Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə5/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   2   3   4   5   6   7   8   9   ...   82

 
19 
ülvi və zərif obrazı, qüssə dolu qəlbi, dilsiz kədərinin gözəlliyi 
barədə bütöv bir mühakimə və etiraf axını gəlir: «…Səlma pən-
cərənin qabağında oturub kədərli gözləri ilə bizə baxırdı… san-
ki o bilirdi ki, gözəllik səslərə və gözlərə ehtiyacı olmayan ilahi 
natiqlik istedadına, kiçik çayların zümzüməsi, sakit gölün əbədi 
susan  dərinliyinə  bənzər  bütün  insan  səslərinin  qovuşduğu  öl-
məz nitq qabiliyyətinə malikdir. Gözəllik qəlbimizlə duyduğu-
muz  sirdir,  qəlblərimiz ona  tabe  olaraq  şadlanır  və  genişlənir, 
ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilmə-
yərək  donub  qalır.  Bu,  görənin  hissləri  ilə  görünənin  həqiqəti 
arasında gizli zərrəciklər axınıdır; bu insanın zahirini nurlandı-
ran  müqəddəs  ruhların  ziyasıdır:  həyat  toxumun  dərinliyindən 
gülün rayihə və rənglərinə belə çevrilir; bu kişi və qadın arasın-
da tam anlaşmadır: bir anda yaranaraq, o ən ali istəyi – məhəb-
bət adlanan o mənəvi yaxınlığı doğurur». Povestin başqa fəsil-
ləri də, həmçinin, hadisələrin  gedişinin təsviri baxımdan məh-
duddur.  Müxtəlif  surətlərin  söz  almalarına  baxmayaraq,  bütün 
povest əslində bir müəllif monoloqudur. Bu zaman hekayəçi öz 
izharında, demək olar ki, ictimai, sosial problemlərə toxunmur. 
Onu başlıca olaraq, mənəviyyatın,  fəlsəfənin  problemləri,  qəl-
bin və ruhun həyatı maraqlandırır. Onun dini-klerikal mövzuda 
və  qadının  ailədə  rolu  mövzusunda  düşüncələri  istisna  təşkil 
edir. 
Əgər  təhkiyəçi  nəsrdə  sentimentalist  ənənələrin  üstünlü-
yü nəzərə çarpırsa,  «Göz  yaşı və təbəssüm» məcmuəsinin janr 
tərkibinə – esse və mənsur şeir – romantik üslub daha yaxşı uy-
ğun gəlir. «Göz yaşı və təbəssüm» kitabı Cübranın romantizmi 
necə  mənimsəməyə  başladığını  göstərir.  Bu  kitaba  bir  neçə  il 
ərzində (1903-1908) mühacir nəşrlərində, xüsusilə də, «əl-Mü-


 
20 
hacir» jurnalının səhifələrində çap olunan əsərlər daxil edilmiş-
dir. Cübran  mənsur şeir  janrına müraciət etmişdir. Bu, müəlli-
fin  pərakəndə  təəssürat  və  mülahizələrini,  onun  fəlsəfi  düşün-
cələrini əks etdirən kiçik essedir. Bu şeirlər zərifdir, ahənglidir, 
onların cilalanmış və aforizmlərlə zəngin dili var. 
Bu  kitabda  Cübranın  toxunduğu  mövzuların  dairəsi  çox 
genişdir;  insanın  cəmiyyətdə  mövqeyi,  onun  təbiətlə  qarşılıqlı 
əlaqəsi,  insan  varlığının  mənası,  şair  və  poeziya,  gözəllik  və 
məhəbbət və s. Məcmuənin bir çox əsərləri sentimental motiv-
lərlə  zəngindir,  hədsiz  həssaslıq,  gərgin  lirizm,  öyüd  və  nəsi-
hətçiliyə meyl kimi cəhətlər diqqəti cəlb edir. Əsərlərin üslubu 
çox təsirlidir, xüsusilə, ritorik sual və nidalar Cübran yaradıcılı-
ğında  böyük  rol  oynayır  («Müdrikliyin  gəlişi»,  «Ey  külək», 
«Gizli  söhbət»  və  s.):  «Mən  kiməm,  ey  müdriklik  və  bu  dəh-
şətli yerə necə gəlmişəm? Bu böyük arzular, çoxlu kitablar və 
heyrətamiz  rəsm  əsərləri  nə  deməkdir?  Göyərçin  dəstəsi  kimi 
uçuşan bu fikirlər nədir? Şüurun muncuq kimi düzdüyü, həzzin 
dağıdıb  səpələdiyi  bu  nitq  nədir?  Ruhumuzu  saran,  ürəyimizi 
bürüyən, gah kədərli, gah sevincli bu sözlər nədir? Mənə baxan 
mənim  qəlbimin  dərinliklərini  seyr  edən,  iztirablarıma  biganə 
qalan  bu  gözlər  nədir?  Məni  bilmirəm  haralara  sürükləyən, 
məni  alçaqların  yerinə  qoyan  bu  dünya  nədir?  Bütün  bunlar 
nədir, ey müdriklik?» Şeir şairin daxili aləminin mürəkkəb və 
əzablı  yaşantılarının  əks  olduğu  bu  cür  heyrəti  ifadə  edən, 
faciəli nidalarla doludur. 
İ.Y.Kraçkovski   «Göz  yaşı və təbəssüm» toplusu barədə 
yazırdı  ki,  «Cübranın  sentimentalizmi  təbəssüm  doğurmur, 
çünki o, həm Nyu-Yorkda yaşayan, həm də sidr meşələri ilə ör-
tülü dağların ətrafındakı Livan kəndlərini tərk etməyən hər bir 


 
21 
ərəbin qəlbində əks-səda tapır. Bizə qeyri-təbii və süni görünən 
həmin  nitqlər  onları  doğuran  səbəbin  qəribə  şəkildə  sözlərin 
həddən  artıq  yüksək  və  ehtiraslı  tonuna  uyğun  gəlməməsinə 
baxmayaraq,  ərəbin  özünü  doğma  mühitində  özününkülərin 
arasında hiss etdiyi hər bir yığıncaqda səslənəcəkdir». 
Varlıların  rəhmsizliyinin  və  yaramaz  həyat  tərzlərinin 
pislənməsi  müqabilində  yoxsul  insanların  insani  ləyaqətlərinin 
tanınması və onlara hüsn-rəğbət – sentimentalizmin bu kitabda 
özünü parlaq şəkildə təzahür etdirən mövzularından biridir. La-
kin Cübran varlıq və yoxsulluq probleminin ictimai sərhədləri-
nin  müəyyənləşməsi  üzərində  diqqəti  kəskinləşdirmir.  Onun 
etirazı  «ümumiyyətlə»  insan  humanizminin  «ümumiyyətlə» 
ədalətsizliyə qarşı etirazdır.  «Daxma ilə saray arasında»,  «Ca-
ni», «Lal heyvan» və «Göz yaşı və təbəssüm» şeirləri buna mi-
sal ola bilər. «Daxma ilə saray arasında» mənsur şeirində varlı-
ların və zəhmətkeş insanların həyatından kəskin təzadlı mənzə-
rələr verilmişdir: «Axşam oldu, dövlətlinin imarətində elektrik 
lampaları  bərq vurdu;  nökərlər parlaq düyməli məxmər paltar-
larda  darvazanın  yanında  düzülərək  qonaqların  gəlişini  gözlə-
yirdilər... 
Səhər  açıldı....  Axşamkı  şənlikdən  əldən  düşmüş,  şərab-
dan  sonra  kefli-nəşəli,  rəqs  etməkdən  üzülmüş,  ziyafətdə  yor-
ğun  düşmüş  cənab  varlılar  ayrılıb  öz  yumşaq  yataqlarına  üz 
tutdular». 
Bu isə yoxsul həyatını təsvir edən səhnədir: «Günəş bat-
dıqdan  sonra  köhnə  daxmanın  qarşısında  fəhlə  geyimində  bir 
kişi dayandı. Qapını döydü və ona qapını açdılar. O, içəri girdi, 
hamını salamladı və ocağın dövrəsində oturan uşaqların arasın-
da əyləşdi... Səhər oldu və yoxsul oyandı, öz balaları və arvadı 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə