Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə14/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   10   11   12   13   14   15   16   17   ...   166

CÜMHURİYYƏT QURUCULARI

40

Azərbaycan Cümhuriyyətinin Hökumətini təşkil etmək tapşırıldı. Bu hökumətdə 



o, Baş Nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra edirdi

3

.



1918-ci ilin iyunun 16-da Azərbaycan Milli Şurası və Azərbaycan Hö-

kuməti Gəncəyə gəldi. Gəncədə mayın 25-dən üç yüz nəfər təlimatçı ilə bu-

rada olan Qafqaz İslam Ordusunun Baş komandanı Nuru Paşa ilə Azərbaycan hö-

kuməti arasında müəyyən anlaşılmazlıq baş verirdi. Nuru Paşa onlara bir qədər 

şübhə ilə yanaşırdı. İyunun 17-də Gəncədə Milli Şuranın yeddinci iclası keçirildi 

və F.X.Xoyski tutduğu vəzifədən istefa verdi. Geniş müzakirədən sonra F.X.Xoy-

skiyə yeni hökumət təşkil etmək tapşırıldı. Yeni hökumətdə o, Baş Nazir vəzifəsi 

ilə yanaşı Ədliyyə naziri vəzifəsini də icra edirdi.

Gəncədə çox çətin şəraitdə F.X.Xoyskinin ikinci Hökumət kabinəsi fəaliy-

yətə başladı və o, ilk növbədə dövlət aparatının təşkili işi ilə məşğul olurdu. Bu 

müddətdə Nazirlər Şurası ilə yanaşı ayrı-ayrı nazirliklərin də idarə aparatı yara-

dılırdı.

F.X.Xoyskinin başçılıq etdiyi ikinci hökumət kabinəsi 12 nazirdən ibarət 

idi (Baş nazirlə birlikdə). Onların 3-ü portfelsiz nazir (yəni müşavir – red) idi – 

Ə.M.Topçubaşov (bitərəf ), M.Rəfiyev (Müsavat), X.Xasməmmədov (Müsavat). Bu 

müddət ərzində Azərbaycan xalqının həyatında mühüm olan çox ciddi qərarlar 

qəbul edildi: 1) İyunun 26-dan Azərbaycanda ilk ordu yaradılmasına başlanıldı; 

2) İyunun 27-də Türk dili (Azərbaycan dili) dövlət dili elan olundu; 3) Avqustun 

28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu; 4) 

Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanuna müvafiq olaraq 19 yaşı-

na çatmış vətəndaşların ordu sıralarına səfərbərliyi elan olundu; 5) İyulun 15-də 

Fövqəladə Təhqiqat Komissiyası yaradıldı və komissiya 1918-ci ilin martın 31-də 

Bakıda yerli müsəlmanlara qarşı törədilmiş vəhşilikləri araşdırmağa başladı; 6) 

Avqustun 30-da Yelizavetpol – Gəncə, Qaryagin qəzası da Cəbrayıl adlandırıldı

4

.



1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdik-

dən sonra, sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumətin Bakı-

da fəaliyyəti mümkün oldu.

F.X.Xoyskinin siyasi fəaliyyətinin ən mühüm sahəsi onun Azərbaycan Cüm-

huriyyətində tutduğu vəzifələrdəki çalışmaları ilə bağlıdır. 

F.X.Xoyskinin Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının Sədri im-

zası ilə ilk sənədi (məktubu) Xarici İşlər naziri M.H.Hacınskiyə ünvanlanıb 

3

   Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s. 7.; Azərbaycan Demok-



ratik Respublikası. Azərbaycan hökuməti (1918-1920). B., Gənclik, 1990, s. 31.

4

 Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s.8.




FƏTƏLİ XAN XOYSKİ

41

(M.H.Hacınski o dövrdə Batumda idi). 1918-ci ilin mayın 29-da yazılan bu mək-



tubda F.X.Xoyski bildirirdi ki, Azərbaycanın müstəqilliyi ilə bağlı tele qramın Tif-

lisdən göndərilməsinə maneçilik göstərirlər. O, qeyd edirdi ki, həmin teleqram 

rus və fransız dillərində Sizə çatdırılır və Siz Konstantinopolla birbaşa əlaqəsi 

olan radio ilə həmin məlumatı yayın. F.X.Xoyski bildirirdi ki, məlumatı Xarici İşlər 

naziri olaraq Siz özünüz imzalayın. Eyni zamanda o, məktubda Nəsib bəylə X.

Sultanovun Yelizavetpola (Gəncəyə) getdiyini, ermənilərlə bütün mübahisələ-

rin həll edilməsi üçün Yerevanın güzəştə getdiyini yazırdı. F.X.Xoyski məktubda 

müstəqilliklə bağlı sənədin Türkiyə tərəfindən rəsmi dəyərləndirilməsi məlu-

matını da onlara çatdırmağı və fransızca mətnə hökumətin müvəqqəti yerləşə-

cəyi yerin Konstantinopol olacağının əlavə olunmasını da xahiş edirdi

5

.

F.X.Xoyskinin Azərbaycan Nazirlər Sovetinin Sədri olaraq 1918-ci ilin 



mayın 30-da müxtəlif dövlətlərin Xarici İşlər Nazirlərinə Azərbaycanın 

müstəqil respublika elan olunması haqqında göndərdiyi radioqramması 

bu məzmunda idi: “Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, 

Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, 

Kiyev, Xristianiya (Oslo), Kopenhagen Xarici İşlər Nazirlərinə. Gürcüstanın 

ayrılması nəticəsində Zaqafqaziya Federativ Respublikasının dağılması 

ilə bağlı Azərbaycan Milli Şurası Mayın 28-də Şərqi və Cənubi Zaqafqa-

ziyadan ibarət olmaqla Azərbaycanın müstəqilliyini elan edib. Yuxarıda 

qeyd olunanla bağlı Sizdən öz hökumətinizi məlumatlandırmağınızı xa-

hiş edirəm. Mənim hökumətimin müvəqqəti olacağı yer Yelizavetpol ola-

caq. Azərbaycan Respublikası Nazirlər Sovetinin Sədri Fətəli xan Xoyski”

6

.

F.X.Xoyskinin 1918-ci ilin iyulun 11-də İstanbulda Azərbaycan Nümayəndə 

Heyətinin sədri M.Ə.Rəsulzadəyə göndərdiyi təlimatda isə Türkiyədə Azərbay-

can bonlarının (pulunun – red) hazırlanması ilə bağlı sifarişin verilməsi zərurə-

ti qeyd olunurdu. F.X.Xoyski yazırdı ki, hökumətin pula ciddi ehtiyacı vardır. O, 

Ümumzaqafqaziya bonlarından Azərbaycana az ayrıldığına görə hazırda ölkənin 

pulsuz vəziyyətdə olduğunu qeyd edirdi. Təlimatda bildirilirdi ki, yeni bonların 

hazırlanması ilə bağlı gürcülərlə və ermənilərlə aparılan danışıqlar nəticə ver-

mədiyindən yalnız Türkiyənin köməyinə ümid edilir

7

.



F.X.Xoyskinin 1918-ci ilin 31 iyulunda Gəncədən İstanbula M.Ə.Rəsulzadəyə 

göndərdiyi məktubda isə ermənilərlə ərazi mübahisələrinin həlli formalarına 

5

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 970, s. 1, i. 4, v. 1-2.



6

 Yenə orada,  s. 1, i. 5, v. 1.

7

  Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 21, v. 4-5.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə