Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə9/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

 
33 
rik, biz səni hiss edirik, amma görmürük. Sən sanki qəlbimizi 
çulğayan, amma bizi batırmayan məhəbbət dənizisən... Sən şə-
hərin döngələrindən xəstəlik nəfəsi, düzənlərdən çiçəklərin ətri-
ni gətirirsən, ...Sən burda yavaşıyırsan, orada tələsirsən, sürətlə 
çapırsan, heç vaxt dayanmırsan... Sən əbədiyyət kimi dəyişkən-
sən... Sən səhralarda qeyzlə dolaşır, qəzəblə karvanlara hücum 
edirsən,  sonra  onları  qum  örtüyü  altında  basdırırsan...  sən  də-
nizlərin zülmətini yarır, onların dərinliklərindəki sükutu pozur-
san...» və s.  
Təbiətdə  həyatın  əbədi  və  fasiləsiz  yeniləşməsi  fikrini 
«Məhəbbətin həyatı» mənsur şeirində də izləmək olar. Burada 
Cübran ilin fəsillərinin bir-birini əvəz etməsini şairin məhəbbə-
tinə  bənzədərək  təsvir  edir:  bahar  məhəbbətin  çiçəkləndiyi 
dövr, yay təbiətin və məhəbbətin yetkinlik çağı, payız öncədən 
rahatlıq  hissinin  duyulması,  sevinclərin  sonudur.  «Ağaclarda 
yarpaqlar saraldı... Quşlar  yasəməni tənha qoyub, sahillərə uç-
dular... Çaylarda suyun axarı dayandı, çeşmələrdə sevinc yaşla-
rı  qurudu,  təpələr  bəzəkli  libasını  soyundu.  Təbiət  mürgüyə 
daldı....». Qışın gəlişi ilə təbiətin hüznlü mənzərəsi şairin qəlbi-
ni  qüssə  ilə  doldurur,  o,  öz  sevgilisinə  bu  sözlərlə  müraciət 
edir: «Əzizim, əbədi yuxu ümmanı necə də dərindir!  Bu dün-
yada... səhər necə uzaqdır!» 
Cübran yaradıcılığı üçün «Tufan» hekayəsində və bir sıra 
başqa əsərlərdə Cübranın romantik qəhrəmanı özünü böyük işə 
həsr edən mübariz yox, öz daxili aləminə çəkilmiş xəyalpərvər-
dir. Onun fərdiyyətçiliyi üsyan həddinə çata bilmir, o, gerçəkli-
yə qarşı məğrur tənhalığa qapılmaqla durur. 
Hekayənin məzmunu genişdir, bu da bilavasitə onun for-
masında öz əksini tapır: müəllif özü onu kiçik başlıqlara ayırır. 


 
34 
Cəmi bir surət – inkarçı, insanlardan, şəhərdən və sivilizasiya-
dan vəhşi təbiətin qoynuna qaçan Yusif əl-Fəxrinin surəti veril-
mişdir. Elə ilk təəssüratda, bu, ətrafdakı gerçəkliyi inkar edən, 
bu gerçəklikdən qaçmağa can atan romantik qəhrəmanların ob-
razları ilə analogiya doğurur. 
«Tufan»  hekayəsinin  qəhrəmanı  Yusif  əl-Fəxri  əhatə 
edən gerçəkliyi,  cəmiyyəti, insanları və onların ədalətini inkar 
edir.  Cübran  yazır:  «Yusif  əl-Fəxri  bu  fani  dünyanı  tərk  edib 
tənha zahid həyatı sürmək üçün Livanın şimalında Kadiş vadi-
sinin  ətəyindəki  xəlvət  komaya  çəkiləndə  otuz  yaşı  tamam  ol-
muşdu». 
Ətrafdakı  sakinlərə  Yusif  haqda  heç  nə  məlum  deyil, 
kimdir,  haradandır,  niyə  tənha  ömür  sürür?  Romantik  qəhrə-
manların hamısında olduğu kimi, onun da həyatı sirr və müəm-
maya bürünmüşdür. Tutqun və yağışlı bir payız günündə heka-
yəçi  Yusif  ilə  tanış  ola  bilər.  Yusifin  aşkar  müqavimətinə  və 
qonaqsevməz  olmasına  baxmayaraq,  hekayəçi  onun  komasına 
daxil olub onunla ünsiyyətdə ola bilər. Elə ilk sözlərindən tər-
kidünya  insan  qonağı  ondan  nümunə  götürməsi  üçün  onu  dilə 
tutur: «...İnsanları onların yaramaz qanunları və bayrağı adətlə-
ri ilə birgə tərk et, quşlar kimi hamıdan uzaqlarda, yalnız yerin 
və göyün qanunlarının hökmran olduğu yerdə yaşa». Sonra Yu-
sif insanlar və onların həyatına olan öz dərin ümidsizliyini ifa-
də edərək, onlara qarşı ifşaedici nitqlə ürəyini boşaldır:  «Mən 
insanları tərk etdim, çünki mənim arzularım onların arzularına, 
əxlaqım isə onların əxlaqına uyğun gəlmir. Mən insanları tərk 
etdim, çünki başa düşdüm ki, mənim qəlbim sola fırlanan çarx-
lar arasında sağa fırlanan çarxdır». O, ümidsiz və müdhiş görü-
nən şəhərdən çıxıb gedir. Yusif deyir: «Mən şəhəri tərk etdim, 


 
35 
çünki gördüm ki, bu şəhər nəhəng, qədim, qüdrətli, amma kök-
ləri torpağın zülmətinə yayılan çürümüş ağacdır. Onun budaq-
ları  buludlara  ucalmışdır,  gülləri  tamahkarlıq,  şər  və  cinayət, 
meyvələri isə dərd, bədbəxtlik və qayğıdır...» Yusifin bu sözlə-
rində romantiklərin antiurbanist nəzəriyyəsinin, demək olar ki, 
bütün mahiyyəti ifadə olunmuşdur. 
Yusif tənhalığa zahidlik naminə, Allaha xidmət və ibadət 
etmək naminə can atmır. O, ikiüzlülük, riyakarlıq və cahilliyin 
hökmran  olduğu,  təkəbbürlü  dövlətlilərin  və  siyasətçilərin 
«millət gözlərini qızıl tozla kor edib, hərzə-hədyan sözlərlə qu-
laqlarını batırdığı», din xadimlərinin «özlərinin inanmadıqlarını 
başqalarına inandırmağa çalışdığı və özlərindən tələb etmədik-
lərini dindarlardan tələb etdiyi» insan cəmiyyətindən iyrənmiş-
dir. O, «insan kəllərindən ucaldılmış təpə üzərində» qurulan si-
vilizasiyanı tərk edir. 
 
Yox, yox tənha ola bilməz heç zaman
Ruhu təbiətlə dil tapan insan. 
 
Cübranın  romantik  qəhrəmanı  təbiətin  ağuşuna  hər  şey-
dən əvvəl ona görə gedir ki, məhz  burda  «ruh və qəlbin, fikir 
və bədənin həyatını» tapır, burda qəlb, qəlbin dərinliklərindəki 
gizli  qatlar  oyanır,  nəticə  etibarilə  dünyanın  dərki  başlanır. 
Çünki  dünyanı  dərk  özünüdərkə  bərabərdir.  «Ruhun  həyatı» 
ideyasının təbliği transsendentalizmin ən tipik xüsusiyyətlərin-
dən olmuşdur. Təbiət səltənətində Yusif gümrahlaşır, düşüncə-
lərdən həzz alır və mənəvi oyanış hiss edir. 
Yusif  sivilizasiyanın  nailiyyətlərini  tamamilə  faydasız 
hesab 
edir, 
qərb 
tərəqqisini 
«puç 
şöhrətpərəstlik 


 
36 
kabus»larından  biri  adlandırır.  Onun  fikrincə,  kəşflər  və 
ixtiralar  yalnız  insan  ağlının  darıxdığına  və  tənbəlliyinə  görə 
əyləndiyi oyuncaqlardır». 
Qeyd edək ki, Avropa romantiklərinin heç biri sivilizasi-
yanın sənaye nailiyyətlərinə qarşı  çıxış etməmişdir. Hətta keç-
miş idillik patrialxal dövrlərə meyl edən Vordsvort da heç vaxt 
müasir dünyanın texniki nailiyyətlərinə qarşı birbaşa fikir söy-
ləmir. Cübran özü də qəhrəmanlarından fərqli olaraq, insanlara 
onların  həyatına  yaxın  olan  daha  real  mövqedə  durur,  o  belə 
mühakimə yürüdür: «Şübhəsiz, mənəvi oyanış insanın ən layiq-
li  vəziyyətidir,  onun  mövcudluğunun  məqsədidir,  lakin  məgər 
sivilizasiya  özünün  bütün  mürəkkəblikləri  ilə  həm  də  özünə-
məxsus oyanış deyilmi? Mövcudluğunun özü artıq onun məq-
sədəuyğunluğuna dəlalət edirsə, biz bu mövcud olanı necə in-
kar  edə  bilərik?»  Bu  mühakimələr  yazıçının  «mənəvi  oyanış» 
sivilizasiyasının  uğurlarının  qəbul  edilməsi  ilə  barışdırdığını 
göstərir. 
Ancaq  maraqlı  odur  ki,  Yusif  tərəqqiyə  və  onun  nailiy-
yətlərinə nifrətlə yanaşmaqla, onu inkar etməklə bərabər, bu tə-
rəqqinin  gətirdiyi  bəzi  rifah  və  rahatlıqlardan  imtina  etmir. 
Onun kasıb  komasında  yaxşı  şərab,  ətirli  qəhvə, xoşqoxulu  si-
qaretlər  və  ləzzətli təamlar  var.  Həmsöhbətinə  «səmada quşlar 
kimi  yaşamağa»  dair  təkidli  çağırışına  baxmayaraq,  o  heç  də 
asket həyat tərzi keçirmir. 
Şübhəsiz ki, «Tufan» romantik əsərdir, onun qəhrəmanı-
nın fərdiyyəçiliyində ətraf aləmin, ümumi normaların inkarı öz 
ifadəsini tapmışdır. Bununla  yanaşı, Cübranın romantik qəhrə-
mana  özünəməxsus münasibətini  də  qeyd  etmək  lazımdır.  Hər 
şeydən  əvvəl  müəllif  özü  insan  cəmiyyətini  tam  inkar  etmir, 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə