Cü tədris ILI) Məsələ 1(10 xal)



Yüklə 24,96 Kb.
tarix25.06.2018
ölçüsü24,96 Kb.
#51359

Informatika üzrə Respublika Olimpiadasının II rayon turunun məsələləri

(2012/2013-cü tədris ili)
Məsələ 1(10 xal).

Verilmiş sözdə STUDENT sözündə olan bütün hərfləri təmizləyin.



Giriş verilənlər: Giriş verilənləri ingilis dili əlifbasının 3-dən az və 20-dən çox olmamaqla böyük hərflərindən ibarət sözdür.

Çıxış verilənləri: Çıxış verilənləri girişdə verilən sözdə STUDENT sözünə daxil olan bütün hərfləri təmizlədikdən sonra alınan sözdür.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

DAY

AY

2

DUTY

Y


Məsələ 2(15 xal).

Respublika Olimpiadasında yeni qaydalara görə 8 məsələ təklif ediləcək. Hər bir Olimpiada iştirakçısı istənilən məsələləri həll edə bilər, lakin hər bir iştirakçının yekun xalları cəmi ən yüksək xal almış 5 məsələ üzrə qiymətləndirilir. Hər məsələ üzrə toplanmış xallara görə iştirakçının yekun xalını və xalları yekun qiymətləndirməyə daxil olan məsələlərin nömrələrini müəyyənləşdirən proqramı yazın. Hər məsələ üzrə toplanmış xallar müxtəlifdir.



Giriş verilənlər: Bir sətirdə aralarında boşluq işarəsi olmaqla iştirakçının hər bir məsələ üzrə aldığı xallar olan 8 tam ədəd yerləşir. i-ci ədəd i-ci məsələ üzrə toplanmış xaldır.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

20 30 50 48 33 66 0 64

261

3 4 5 6 8

2

20 0 50 80 77 110 56 48

373

3 4 5 6 7
Çıxış verilənləri: Çıxış verilənləri iki sətirdən ibarətdir. Birinci sətirdə iştirakçının cəmi topladığı maksimum xal (5 ən yaxşı həll üzrə) yerləşir. İkinci sətirdə xalları yekun qiymətləndirmədə nəzərə alınan məsələlərin nömrələri aralarında boşluq işarəsi olmaqla artma ardıcıllığı ilə verilir.

Məsələ 3(15 xal).

Məmməd müstəvi üzərində elə 4 nöqtə seçməlidir ki, onlar tərəfləri koordinat oxlarına paralel olan düzbucaqlının təpə nöqtələri olsun. O, artıq üç nöqtə seçib. Dördüncü nöqtəni müəyyənləşdirməkdə ona kömək edin.



Giriş verilənlər: Üç sətirdə aralarında bir boşluq işarəsi olmaqla düzbucaqlının seçilmış təpə nöqtələrinin (X,Y) koordinatları yerləşir. Hər bir təpə nöqtəsi ayrıca sətirdədir. Bütün ədədlər tamdır və 1-lə 1000 arasında yerləşir.

Çıxış verilənləri: Bir sətirdə aralarında bir boşluq işarəsi olmaqla düzbucaqlının dördüncü təpə nöqtəsinin koordinatları olan iki tam ədəd.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

5 5

5 7

7 5

7 7

2

30 20

10 10

10 20

30 10


Məsələ 4(15 xal).

Məmmədin atası Yeni il bayramı üçün kvadrat tort sifariş verdi və bu tortu onun tərəflərinə paralel düz xətlərlə maksimum sayda neçə hissəyə kəsməyin mümkünlüyünü hesablamağı Məmmədə tapşırdı. Hər bir xətt tortu tam kəsib bölür.



Giriş verilənlər: Bir sətirdə bir natural N (1<=N<=100) ədədi.

Çıxış verilənləri: Tortu kəsib bölmək mümkün olan hissələrin maksimum sayı olan bir ədəd.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

1

2

2

3

6


Məsələ 5(15 xal).

Məmməd ədədi silsilə əmələ gətirən 4 ədəd seçdi, başqa sözlə, elə 4 ədəd ki, əgər onları artma sırası ilə düzsək istənilən iki qonşu ədədlər arasındakı fərq həmişə eyni olacaq. Həmişə olduğu kimi, Məmməd ədədlərdən birini itirdi və yadına da sala bilmir. Bu dördüncü ədədi tapmaqda Məmmədə kömək edin.



Giriş verilənlər: Bir sətirdə boşluq işarəsi ilə ayrılmış üç natural ədəd. Hər bir ədəd 100-ü aşmır.

Çıxış verilənləri: Verilmiş üç ədədlə ədədi silsilə əmələ gətirən bir ədəd. Əgər belə ədədlər birdən çoxdursa, onda onlardan ən böyüyü seçilir.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

4 6 8

10

2

10 1 4

7




Toplanan xallar

Yerlər

70-61

I yer

60-51

II yer

50-41

III yer
Qiymətlənirmə
Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə