

təmasda  olanlar)-  bunlara  bəzi  həşaratlar 

aiddirlər.  Həyat  tərzi  torpaqla  əlaqəli  olan 

canlılarda  həmin  şəraitə  məxsus  müxtəlif 

uyğunlaşmalar əmələ gəlir. 



Həyat  tərzinə  və  ölçülərinə  görə  torpaq 

heyvanlarım  3  qrupa  bölmək  olar;mikrofauna, 

mezofauna  və  makrofauna.  Bəzən  ölçülərinə  görə 

mikrofaunadan  nanofaunam,  makrofaunadan  isə 

meqafaunanı ayırıb ayrıca qeyd edirlər. 



Nanofauna-bir 

hüceyrəliibtidai 

orqanizmlər 

olub,  ölçüləri  0,02-  0,08  mm-dən  çox  olur.Bunlar 

torpağın su fraksiyasında, su ilə dolmuş boşluqlarında 

yaşayırlar. 



Mikrofauna-bu 

qrupa 


çox 

hüceyrəli 

makroskopik 

heyvanlar-rotatorilər, 

nematodlar, 

astacalar  və  s.  aiddirlər.Bunları  bəzən  manofaunaya 

bəzəndə  də  su  canlılarına  aid  edirlər.Bunlar  rütubətli 

mühitdə  su  və  su  buxarı  ilə  əhatə  olunmuş  torpaq 

məsamələrində yaşayırlar. 

Mezafauna-bu  qrupa  torpaqda  yaşayan  müxtəlif 

çoxsaylı canlılar aiddirlər. Bu canlıları adi gözlə, lupa 

və əl ilə toplamaq olur. 

Mezafaunanı  əsasən  boğumayaqlılar,  həşəratlar, 

çoxayaqlılar, hörümçəklər və qurdlar təşkil edir. 

Makrofauna-bu  qrup  orqanizmlərə  adətən  yağış 

qurdu,  çoxqıllılar,  həşəratların  sürfələri  aid  edilir. 

Bunlar  üçün  torpağın  bərk  fazası  əsas  mühit  hesab 

olunur.  Ona  görə  də  hərəkət  etmələri  üçün  özlərinə 

yol açmalı olurlar. 

Meqafauna-bunlara  ölçüləri  bir  neçə  sm-ə  çatan 

iri 


məməli 

heyvanlar 

aiddirlər.Məs. 

yereşənlər(yersiçanı),iri  torpaq  qurdu  və  s.  qeyd 

etmək  olar.Meqafaunaya  aid  olan  orqanizmlər 

torpağa  güclü  mexaniki  təsir  göstərirlər.Nəticədə 

torpaq  qatlarını  qarışdırırlar,bitki  qalıqlarını  torpaq 

qatlarına  yayırlar,torpağın  təbii  quruluşunu  da 

pozurlar. 

Fitofaqlar-  bunlar  bitkilərin  canlı  hüceyrələri  ilə 

qidalanırlar  və  kənd  təsərrüfatına  böyük  ziyanlar 

vururlar.Məsələn;may 

böcəyinin 

sürfələri 

ali 


bitkilərin  köklərini  yeyib  məhv  etməklə,  çuğundurun 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

nematodları  meyvə  kökləri  əmələ  gələnə  kimi  qida 



köklərinə  daxil  olub  məhv  etməklə  məhsul  itkisinə 

əsaslı təsir göstərirlər. 



Zoofaqlar 

torpaqda 



məskunlaşan 

bəzi 


heyvanlarla  yırtıcılıq  və  ya  parazitlik  üsulu  ilə 

qidalanırlar. 



Nekrofaqlar 

bunlar  ölmüş  heyvanların 



cəsədindən 

qidakimi 

istifadə 

edirlər.Təbii 

ekosistemin sanitarları rolunu oynayırlar. 

Saprofaqlar  -  torpaq  heyvanları  arasında  ən  çox 

yayılmış  və  əhəmiyyətinə  görə  faydalı qruplar  hesab 

olunurlar. 

Canlı orqanizmlər yaşayış mühiti kimi Parazitizm 

mürəkkəb qarşılıqlı əlaqə formasıdır. 

Parazitin  sahiblə  əlaqə  xüsusiyyətindən  asılı 

olaraq  bir  neçə  formasını  ayırd  edirlər.  Ən  geniş 

yayılmış  parazitizm  forması  obliqat  (məcburi) 

parazitizmdir. Belə parazitlər (lələkyeyənlər, bitlər və 

yelpikqanadlılar) sahiblərindən ayrı yaşaya bilmirlər 

Sahibin  bədənində  yerləşmə  xüsusiyyətlərindən  asılı 

olaraq  parazitlərin  bir  qismini  endo-,  digər  qismini 

ektoparazit  adlandırırlar.  Məsələn,  qanlı  mənənənin 

bədəni  daxilində  parazitlik  edən  afelinus,  yaxud  ağ 

kələm  kəpənəyinin  tırtılları  daxilində  parazitlik  edən 

apanteles endoparazitdirlər. Endoparazitlər içərisində 

ziyanlı  həşəratın  yumurtası  daxilində  parazitlik  edən 

növlər  xüsusi  maraq  doğurur.  Məsələn,  bir  çox 

kəpənəklərin 

yumurtalarında 

parazitlik 

edən 


trixoqrammalar  sahibi  embrion  dövründə  məhv 

etdiyindən  onlar  ziyanvericinin  ziyanlılığını  sıfıra 

endirirlər. 

 

Oxu materialları  

 

Hümbətov 



Ə.M., 

Süleymanov 

İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 



2015, s. 104-115 

 

13 

Mövzu № 6. Populyasiya anlayışı və poulyasiyanın 

xassələri 

Qısaicmalı:  Hər  bir  populyasiya  mövcud 

olduğu 


məkanda 

müəyyən 


paylanma 

xüsusiyyətlərinə,  sıxlığa,  çoxalma  intensivliyinə  və 

s. kimi xüsusiyyətlərə malikdir. 

Həşəratın 

yaşayış 

mühitində 

paylanma 

(yerləşmə) xüsusiyyətləri 

Ekoloji  ədəbiyyatda  populyasiyadakı  fərdlərin 

məkanda paylanmasının  üç  əsas tipi  müəyyən edilir 

(şəkil 1): bərabər, konqreqasion (ləkəli) və təsadüfi. 

Populyasiyada fərdlərin sıxlığı sahə və ya həcm 

vahidinə düşən fərdlərin orta sayı ilə müəyyən edilir. 



Ölüm  faktiki  olaraq  doğulmanm  antitezası  olub, 

populyasiyadakı fərdlərin məhv olmasını əks etdirir. 

Populyasiyanm 

cinsi 


strukturu 

dedikdə 


populyasiyadakı  erkək  və  dişi  fərdlərin  say  nisbəti 

nəzərdə  tutulur.  Populyasiyaların  dinamikası

Ekologiyanın 

populyasiyaların 

dinamikasını 

öyrənən  sahəsi  populyasiya  ekologiyası  adlandırıhr. 

Populyasiya 

dinamikasının 

öyrənilməsi 

populyasiyadakı  fərdlərin  sayının  artıb  azalma 

qanunauyğunluğunu  müəyyən  etməyə  aparan  bir 

yoldur. 


 



6.12.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

10 


Populyasiyadakı fərdlərin sayı və sıxlığı abiotik 

və  biotik  faktorların  təsiri  altında  minimuma 

çatdıqda  populyasiyadakı  fərdlərin  əksəriyyəti 

yaşayış  uğrunda  mübarizədə  təbii  seçmənin 

«süzgəcindən»  keçdiyi  üçün  belə  fərdlərdə  biotik 

potensial  və  əlverişsiz  şəraitə  dözümlülük  yüksək 

olduğundan  burada  populyasiyanm  əvvəlki  sayı  və 

sıxlığı tədricən artaraq əvvəlki həddə çatır. 

Hazırda hesab edilir ki, istənilən mühit faktoru 

şəraitdən  asılı  olaraq  həm  destabilizəedici,  həm  də 



tənzimləyici funksiyanı yerinə yetirə bilir. 

Oxu materialları  

1.Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 

2015, s. 196-210 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015.365-377 s.

 



 

 

15 

Mövzu  №  7.  Onuğasız  heyvanlar  antropogen  

mühitdə 

Qısa  icmalı:              İnsanın  təbiətə  təsiri 

təkzibedilməzdir. Bu və ya digər təsərrüfat fəaliyyəti 

zamanı  insanın  cansız  təbiətə  və  orqanizmlərə,  o 

cümlədən  həşərata  təsiri  olduqca  güclü  ekoloji 

faktorlardan  biridir.  İnsanın  təsərrüfat  fəaliyyəti 

prosesində  orqanizmlərlə  təbiət  və  növlər  arasında 

minilliklər  ərzində  formalaşmış  təbii  qarşılıqlı 

əlaqələr əsaslı dəyişikliklərə məruz qalır. 

İnsan  xam  torpaqları  becərərkən,  meliorasiya 

tədbirləri  həyata  keçirərkən,  meşələri  qırarkən, 

otlaqlarda 

mal-qara 

otararkən, 

bataqlıqları 

qurudarkən  və  s.  kimi  təsərrüfat  fəaliyyəti  zamanı 

həşərata  etdiyi  qərəzsiz  (məqsədsiz)  təsirlər  ekoloji 

ədəbiyyatda  (U.A.Zaxvatkin)  antropogen  faktorlar 

adlandırılır.  Antropogen  faktorlar  orqanizmlərə 

birbaşa  deyil  dolayısı  və  ya  səbəb  nəticə  əlaqəsi  ilə 

parçalanan  ekoloji  faktor  kimi  təsir  göstərir.  Bəzi 

ekoloji ədəbiyyatda insanın heyvan orqanizmlərinə o 

cümlədən  həşərata  etdiyi  birbaşa  təsirlər,  məsələn, 

entomofaqların 

introduksiyası 

və 

iqlimə 


uyğunlaşdırılması,  ziyanlı  həşərata  qarşı kimyəvi  və 

bioloji  mübarizə  metodlarmın  tətbiqi  və  s.  kimi 

məqsədli təsirlər antropik faktorlar adlandırılır. 

Su  hövzələrinin  tullantı  sulardan  mühafızəsi, 

onların  resurslarından  səmərəli  istifadə  edilməsi 

beynəlxalq  əhəmiyyətli  məsələlərdən  biridir  və 

günün ən aktual problemidir. 

Hövzələrin  çirklənməsi  əsasən  sənaye,  kənd 

təsərrüfatı  və  məişət  tullantılarının  su  hövzələrinə 

buraxılması  hesabına  baş  verir.  Hövzələrdə 

çirkləndirici  nıaddələrin  ekoloji  təsiri  orqanizm, 

populyasiya, biosenotik və ekosistem səviyyələrində 

baş verir. 

Su  ekosistemləri  təbii  və  süni  çirkləndiricilərlə 

çirklənir. 

Oxu materialları  

1.Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 



 



20.12.17 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



 

11 


2015, s. 152-182 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015.343-349 s.

 



 

 

15 

Mövzu  №  8.  Faunaya  kənar  növlərin  təsiri, 

introduksiya 

Qısa icmalı: İNTRODUKSİYA NƏDİR Bioloji 

mübarizə  metodunun  ən  effektli  üsulu  başqa 

ölkələrdən 

introduksiya 

edilib 

iqlimə 


uyğunlaşdırılaraq  imiqrant  ziyanvericilərə  qarşı 

istifadə 

edilməsidir. 

Bu 


sahədə 

ümumdünya 

miqyasında 

görkəmli 

müvəffəqiyyətlər 

əldə 


edilmişdir.  Buna  misal  olaraq  1888-ci  ildə 

Avstraliyadan  ABŞ-a  avstraliya  şırımlı  (novlu) 

yastıcası  (Iceriya  purchasi  Mask.)  ilə  mübarizə 

məqsədi  ilə  introduksiya  edilmiş  Rodolia  cardinalis 



Muls. parabüzənini (şəkil 15) göstərmək olar. 

Ötən əsrin 70-ci illərindən sonra respublikamıza 

Komstok  yastıcası  ilə  mübarizə  məqsədi  ilə 

Yaponiyadan  Pseudaphucus  malinus  Gah.  minicisi, 

sitrus  bitkilərinin  ziyanvericisi  olan  unlu  yastıca  ilə 

mübarizə  üçün  Sarı  kokkofaqus  (Coccophaqus 



qureyi  Camp.)  paraziti  introduksiya  edilib  iqlimə 

uyğunlaşdırılmışdır.  Su  ekosisteminə  buna  aid 

misallardan  Mnemiopsisin  rəqibi  olan  Beroyenin 

(Beroe Ovata) süni şəkildə Qara dənizə gətirilməsini 

göstərmək olar. 

Oxu materialları  

1.Hümbətov 

Ə.M., 

Süleymanov 



İ.Ə. 

Onurğasız  heyvanların  ekologiyası,  Bakı 

2015, s. 220-221 

2.Hümbətov 

Ə.M, 

Əliyeva 


M.Q.  

“Entomologiya  və  bitki  mühafizəsi”  ,Bakı-

2015.342-358 s.

 

 



 

 



20.12.17 

 

VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri: 

NN 


Mövzunun adı 

Təhvil verilmə tarixi 



Torpaq onurğasız heyvanların yaşayış mühiti kimi 

25.09 – 20.10 

Qida onurğasız heyvanların həyatında ekoloji faktor kimi 

23.10 – 24.11 

Onurğasız heyvanların populyasiyalarının ekologiyası 

27.11 – 27.12  

 

VII.

 

İmtahanın keçirilməsi forması - yazılı. 

VIII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 

Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version




Created in Master PDF Editor - Demo Version

Created in Master PDF Editor - Demo Version



Yüklə 135,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə