Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə68/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   64   65   66   67   68   69   70   71   ...   82

 
271 
Mən  bədənimə  yadam  və  hər  dəfə  aynaya  baxarkən 
üzümdə ruhumun duymadığını görür, gözlərimdə isə qəlbimin 
gizlin güşəsində saxlanmayanı oxuyuram.  
Mən şəhərin küçələri ilə addımlayıram və gənclər mənim 
arxamca  «Kora  baxın!  Gəlin  ona  söykənə  biləcəyi  əsanı 
verək!»  –  deyə  bağırırlar.  Mən  həmin  yerdən  qaçaraq 
uzaqlaşıram,  lakin  məni  qızlar  haqlayaraq,  paltarımın 
ətəklərindən  yapışıb:  «O,  qaya  kimi  kardır.  Gəlin  onun 
qulaqlarını  ehtiraslı  və  çoşqun  məhəbbətin  nəğmələri  ilə 
dolduraq!»  –  deyirlər.  Mən  onların  əllərindən  qurtularaq, 
arxama  boylanmadan  qaçsam  da,  kişilərlə  toqquşuram.  Onlar 
məni dövrəyə alaraq: «O, məzar kimi laldır. Gəlin onun dil açıb 
danışmasına  yardımçı  olaq!»  deyirlər.  Mən  qorxudan  onları 
tərk etməyə tələsirəm, lakin yolumun üstündə bir dəstə qocaya 
rast gəlirəm. Onlar titrək barmaqları ilə mənə işarə edərək: «Bu 
qəddar ruhların otlağında ağlını itirmiş divanədir!» – deyirlər.  
 
Mən bu dünyada yadam.  
Mən yadam və bütün dünyanı dolaşsam da, ata  yurdunu 
tapmamış  və  məni  tanıya  bilən,  mənə  diqqət  yetirən,  məni 
dinləyən bir insana belə rast gəlməmişəm.  
Səhər  yuxudan  oyanan  zaman  özümü  tağtavanından 
zəhərli  ilanların  asıldığı,  künc-bucağında  isə  əqrəblərin 
süründüyü qaranlıq mağarada əsir kimi hiss edirəm. Mən işığa 
çıxan  zaman  bədənimin  kölgəsi  arxamca  sürünür,  irəlidə  isə 
dərrakəmin  hüdudlarından  kənarda  nəyi  isə  axtaran,  mənə 


 
272 
lazım  olmayan  şeylərdən  yapışan  ruhumun  kölgəsi  naməlum 
istiqamətdə  sərsəmlər  kimi  dolaşır.  Axşamlar  evimə  dönərkən 
dəvəquşu  lələyi  və  çaqqal  gavalısı  tikanları  ilə  dolu  yatağıma 
uzanıram  və  qəribə  fikirlər  mənə  sahib  çıxır;  həyəcanlı, 
sevindirici,  iztirablı  və  şirin  arzular  bir-birinin  ardınca  məni 
çuğlayır.  Gecə  yarısı  isə  mağaraların  yarğanlarından  çıxan 
keçmiş  zamanların  kabusları  və  unudulmuş  millətlərin  ruhları 
qarşımda peyda olur və biz bir-birimizə böyük maraqla baxırıq. 
Mən onları sorğu-suala tutur, onlar isə mənə təbəssümlə cavab 
verirlər.  Mən  onları  saxlamaq  üçün  yerimdən  sıçrayanda  isə 
onlar tüstü kimi yoxa çıxırlar.  
 
Mən bu dünyada yadam.  
Mən yadam və dünyada mənim ruhumun dilini bilən bir 
insan belə yoxdur. 
Mən tənha çöldə addımlayıram və vadinin içindən dağın 
zirvəsinə doğru qaçaraq bir-birini ötüb keçməyə çalışan çayları, 
bir  anda  yaşıl  don  geyinən,  çiçəklənən,  bar  verən  və 
yarpaqlarını  tökən  çılpaq  ağacları  görürəm.  Onların  budaqları 
torpağın üzərinə düşərək qıvrılan xallı ilanlara çevrilir. Səmaya 
qalxan  və  ildırım  kimi  aşağı  enən,  cəh-cəh  vuran  və 
məzlumcasına    inildəyən  və  birdən  yerlərində  donaraq, 
qanadlarını  açıb  uzun  saçlı,  qədd-qamətli  çılpaq  qızlara 
çevrilən  quşları  görürəm.  Onlar  ehtirasdan  sürmə  çəkdikləri 
göz qapaqlarının altından çağırış dolu nəzərlərlə mənə baxır və 
onların  qızılgül  kimi  al-qırmızı,  bal  dadan  dodaqları  mənə 


 
273 
gülümsəyir, onlar ətirli  qətran və bihur qoxan ağ zərif əllərini 
mənə  uzadırlar  sonra  onların  üz  və  bədən  cizgiləri  tutqunlaşır 
və  onlar  duman  kimi  yoxa  çıxsalar  da,  mənə  istehza  ilə 
ünvanlanan gülüş səsləri hələ uzun müddət eşidilir.  
 
Mən bu dünyada yadam.  
Mən  şairəm,  mən  həyatın  nəsrlə  yazdığını  şeirlərimlə 
vəsf edirəm və həyatın şeirə düzdüklərini nəsrlə qələmə alıram. 
Çünki  mən yadam və tale məni tənbeh edərək vətənimə çəkib 
aparana qədər yad olaraq qalacam.  


 
274 
 
 
 
 
 
 
ƏRƏB DİLİNİN  
GƏLƏCƏYİ
 
 
Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?  
Dil  bütün  millətin  və  ya  onun  ümumi  mahiyyətinin 
yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, 
dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq 
tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır.  
Beləliklə,  ərəb  dilinin  gələcəyi  bu  dildə  danışan  xalqlar 
ailəsinin  indiki  və  gələcək  yaradıcı  düşüncəsindən  asılıdır. 
Əgər  ideyalar  yaşasa,  ərəb  dilinin  gələcəyi  keçmişdə  olduğu 
qədər  möhtəşəm  olacaq.  Belə  olmasa  onu  qonşu  yəhudi  və 
Suriya dillərinin aqibəti gözləyir. 
 Bəs biz nəyi yaradıcı güc adlandırırıq?  
Bu  –  milləti  irəliyə  aparan  qətiyyətdir;  zira,  millətin 
qəlbində  naməlum  olana  maraq,  aclıq,  ehtiras,  ruhunda  isə 
onun gecə və gündüz həyata keçirməyə çalışdığı arzular zənciri 
vardır. Hər bir halqanı qət etdikdən sonra həyat yenisini əlavə 


 
275 
edir.  Şəxslərdə  bu  –  istedaddır,  cəmiyyətdə  –  entuziazm. 
Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gizli cəhdlərini 
konkret aşkar formalarda həyata keçirtmək bacarığından başqa 
bir  şey  deyil.  İslamaqədərki  dövrdə  şair  bir  növ  müjdəçi  idi. 
Belə  ki,  ərəblər  nə  isə  yeni  bir  şey  gözləmək  vəziyyətində 
idilər.  Bütpərəstlikdən  islama  keçid  günlərində  o,  inkişaf 
edərək  yetkinləşirdi,  böyümə  və  yetkinlik  mərhələsini 
yaşayırdı.  Postklassik  dövrdən  sonra  o,  ikiləşdi,  çünki  bütün 
islam  cəmiyyəti  parçalanırdı.  Şair  də  həmin  mərəhələlərdən 
keçirdi,  o  yüksəyə  qalxır,  öz  görkəmini  dəyişir,  bəzən  filosof 
kimi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. 
Nə qədər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, 
hər şey belə idi. Bu güc zəiflədikcə şairlər – qafiyəpərdazlara, 
filosoflar – əzbərçilərə, həkimlər – fırıldaqçılara, astronomlar – 
astroloqlara çevrildilər.  
Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların 
yaradıcı  gücündən  asılıdır.  Əgər  onlar  xüsusi  mahiyyətə  və 
mənəvi  birliyə  malik  olsalar  və  uzun  sürən  yuxudan  sonra  bu 
mahiyyətdə  yaradıcı  güc  oyansa,  deməli  ərəb  dilinin  gələcəyi 
də keçmişi kimi möhtəşəmdir, əks halda onun gələcəyi yoxdur.  
İkincisi.  Avropa  sivilizasiyasının  və  Qərb  ruhunun  ərəb 
dilinə təsiri necə ola bilər?  


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə