Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə14/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

 
50 
yüyən və buxov əldə edirsiniz. Əgər siz, günəşin altına və külə-
yin önünə öz paltarlarınızı deyil, dərinizi tuta bilsəydiniz». Alqı 
və satqı barədə suala əl-Mustafa belə cavab verir: «Sizin işini-
zin haqqını öz sözləri ilə ödəyən əliboş insanlarla mübadilə et-
məyin». Sədəqə barədə Peyğəmbər yenə də sədəqənin sırf xalq 
təsəvvüründə olan anlamını təsdiqləyərək, ürəyin hökmü və tə-
ləbi ilə sədəqə verməyi, əvəzinə təşəkkür və Allahdan mükafat 
gözləməməyi  tövsiyə  edir.  O  deyir:  «Siz  yalnız  özünüzdən 
verərkən,  həqiqətən  sədəqə  vermiş  olursunuz».  Peyğəmbərin 
nitqi sərrastlığı və cilalı aforizmliyi ilə diqqəti özünə cəlb edir. 
«Peyğəmbər»  əsərində  əl-Mustafanın  müraciətlərində, 
nəsihət  və  istəklərində  yalnız  insanı  mücərrəd  mənəvi 
anlayışlar  dünyasına  aparan  trassendentalistizmin  romantik 
dünyagörüşü  öz  əksini tapmır,  həm  də qəhrəmana narahatçılıq 
və iztirab verən düşüncə və hisslərin bölüşülməsinə də konkret 
cəhdlər  edilir.  Əl-Mustafanın  bütün  moizələri  insanlara  dərin 
hörmət  və  xeyirxahlıqla  doludur,  onlarda  hədə,  qəzəb, 
məcburiyyət və qorxutma yoxdur. 
Romantik  sənətkar  kimi  Cübranın  özünəməxsusluğu  on-
dadır  ki, onun  əsərinin  qəhrəmanı klassik  romantik  qəhrəman-
lara nisbətən insanlara daha yaxındır. Özünün insanlara sevgisi, 
onlara  yaxınlığı,  onların  gündəlik  həyatını  və  tələblərini  başa 
düşməsi ilə əl-Mustafa nəinki «kütlə» ilə təzad təşkil edir, əksi-
nə, sanki onunla bütünləşir. Halbuki romantizmin əsas mövzu-
su – şəxsiyyət və xalq həmişə kəskin qarşıdurmada verilir. Pey-
ğəmbər isə kütlənin fikir və hisslərini ifadə edir, müdrik və sa-
diq  dost  kimi  daim  köməyə  gəlməyə  hazırdır.  İnsanların  Pey-
ğəmbərə  münasibəti  də  öz  növbəsində  bu  cürdür.  Onu  xeyir-
xahlıq, məhəbbət və hörmət ab-havası əhatə edir. 


 
51 
Əl-Mustafa vida nitqində özünün hər kəslə dərin bağlılı-
ğından  danışır:  «Sizin  ürəyinizin  döyüntüsü  mənim  ürəyimdə, 
nəfəsiniz  üzümdədir».  Romantik  ədəbiyyat  üçün  şairin  xalqa 
etiraf  məzmunlu  ünsiyyəti  az  səciyyəvi  olan  cəhətdir.  Cübran 
isə,  əksinə,  «Peyğəmbər»  əsərində  yalnız  insanlara  xidmət  et-
mək, onlara təlim vermək üçün gəldiyini deyil, həm də özünün 
onlardan  müdriklik,  nikbinlik  və  dözüm  öyrənməli  olduğunu 
etiraf  edir.  Peyğəmbər  deyir:  «mən  sizin  qəlbinizdə  şölələnən 
…müdrikliyi  öyrənmək  üçün  gəldim,  …  siz  mənə  daha  güclü 
həyat eşqi verdiniz». 
İlk baxışdan elə görünə bilər ki, əl-Mustafa obrazı hansı-
sa  dərəcədə  Nitsşenin  «Zərdüşt  belə  söyləmişdir»  kitabındakı 
peyğəmbər obrazına bənzəyir. Buradaca qeyd edək ki, ərəb ya-
zıçısının  əsərinin  humanist-demokratik  ruhu  Nitsşenin  kitabı-
nın nihilist və dağıdıcı istiqamətindən kəskin şəkildə fərqlənir 
və bu iki surət arasında biz heç bir ümumi cəhəti qeyd edə bil-
mərik. Əl-Mustafanın öyüdləri heç bir nöqtədə Zərdüştün nəsi-
hətləri ilə üst-üstə düşmür. Sonuncunun moizələrindəki kilsə və 
burjua mədəniyyətinin əsaslarının sarsıdıcı tənqidi kimi müsbət 
cəhət isə Cübranın əsərində yoxdur. Onun hər cür fövqəltəbii-
likdən  azad  olan  müsbət  qəhrəmanı,  alman  filosofunun  «föv-
qəlinsanı» ilə heç bir ümumi cəhətə malik deyildir. 
Əl-Mustafa surəti ilə Renanın «İsanın həyatı» əsərindəki 
İsa  surəti  arasında  bəzi  oxşarlıqlar  aşkar  etmək  mümkündür. 
Bu, hər şeydən əvvəl, hər iki yazıçının mənəvi ideal axtarışında 
ifadə  olunur.  Renan  bu  idealı  İsa  Məsihdə,  onun  məhəbbət  və 
mərhəmət  ideyasında,  insan  şəxsiyyətinin  xeyir  başlanğıcına 
malik  olmasına  inamında  tapır.  Cübran  da  öz  qəhrəmanı  Pey-
ğəmbər üçün bu mənəvi təməlləri əsas götürür. O, əl-Mustafa-


 
52 
nın dili ilə insanları birləşdirən təmannasız məhəbbət ideyasını 
tərənnüm edir: «O sizi taxıl kimi döyür, ... O sizi ələkdən keçi-
rir… O sizi üyüdür… Sizi yoğurur, sonra müqəddəs ilahi ayin-
lər üçün müqəddəs çörək ola bilməyinizə görə sizi öz müqəd-
dəs alovuna həvalə edir». 
 «Peyğəmbər» Cübranın bütün əvvəlki yaradıcılığının in-
kişafının ümumi prinsipləri və məntiqi çərçivəsindən kənara çı-
xan  nə  isə  qeyri-adi  bir  əsər  kimi  deyil,  onun  təbii  və  qanu-
nauyğun inkişafında tamamlayıcı həlqə kimi qəbul edilməlidir. 
Əsərdə insana inam haqqında romantik anlayış insanın mənəvi 
dirçəliş imkanları barədə əxlaqi baxışlarla səsləşir. 
 «Peyğəmbər» kitabını süjet baxımından «Peyğəmbər ba-
ğı»  (Cübranın  ölmündən  sonra,  1933-cü  ildə  nəşr  edilmişdir) 
kitabı  müəyyən  qədər  davam  etdirir  ki,  burada  əl-Mustafanın 
doğma  adaya  qayıdışı  və  onun  sakinləri  ilə  görüşü  təsvir  olu-
nur.  O,  evinin  yerləşdiyi  və  əcdadlarının  uyduğu  bağda  qırx 
gün müddətinə tənhalığa çəkilir. Sonra əl-Mustafaya tələbələri 
və  adanın  sakinləri  baş  çəkir,  əl-Mustafa  onlara  nəsihət  və 
öyüdlərlə müraciət edir. 
«Peyğəmbər  bağı»  fəlsəfi  traktat  janrına  yaxın  olan  bir 
əsərdir,  burada  ümumi  fəlsəfi  məsələlərə  toxunan  mücərrəd 
mühakimələr – materiya, varlıq və formanın mahiyyəti və s. ilə 
bağlı düşüncələr üstünlük təşkil edir. «Peyğəmbər bağı»nda əl-
Mustafa bilavasitə insanlara çox nadir hallarda müraciət edir və 
onların adi,  gündəlik qayğı və tələbatlarına, demək olar ki, to-
xunmur. Onun öyüdləri daha çox dərin etiraf xarakteri daşıyır. 
Lakin  hər  iki  əsər  üçün  Peyğəmbər  və  kütlənin  vəhdəti  fikri 
xasdır. 


 
53 
Fəlsəfi baxımdan «Peyğəmbər bağı» «Peyğəmbər»də ve-
rilən nikbin baxışları təkrarlayır və inkişaf etdirir: kainatda hə-
yat əbədidir, insan onun ən dəyərli təzahürüdür, insanın əzəmə-
ti dərkolunmazdır. İnsanın «Mən»i daha «dərinliklərə» çağıran 
əbədi  «dərinlik»dir.  Peyğəmbər  belə  deyir:  «Mən  sizə  özündə 
bütün  insanları  ehtiva  edən  sizin  daha  böyük  «Mən»inizə  çat-
mağı  öyrədirəm».  Onun  sözlərində  hər  bir  insanın  varlığının 
mənasının  idrak  və  kamillik  olması  haqqında  fikir  də  məntiqi 
inkişafını tapır. 
Süjetin  və  fəlsəfi  əsasın  ümumiliyi  təkrarlanan  bir  sıra 
rəmzi obrazları öncədən müəyyənləşdirmişdir. Məsələn, hər iki 
əsərdə Kainat ümmana,  hər bir insanın həyatı sonda Ümmana 
qovuşan selə  və  ya  çaya  bənzədilir.  Maddənin sonsuzluq rəm-
zini bildirən Duman və Büllur obrazları, bitkilərin toxumların-
da və insan nəsillərində təcəssüm olunan əbədi inkişaf edən hə-
yat  obrazı  təkrarlanır.  Hər  iki  əsərdə  təbiət  və  insanın  vəhdəti 
haqqında fikirlər səslənir. 
«Peyğəmbər» əsəri ilə müqayisədə  «varlıq» mövzusu bir 
qədər  yeni şəkildə açılır.  «Varlıq» burada  yalnız fəlsəfi  yöndə 
deyil, həm də ümumi qarşılıqlı əmək əlaqəsində insanların hə-
yatı  kimi  nəzərdən  keçirilir;  «var  olmaq»  –  deməli,  toxucu, 
bənna, əkinçi, balıqçı və s. olmaqdır. 
«Peyğəmbər bağı»nda bütövlükdə ərəb xalqının həyatına 
toxunan  problemlər  də  qoyulmuşdur.  Şərq  və  Qərb  həyatının 
müxtəlif  əsaslarını  romantik  tərzdə  başa  düşən  müəllif,  bir  tə-
rəfdən  Qərbi  Şərqi  istismar  etdiyinə  görə,  digər  tərəfdən  isə, 
Şərqi  fəaliyyətsizlik,  itaəkarlıq  və  mütiliyə  görə  mühakimə 
edir. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə