Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə6/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   2   3   4   5   6   7   8   9   ...   82

 
22 
ilə bir tikə çörək yedi, süd içdi, ağır toxanı çiyninə atıb evdən 
çıxdı. O tarlaya  yola düşdü ki, buranı becərsin, öz alın təri ilə 
suvarsın və gecələri kef və əxlaqsızlıqla keçirən həmin dövlət-
lilər üçün məhsul toplasın». Əsər sentimentalistlər üçün səciy-
yəvi  olan  belə  bir  hikmətli  ifadə  ilə  bitir:  «İnsanın  faciəsi  be-
lədir.  Bu  faciə  əsrlər  boyudur  həyat  səhnəsində  oynanılır.  Bu, 
çoxlarına  xoş  gəlir,  onun  üzərində  düşünənlər  və  onu  an-
layanlar isə çox azdır». 
Əsərin sonluğu epik şəkildə sakitdir, sanki sadəcə faktın 
təsdiqidir.  Şeirdə  əks  etdirilən  mənzərə  son  dərəcə  mücərrəd, 
qeyri-konkret  təsir  bağışlayır.  Bu,  nə  Livan,  nə  Misir,  nə  də 
hansısa başqa bir ölkədir. Bu,  yazıçıda bir kədər hissi doğuran 
və  sanki  artıq  onun  barışdığı  adi,  əbədi  və  qanunauyğun  bir 
haldır. 
«Daxma  ilə  saray  arasında»  hekayəsində  nəzərə  çarpan 
kontrast üsulu «Göz yaşı və təbəssüm» mənsur şeirində də da-
ha aydın şəkildə görünür, burada o, sosial qarşıdurmaların üzə 
çıxarılmasından daha çox yaşantı və hisslərin təzadlılığına yö-
nəlib;  xoşbəxtlik  və  rahatlıq,  faciəvilik  və  çıxılmazlığa  qarşı 
qoyulub. 
Yuxarıda  göstərilən  misallar  gerçəkliyin  təsvirinə  senti-
mentalist  yanaşma  tərzini  səciyyələndirir:  cəmiyyət  əzəldən 
varlılara  və  kasıblara  bölünüb.  Birincilərə  müəllif  iltifatlı  bir 
məzəmmətlə, ikincilərə şəfqət və mərhəmətlə, rəğbətlə yanaşır. 
Mahiyyət  etibarilə  isə  insanlar  arasındakı  münasibətin  ictimai 
xarakteri  Cübranı  maraqlandırmır.  İnsanlar onun  təsəvvüründə 
yalnız yaxşı və pis, zalım və xeyirxah və s. olur. Onun bu əsər-
lərində çox hissiyyatlılıq, bəzən də dramatizm var, belə ki, mü-


 
23 
əllif  gerçəkliyi  təhlil  edərkən  alternativlər  görmür,  yalnız  şəri 
təsbit edir. 
Elə bu əsərlərdə sentimentalizmin daha bir əlaməti – təbi-
ət mənzərəsinin xüsusi səciyyəsi üzə çıxır. Cübranın mənzərə-
lərinə,  adətən,  sakitlik,  gözqamaşdırıcı  gözəllik,  ya  günəşin 
qızmar  şüaları,  ya  da  ayın  mülayim  işığı,  ətir  saçan  çiçəklər, 
açıq  mavi  səma,  quşların  valehedici  nəğməsi,  sakit  meh  və  s. 
xasdır.  Bir  qayda  olaraq,  belə  mənzərəni  elə  o  qədər  də  sakit 
hisslər – həyatla barışmağın və ona məhz necə varsa elə də ol-
duğuna  görə  minnətdarlığın  ifadəsi  olan  hisslər  müşayiət  edir: 
«Günəş çiçəkli bağları və çəmənləri işıqlandıran şüalarını yığa-
raq  gizləndi;  üfüqlərdən  yüksələn  ay  öz  zərif  şəfəqini  onların 
üzərinə səpdi, mən isə hələ də ağacların altında oturub təbiətin 
bir haldan o biri hala düşməsini seyr edirəm,  budaqlar arasın-
dan sanki mavi xalça üzərinə dirhəmlər kimi səpələnmiş ulduz-
ları seyr edir və vadidən axan suların şırıltısına qulaq asırdım» 
(«Göz yaşı və təbəssüm»). 
 Cübran yaradıcılığının ən mühüm mövzularından biri şa-
ir mövzusudur («Şairin  ölümü  – onun həyatıdır»,  «Şair»,  «Ey 
gecə», «Şairin səsi» və s.). Bu mövzu Cübrana qərb romantik-
lərinin  təsirini  aydın  göstərir.  Bir  çox  ingilis  və  amerikan  ro-
mantikləri  bu mövzunun bədii təcəssümünü şəxsiyyət  və onun 
həqiqəti  intuitiv  dərki  problemləri  ilə  əlaqələndirir.  Kainat  və 
Dünya  ruhunun  mahiyyəti  rasional  idrak  üçün  əlçatmazdır  və 
gündəlik  təcrübəyə  tabe  deyildir,  buna  görə  də  əsas  vasitəsi 
yalnız şairin iqtidarının çatdığı təxəyyül və bəsirətdir, – Emer-
son belə hesab edir. Beləliklə, şair missiyası – görücü, həqiqət 
carçısı və peyğəmbər missiyasıdır. 


 
24 
Şairin  vəzifəsinin  analoji  anlamı,  onun  dünyaya,  insan 
həyatına məhəbbət, həqiqət və gözəllik gətirmək üçün gəldiyi-
nə inam – Cübran yaradıcılığı üçün xasdır. Onun tərifinə görə, 
şair  «ilahənin  (yəni  məhəbbət  ilahəsi  –  A.İ)  şəfqətindən  yerə 
göndərilmiş  ali  ruhdur»  («Şairin  ölümü  onun  həyatıdır»).  O, 
«bu dünyanı gələcək dünya ilə bağlayan teldir. Təşnə qəlblərin 
su içdiyi sərinləşdirici bulaqdır... İnsanlara ilahi  olanı görməyi 
öyrətmək üçün Allahın yerə göndərdiyi hökmdardır. Qaranlığa 
qalib  gələn  məhəbbət  ilahəsi  Astartanın  yağla  doldurduğu, 
musiqi allahı Apollonun alovlandırdığı çıraqda doğulan nurdur. 
Tənha, sadəlik qiyafəsinə bürünmüş, zərifliklə qidalanan, 
ona yaşamaq öyrədən təbiətin qoynunda gizlənən; gecənin səs-
sizliyində oyaq qalaraq ruhun gəlişini gözləyən, bol məhsulunu 
insanlığın biçdiyi hisslər zəmisində öz ürəyinin toxumlarını sə-
pən....  Sizin  dünyanız  hüdudsuz  və  əbədidir,  ey  şairlər»  («Şa-
ir»). Şairin vəzifəsinin anlaşılmasında Cübranla qərb romantik-
lərinin  əsas  fikirlərinin  üst-üstə  düşdüyünü  inkar  etmək  çətin-
dir. 
Şair mövzusu xüsusi dəyişikliklərə məruz qalmadan Cüb-
ranın  bütün  yaradıcılığı  boyu  keçir.  Şair  obrazı  bəzi  vaxtlar 
kosmik miqyas əldə edir, şəxsiyyətin mikrokosmosu kosmosla 
eyni  ölçüdə  olur,  ona  müvafiq  gəlir.  «Ey  gecə»  şeirində  şair 
özü haqqında  yazır:  «Mən gecə kimi  sükutla doluyam,  ucsuz-
bucaqsız  və  hüdudsuzam,  mənim  qaranlığımın  əvvəli,  dərinli-
yimin sonu yoxdur». Şair orta əsr ölçülərinə uyğun poeziyanın 
adi texniki vasitələrlə (ləfz və məna – söz və poetik motiv) işlə-
yən  sənət  ustası  kimi  çıxış  etmir.  Onun  yaradıcılığını  onun 
özündən fərqləndirmək, poeziyada forma və məzmunu ayırmaq 
zərurəti qalmır:  «Poeziya sözdə ifadə olunan əqidə deyil, qanı 


 
25 
axan yaradan və  ya gülümsəyən dodaqlardan çıxan himndir...» 
.«Şair – taxtından salınmış hökmdardır...». Lakin bu zaman şai-
rin  əzəməti  –  qovulmuş  mələyin,  hakimiyyətdən  məhrum  ol-
muş hökmdarın əzəmətidir. Bu obrazların mənbəyi klassik ərəb 
ədəbiyyatında yaradıcılığın ənənəvi konsepsiyasılarına o qədər 
də xas olmayan romantik poeziyanın satanizmindədir.  «Poezi-
ya  –  ürəkləri  məftun  edən  müdriklikdir.  Müdriklik  isə  fikir 
himnini ifa edən poeziyadır»... «Böyük şair – bizim sükutumu-
zu ifadə edə bilən şairdir». Bu və ya başqa deyimlər poeziyanın 
iki dünya – gizli və aşkar, sözlə ifadə edilə bilməyən qeyri-adi 
və adi dünyalar arasında vasitəçi olmaq kimi əlahiddə xüsusiy-
yətlərini nəzərə çarpdırır. 
 Cübran üçün şair ilk növbədə gözəllik və həqiqət kahini 
olaraq  qalır  (bu  barədə  biz  sonra  bəhs  edəcəyik),  amma  məhz 
şair, onun fikrinə görə, adamlara gündəlik həyatlarında bələdçi-
lik etmək, harmonik varlıq idealını təsdiq etmək üçün seçilmiş-
dir. 
«Şairin səsi» mənsur şeirində o yazır: «Güc mənim ürəyi-
min  dərinliklərinə  toxum  atır,  mən  isə  məhsulu  yığıram,  sün-
büllərini toplayıb qucaq-qucaq aclıq çəkənlərə paylayıram. Mə-
nim kiçik üzümlüyüm canlanır, mən isə salxımlardan şirə çəkib 
təşnələrə  içirdirəm.  Səma  çırağı  yağla  doldurur,  mən  isə  onu 
yandırır və pəncərəmin önünə qoyuram – gecə yolçularının yo-
lunu işıqlandırıram». 
Şair  mövzusu  Cübranda  ayrılmaz  şəkildə  tənhalıq  hissi 
ilə bağlıdır. O dəfələrlə şair və onu əhatə edən gerçəklik arasın-
da təzadlar olduğunu qeyd etmişdir. «Sənətkar, – mən öz fikir 
və hissilərinin ifadəsi üçün yeni formalar yaradan yaradıcı şəx-
siyyəti nəzərdə tuturam – həmişə öz ailəsi və dostları üçün yad-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə