Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə82/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
332 
Cübranın  ənənəvi  Şərq  fəlsəfi  fikrini  Qərb  oxucusuna  daha 
yaxşı  çatdıra  bilmək  üçün  epik  və  lirik  ifadə  formalarının 
vəhdətindən çıxış etdiyinin şahidi oluruq. 
Məsələn, Şərq düşüncəsində dərin kök atmış belə bir ifa-
dəni yada salaq: “Allah insanın qəlbindədir”. Bu obrazlı deyili-
şə düzəliş vermək heç kimin ağlına da gəlmir. Cübran isə Pey-
ğəmbərin  adı  ilə  yazır:  “Əgər  sevirsinizsə  deməyin  ki,  “Allah 
mənim qəlbimdədir”; daha düzgün olar ki, deyəsiniz: “Mən Al-
lahın  qəlbindəyəm”.  Yəni  burada  söhbət  insanın  Allahı  ehtiva 
etməsindən  deyil,  onun  Allah  tərəfindən  ehtiva  olunmasından 
gedir.  
Sufizmdə geniş yayılmış “haqqa çatmaq”, “haqq məndə-
dir” fikri düzgün təfsir olunmadıqda insanın ən ali məqam kimi 
başa düşülməsinə gətirir. Halbuki, insan Allah məqamına çata 
bilməz, sadəcə Onda itə bilər. Məqsəd – özünü itirərkən haqqı 
tapmaqdır. Cübran bu ideyanı ən ümumi şəkildə ifadə etməklə 
yanaşı,  onu  əyani  obrazlarla  da  konkretləşdirir:  “Ərimək  və 
gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək!”. 
Ənənəvi Şərq fəlsəfəsində, o cümlədən daosizmdə və su-
fizmdə, dərin kök atmış “könül rahatlığı” ideyası da Cübran tə-
rəfindən bir növ təftiş edilir və ona daha realistik mövqedən ya-
naşılır.  Mütləq  rahatlıq  və  ya  mütləq  tarazlıq  mümkün  deyil. 
Onların  öz  daxili  strukturu  var  və  ancaq  dinamik  tarazlıqdan 
danışmaq mümkündür. Sadəcə heç nə istəməmək, heç nə duy-
mamaq  mümkün  deyil.  Amma  bütün  duyğular  əksiliklərə  bö-
lünə və bir-birini kompensasiya edə bilər. Biz əks duyğulardan 
birini  yaşayırıqsa  onun  qarşılığını  heç  olmazsa  rasional  idrak 
səviyyəsində  nəzərə  almaqla  tarazlıq  yarada  bilərik.  Sevinc 
eyforiyasından  və  kədər  yükündən  ancaq  bununla  xilas  olmaq 


 
333 
mümkündür.  “Bəziləri  deyəcək:  –  sevinc  kədərdən  artıqdır; 
digərlərimiz  isə  –  yox,  kədər  daha  böyükdür,  deyəcək.  Lakin 
onları  ayırmaq  olmaz,  onlar  birlikdə  gəlir”.  Cübran  insan 
qəlbini  bir  tərəfinə  kədər,  o  biri  tərəfinə  sevinc  doldurulmuş 
tərəzi  ilə  müqaisə  edir  və  göstərir  ki,  onlar  ancaq  bərabər 
olarkən  tarazlıq  yaranır.  Bu  ideya  obrazlı  ifadələrlə  daha 
konkret surətdə açılır: “İçinə şərab süzdüyünüz piyalə həmin o 
piyalə deyilmi ki, əvvəlcə dulusçu sobasında bişirilib”. Yaxud: 
“Məgər  ruhunuzu  oxşayan  bu  ud  həmin  o  ağac  deyilmi  ki, 
əvvəlcə  bıçaqla  oyulub?”  Sonra  ümumiləşdirmə  aparır: 
“Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz 
ki, sizə indi sevinc gətirən şey əvvəl sizi kədərləndirirdi”. 
Beləliklə,  Cübran  məlum  Şərq  hikmətini  strukturlaşdırır 
və  ənənəvi  qəlb  rahatlığını  dinamik  tarazlıq  kimi  təqdim  et-
məklə  reallığın  əslində  bundan  kənaraçıxmalar  şəklində  möv-
cud olduğunu vurğulayır. Reallıq lal bir göl deyil. Reallıq sakit 
və  möhtəşəm  dənizin  hər  an  dalğalana  biləcək  təzahürləridir. 
Yəni sükut, sakitlik içərisində fırtınalar şəklindədir. 
Cübran Qərb gerçəkliyinə, rasional idrakın və əməli fəa-
liyyətin nasiranə görkəminə bir lirizm, şeiriyyət gətirir. Ənənə-
vi  Şərq  ancaq  formaca  deyil,  məzmunca  da  Şərqdir.  Yəni  o, 
əməldən yox, ruhdan bəhs edir. Yerləri deyil, göyləri vəsf edir. 
Lakin əməli fəaliyyətin, rasional biliyin və hətta texnologiyala-
rın da öz ruhu və şeiriyyəti ola bilərmiş! Bu kontekstdə Cübra-
nın peyğəmbərin dili ilə zəhmət haqqında dediklərini misal gə-
tirmək  yerinə düşər. Cübran sadəcə torpaqdan deyil,  «torpağın 
qəlbindən»  danışır,  sadəcə  fiziki  əməkdən  deyil,  sevgi  ilə 
yoğrulmuş  əməkdən  danışır.  «Lakin  mən  sizə  deyirəm  ki,  siz 
işləyəndə  torpağın  ən  ali  istəyini  həyata  keçirmiş  olursunuz». 


 
334 
Daha sonra, Cübran yazır: «Zəhmət dolayısı ilə sevmək – həya-
tın ən gizli sirlərinə varmaq deməkdir». Torpağa canlı kimi ba-
xanda, onun nəfəsini, pıçıltısını duyanda, zəhmətə sevgi qatan-
da  bəzən  möcüzə  də  baş  verir.  Daha  doğrusu,  möcüzə  ancaq 
sevgidən  yarana  bilər.  Lakin  Şərq  poeziyasında  vəsf  olunan 
mücərrəd  sevgidən  fərqli  olaraq,  burada  söhbət  məqsədyönlü 
əməli fəaliyyətdən – zəhmətdən gedir. «Alın yazısını da məhz 
alın təri ilə yumaq mümkündür».  
Cübran  yaradıcılığında  məhəbbət  mövzusu  mərkəzi  yer 
tutur. Bir Şərq şairi və mütəfəkkiri üçün tamamilə təbiidir. La-
kin onun Şərq və Qərbin vəhdətində dayanan bir mütəfəkkir ol-
ması  onun  məhəbbət  ideyasına  gətirdiyi  yeni  çalarlarda  görü-
nür.  Çörəyə  dad  verən  də  sadəcə  fiziki  əmək  yox,  ona  qatılan 
sevgidir. Sevgisiz bişən çörəyin dadı olmaz. Və burada cismani 
dünyanın ruhani mahiyyəti yad edilir. Cübran insanları  «yarat-
dıqları hər bir əşyanı öz ruhları ilə canlandırmağa» çağırır. 
Biz bədii ədəbiyyatda mövhumatın və xurafatın tənqidinə 
ən  çox  islam  kontekstində  rast  gəlirik.  Cübranın  yaradıcılığı 
belə bir cəhətdən də əlamətdardır ki, o özü bir xristian olmaqla 
yanaşı,  Şərq  mühitini,  o  dövrün  ictimai  gerçəkliyindəki  eybə-
cərlikləri qələmə alır. Və məlum olur ki, dini mənsubiyyətdən 
asılı olmadan Şərq elə Şərqdir. Mövhumat və dini fanatizm də 
əslində  dinin  özü  ilə  deyil,  bütövlükdə  Şərqin,  Şərq  düşüncə 
tərzinin  tənəzzülü  və  cırlaşması  ilə  bağlıdır.  «Qırılmış  qanad-
lar»  əsərində  süjet  sanki  XIX  əsrin  –  sonu  XX  əsrin  əv-
vəllərində Azərbaycan  yazıçılarının  yaradıcılığında tez-tez qə-
ləmə  alınan  bir  mövzunun  eynidir.  Professor  Aida  İman-
quliyevanın  qısa  şəkildə  nəql  etdiyi  məzmun  belə  səslənir: 
«Səlma varlı və nüfuzlu atanın yeganə qızıdır. O, başqa adamı 


 
335 
sevməsinə  baxmayaraq,  öz  iradəsi  əleyhinə  arxiyepiskopun 
qardaşı oğlu Mənsur bəyə ərə verilir. Səlma ilə evlənmək istə-
yən  Mənsur  bəyi  qızın  gözəlliyi  və  nəcabəti  deyil,  atanın  ona 
verəcəyi zəngin cehiz maraqlandırır…»
1
 Epizod bizə çox tanış-
dır.  Sadəcə  olaraq  iştirakçılar  molla  əvəzinə  arxiyepiskop, 
avam müsəlman əvəzinə isə fanatik xristian olan Faris Kərami-
dir.  Aida  İmanquliyevanın  yazdığı  kimi,  «Mənsur  bəyin 
amansızlığına,  tamahkarlığına,  bütün  eybəcərliklərinə  yaxşı 
bələd  olan  Faris  Kərami  yeganə  qızının  ona  ərə  getməsinin 
əleyhdarı  olsa  da,  arxiyepiskopun  təklifinə  etiraz  etməyə,  ona 
rədd  cavabı  verməyə  heç  cür  cürət  edə  bilmir».

F.Kəraminin 
dini avtoritet qarşısında öz sevimli qızını belə qurban verməyə 
razılaşması  əslində  xristian  fanatizminin  bariz  ifadəsidir.  (Bu 
yerdə Mirzə Cəlilin  «Ölülər»ini xatırlamamaq mümkün deyil). 
Deməli, fanatizm bu və ya digər dinin təbiətindən yox, düşüncə 
və seçim azadlığının yetərli olmamasından irəli gəlir.  
Cübran  yaradıcılığı  sadəcə  müdrik  sözlər,  hikmətli 
hekayətlər,  lirik  deyimlər  olmayıb,  həm  də  ciddi  sosial 
məzmun daşıyır.  «İctimai ədalətsizliyə qarşı mübarizə Cübran 
yaradıcılığının  ən  səciyyəvi  cəhətlərindən  biri  idi…  O,  ən 
ədalətli  insan  cəmiyyəti,  zülmün  və  zalımların,  köləliyin  və 
əsarətin,  müstəmləkəçiliyin  və  müstəmləkəçilərin  olmadığı 
möhkəm,  güclü,  azad  ərəb  ölkəsi  görmək  istəyir».
3
  Lakin 
təəssüf  ki,  Cübran  da,  digər  böyük  Şərq  mütəfəkkirləri  kimi, 
arzudan, utopiyadan o tərəfə gedə bilmir. Onun azad Ərəbistan 
ideyası da Qərb rasionalizmindən daha çox, Şərq müdrikliyi ilə 
                                                 
1
 A..İmanгуliyеva. Жцбran Хəlil Жцбran. Бakı, Еlm, 2002, s. 51. 
2
 Yеnə orada, s. 55. 
3
 Yеnə orada, s. 58. 


 
336 
tərənnüm  olunur.  Bununla  belə  Cübranın  şərhində  lirizm  və 
rasionallıq sıx surətdə vəhdətdədir.  
«Həqiqət və güc», «Peyğəmbər və iblis» mövzusu bu bö-
yük mütəfəkkirlər üçün bir növ ümumi mövzu olmuşdur. Aida 
İmanquliyevanın  Cübranın  «Şeytan»  hekayəsinə  işarə  ilə 
yazdığı kimi, «iki mütləq başlanğıcın – xeyir və şərin əbədi bir-
gə  mövcudluğu  və  mübarizəsinin  labüdlüyü»
1
  demək  olar  ki, 
bu  şəxsiyyətlərin  hamısı  üçün  əsas  yaradıcılıq  problemi  idi. 
Cübranda  da,  Caviddə  də  «İblis»  («Şeytan»)  əslində  dövrün 
naqis cəhətlərinin ümumiləşmiş obrazı idi. Hər ikisinin yaratdı-
ğı  «peyğəmbər»  obrazı  isə  haqqın,  ədalətin  ifadəsinə  xidmət 
edirdi.  Cavid  konkret  tarixi  gerçəkliyi  daha  çox  saxlamış  və 
ümumbəşəri problemləri tarix kontekstində şərh etmiş, Cübran 
isə  tarixi  və  coğrafi  konkretlikdən,  habelə  hətta  milli  və  dini 
müəyyənlikdən  azad,  ümumiləşmiş  peyğəmbər  obrazı 
yaratmışdır. Cübranda bu obraz əslində şəxsiyyətdən daha çox 
ideyadır,  müəyyən  bir  idealdır.  Burada  böyük  dini  idealların 
XIX əsr konkretliyində həm Şərqi, həm də Qərbi ehtiva etmək 
əzmi  ifadə  olunur,  ümumiyyətlə  insan  idealının  panoramını 
yaratmaq təşəbbüsü göstərilir. 
Maraqlı burasıdır ki, həm şair, həm də filosof olmalarına 
baxmayaraq,  daha  çox  şair  kimi  tanınan  Cavid  və  Cübrandan 
fərqli  olaraq  məhz  filosof  və  siyasi  xadim  kimi  tanınan 
Məhəmməd  İqbal  yaradıcılığında  da  eyni  problemlər  və  hətta 
eyni  süjetlər  nəzərə  çarpır.  M.İqbalın  fəlsəfi  görüşlərini  təhlil 
edən  alman  tədqiqatçısı  Annemari  Şimmel  peyğəmbər 
mövzusunun şərhi ilə bağlı onu İ.Qöte ilə müqayisə edərək ya-
                                                 
1
  A.İmanгуliyеva.  Yеni  ərəб  ədəбiyyatı  korifеyləri.  Б.,  «Еlm»,  2003, 
səщ. 116. 


 
337 
zır:  «İqbalın  Qöte  ilə  olan  münasibəti  daha  genişdir  –  ümumi 
fikir  bənzərliklərinə  xüsusi  əhəmiyyət  verməsək  belə,  Qötenin 
«Məhəmmədin  tərənnümü»  adlı  məşhur  bir  şerini  oxuyarkən 
istər-istəməz M.İqbalın «Cavidnamə»də Zinderud (yaşayan ir-
mak)  ismi  ilə  ifadə  etdiyi  təsəvvürlər  yada  düşür.  Həqiqi 
mömin  peyğəmbərdə  ən  yüksək  mərtəbədə  mövcud  olan  bu 
irmak sifətini özündə görməlidir».
1
 
Peyğəmbər və İblis mövzusunun, haqqa, düz yola çağıran 
və  düz  yoldan  azdıran  qüvvələrin  ümumiləşmiş  obrazlarının 
neçə əsr keçdikdən sonra, onların yenidən gündəmə gəlməsi tə-
sadüfi deyil. Xeyir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka 
və Ehtiras əsrlər boyu ancaq qarşı-qarşıya duran, mübarizə apa-
ran  tərəflər  kimi  təqdim  və  təsvir  edilmişdi.  Vəhdət  məqamı 
hələ çatmamışdı. Bu mübarizə XIX əsrdə də davam edirdi. C. 
X.Cübran «Peyğəmbər» əsərinin «Zəka və Ehtiras» bölməsində 
Peyğəmbərin  dili  ilə  deyir:  «Sizin  qəlbiniz  çox  vaxt  zəka  və 
düşüncənin  ehtiras  və  aludəçiliyə  qarşı  müharibə  apardığı 
döyüş meydanını xatırladır».
2
  
Cavidin  İblisi  də  müəyyən  mənada  inteqrativ  xarakter 
daşıyır. Həyatda Şərin, pisliyin bir zərurət olması və onun san-
ki  Xeyir,  Haqq-Ədalət  ideyasını  canlandırmağa  xidmət  etməsi 
əsas xətlərdən biri kimi çıxış edir. Şər-Xeyir cütlüyündə tərəf-
lərdən  biri  o  birisiz  mümkündürmü?  Yəni  Şər  olmasa  Xeyir 
ideyası özü mövcud ola bilərdimi? Atəşin yandırıcı-yaxıcı təbi-
əti məlum olmasa idi, nurun məsum siqləti üzə çıxa bilərdimi? 
                                                 
1
  A.Шimmеl.  Юn  sюз.  –  M.İkбal.  Жavidnamе.  (Чеv.  A.Sжщimmеl), 
Ankara, Kцltцr Бakanlıьı, 1989, səщ. 17. 
2
  Дж.  Х.Джебрaн.  Избранное:  Пер.:  с  араб.  и  англ.  –  Л.:  Худож. 
литер., 1986, с. 363. 


 
338 
Cavid İblisin dili ilə yazır:  
 
Atəşsiz, inan, nur olamaz sabitü qaim, 
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş. 
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş... 
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 
Həp atəşə tapdırmaq idi zümreyi-nası
1

 
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.  
Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir ki, 
İblissiz  dünyada  İblisin  düşmənlərinə  də,  ədalət  carçılarına, 
çörəyi  İblisə  qarşı  mübarizədən  çıxanlara  da  ehtiyac  yoxdur: 
“Məgər  sənə,  müdrik  din  xadiminə,  məlum  deyilmi  ki,  məhz 
iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu 
köhnəlmiş  ədavət  səbəbindəndir  ki,  qızıl  və  gümüşlər 
dindarların  cibindən  siz  vaizlərin  və  ruhani  ustadların  cibinə 
axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, 
səbəbin  aradan  qalxması  ilə  nəticə  də  yoxa  çıxacaq?”
2
 
Cübranın  İblisi  özünü  Allah  kimi  əzəli-əbədi  göstərmək  üçün 
onunla  bağlı  olduğunu  iddia  edir.  İblisin  insan  təsəvvüründə 
necə  dərin  kök  saldığını  izah  etmək  üçün  belə  bir  hekayət 
danışır:  «İnsan  ilk  dəfə  günəşi  görəndə  əllərini  uzadaraq 
söylədi:  “Bu  göy  qübbəsinin  arxasında  böyük  Allah  vardır, 
xeyirin  yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və  yerdəki 
kölgəsini  görüb  dedi:  “Torpağın  dərinliyində  qorxulu  iblis 
yaşayır, şər törədicisi”». İşıq varsa, deməli, kölgə də olmalıdır. 
                                                 
1
 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 13.  
2
  Дж.  Х.Джебрaн.  Избранное:  Пер.:  с  араб.  и  англ.  –  Л.:  Худож. 
литер., 1986, с.  


 
339 
Lakin  İblisin  həm  kölgə,  həm  də  atəş  ola  bilməsi  onun  ikili 
təbiətini, riyakarlığını da ifadə edir.  
Bunu  da  qeyd  etmək  yerinə  düşər  ki,  Cübran  daha  çox 
İblisin “kölgə” xislətinə, Cavid isə “atəş” xislətinə istinad edir.  
Caviddə də, Cübranda da İblis çevik, dinamik hərəkətve-
rici qüvvə kimi təqdim olunur. O insanı daim fəaliyyətə səslə-
yir. “Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət 
də  dayanacaq”.  Lakin  Cübranın  İblisi  daha  səmimidir.  O  öz 
məqsədini gizlətmir: “Mən ölümsüz və əbədi İblisəm. Mən ya-
lanın,  riyanın,  məkrin  və  alçaqlığın  ilhamvericisiyəm  və  əgər 
bu  xüsusiyyətlər  dünyanı  tərk  edəsi  olsa,  bəşəriyyət  baxımsız 
bağa  bənzəyəcək  ki,  orda  yalnız  xeyir  kollarının  tikanları  bi-
təcək”.  
Cavidin  İblisi  daha  iblisanədir.  O  öz  fəna  işlərini  fəzilət 
kimi,  yıxıcılığı  quruculuq  kimi  təqdim  edir.  Daha  doğrusu, 
sanki bunların vəhdətini ifadə edirmiş: 
 
Əvət, İblis, o böyük sənətkar 
Həm yapar, həm də yıkar, qüdrəti var.
1
 
 
Azərbaycan  ədəbi  tənqidində  İblisin  çox  vaxt  müsbət 
obraz səviyyəsinə qaldırılması da bu riyakarlığın necə ustalıqla 
həyata keçirildiyindən xəbər verir. 
Cübranın  İblisi  Allahla  qarşılaşdırılır,  O-na  alternativ 
kimi  verilir.  Ona  görə  də  İblis  daha  çox  Allaha  qulluq  edən 
insanların, yəni keşişlərin, rahiblərin çevrəsindədir – onlarla sıx 
surətdə  bağlıdır.  Cavidin  İblisi  ümumiyyətlə  insanla  bağlıdır. 
                                                 
1
 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 32 


 
340 
Sanki insan qəlbində əbədi lövbər salmışdır. Ona görə də bütün 
şər hadisələr insanın öz ayağına yazılmalı imiş!  
 
Siz nə qədər məndən uzaqlaşsanız, 
Yer deyil, əflakə uçub qaçsanız, 
Qarşılaşıb birləşəriz daima, 
Ayrı deyil, çünki biriz daima
1

 
Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bir çox müəllif-
lər İblisin versiyasına uyaraq Şərin mənbəyini insanın təbiətin-
də görmək mövqeyini tuturlar. Əslində isə insan iblisləşdikcə, 
öz  təbiətindən  uzaqlaşır.  Özünü  dərk  etdikcə  də  öz  təbiətinə, 
missiyasına uyğun yaşadıqda isə İblis üçün əlçatmaz olur.  
İnsanı daim müşaiyət edən, ondan heç cür ayrılmaq istə-
məyən  təkcə  iblis  deyil,  həm  də  Müqəddəs  ruhdur.  Bu  ruhun 
daşıyıcıları isə coğrafi məkan və zaman fərqlərinə baxmayaraq, 
həmişə bərabərdirlər. Bu yerdə H.Cavidin «Xəyyam» əsərində 
söylənən  bir  fikiri  yada  salmaq  istərdik:  «Ayrı  olsaq  da,  həqi-
qətdə  birik».  Cavidlər  və  Cübranlar  sağlığında  bir-birini  tanı-
masalar  da,  yüz  illər  keçəndən  və  xırda  fərqlər  itəndən  sonra 
ideya zirvəsində birləşirlər. 
                                                 
1
 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 68 


 
341 
 
 
 
M Ü N D Ə R İ C A T 
 
 
Ön söz ....................................................................................... 5 
Cübran Xəlil Cübran

həyat və yaradıcılığı  
(A.İmanquliyeva) ..................................................................... 10 
PEYĞƏMBƏR ...................................................................... 55 
“GÖZ YAŞI VƏ TƏBƏSSÜM”
 
kitabından ....................... 109 
Giriş .................................................................................. 109 
Eşq həyatı ......................................................................... 110 
Ruh ................................................................................... 113 
Görüntülər ....................................................................... 114 
Gözəllik ............................................................................ 118 
Müdrikliyin ziyarəti ........................................................ 119 
Ruhların gizli söhbəti ...................................................... 122 
İBLİS .................................................................................... 126 
KAFİR XƏLİL .................................................................... 139 
«MÜJDƏÇİ» kitabından ...................................................... 191 
«DƏLİ.
 
ONUN ŞEİR VƏ HEKAYƏTLƏRİ»          
kitabindan .............................................................................. 203 
Dostum ............................................................................. 204 
Uyuq ................................................................................. 205 
Tülkü ................................................................................ 206 
İki qəfəs ............................................................................ 206 
Qəbirqazan ...................................................................... 207 
Müqəddəs şəhər ............................................................... 207 
Üzlər ................................................................................. 209 
Göz .................................................................................... 209 
İki alim ............................................................................. 210 
Kədərim doğulanda......................................................... 210 


 
342 
Sevincim doğulanda ........................................................ 211 
«TUFANLAR» kitabindan ................................................... 213 
Qəbirqazan ...................................................................... 213 
Köləlik .............................................................................. 221 
Əsir hökmdar .................................................................. 225 
Ey anamın oğulları! ........................................................ 228 
Biz və siz ........................................................................... 232 
Məntiqin fəlsəfəsi,............................................................ 237 
yaxud özünüdərk ............................................................. 237 
Tufan ................................................................................ 241 
Balla qarışdırılmış zəhər ................................................ 259 
İddialı bənövşə ................................................................. 264 
Şair.................................................................................... 270 
ƏRƏB DİLİNİN
 
GƏLƏCƏYİ ........................................... 274 
MİLLƏTLƏR
 
VƏ ONLARIN MAHİYYƏTİ .................. 288 
MUSİQİ................................................................................ 293 
SEÇİLMİŞ KƏLAMLAR .................................................. 308 
Son söz əvəzi:
  
Cübran və Azərbaycan
 
ədəbi-fəlsəfi fikri (S.Xəlilov) ....... 324 
 
 
 

Document Outline

  • Ön söz
  • CÜBRAN XƏLİL CÜBRAN
  • HƏYAT VƏ YARADICILIĞI(
  • PEYĞƏMBƏR
  • “GÖZ YAŞI VƏ TƏBƏSSÜM”
  • kitabından
    • Giriş
    • Eşq həyatı
    • Ruh
    • Görüntülər
    • Gözəllik
    • Müdrikliyin ziyarəti
    • Ruhların gizli söhbəti
  • İ B L İ S
  • Kafİr XƏLİL
  • «MÜJDƏÇİ»
  • «Dəlİ.
  • Onun şeİr və hekayətlərİ»
    • Dostum
    • Uyuq
    • Tülkü
    • İki qəfəs
    • Qəbirqazan
    • Müqəddəs şəhər
    • Üzlər
    • Göz
    • İki alim
    • Kədərim doğulanda
    • Sevincim doğulanda
  • «TUFANLAR»
    • Qəbirqazan
    • Köləlik
    • Əsir hökmdar
    • Ey anamın oğulları!
    • Biz və siz
    • Məntiqin fəlsəfəsi,
    • yaxud özünüdərk
    • Tufan
    • Balla qarışdırılmış zəhər
    • İddialı bənövşə
    • Şair
  • Ərəb dİlİnİn
  • gələcəyİ
  • Mİllətlər
  • və onların mahİyyətİ
  • MUSİQİ
  • Seçİlmİş kəlamlar
  • Son söz əvəzi:
  • Cübran və Azərbaycan
  • ədəbi-fəlsəfi fikri

Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə