Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə3/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   2   3   4   5   6   7   8   9   ...   82

 
11 
məktəbini  bitir.  Ailə  üzvlərinin  Birləşmiş  Ştatlarda  vəfat 
etmələri onun yenidən Bostona qayıtmasına səbəb olur. 
Qürbətdə cübranlar ailəsinin taleyi çox faciəli keçmişdir: 
ərəb mühacirlərini üzüb tələf edən amansız vərəm xəstəliyi bir 
ilin  ərzində  gələcək  yazıçının  anasını-  bacısını  və  ailəni 
dolandıran  böyük  qardaşı  Butrusu  həyatından  aparır.  Əziz 
adamlarının  ölümü  Cübrana  çox  ağır  təsir  edir.  Bu  illər  onun 
həyatında ən ağır və miskin bir dövr idi. 
Buna  görə  də  həmin  dövrdə  Cübranın  çəkdiyi  rəsm 
əsərlərində  qəm-kədər  əhvali-ruhiyyəsi  aydın  duyulmaqdadır. 
Bu  əsərlər  Cübranın  rəsmlərinin  ilk  sərgisində  göstərilmiş  və 
müəllifi sənət aləmində müəyyən qədər tanıtmışdır. 
Cübran 1908-ci ildə Parisə gedir və incəsənət institutunda 
təhsil almağa başlayır. Burada o, rəngkarlıq sənətinin incəliklə-
rinə  yiyələnməklə  yanaşı, fransız  dilini  öyrənməyə böyük  diq-
qət verir, Parisin mədəni həyatını izləyir, ədəbi fəaliyyətlə məş-
ğul olur. Cübranın ədəbi yaradıcılığının ilk məhsulları olan li-
rik  şeirləri  əziz  adamlarının  vaxtsız  itirməsindən  doğan  dərin 
kədər duyğuları ilə doludur. 
Parisdə təhsilini başa vurduqdan sonra Cübran onun rəs-
samlıq  istedadını  qiymətləndirən  və  Amerikada  ona  hakimlik 
edən messenat qadın Mari Haskelin maddi yardımı ilə Avropa 
ölkələrinə səyahətə  çıxmış.  Roma,  Brussel,  London  kimi məş-
hur  şəhərlərin  tarixi  abidələrinə,  zəngin  muzeylərinə  tamaşa 
etmişdir. 
1912-ci  ildə  Cübran  Bostona  qayıtmış,  tezliklə  oradan 
Nyu-Yorka köçmüşdür. Bu nəhəng şəhərdə o, coşqun ədəbi və 
rəssamlıq fəaliyyətinə başlamışdır. Burda Cübran özünün rəsm 
əsərlərinin  yeni  sərgisini  təşkil  etmişdir.  Sərgi  rəngkarlıq  hə-


 
12 
vəskarları  arasında  böyük  müvəffəqiyyət  qazanmış,  həmin 
əsərlər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. 
Nyu-Yorkda  Cübran  mühacir  ədiblərlə  görüşür,  həmvə-
tənlərinin  Amerikada  təşkil  etdikləri  mətbuat  orqanlarında 
əməkdaşlıq edirdi. 
O zaman Nyu-York ərəb ölkələrindən, xüsusilə Livandan 
və  Suriyadan  mühacirətə  getmiş  yazıçıları  və  şairləri  özünə 
cəlb edən bir mərkəzə çevrilmişdi. 
XIX  əsrin  axırları  və  XX  əsrlərin  əvvəllərində  Livan 
ziyalılarının  böyük  bir  hissəsi  –  xırda  və  orta  burjuaziyaya 
mənsub şəxslər, habelə missioner məktəblərinin məzunları bir-
birinin ardınca  Livandan və Suriyadan köçüb  gedirdilər, çünki 
burda  senzura  onların  əl-qolunu  bağlamışdı,  fəaliyyət  üçün 
geniş  meydan  yox  idi.  Mühacirlər  arasında  istedadlı  və 
məhsuldar  yazıçılar,  jurnalistlər  çox  idi.  Əsasən  romantikaya 
meyl  edən  bu  yazıçıların  ədəbi  yaradıcılığı  XVIII  əsr  Avropa 
ədəbiyyatına çox yaxın idi.  
Cübran Nyu-Yorkda yaşayarkən müəyyən qədər tanınmış 
mühacir  yazıçılarla  –  Mixail  Nüaymə,  İlya  Əbu  Madı,  Nadra 
Həddad və başqaları ilə görüşürdü. 
Cübranın  ilk  mətbu  əsəri  «Mühacir»  qəzetinin  səhifələ-
rində  dərc  olunmuş  «Yenilikçi  yazıçı»  sərlövhəli  məqaləsidir. 
Bundan bir müddət sonra bir-birinin ardınca onun iki hekayələr 
məcmuəsi  –  «Çəmənlər  gəlinləri»  (1906),  və  «Üsyankar  ruh-
lar»  (1908)  kitabları  çapdan  çıxır.  Görkəmli  ərəb  yazıçısı  və 
tənqidçisi  Əhməd  Ədhəm  ərəb  ədəbiyyatı  tarixi  üçün  bu  iki 
məcmuənin  əhəmiyyətini  yüksək  qiymətləndirmiş  və  onları 
«ərəb bədii nəsrinin ilk nümunələri» adlandırmışdır. 


 
13 
Həmin məcmuələrə daxil olan hekayələr o  dövrdə  yaşa-
yan  ərəb  novellaçılarının  yaradıcılığı  üçün  çox  səciyyəvidir. 
XX  əsrin  əvvəllərində  fəaliyyət  göstərən  ərəb  tənqidçiləri  və 
ədəbiyyatşünasları  bədii  ədəbiyyatda  artıq  gözəl  forma  deyil, 
dolğun  məzmun  axtarırdılar.  Əsərin  ideyası  mütləq  ilk  plana 
çəkilirdi. Yuxarıda adları çəkilən məcmuələrdə Cübran tənqid-
çilərin  bu  tələblərinə  cavab  vermiş  və  o  dövr  üçün  çox  vacib 
olan sosial-ictimai mövzuları təbliğ etmişdi. Həmin hekayələr-
də ədib cəsarətlə cəmiyyətin yaraları və ədalətsizlikləri əleyhi-
nə  çıxır,  ilahi  gözəlliyə  və  paklığa  vurğunluğunu  ifadə  edirdi. 
Cəmiyyətin həyatına nüfuz etməyə səy göstərən Cübran xalqın 
ümidsiz  və  ağır  vəziyyətinə  təsir  edərkən  bu  mənzərələri,  real 
epizodları  canlandırmağa  çalışırdı.  Yazıçı  belə  bir  fikir  təlqin 
edirdi ki, o, həqiqət və gözəllik, səadət və sevinc arzusu ilə ya-
şayır, lakin hakimlərin zülmü, ruhanilərin ikiüzlüyü nəticəsində 
həyat  öz  mənasını  itirmiş,  həqiqət  və  gözəllik  isə  əlçatmaz 
kateqoriyalara çevrilmişdir
.
 
C.X.Cübran  hərtərəfli  istedada  malik,  nəcib  və  həssas 
şəxsiyyət,  rəssam  və  musiqiçi  kimi  tanınsa  da,  o,  hər  şeydən 
əvvəl, mütəfəkkir və görkəmli ədəbiyyatçı kimi şöhrət tapmış-
dır. Onun qələminə povest və hekayələr, mənsur şeirlər, esse-
lər,  təmsillər,  hikmətli  sözlər,  tənqidi  məqalələr  məxsusdur. 
1905-ci ildən başlayaraq o, «Musiqi» («əl-Musıqa», 1905) kita-
bını,  iki  hekayələr  məcmuəsini  («Çəmənlər  gəlinləri»  –1907; 
«Üsyankar ruhlar» – 1908) çap etdirmişdir. Daha sonra yeganə 
iri həcmli  əsəri  olan  «Qırılmış  qanadlar» («əl-Əcnihətül-mütə-
kəssirə»,  1912)  povestini,  «Yürüşlər»  (1919)  poetik  divanını, 
«Göz  yaşı  və  təbəssüm»  (1914),  «Tufanlar»  (1920),  «Qəriblər 
və ecazkarlar» (1923) məqalələr və mənsur şeirlər məcmuəsini 


 
14 
nəşr etdirmişdir. Cübranın qalan əsərləri ingilis dilində çıxmış-
dır:  «Divanə»  (1918),  «Sələf»  (1920),  «Peyğəmbər»  (1923), 
«Qum və Köpük» (1926), «İsa insan oğludur» (1928), «Yer al-
lahlar» (1931), «Səyyah» (1932), «Peyğəmbər bağı» (1933) və 
s. Bütün bu əsərlər ərəb dilinə tərcümə edilmiş və Ərəb Şərqi-
nin bir çox ölkələrində dəfələrlə nəşr olunmuşdur. 
Parlaq ifadə olunmuş fərdiyyətinə baxmayaraq, Cübranın 
taleyi  və  dünyagörüşü  əcnəbi  ölkələrdə  yaşayan  yaradıcı  ərəb 
ziyalılarının tipik xüsusiyyətlərini özündə daşıyır. O, demokra-
tik  ideya  və  məramlarla  yaşayır,  onu  sadə  insanın, 
zəhmətkeşin,  ərəb  qadınlarının  vəziyyəti  («Banlı  Marta», 
«Məzarların  harayı»,  «Gəlin  yatağı»,  «Qırılmış  qanadlar»  və 
s.),  Livan  gerçəkliyindəki  sosial  ədalətsizlik  («Məzarların 
harayı»,  «Göz  yaşı  və  təbəssüm»,  «Daxma ilə saray  arasında» 
və  s.)  narahat  edir.  Yazıçı  cəmiyyətin  varlılara  və  kasıblara 
bölünməsini, kasıbların qan-tər içində çalışmasına baxmayaraq, 
yenə  də  yoxsulluq  içərisində  yaşamasını,  yalnız  varlılar 
tərəfindən deyil, özlərini din xadimləri adlandıranlar tərəfindən 
də  istismar  olunduqlarını  dərindən  anlayır  («Dəli  Yühənna», 
«Kafir Xəlil» və s.). 
Cübranın  əsərlərində  yeni  münasibətlərin  tam  formalaş-
madığı Livan gerçəkliyi təsvir olunur. Cübran əmindir ki, işıqlı 
gələcək üçün mübarizə aparmaq lazımdır, azadlıq arzu ilə de-
yil,  mübarizə  ilə  qazanılır:  «Mənə  deyirlər:  «Əgər  yatmış  qul 
görsən,  onu  oyatma,  çünki  o  yuxusunda  azadlıq  görür».  Mən 
isə cavab verirəm:  «Əgər mən yatmış qul görsəm, onu oyada-
cam və ona azadlıq haqqında danışacam» («Bir ovuc sahil qu-
mu»).  İnsan  yalnız  bugünlə  kifayətlənməməlidir,  o,  ən  yaxşı 
gələcəyə  can  atmalıdır,  belə  ki,  yazıçının  dərin  inamına  görə 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə