Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə1/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
  1   2   3   4   5   6   7   8   9   ...   166


NƏSİMAN YAQUBLU

CÜMHURİYYƏT 

QURUCULARI

BAKI – 2018




Rəyçilər:  Boran 

Əziz 


 

tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti

 

 



 Aslan 

Kənan


 

 S.Mümtaz adına Azərbaycan Respublikasının 

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini

Redaktor:  İradə 

Quliyeva


Mətnin yığıcısı:   Nəzakət Muradova

Nəsiman Yaqublu. CÜMHURİYYƏT QURUCULARI

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018, 504 səh.

Oxuculara təqdim edilən bu kitab Azərbaycan Cümhuriyyətinin qurucu-

ları, əsasən, dövlət idarəçiliyinə başçılıq etmiş nazirlərin həyat və fəaliyyətləri 

haqqındadır.

Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlər-

dən faydalanaraq ciddi axtarışlar aparılmış, Azərbaycanın milli, hüquqi və de-

mokratik dövlətçiliyinin əsasını qoymuş şəxslərlə bağlı geniş məlumatlar təq-

dim edilmişdir. 

Kitab Azərbaycanın XX əsr tarixi, Azərbaycan Cümhuriyyəti dövrü ilə ma-

raqlanan mütəxəssislər, tarix, diplomatiya, beynəlxalq münasibətlər üzrə təhsil 

alan tələbələr, milli, demokratik, hüquqi dövlət quruculuğu prosesini öyrənmək 

istəyən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.



ISBN: 978-9952-507-96-6

Bu kitab satış üçün nəzərdə tutulmayıb. 

Kitabda ifadə olunmuş fikirlər müəllifə məxsusdur və 

heç bir halda BP-nin rəsmi mövqeyini əks etdirmir.




 

3

AZƏRBAYCAN RESPUBLİKASI 



PREZİDENTİNİN SƏRƏNCAMI

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin 

müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məc-

buriyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi ni-

zamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində 

Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi 

meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azər-

baycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, 

məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləş-

məsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə 

ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədqu-

luzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər 

davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. 

Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni za-

manda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmiş-

di. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar 

müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiy-

yəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət ya-

ranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları 

daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası 

müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal 

bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzə-

rinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəfl ə 

yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edil-

di, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili 

dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. 

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək 

döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə 

uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət 

yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın son-

rakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından 

müstəsna əhəmiyyətli işlər görüldü.



4

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi 

prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına 

eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriy-

yət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin 

müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və 

maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti 

daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələ-

ri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər 

qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin 

fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin 

aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın si-

yasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu 

məqsədlərə tam müvəff əq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqə-

rar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli 

dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Hey-

dər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni 

yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq 

məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən 

həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991–ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respub-

likası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhu-

riyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini 

qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü hə-

min vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək 

məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respubli-

kada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyə-

tinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti 

Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi 

tövsiyə edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il



Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə