Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə43/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

 
167 
Rəhil və Məryəm də onun arxasınca şeyxin evinə yollan-
dılar, Yerusəlimin qızları İsanın dalınca Qolqofa yollanan təki. 
 
VII 
 
 Hansı xəbər olursa olsun balaca kəndlərdə, fəllahlar ara-
sında olduqca tez yayılır, zira, böyük dünyadan uzaqda olmala-
rı kəndliləri öz qapalı dünyalarında baş verən hər bir hadisəyə 
böyük vaxt  və  diqqət ayırmalarını  tələb  edir.  Qışda əkin  sahə-
lərinin  qar  yorğanının  altında  uyuduğu,  insanlarınsa  soyuqdan 
öz ocaqlarının başında qızındıqları vaxt kənd əhalisi ətrafda baş 
verən hər şeylə maraqlanmağa çalışırdı, təki vaxt getsin. 
Xəlilin  həbsindən  o  qədər  də  çox  vaxt  keçməmişdi,  am-
ma bu xəbərin şayiəsi keçici xəstəlik kimi kəndi başına almışdı. 
Kəndlilər evlərini tərk edərək sərkərdənin çağırışına yığılan əs-
gərlər kimi kəndin hər yerindən şeyx Abbasın evinə axışırdılar. 
Xəlil  şeyxin  evinə  qədəm  basanda  məlum  oldu  ki,  ev  ağzına-
can, gözünün ucu ilə də olsa monastırdan qovulmuş bütpərəsti 
görməyə  cəhd  edən  kişi,  qadın  və  uşaqlarla  dolu  idi.  Onlar 
həmçinin  Xəlilə  kafirliyin  iblisanə  xəstəliyini  kəndin  təmiz 
havasında yaymağa kömək edən Rəhili onun qızını da görmək 
istəyirdilər. 
Şeyx məhkəmədə öz yerini tutmuşdu, Elias ata isə onun 
yanında əyləşmişdi, camaat isə cəsarətlə onların qarşısında da-
yanmış  qolu  bağlı  gəncə  baxırdı.  Rəhil  və  Məryəm  isə,  qorx-
muş halda Xəlilin arxasında durmuşdular. Lakin qorxu nə edə 
bilər Həqiqəti tapmış və onun arxasınca gedən qadın ürəyinə? 
Eşqin oyatdığı qız qəlbinə kütlənin nifrəti nə edə bilər? 


 
168 
Şeyx  Abbas  cavan  oğlanı  süzərək  göy  gurultusunu 
xatırladan səslə müraciət etdi: 
– Adın nədi, mərifət yiyəsi? 
– Adım Xəlildir, – gənc cavab verdi. 
Şeyx soruşdu: 
– Atan, anan, qohumların kimdi və harda doğulmusan? 
Xəlil ona nifrətlə baxan fəllahlara dönərək cavab verdi: 
–  Əzilən  yoxsullardır  mənim  qohumlarım  və  ailəm,  bu 
nəhəng ölkə isə mənim vətənimdir. 
Şeyx Abbas həqarətlə: 
–  Qohum  saydığın  bu  adamlar  səni  cəzalandırmağımı 
tələb edirlər. Vətənin adlandırdığın ölkə isə səni onun xalqının 
nümayəndəsi saymaq istəmir, – dedi.  
Xəlil cavab verdi: 
–  Cahil  xalqlar  öz  xeyirxahlarını  tutub  despotların  əlinə 
verirlər.  Tiranın  hökmranlıq  etdiyi  ölkə  isə  xalqı  boyunduruq 
əsarətindən qurtarmaq istəyən insanları təqib edir. Lakin məgər 
yaxşı oğul xəstə anasını atarmı? Məgər mərhəmətli insan bəla-
ya düşmüş qardaşına köməyini əsirgəyərmi? Məni tutub bu gün 
bura gətirən  yazıq adamlar o adamlardı ki, dünən canlarını sə-
nin  yolunda  həlak  edirdilər.  Üzərində  gəzməyimə  etiraz  edən 
bu  torpaq  da  həmin  torpaqdır  ki,  aralanıb  udmur  acgöz  ti-
ranları. 
Gəncin ruhunu çaşdırmaq və ona dinləyiciləri özünə cəlb 
etməyə mane olmaq üçün şeyx ucadan qəhqəhə çəkdi və dedi: 
–  Çoban,  yəni  sən  elə  fikirləşirsən  ki,  səni  monastırdan 
qovmuş  monarxlardan  daha  çox  yazığımız  gələcək  sənə? 
Yoxsa  güman  edirsən  ki,  təhlükəli  araqarışdırana  bizim 
ürəyimiz yanacaq? 


 
169 
Xəlil cavab verdi: 
– O düzdü ki, mən mal-qaranın qayğısın çəkmişəm və nə 
yaxşı  ki,  qəssab  olmamışam.  Mən  sürüləri  zəngin  otlaqlara 
aparırdım. Və heç vaxt şoranlıqda otarmamışam onları. 
Mən heyvanları dumduru bulaqlara aparırdım. Və xəstə-
lik dolu bataqlıqlardan uzaq saxlayırdım onları. Axşamlar mən 
onları  təhlükəsiz  tövlələrə  gətirirdim.  Və  heç  vaxt  da  onları 
düzdə, canavarların ümidinə qoymurdum. Və əgər siz insanlar-
la mən sürümlə davrandığım kimi davransaydınız, bu yoxsullar 
miskin komalarında yaşayıb dilənçilikdən əziyyət çəkməzdilər, 
o zaman ki, sən Neron kimi kef eləyirsən bu dəbdəbəli sarayda. 
Şeyxin  alnında  tər  damcıları  parladı  və  onun  rişxəndi 
qəzəbin  içində  əridi.  Lakin  o  özünü  sakit  tutmağa  çalışdı.  Və 
guya Xəlili eşitməmiş kimi səsləndi: 
– Sən kafirsən və bizim sənin gülməli nitqlərinə qulaq as-
maq fikrimiz yoxdu! Biz səni bura çağırmışıq ki, bir cinayətkar 
kimi mühakimə edək. Və sən anlamalısan ki, elə bir şəxsin qar-
şısındasan ki, o, ona verilən hakimiyyətlə əlahəzrət əmir Amin 
Şihabı bu kənddə təmsil etmək səlahiyyətinə malikdir. Sən təh-
qir etdiyin  kilsənin  təmsilçisi  Elias  atanın  qarşısında  dayanmı-
san. İndi isə öz müdafiənə nəsə deyə bilərsən, ya da ki, diz çök 
qarşımızda  və  biz  səni  bağışlayaraq  monastırda  işlədiyin  kimi 
burda da çoban işləməyinə icazə verək.  
Xəlil cavab verdi: 
– Cinayətkarı digər cinayətkar mühakimə edə bilməz və 
kafir də özünü günahkarlar qarşısında təmizə çıxarmamalıdır. 
O,  toplanmış  camaata  göz  gəzdirərək  onlara  müraciət 
etdi: 


 
170 
–  Mənim  qardaşlarım,  tarlalarınızın  sahibi  adlandırdığı-
nız və çoxdan bəri itaət etdiyiniz bu adam məni bura gətirməyi 
və  əcdadlarınızın  sümükləri  üzərində  ucaltdığı  bu  evdə,  sizin 
qarşınızda  mühakimə  etməyi  əmr  etmişdir.  Sizin  inamınızdan 
istifadə edib kilsə başçısı olmuş bu insan isə gəlib ki, məni mü-
hakimə  etsin,  şeyxə  məni  alçaltmaqda  və  əzabımı  artırmaqda 
yardımçı olsun. Siz bura mənim əzablarımı  görmək və mərhə-
mət  yalvarışlarımı  eşitmək  üçün  yığışmısınız.  Evlərinizi  tərk 
etmisiniz ki, öz oğlunuzu və qardaşınızı əli bağlı görəsiniz. Siz 
gəlmisiniz  ki,  yırtıcı  əlində  çabalayan  qurbanı  görəsiniz.  Siz 
bura  gəlmisiniz  məhkəmə  qarşısında  duran  kafiri  görəsiniz. 
Mən – monastırdan qovulmuş cinayətkar və bidətçiyəm. Boran 
məni sizin kəndə gətirdi. Mənə qulaq asın və mərhəmətli yox, 
ədalətli  olun.  Zira,  mərhəmət  günahı  olana  lazımdı,  günahsız 
insanın isə ədalətdən başqa heç nəyə ehtiyacı yoxdur. 
Mən  sizi  andlılar  məhkəməsinin  üzvləri  kimi  qəbul 
edirəm,  zira,  xalqın  iradəsi  –  Allahın  iradəsidir.  Ürəklərinizi 
yuxudan oyadın,  diqqətlə  qulaq asın, sonra isə  öz  vicdanınızla 
məni mühakimə edin. Sizə deyiblər ki, mən allahsızam, amma 
deməyiblər ki, mən nə günahın sahibiyəm, yaxud hansı cinayəti 
törətmişəm. Siz məni oğru kimi qolu bağlı görmüsünüz, amma 
mənim  əməllərim  barədə  sizə  heç  nə  məlum  deyil.  Çünki  bu 
məhkəmədə  onlar  barədə  heç  nə  danışılmayıb,  burda  təkcə 
cəzadan danışmaqda maraqlıdırlar.  
Mənim cinayətim sizin dərdlərinizi anlamağımdadır, mə-
nim  əziz həmvətənlərim.  Zira, mən  boynunuzu əzən boyundu-
ruğun ağırlığının nə demək olduğunu yaxşı bilirəm. Mənim gü-
nahım – sizin qadınlarınızın halına yanmağımda, sizin uşaqları-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə