Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə4/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   2   3   4   5   6   7   8   9   ...   166

11

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

MƏHƏMMƏD ƏMİN 

RƏSULZADƏ 

(1884 – 1955)

A

zərbaycanın tanınmış ictimai-si-



yasi xadimi M.Ə.Rəsulzadə 

1884-cü ilin yanvarın 31-də Bakı-

nın Novxanı kəndində anadan olub. O, ilk 

öncə 2-ci Rus-müsəlman məktəbində, 

sonradan isə Bakı Texniki məktəbində təh-

sil alıb.

1903-cü ildə M.Ə.Rəsulzadə ilk siya-

si Müsəlman Gənclik Təşkilatını  yaradıb. 

1904-cü ildə Müsəlman Sosial-Demok-

rat Təşkilatı olan Hümmətin əsasını qo-

yanlardan biri olub. 1903-1908-ci illərdə 

“Şərqi-rus”, “İrşad”, “Təkamül”, “Tərəqqi” 

qəzetlərində çoxlu sayda yazıları çap 

edilib.


M.Ə.Rəsulzadə 1909-1911-ci illərdə 

İranda, 1911-1913-cü illərdə Türkiyədə yaşayıb. O, 1911-ci ildə əsası qoyulan 

Müsavat Partiyasının Başqanı və ideoloqu olub.

M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Milli Şurasının Sədri seçilib. 

Azərbaycan Cümhuriyyəti dövründə M.Ə.Rəsulzadə parlamentdə Müsavat və 

bitərəfl ərdən ibarət olan ən böyük fraksiyanın lideri kimi fəaliyyət göstərib.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra o, həbs olunub. Sonradan Rusiyaya, oradan isə xaricə gedib

mühacirət həyatı yaşayıb. 

O, 1955-ci ilin martında Ankarada dünyasını dəyişib.




CÜMHURİYYƏT QURUCULARI

12

 AZƏRBAYCAN MİLLİ ŞURASININ SƏDRİ



Məhəmməd Əmin Hacı Ələkbər oğlu Rəsulzadə 1884-cü ilin yanvar ayının 

31-də Bakının Novxanı kəndində ruhani ailəsində doğulmuşdur. O, ilk təhsili-

ni Sultan Məcid Qənizadənin müdirlik etdiyi İkinci Rus-Tatar məktəbində almış, 

sonra Bakı-Texniki məktəbinə daxil olmuşdur. Burada bir qədər oxuduqdan son-

ra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəltmişdir. 

1903-cü ildə M.Ə.Rəsulzadə üzvləri müxtəlif rus litseylərində və digər orta 

məktəblərdə oxuyan azərbaycanlı türk tələbələrindən ibarət gizli bir dərnək 

yaratmışdır

1

.

M.Ə.Rəsulzadənin o zaman yaratdığı Müsəlman Gənclik Təşkilatının təş-



viqat-təbliğat işində “Hümmət” qəzeti mühüm rol oynamışdır. 

Qeyd edək ki, azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə 

cəlb etmək məqsədilə 1904-cü ilin sonlarında Bakıda RSDFP-nin Bakı Komitəsi 

nəzdində Müsəlman Sosial-Demokrat “Hümmət” qrupu yaradıldı

2

. “Hümmət”in 



baniləri arasında M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, 

M.H.Hacınski və başqaları vardı. Müsavat Partiyasının yaradıcılarından olan Ab-

basqulu Kazımzadə, Kərbalayı Mikayılzadə də “Hümmət” təşkilatının keçmiş 

üzvlərindən idi. 

Bu dövrdə mətbuat da geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşək-

külünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində 

oynadığı mühüm əhəmiyyəti ilə bağlı idi. Elə həmin illərdə M.Ə.Rəsulzadənin 

ilk mətbu yazısı 1903-cü ildə Tifl isdə çıxan “Şərqi Rus” qəzetində çap olun-

du. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə M.Ə.Rəsulzadə 

elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: “Qafqaz Müsəlman əha-

lisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından ba-

laca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, 

niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoy-

mağa, məbada-məbada palçıqçı, dükan şagirdi və qeyrəyə razı olsun”

3

.

1909-1913-cü illərdə isə M.Ə.Rəsulzadə İrana, Türkiyəyə gedib orada 



geniş fəaliyyət göstərdi.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumi-

dən (bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı.

1

 Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri. B.1991, s. 13-14.



2

 Azərbaycan Kommunist Partiyasının oçerkləri. B., 1964, s.63.

“Şərqi-Rus” qəzeti, 1903, №14.




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

13

 Bu dövrdə Bakıda Müsavat Partiyası qurulmuş və çar hökuməti əleyhinə cid-



di mübarizə aparılırdı.  M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra “Partiyanın rəh-

bərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib ha-

zırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi”

4

.



Bu illərdə M.Ə.Rəsulzadə ciddi siyasi iş aparır, o dövrdə hökumət tərəfindən 

fəaliyyətinə icazə verilən bəzi xeyriyyə və maarifçilik məqsədi daşıyan cəmiy-

yətlərə təsirini gücləndirirdi. Belə cəmiyyətlər sırasında “Nicat Maarif Cəmiyyəti”, 

“Bakı Cəmiyyəti Xeyriyyəsi” və “Nəşri-Maarif Cəmiyyəti” vardı

5

.

Bu dövrdə M.Ə.Rəsulzadənin “Dirilik” jurnalında çap edilmiş mə qa lələri icti-



mai əhəmiyyəti baxımından da diqqəti daha çox cəlb edirdi. Həmin məqalələr-

də milli dirçəlişin yolları ətrafl ı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun im-

kanları çərçivəsində izah edilmişdir.

M.Ə.Rəsulzadə milli-azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsas-

landırırdı. Göstərirdi ki, dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər 

siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir.

M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində “İqbal”, “Yeni 

İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdur.

Bu qəzet haqqında M.Ə.Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta 

qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sə-

rahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək 

zərurətində qalmışdı”

6

.

1917-ci ilin 27 fevralında Rusiyada Fevral-Burjua inqilabının baş verməsi 



Azərbaycandakı ictimai-siyasi proseslərə ciddi təsir göstərdi.

Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda fəaliyyət göstərən 

təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci ilin 

martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıl-

dı. Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M.Ə.Rəsulzadə 

seçildi. Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli-siyasi şüarlar ətra-

fında” birləşməyi və Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurul-

tayın açılışı ərəfəsində “Açıq söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlman-

larının siyasi və milli mədəni inkişafında mühüm rol oynayacaq.

1917-ci ilin aprelin 15-dən 20-dək Qafqaz müsəlmanlarının qurulta-

yı keçirildi. Qurultayda mövcud şərait təhlil olundu. Ölkənin siyasi vəziyyətinə 

4

 Oruclu M. Müsavat Partiyasının fəaliyyəti. “Müsavat” jurnalı, B., 1995, №3 (7), s. 65.



5

 “Azərbaycan” jurnalı, Ankara, 1955, №12 (36), s.13.

6

  Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti. İstanbul, 



1990, s.17.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə