Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə8/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

 
29 
nın gözəlliyini, müdrikin müdrikliyini, ədalətin yaxşılığını başa 
düşürlər  və  şair  hesab  edir  ki,  insanları  öz  güclərinə  inamdan 
məhrum etmək cəhdinə görə Süleyman peşmançılıq hissi çək-
məlidir. 
Bütün varlıqlar dönmədən irəliyə – həqiqətə və gözəlliyə 
doğru hərəkət etməsinə olan romantik inam şeirin lirik subyek-
tinin Bibliya müdriki ilə mübahisəsində ifadə edilmişdir.  «Hə-
yat fani deyil və günəşin altında əbəs olan heç nə yoxdur.... Hər 
şey həyatda həqiqətə can atır... Qəlb həyatının onun qarşısında 
qoyduğu maneələrə baxmayaraq işığa doğru can atır...». 
İnsanın  irəliyə  doğru  hərəkəti  sonsuz  idrak,  mübarizələr 
və  zəfərlər  yoludur.  Bu  da  insandan  Cübranın  «dağılmış 
şəhərin  xarabalıqları»,  «keçmişin  şəhəri»  kimi  rəmzləşdirdiyi 
keçmiş  təcrübənin  dəf  edilməsini  tələb  edir.  Şair  buna 
«mürgüyə  dalmış  əmək  binası»,  «ümidsizlik  naləsini  və  ümid 
himnin  püskürən  rənglərini»,  «inamla  yüksələn,  şübhə  ilə 
dağılan məbədləri», «ağlın işıqlandırdığı, cəhalətin isə zülmətə 
qərq etdiyi bilik sığınacaqlarını» görür. 
Şair  məhv  edilmiş  şəhəri  gördükdə  ümidsizliyə  qapılır, 
ancaq  həyat  ona  sakitcə  deyir  ki,  gələcəyin  şəhərini  axtarmaq 
lazımdır. «Get – həyat dilləndi, – yalnız qorxaq ləngiyir və yal-
nız  cahil  keçmişin  şəhərindən  ayrıla  bilmir»  («Keçmişin  şə-
həri»). 
 «İrəli  və  yüksəklərə  doğru»  əbədi  can  atmaqda  olan  in-
san mövcudluğunun dəyərləri barədə düşüncələr Cübran  yara-
dıcılığını daim müşaiyət edir. Hətta bir çox illər keçdikdən son-
ra  «Qum  və köpük»  kitabında (1926) bu fikir  aforizm  şəkildə 
təkrarlanır:  «İsanın  dəyəri  onun  nəyə  nail  olduğunda  deyil, 


 
30 
onun nəyə can atmasındadır» və  ya «Bəşəriyyət əbədiyyət va-
disindən ölməzlik dənizinə axan işıq çayıdır». 
Cübranda da insan daim özünün hiss etdiyi faciəvi tənha-
lığına və başa düşülmədiyinə baxmayaraq,  «yaradılışın məhək 
daşıdır». Cübranın lirik qəhrəmanı insanları ürəkdən sevir, on-
ların  taleyinə  acıyır,  özünün  onlara  çox  yaxın  bağlılığını  hiss 
edir:  «Mən  sevdim  insanları,  çox  sevdim.  Mənim  qanunumda 
insanlar  üç  cürdür.  Biri  həyatı  lənətləyir,  biri  ona  şükür  edir, 
üçüncüsü  isə onu seyr edir. Mən birincini onun  bədbəxtliyinə, 
ikincini  mülayimliyinə,  üçüncünü  müdrikliyinə  görə  sevdim» 
(«Mənim doğum günüm»). 
Daha  sonrakı  «Sələf»  kitabında  (1920)  da  insana  həqiqi 
məhəbbət  himni  olan  bir  sıra  əsərlər  diqqətəlayiqdir:  «Mənim 
dostlarım,  mənim  yaxınlarım  və  siz,  hər  gün  mənim  qapımın 
yanından  ötənlər,  mən  yuxularda  sizə  ürəyimi  açmaq  istəyi-
rəm... mən sizi uzun müddət və hədsiz sevdim. Mən sizin ara-
nızda bir nəfəri hamınız kimi sevdim və hamınızı tək bir adam 
kimi  sevdim.  Qəlbimin  baharında  mən  sizin  bağlarınızda  nəğ-
mələr oxudum, qəlbimin yayında sizin xırmanları qorudum. 
Cübranın  elə  bir  əsəri  yoxdur  ki,  o,  orda  təbiəti vəsf  et-
məsin.  Təbiətə  münasibətdə  Cübran  novator  kimi  çıxış  edir. 
Onun əsərlərində təbiət heç də yalnız fon olaraq qalmır, müstə-
qil  şəxsiyyət  cizgiləri  kəsb  edir,  sanki  hər  şeyi  görür,  eşidir, 
qavrayır.  «Göz  yaşı  və  təbəssüm»  toplusunda  təbiət  mövzusu 
əsas yerlərdən birini tutur. Təbiət haqqında nəğmələr silsiləsin-
də – küləyin, dalğanın, yağışın, çiçəyin, ilin fəsillərinin nəğmə-
lərində  təbiət  hadisələri  canlandırılır.  Dalğa  öz  mahnısını 
oxuyur: 


 
31 
«Mən  və  sahil  bir  cüt  sevgililərik;  bizi  ehtiras  qovuşdu-
rur, hava ayırır. Mən mavi şəfəqlər arxasından gəlirəm, öz gü-
müş köpüklərimi onun qızıl qumlarına qarışdırım, onun qəlbi-
nin hərarətini öz rütubətimlə soyudum... 
....Sular  qabarır,  mən  öz  sevgilimi  qucaqlayıram;  sonra 
sular  çəkilir  və  mən  onun  ayaqlarına  atılıram...».  Yağışın  gur 
damcıları dağların səsinə səs verir: 
«Biz allahların ucalıqlardan atdığı gümüş saplarıq, təbi-
ət bizi tutur, bizimlə vadiləri bəzəyir. 
Biz  –  Astartanın  tacından  qopub  tökülmüş  gözəl 
mirvarilərik... 
Mən ağlayıram – təpələr gülümsəyir, mən yerə yağıram – 
çiçəklər boy atır... 
Mən  dənizin  qəlbindən  ucalıram,  fəzanın  qanadlarında 
süzürəm. Gözəl bir bağ görəndə isə mən aşağı üz tuturam, gül-
lərin dodaqlarından öpürəm, ağacların budaqlarını qucaqlayı-
ram. 
Ətraf  sükuta  qərq  olduqda  mən  öz  zərif  barmaqlarımla 
pəncərələrin  büllurunu  döyəcləyirəm  və  bu  səslərdən  yaranan 
mahnını həssas qəlblər duyur... 
Mən  dənizin  ahı,  səmanın  göz  yaşı,  çöllərin 
təbəssümüyəm ». 
Cübranın əsərlərində təbiət – sevənlərin sığınacağı, insan 
qəlbi xəzinəsinin açıla biləcəyi arzulanan varlıq aləmidir. Təbi-
ətin qoynunda insan özünün üsyankar və tənha qəlbinə rahatlıq 
tapır,  onunla  doğmalığını,  canı  bir,  qanı  bir  olduğunu,  təbiətlə 
öz daxili aləmini həmahəngliyini hiss edir: «Mən kütlədən qaç-
dım və gah ayın  axınına qoşularaq, gah da quşların pıçıltısına 
qulaq  asa-asa  geniş  vadidə  dolaşdım.  Beləcə,  mən  budaqların, 


 
32 
günəşin baxışlarından gizlətdiyi o yerə çatdım, öz tənhalığımla 
söhbət  edə-edə,  qəlbimlə  danışa-danışa  orada  oturdum...» 
(«Gözəllik taxtı önündə»). Cübran üçün səma «dinclik mənbə-
yi»,  bütün  təbiət  isə  «təskinlik  oylağıdır».  Bu  baxımdan  o, 
Emersona  çox  yaxındır.  «Təcrübə»  oçerkində  amerikalı  şair 
«Biz  harada  özümüzü  həqiqətən  tapa  bilərik»,  –  deyə  soruşur 
və  belə  cavab  verir:  «Biz  təbiət  qarşısında  özümüz  ola 
bilirik...». 
Cübran sanki təbiətin sirlərinə baş vurmaq, onun ecazkar 
qoynunda ərimək istəyirdi. O da bir çox başqa romantiklər ki-
mi, panteist idi və təbiətlə əbədi həyat ruhunun rəhnini görərək, 
insanı  onun  üzvi  bir  hissəsi  kimi  hesab  edirdi.  Emerson,  Şelli 
və Koric kimi, o da təbiət aləmi ilə insanın doğmalığını, onların 
bir kökdən yaranış tapdığını vurğulayırdı. «Təbiət» və «insan» 
anlayışlarının  yaxınlığı  və  bütövlüyü,  xüsusilə,  Cübranın  «Ey 
torpaq» şeirində tam açılır: 
Sən nəsən, ey Torpaq və kimsən? 
Sən mənsən, ey Torpaq! Sən mənim görən gözüm, ağlım, 
təxəyyülüm  və  arzularımsan.  Sən  mənim  aclığım  və  həsrətim-
sən! Sən mənim ağrım və sevincimsən, sən mənim səhlənkarlı-
ğım və mənim diqqətimsən. 
Sən mənim gözlərimin fərəhi, qəlbimin ehtirası, ruhumun 
əbədiyyətisən. 
Sən  mənimsən,  ey  Torpaq,  ikimiz  bir  canıq,  mən 
olmasaydım, sən də olmazdın! 
Cübranın «Ey külək» şeirində həyatın fasiləsiz inkişafı və 
yeniləşməsinin  qanunauyğun  və  labüd  olmasına  inam  ifadə 
olunur:  «sən  gah  sevinərək,  şadyanalıq  edərək,  gah  ağı  deyə-
rək, hönkürərək əsirsən, biz səni eşidirik, amma seyr edə bilmi-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə